Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-544/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817-2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2515/2018 saylı mülki iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh1 tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması" hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilindən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52.862,80 manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7riusu X6 tərəfindən 40-240 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, ünvan 7riusu X6 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 11 06.2017-cı ıl tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin və 1 saylı Bakı “Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 4Ə-1049 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin İddiaçı ödədiyi dövlət rüsumunun əvəzi olan 100 (yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(005)-2515/2018 saylı qətnaməsinə əsasən mənzildən qanunsuz götürülmüş ev əşyalarının dəyərinin əvəzi və mənzilin təmir-bərpasının dəyərinin əvəzi olaraq dəymiş maddi zərər cəmi 74.550,00 manat olaraq qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2( 103)-817/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müəyyən etdiyi maddi zərərin məbləği azaldılaraq 52.862,8 manat olaraq müəyyən edilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli, 2(102)-4715/21 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh2 məhkəməyə müraciət edərək, icra icraatı zamanı qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 37/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, həmin qərardadla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi b/y-nın 40 saylı, 0,12 ha bağ sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzilin və Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilin üzərinə qoyulmuş 50 % miqdarında həbsin götürülməsi qərara alınmışdır. O, xx.xx.2022-ci il tarixdə mübahisəli qərardadla tanış olduğu zaman xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin mövcudluğundan xəbər tutmuş və xx.xx.2022-ci il tarixdə həmin müqavilələrin surətini əldə etmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi" barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrini mübahisələndirir. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə verilmişdir. xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna Ali Məhkəmənin 23 aprel 2015-ci il tarixli qərarından tərəfindən əlavə kassasiya şikayəti verildikdən sonrakı dövrdə xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini və xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 20 may 2016-cı il tarixli qərarına əsasən “ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzilin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində” Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli, 2(102)-4715/21 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə vermişdir. Əslində, xx.xx.2016- cı il tarixdən Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahdadırlar və birgə təsərrüfat idarə edirlər. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və gələcəkdə ehtimal qanuni qüvvəyə minəcək məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədilə sözügedən bağışlama müqavilələrini bağlamaqla Cavabdeh1 yuxarıda qeyd olunan əmlaklarda ona məxsus olan paylarını arvadı Cavabdeh2 bağışlamışdır. Göründüyü kimi, qeyd olunan xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələri uydurma əqdlərdir. Beləliklə, Cavabdeh1 öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirir, belə halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllə qadağan edir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(103)-817/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hazırki mübahisəyə baxan məhkəmə üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb edilərək ünvan 3 ünvanında yerləşən mənzil üzrə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən 4Ə-421 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzil üzrə ünvan 7riusu X6 tərəfindən 4Ə- 240 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, habelə ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi üzrə ünvan 7riusu X6 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 4Ə- 1049 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 8 ünvanında yerləşən mənzil üzrə Cavabdeh3 adına verilmiş Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin həmin mənzil üzrə Cavabdeh2 adına verilmiş Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə ünvan 9 ünvanında yerləşən mənzil üzrə Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2017-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ödədiyi dövlət rüsumunun əvəzi olan 100 (yüz) manatın və iddiaçının Vəkil ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən 4Ə-421 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 ünvan 8 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir. Həmin mənzil üzrə ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 7riusu X6 tərəfindən 4Ə-240 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 ünvan 8 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Həmin mənzil üzrə ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 7riusu X6 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilin ona aid 1/2 hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Qeyd olunan mənzilin 1/2 hissəsi üzrə Cavabdeh2 adına ƏMDX-nin DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2017-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 4Ə-1049 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Həmin bağ sahəsi üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
6. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2(102)-6/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı və X1 əlavə kassasiya şikayətləri təmin edilmiş, ünvan 10 ünvanda yerləşən 24 saylı və ünvan 11ylı mənzillərə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzillərin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsi və həmin hissələrdə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qərarın "xxxx" QSC-yə qarşı əmanətçi hüquqlarının bərpa edilməsi hissələrində dəyişdirilmədən saxlanılması, "xxxx" Kommersiya Bankının əlavə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-15/19 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh1 xx.xx.2016-cı ildə 3 saylı Bakı “ASAN xidmət" mərkəzindəki qeydiyyat şöbəsində Məmmədova (Əliyeva) Gülnarə Qərib qızı ilə nikaha daxil olduğu müəyyən edilmişdir.
8. “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh3 əvəzinə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 90,0 kv.m olan 4 otaqlı mənzili hədiyyə alana bağışlamışdır.
9. “Hədiyyə verən” X7 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2016cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan mənzili hədiyyə alana bağışlamışdır.
10. “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 94,9 kv.m olan 3 otaqlı mənzildəki ona məxsus hissəni hədiyyə alana bağışlamışdır.
11. “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alana bağışlamışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən bağışlama müqaviləsinə hüquqi qiymətin verilməsi zəruridir. Odur ki, bağışlanma müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı məhkəmə tərəfindən araşdırılmış, belə bir hüquq pozuntusunun olması aşkar edilməmiş, eyni zamanda iddiaçı tərəfindən sübut edilməmişdir. Bundan başqa məhkəmə iddianı rədd edərkən, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığını da qeyd etmişdir.
14. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 331.1, 337.1, 339, 354.2, 666.1, 668.1, 667-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339.6 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apelyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1833/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi mübahisəli qətnamədə iddiaçının bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququnun olmağını qeyd etməklə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən gələcəkdə cavabdehin əmlakının açıq hərracda satılması və satış pulundan iddiaçının xeyrinə 52.862,8 manat pulun tutulmasına mane olmuş, bununla da iddiaçının Mülki Prosesesual Məcəllənin 4.1-ci maddəsində nəzərdə tutulan qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirməyə mane olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(103)-817/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi dövlət hakimiyyəti və vəzifəli şəxsləri üçün məcburi olduğu halda, Nərimanov Rayon Məhkəməsi qeyd olunan məcburiyyəti “heçə sayaraq” Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə ziddiyyət təşkil edən hazırki iş üzrə mübahisəli qətnaməni qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsi yuxarıda qeyd olunanlardan göründüyü kimi, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Nərimanov Rayon Məhkəməsi iddiaçının bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququnun olduğunu aydınlaşdırmamışdır. Belə ki, iddiaçının xeyrinə olan qanuni qüvvəyə minmiş və ya gələcəkdə qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehin mübahisəli bağışlama müqavilələri bağlaması ilə həmin müqavilələrin maraqlı şəxs olan iddiaçı tərəfindən mübahisələndirilməsi üçün zərurət meydana gəlir və beləliklə, iddiaçının subyektiv hüququ olduğu sübut edilir. Nərimanov Rayon Məhkəməsi bağışlama müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulduğu, eyni zamanda belə bir hüquq pozuntusunun olmasının iddiaçı tərəfindən sübut edildiyi halda, bu sübutları pərdələyərək tamamilə zidd qənaətə gəlmiş, bununla da iddiaçının xeyrinə olan qanuni qüvvəyə minmiş və ya gələcəkdə qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehin əmlakını bağışlamasını qanuni hesab etmişdir.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər.
18. Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, mübahisələndirilən bağışlama müqavilələri Mülki Məcəllənin 666.1, 668.1.1, 667-ci maddələrinin tələblərinə uyğun olaraq notariat qaydasında bağlanmış, qanunun və tələblərinə əməl edilmiş, müqavilənin bağlanması tərəflərin iradə ifadəsinə uyğun olmuşdur. Mübahisə predmeti müqavilələrin nə ümumi əsaslarla, nə də qanunvericiliyin normalarının tələbləri baxımından etibarsızlığı üçün əsaslar mövcud deyildir. İş materiallarına əsasən müəyyən olunur ki, icra icraatı üzrə tələbkar məhkəməyə müraciət hüququndan sui-istifadə etməklə əsassız olaraq hazırkı tələblə məhkəməyə müraciət edərək dövlətin resurslarının izafi xərclənməsinə və iş üzrə tərəflərinin vaxtının lüzumsuz sərf olunmasına səbəb olmuşdur.
c) Proses iştirakçılarının izahatı
19.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin özü də bağışlama müqavilələrinin həqiqi iradə ifadəsi olmadığını bildirmişdir. Lakin bu deyilənlərlə bağlı müvafiq iclas protokollarında lazimi qeydlər aparılmamışdır. Tərəfindən məhkəmə iclas protokollarına qeydlər verilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Sözügedən qətnamə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvədə saxlanıldıqdan on gün sonra sonuncu bağışlama müqaviləsi bağlanmışdır. MPM-nin 15-ci maddəsinin tələblərindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərardadı və s. bütün dövlət orqanları, o cümlədən məhkəmələr, digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin qətnamə üzrə vurulmuş maddi ziyan təqribən 53 min manat müəyyən olunmuşdur. Qətnamənin icrasından yayınmaq üçün Görədildə olan bağ sahəsini bağışlama müqaviləsinə əsasən mülkiyyətindən çıxarmışdır. Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verildikdən sonra birinci bağışlama müqaviləsi, yəni 2015-ci ildəki bağışlama həyata keçirilmişdir. Cavabdeh1 ünvan 8 ünvanında yerləşən mənzili bacısına bağışlayır. Daha sonra əlavə kassasiya şikayəti təmin olunduqdan, yəni 20 may 2016-cı il tarixdə Ali Məhkəmə Plenumu qərar qəbul etdikdən sonra birinci 2016-cı il tarixli Ceyhun Hacıbəyli küçəsindəki mənzillə əlaqədar bağışlama müqaviləsi bağlanılır, daha sonra isə digər mənzil Əlibəy Hüseynzadə küçəsindəki mənzillə əlaqədar bağışlama müqaviləsi bağlanılır. Ceyhun Hacıbəyli küçəsindəki mənzilə münasibətdə bağışlama müqaviləsinə diqqət yetirildikdə həmin vaxt Cavabdeh1 daha ikinci nikaha daxil olmamışdı, yəni ona görə də həmin mənzili bacısına bağışlayır. Daha sonra nikaha daxil olur və eyni mənzili bacısına bağışlayır. Daha sonra 2017-ci ildə Əlibəy Hüseynzadə küçəsindəki mənzili yenə həyat yoldaşına bağışlayır. Sonuncu 2021-ci il tarixində Görədildəki bağ sahəsini həyat yoldaşına bağışlayır. Sonuncu bağışlama müqaviləsindən açıq-aşkar görünür ki, bu artıq Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qanuni qüvvəyə minmiş qərarı qəbul edildikdən 15 gün sonra edilmişdir. Sonuncu bağışlama açıqaşkar icradan yayınmanı göstərir. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. 337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun
23.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apelyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1833/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə tam yoxlanılır.
28. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iddaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
31. İddiaçının mübahisələndirdiyi və iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması müqavilələri ilə: a) “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh3 əvəzinə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 90,0 kv.m olan 4 otaqlı mənzili hədiyyə alana bağışlamışdır. b) “Hədiyyə verən” X7 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan mənzili hədiyyə alana bağışlamışdır. c) “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 94,9 kv.m olan 3 otaqlı mənzildəki ona məxsus hissəni hədiyyə alana bağışlamışdır. ç) “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alana bağışlamışdır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: - Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; - Hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; - Vəzifənin icrasını çətinləşdirə bilər.
33. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: - Hüquq münasibəti əmələ gəlir; - Hüquq münasibəti dəyişir; - Hüquq münasibəti xitam olunur.
34. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - Münasibətin subyekti; - Münasibətin obyekti; - Münasibətin məzmunu.
35. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır.
36. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən müqavilələrə əsasən Cavabdeh1 digər cavabdehlərə, cavabdehərdən Cavabdeh3 isə Cavabdeh2 öz əmlakını (əmlakının bir hissəsini) bağışlamış, digər tərəf (hədiyyə alan) isə hədiyyəni qəbul etmişdir. Beləliklə hazırki işdə əmlakın bağışlanması müqavilələri cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüququnun xitamına, Cavabdeh2 üçün əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
37. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın bağışlanması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı bağışlamaq, müqavilə ləğv edildiyi təqdirdə hədiyyəni qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir.
38. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqaviləri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
39. İş materiallarından isə görünür ki, mübahisəli müqavilələr Cavabdeh1 tərəfindən iddiaçının xeyrinə zərərin ödənilməli olmasını müəyyən edən qətnamə çıxarıldığından xeyli əvvəl bağlanılmış və bu iki hüquqi fakt arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilmir. 40.Bununla əlaqədar məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır.
42. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsinin, iddia tələbinin bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan həmin müqavilələrə hüquqi qiymətin verilməsinin zəruri olmasına dair sərgilədiyi mövge isə yalnışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur. 43.Buna baxmayaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov