Məhkəmə qərarları › İş №2(103)-5429/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5429/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5429/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" Mənzil Tikinti Kooperativinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X16 (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(011)-3313/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2009-cu il tarixli, №16 saylı “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqaviləyə əsasən “X41” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə bağlanmışdır.

2. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur. Bu bina A1 girişli, 4 mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin dəyəri tam ödənilmişdir.

3. “X41” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sarancamına əsasən «Hom- Paş Prestij MTK Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 m² təşkil edən yaşayış sahəsini «Kooperativ» «Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə mənzil üçün ödədi 82700 manat pul vəsaiti tutulmuşdur. İcra sənədi üzrə icra tədbirləri davam etdirilir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC-nin "X41" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar həmin MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (təsisçi və qanuni təmsilçi X27) "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsi, bu mümkün olmadıqda 82700 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativinin, sonralar "xxxx" adlanacaq, Şirkətin nizamnaməsinə əsasən hərəkət edən onun sədri X8 və ünvan 1 ünvanında yaşayan, sonralar "Sifarişçi" adlanacaq vətəndaş İddiaçı arasında "Kooperativ mənzil tikintisi haqqında" 16 saylı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən "xxxx"ya ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında "Sifarişçilərin vəsaiti hesabına inşa ediləcək yaşayış binasının A-1 qiriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə altında olan mənzilin İddiaçı mənzilin tam dəyərini ödədikdən sonra ayrılmasını üzərinə öhdəlik kimi götürmüşdür. İddiaçı tərəfindən almalı olduğu mənzilin dəyərini tam ödədikdən sonra ona xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı binanın A- 1 girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin pay dəyəri tam ödənilməsinə dair "X41" MTK sədri H.S. Yigitdöl tərəfindən möhürlənmiş maliya arayışı verilmişdir. İcraçı "X42" MTK 2009-ci ildən 2017-ci ilədək sifarişçi İddiaçı üzərinə götürdüyü öhdəliyi, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında "Sifarişçilərin vəsaiti hesabına inşa ediləcək yaşayış binasının A-1 qiriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə altında olan mənzili verə bilmədiyindən onların arasında digər müqavilə bağlanmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə "X41" MTK (sonradan "Kooperativ adlandırılacaq) Hikmət Yigitdöl şəxsində bir tərəfdən, İddiaçı (AZE********) (sonradan "Payçı" adlandırılacaq) digər tərəfdən müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "X41" MTK-ya Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə ayrılmış ərazidə inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra, (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsini "Kooperativ" "Payçı"ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Payçı" isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşlər. Qeyd olunan Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə "X41" MTK tərəfindən inşa edilən yüksək mərtəbəli binanın "C" blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən 82 saylı yaşayış sahəsi İddiaçı məxsus olması və xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri tam ödənilməsinə dair MTK-nın sədri tərəfindən möhürlə təsdiq olunmuş və imzalanmış maliyə arayışı verilmişdir. Həmin müqavilənin şərtləri "X41" MTK tərəfindən icra olunmadığından İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul tələbinə dair" iddia ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində 22 iyun 2018-ci il tarixdə (X34 Namiq Kamal qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə) açıq məhkəmə iclasında baxılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən "xxxx" MTK ilə (rəhbəri Türkiyə Respublikasının vətəndaşı Hikmət Yığıtdöl) MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikintisinin apardığı həmin ünvandakı binanın A-1 girişi, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzilin ona satılması barədə razılaşmışlar. Həmin 3 saylı mənzilin haqqı onun tərəfindən tam ödənilmişdir. 3 saylı mənzilə görə isə 82700 manat ödəmişdir. "xxxx" MTK-nın rəhbəri Hikmət Yığıtdöl imzaladığı 02 mart 2009-cu il tarixli maliyyə arayışlarında ödənişin onun tərəfindən tam aparılması öz təsdiqini tapır. Keçən müddət ərzində dəfələrlə MTK-nın rəhbəri Hikmət Yığıtdölə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirərək vədlər versə də, bu günə qədər heç bir nəticə olmamışdır. Artıq o, tam müəyyən etmişdir ki, Hikmət onu aldatmışdır. Bundan əlavə əldə etdiyi məlumatlardan müəyyən etmişdir ki, Hikmət Yığıtdöl tək onu yox, Bakı şəhərində xeyli sayda insanları aldadaraq guya onlara mənzil verəcək və bu məqsəd üçün böyük məbləğdə pullarını almışdır. Onun insanları aldatması barədə mətbuatda xeyli sayda məlumatlar vardır. Bundan əlavə "xxxx" MTK 3 saylı mənzil üçün 82700 manatı alarkən vergi qanunvericiliyi ilə tələb olunan qəbzi ona verməmiş və bu hərəkəti ilə bu məbləğə görə ödənilməli olan dövlət vergisini ödəməkdən yayınmışdır. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15,17, 157,567 və 1117-ci maddələrini nəzərə alaraq, cavabdeh "xxxx" MTK-nın rəhbərliyi ilə bağladıqları müqavilə şərtlərinə əməl etmədiyinə görə ona satılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yaşayış binasının A -1 girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil üçün ödədiyi 82700 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli (X34 Namiq Kamal qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə) iddiya qismən təmin edilmişdir. Cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə, yəni "mənəvi ziyana görə 20000 manat məbləğində təzminatın ödənilməsi və məhkəmə xərci olaraq 1000 manatın, həmçinin vergidən yayındığına görə dövlətə ödəyəcəyi verginin ödənilməsi" hissəsində təmin edilməmişdir. Məhkəmənin qətnaməsi icra olunmadığı üçün Azərbaycan Pespublikası Auditorlar Palatasının və ABŞ X12 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində İstintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) X9, "X43" MTK-nın qanuni təmsilçisi və təsisçisi - Türkiyə vətəndaşı (TCNC ser: Pİİ №211954 TC kimlik No **********8) X10, türk və azərbaycan dillərini sərbəst bilən X13, "X41" təsisçiləri X29, X30 və "xxxx" MTK-nın qanuni təmsilçisi X3 şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 AR vətəndaşş AZE №********) arasında xx.xx.2018-ci il tarixdə müqavilə tərtib edilmişdir. Həmin müqavilə 6 saylı notarius ofisinin notariusi X32 tərəfindən təsdiq olunmuş və reyesterdə 1S-22467 nömrə altında qeyd edilmişdir. Həmin Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005- ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pll №211954 T.C.kimlik No **********8) X4 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A-1 və A-2 blokları arasında yerləşən mərtəbəli binadan (2) mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X27 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK-ya MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclar X4 şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X15 qəbul etməsindən Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarət olmuşdur. Həmin müqavilənin 2-ci bəndinə görə müxtəlif vaxtlarda tərtib olunmuş müqavilələrə əsasən "X41" MTKnın təsisçisi və qanuni təmsilçisi X4 rəsmi şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 aşağıda qeyd olunan öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən "X41" MTK-nın təsisçisi və qanuni təmsilçisi X8 tərəfindən ayrı-ayrı şəxslərə təkrar satılmış Audit rəyində öz əksini tapacaq həcmlərdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi öhdəliyinin "xxxx" MMC-yə keçməsini və həmin Cəmiyyət tərəfindən vurulmuş ziyanın ödənilməsi prosesinin qısa müddətdə icra edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin Mühüm işlər üzrə Müstəntiqi, İ dərəcəli hüquqşünas X6 icraatında olan ********* saylı Cinayət İşinin istintaqına kömək üçün qəbul etdiyi xx.xx.2018-ci il tarixli "Mütəxəssis təyin edilməsi haqqında" Qərarına əsasən audit araşdırma aparılmışdır. 21 fevral 2019-cu il tarixli Auditor rəyinə əsasən müəyyən edilmişdir ki, maliyyə çətinliyi ucbatından "X41" MTK-nın təsisçisi və qanuni təmsilçisi X8 maliyyə köməkliyin olunması məqsədi ilə "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X17 müraciət edilmişdir. Bundan sonra müəyyən razılığa gəlinərək, xx.xx.2013-cü il tarixli "X26-Satqı Müqaviləsi bağlanılmış və həmin Müqaviləyə əsasən "xxxx" MTK-nın nizamnamə kapitalında olan, rəsmi dövlət qeydiyyatından keçmiş, MTK-nın təsisçisi və qanuni təmsilçisi X7 məxsus 696 (altı yüz doxsan altı) payın 240 (iki yüz qırx) payı onun tərəfindən X1. Bundan sonra "xxxx"MMC tərəfindən müvafiq Sərəncama uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda inşa edilməkdə olan kompleks üzrə binaların tikintisinə, qaz, su, işiq sisteminin quraşdırılmasına dair müvafiq olaraq aidiyyatı orqanlardan texniki şərtlərin, icazələrin alınması, işlərin və öhdəliklərin yerinə yetirilməsi davam etdirilmişdir. Hal-hazırda, bu məsələlərin həll olunması məqsədi ilə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 tərəfindən tədbirlərin keçirilməsi davam etdirilir. "xxxx" MTK-nın hal hazırkı hüquqi varisi "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 tərəfindən Auditə təqdim olunmuş məlumata əsasən aparılmış Audit zamanı müəyyən edilmişdir ki, A-1 blokunda layihə üzrə mövcud olan 8.832,1 kv.m yaşayış sahəsinə qarşı "xxxx" MTK-nın və onun hal-hazırki hüquqi varisi "xxxx" MMC-nin təsisçiləri və qanuni təmsilçilərinin şəxsində X8 və X27 tərəfindən vətəndaşlara xx.xx.2019-cu il tarixə faktiki olaraq, 1 nömrəli Cədvəldə göstərildiyi kimi 15.792,6 kv.m yaşayış sahəsinin satılması sənədləşdirilmiş, onlarla müvafiq müqavilələr bağlanılmış və onlara müvafiq maliyyə arayışları təqdim edilmiş, nəticədə, həmin binada layihə üzrə mövcud olmayan 6.960 (altı min doqquz yüz altmış) kv.m yaşayış sahəsi əlavə olaraq vətəndaşların adlarına rəsmiləşdirilmişdir. "xxxx" MTK-nın təsisçiləri X29, X30, "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X10, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 və Auditorun iştirakı ilə bağlanılmış 28 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X10 tərəfindən inşa edilmiş 21 mərtəbəli (iki mərtəbəsi zirzəmi olmaqla) A-İ, A-l və A-2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində, aparılan Auditlə müəyyən olunmuş zərər çəkənlərin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamına əsasən "İnter” MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında onun təsisçisi və qanuni təmsilçisi X27 tərəfindən tikilməkdə olan C, D bloklarındakı sahələrə tələb olunan qaydada köçürülməsi, köçürülmə proseslərinin sənədləşdirilməsi, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə müəyyən olunmuş debitor və kreditor borclarının X5 şəriki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X23 qəbul etmiş və Auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd edilmiş digər müvafiq problemlərin, şikayətlərin həlli məsələlərinə onun tərəfindən baxılmışdır. Beləliklə, auditor rəyindən göründüyü kimi, 28 avqust 2018-ci il tarixdə "xxxx" MTK-nın və "xxxx" MMC arasında bağlamış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 21 mərtəbəli (iki mərtəbəsi zirzəmi olmaqla) A-İ, A-l və A-2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində, aparılan auditlə müəyyən olunmuş zərər çəkənlərin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamına əsasən "İnter” MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında onun təsisçisi və qanuni təmsilçisi X27 tərəfindən tikilməkdə olan C, D bloklarındakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi X5 şəriki, "xxxx" MMCnin təsisçisi və qanuni təmsilçisi X24 qəbul etmişdir və Auditin başa çatdırıldığı tarixədək yaranmış Audit Aktında qeyd edilmiş digər müvafiq problemlərin, şikayətlərin həlli məsələlərinə onun tərəfindən baxılması nəzərdə tutulmuşdur. Auditor rəyinin nəticəsi ilə müəyyən edilmişdir ki, (xx.xx.2019-cu il tarixə dəqiqləşdirilmiş) "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X4 və sonradan şərikliyə qəbul etdiyi, hal-hazırda tərəflər arasında bağlanmış müvafiq müqaviləyə əsasən MTK-nın hüquqi varisi olan "İnter” MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 ilə birgə fəaliyyətləri nəticəsində "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli yaşayış kompleksi üzrə yaşayış və qeyri-yaşayış sahələri əlavə olaraq vətəndaşlara satılması rəsmiləşdirilməlidir. Beləliklə, iş materiallarının təhlilindən görünür ki, İddiaçı və "xxxx" MTKarasında 16 saylı xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında inşa edilən yaşayış binasının A1 qiriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə mənzilin iddiaçıya verilməsi, lakin müqavilə icra olunmadığından yenədə həmin şəxslərin arasında 16 saylı xx.xx.2009-cü il tarixli müqavilə ləğv edilməklə tərəflər arasında yenidən xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "X41" MTK-ya Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə ayrılmış ərazidə inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsininin iddiyaçıya verilməsi nəzərdə tutulmuş, ancaq bu müqavilə də yerinə yetirilmədiyi üçün iddiaçının iddia ərizəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdimiş yaşayış binasının A -İ girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil (əvəzində- C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsininin) üçün ödədənilən 82700 manatın iddiaçıya qaytarılması qət edilmişdir. Qeyd olunan müqavilələr və qərar icra olunmadığından maliyyə çətinliyi ucbatından "X41" MTK-nın təsisçisi və qanuni təmsilçisi X8 maliyyə köməkliyinin olunması məqsədi ilə "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X17 müraciət edilmişdir. Həmin şəxslərin arasında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərtib edilmişdir. Həmin müqaviləyə görə "X41" MTK-nın vətəndaşlar qarşısında götürdyü bütün öhdəliklər o cümlədən İddiaçı qarşısında olan öhdəliyi "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X27 öz üzərinə götürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, "xxxx" MMC-nın "X41" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar "İnter” MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi olan X27 tərəfindən tikilməkdə olan binaların birində İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzil verilməli, bu mümkün olmadıqda 82600 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir.

7. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiada nəzərdə tutulan pul tələbinə dair hissədən imtina edərək mənzilin verilməsi tələbinin saxlanılmasını xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbində onunla "xxxx" MTK arasında olan xx.xx.20218-ci il tarixli müqaviləni əsas gətirərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 22 iyun 2018-ci il tarixli qətnaməyə əsasən, "xxxx" MTK tərərfindən ona ödənilməli olan 82700 manat pulu və yaxud da onlar tərəfindən tikilməkdə olan binalarda sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin ona verilməsini məhkəmədən xahiş edir. Hesab edirik ki, iddia tələbi qanunsuz və əsassızdır və buna görə də rədd olunmalıdır. Əvvəla qeyd edir ki, "xxxx" MTK sədri olan Hikmət Yigitdöl, iddiaçıya da verməli olduğu mənzilin yerləşdiyi A 1 adlana yaşayış binasında və A 1 və A 2 adlanan blokları arasında yerləşən 4 mərtəbəli qeyriyaşayış binasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrini təkrar-təkrar bir neçə vətəndaşa sataraq onların əmlakını ələ keçirmişdir. Bu zaman Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hikmət Yigitdölün barəsində cinayət işi başlanıldı. Həmin vaxt onları da zərərçəkmişlərin sırasına daxil etməklə sözügedən layihəni başqa bir şəxsə tamalanması üçün vermək istəmişlər. Lakin onlar bildirmişdir ki, qeyd oluana cinayət işi üzrə olan zərərçəkmişləri yerləşdirməyə hazırdırlar, çünkü onların başqa çıxış yolu olmamışdır. Çünki onunla "xxxx" MTK arasında heç bir bağlılıq olmamış, baxmayaraq ki, iddaçı yalnış olaraq onların direktoru olan Əliyev Qabilin 240 paya sahib olduğunu və onların "xxxx" MTKnın hüquqi varisi olduğunu bildirir. Amma bunlar həqiqəti əks etdirmir. Əgər belə olmasaydı iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim edərdi. Belə ki, onlara vurulmuş ziyan, qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişlərin ziyanından qat-qat artıq olmuşdur Məlum olduğu kimi, Cavabdeh MMC olaraq tərəflərindən, Hikmət Yigitdölün vətəndaşlara vurduğu ziyanın qarşılığı olaraq, 10.000 kv.m-dən artıq sahə təmənnasız və heç bir ödəniş etmədikləri halda, Hikmət Yigitdölün ziyan vurduğu vətəndaşlara verilmişdir ki, həmin ziyanın hal-hazırki bazar dəyəri, 20.000.000 (iyirmi milyon) manatdan artıqdır. Dövlətin onlar qarşısında qoyduğu bu böyük və taleyüklü məsələni, yəni zərərçəkənlərin itirdiyi və aldadıldğı yaşayış və qeyri-yaşayış sahələrini Cavabdeh MMC-tərəfindən öz hesablarına tikilən binada təmin etmişlər. Habelə, Hikmət Yigitdöl tərəfindən tikilən, "xxxx" MTK-ya məxsus olan A1 blokunun fasadının üzlənməsi, liftlərin quraşdırılması, su, elektrik, qazlaşma ilə bağlı məsələləridə Cavabdeh MMC tərəfindən həllinin tapmışdır. Bütün bu işlər hamısı Cavabdeh MMC-nin hesabına təmin edilmişdir. Qeyd olunanların hamısı, Hikmət Yigitdöl barəsində olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmündə öz əksini tapmışdır. Artıq qeyd olunan zərərçəkənlər, tərəflərindən onlara verilmiş yaşayış və qeyri-yaşayış sahələrində yaşayırlar. Qeyd olunanlara əsasən, Hikmət Yigitdölün ittiham olunduğu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmünə əsasən, zərərçəkmişlərə dəymiş ziyan ödənildiyinə görə, Hikmət Yigitdölə 1 (bir) il şərti cəza verilmişdir. Qeyd olunan xx.xx.2018-ci il tarixli müqavilə də həmin tərəfələ imzalandı ki, qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişləri və ziyanı müəyyən olunmuş şəxslər onlar tərəfindən, tikdikləri binalarada yerləşdirilməli idi. İddiaçı isə həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmayıb və qeyd olunan hökmlə və yaxud da hər hansı bir məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçıya onlar tərəfindən hər hansı mənzilin və yaxud da pulun verilməsi öhdəliyi qoyulmayıb. İddiaçının özünün də təqdim etdiyi tələbdə qeyd olunduğu kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 22 iyun 2018-ci il tarixli qətnaməsi var. Həmin qətnamə üzrə bu gün də icra icraatı davam etdirilir. Qeyd edir ki, həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsində borclu "xxxx" MTK-dır. İddiaçının həmin qətnamə üzrə olan tələbi onlardan tələb etməsi hüquqa ziddir. Göründüyü kimi, iddiaçının iddia tələbinin sözügedən hissəsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədlərinə əsasən ödənilməli borc məbləğlərinin ondan tələb edilməsidir. Bir mülki iş üzrə sübuta yetirilmiş hallar başqa məhkəmə icraatı zamanı mübahisələndirilmir və yenidən sübut edimir. Qanuni qüvvəyə minmiş məhkəmə aktına digər məhkəmələr tərəfindən müdaxilə edilməsi isə yolverilməz olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası ilə bağlı yaranmış münasibətlərə başqa məhkəmə aktları ilə aydınlıq gətirilmir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Buna görə də xahiş edir ki, İddiaçı onlara qarşı olan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilsin.

9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlu öz izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cinayət işi başlayan zaman iddiaçı Amerkada magistratura pilləsində təhsil aldığından Azərbaycanda onun hüquqlarını müdafiə edən olmamış və bu səbəbdən zərərçəkmiş şəxs qismində tanına bilməmişdir. Bu səbəbdən pulun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və qətnamə qəbul edilmişdir.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın qanuni nümayəndəsi X8 öz izahatında iddiaçının evi olduğunu, həmin evi 2017-ci il tarixdə Azər adlı şəxsə şəxsə 80000 manata satdığını, həmin pul vəsaitinin 15000 manatını özünün götürdüyünü, 65000 manatının isə Cavabdeh MMC-nin yeni ev verməsi üçün aldığını bildirmişdir. O 15000 manatı Günel adlı xanıma verdiyini, belə ki, Cavabdeh MMC-nin və “X41” MTK-nın ona borcu olduğunu bildirmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(011)-3313/2025 saylı qətnaməsi ilə (sədrlik edən-Samirə Eyvazova) iddianın təmin edilməməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2009-cu il tarixli, №16 saylı “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqaviləyə əsasən “X41” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur. Bu bina A1 girişli, 4 mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin dəyəri tam ödənilmişdir. “X41” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sarancamına əsasən «Hom-Paş Prestij MTK Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16- cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 m² təşkil edən yaşayış sahəsini «Kooperativ» «Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Daha sonra İddiaçı “X41” MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsini ilə məhkəməyə müraciət edərək cavabdeh “X41” MTK-nın rəhbərliyi ilə bağladıqları müqavilə şərtlərinə əməl etmədiyinə görə ona satılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 üvanında inşa etdiyi yaşayış binasının A1 girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil üçün ödədiyi 82700 manatın ona qaytarılması, verdiyi mənəvi iztiraba görə 20000 manat məbləğində təzminatın ödənilməsi və məhkəmə xərci olaraq 1000 manatın həmçinin vergidən yayınmağa görə dövlətə ödəyəcəyi verginin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir.

13. İddiaçı cavabdehdən "xxxx" MMC-nin "X41" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar həmin MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (təsisçi və qanuni təmsilçi X27) "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsini tələb edir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi baxımından tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının müəyyən edilməsi zəruridir. İşin yuxarıda qeyd edilən faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir öhdəlik münasibəti yaranmamışdır. Belə ki, iddiaçı “X41” MTK ilə müqavilə bağlamış, “X41” MTK öhdəliklərinin icrasından yayındığında İddiaçı Mirqası oğlu mülki qaydada hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir. İddiaçının istinad etdiyi müqavilə üzrə vurulmuş zərər tələb edilmiş, məhkəmənin bu müqavilə elə bağlı hüquqi qüvvəyə minmiş qətnaməsi mövcuddur. Beləliklə tərəflər arasında mövcud olan müqaviləyə xitam verilmiş və tərəflər arasındakı münasibət məhkəmə qətnaməsi ilə tənzimlənmişdir. Cavabdeh “X41” MTK-nın hüquqi varisi olması, mübahisə predmeti olan əmlakla bağlı öhdəlik daşıması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

15. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının “X41” MTK-dan vəzifəsinin icrasını tələb etmək hüququ mövcud olmuş, iddiaçı bu hüquqdan istifadə etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386 1, 389.1, 390.1, 405-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1- 217.5, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnaməsini əsaslandırarkən maddi normanı düzgün şərh etmədiyi üçün nəticə etibarı ilə səhvə yol vermişdir. Belə ki, Auditor rəyinin nəticəsi ilə müəyyən edilmişdir ki, (xx.xx.2019-cu il tarixə dəqiqləşdirilmiş) "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X5 və sonradan şərikliyə qəbul etdiyi, hal-hazırda tərəflər arasında bağlanmış müvafiq müqaviləyə əsasən MTK-nın hüquqi varisi olan "İnter” MMC-nin təsisçisi və qanuni təmsilçisi X27 ilə birgə fəaliyyətləri nəticəsində "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli yaşayış kompleksi üzrə yaşayış və qeyri-yaşayış sahələri əlavə olaraq vətəndaşlara satılması rəsmiləşdirilməlidir. Beləliklə, iş materiallarının təhlilindən görünür ki, İddiaçı və "xxxx" MTK- arasında 16 saylı xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 -ci məhəllə ünvanında inşa edilən yaşayış binasının A- 1 giriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə mənzilin iddiaçıya verilməsi, lakin müqavilə icra olunmadığından yenə də həmin şəxslərin arasında 16 saylı xx.xx.2009-cü il tarixli müqavilə ləğv edilməklə tərəflər arasında yenidən xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "X41" MTK-ya Bakı şəhəri, Xocalı prospekti, 1181 -ci məhəllədə ayrılmış ərazidə inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsininin iddiyaçıya verilməsi nəzərdə tutulmuş, ancaq bu müqavilə də yerinə yetirilmədiyi üçün iddiaçının iddia ərizəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdimiş yaşayış binasının A-l girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil (əvəzində- C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsininin) üçün ödənilən 82700 manatın iddiaçıya qaytarılması qət edilmişdir. Qeyd olunan müqavilələr və qərar icra olunmadığından maliyyə çətinliyi ucbatından "X41" MTK-nın təsisçisi və qanuni təmsilçisi X11 maliyyə köməkliyinin olunması məqsədi ilə "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X17 müraciət edilmişdir. Həmin şəxslərin arasında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərtib edilmişdir. Həmin müqaviləyə görə "X41" MTK-nın vətəndaşlar qarşısında götürdüyü bütün öhdəliklər, o cümlədən İddiaçı qarşısında olan öhdəliyi "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X27 öz üzərinə götürmüşdür. İddiaçı Audit palatasının rəyinə əsasən hesab etmişdir ki, "X41" MTK vətəndaşlar qarşısında götürdüyü bütün öhdəliklər, o cümlədən İddiaçı qarşısında olan öhdəliyi "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisinə ötürmüş sonuncu da onu qabul etmişdir və hüquqi varisi olmuşdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 3313/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, burada pul və mənzilin təhvil verilməsi tələbləri ilə bağlı iki predmet üzrə mübahisə var. "xxxx" MTK pulun və ya mənzilin təhvil verilməsi ilə bağlı öhdəliklərini Cavabdeh MMC-yə ötürmüşdür. Bu baxımdan onlar hesab edir ki, Cavabdeh MMC İddiaçı münasibətdə cavabdehdir. Onlar icra qaydasında məsələnin həll edilməsi üçün dəfələrlə müraciətlər etmişdir. Cavab verilib ki, “X41” MTK hazırda fəaliyyət göstərmir, ona görə də Cavabdeh MMC-yə qarşı iddia qaldırılması məsləhət görülüb.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2009-cu il tarixli, №16 saylı “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqaviləyə əsasən “X41” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur. Bu bina A1 girişli, 4 mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin dəyəri tam ödənilmişdir. “X41” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sarancamına əsasən «Hom-Paş Prestij MTK Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 m² təşkil edən yaşayış sahəsini «Kooperativ» «Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

28. Bundan sonra İddiaçı “X41” MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsini ilə məhkəməyə müraciət edərək cavabdeh “X41” MTK-nın rəhbərliyi ilə bağladıqları müqavilə şərtlərinə əməl etmədiyinə görə ona satılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 üvanında inşa etdiyi yaşayış binasının A1 girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil üçün ödədiyi 82700 manatın ona qaytarılması, verdiyi mənəvi iztiraba görə 20000 manat məbləğində təzminatın ödənilməsi və məhkəmə xərci olaraq 1000 manatın həmçinin vergidən yayınmağa görə dövlətə ödəyəcəyi verginin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir.

29. Hazırda iddiaçı cavabdehdən "xxxx" MMC-nin "X41" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar həmin MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (təsisçi və qanuni təmsilçi X27) "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, "X41" MTK iddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliyini "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X17 ötürmüşdür.

30. Məhkəmə kollegiyası iddianı əsassız hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı “X41” MTK ilə müqavilə bağlamış, “X41” MTK öhdəliklərinin icrasından yayındığından İddiaçı Mirqası oğlu mülki qaydada hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir. İddiaçının istinad etdiyi müqavilə üzrə vurulmuş zərər tələb edilmiş, məhkəmənin bu müqavilə ilə bağlı hüquqi qüvvəyə minmiş qətnaməsi mövcuddur. Deməli, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir.

31. Qeyd edilən qətnamənin icra vəziyyəti sorğu edilmişdir. 32.Bakı şəhəri Xətai rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra işi məhkəməyə göndərilmişdir. İcra işindən belə müəyyən olunur ki, icra sənədi nəzarətdədir və icra tədbirləri davam etdirilir.

33. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

34. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.

35. Kollegiya iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağının "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçı pozulmuş hüquqları ilə bağlı mənafeyini icra qanunvericiliyin istinad olunan normaları baxımından icranı tələb edə bilər.

36. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən müqavilə üzrə öhdəliyin icra edilməməsinə hüquqi qiymət verilmiş, cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaitinin tutulması qət edilmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi müqavilə üzrə vurulmuş zərəri tələb etmiş, məhkəmənin bu müqavilə ilə bağlı hüquqi qüvvəyə minmiş qətnaməsi mövcuddur və icra tədbirləri davam etdirilir. Hazırda iddiaçının həmin müqavilə üzrə mənzilin təhvil verilməsi barədə iddiası əsassızdır.

37. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Mirqası oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(011)-3313/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya prosessual qanuvericiliyin tələblərinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(011)-3313/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar