Məhkəmə qərarları › İş №2(103)-5433/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5433/2021

22.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5433/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi, qeyri-qanuni hərəkətlərin qadağan edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)-4593/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi, qeyri-qanuni hərəkətlərin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)- 4593/2020 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia rədd edilmiş, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri məktubla müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verildiyini, bu səbəbdən də, mülki işin şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq, qərardaddan verilmiş şikayətə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 269-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik birinci instansiya məhkəmələrinin qərardadından verilmiş şikayətin birinci instansiya məhkəməsinə verilməsi və şikayətə ilkin olaraq həmin məhkəmə tərəfindən baxılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi, qeyri-qanuni hərəkətlərin qadağan edilməsi» tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar