Məhkəmə qərarları › İş №2(103)-544/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-544/2025

15.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-544/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb olunmaqlamaqla) "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair mülki iş üzrə (açar sözlər: mirasın qəbulu müddətinin uzadılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb olunmaqla) "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-625/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu S.Məmmədovun xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı Bakı şəhəri Maştağa qəsəbəsində yaşamış və vəfat etmiş X2 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsi ilə bağlı vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Rzayev X10 qəsəbəsi, Kooperativ küçəsində yerləşən 3 nömrəli mənzilin mülkiyyətçisi olmuşdur. Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin Reyestrindən Çıxarışa əsasən, Maştağa qəsəbəsi, 1093 nömrəli mənzilin mülkiyyətçisi X9r. Vİİİ- ЖГ nömrəli, 472066 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuş, atası X15, anası Abas-zadə Xalidə Qənbərəli qızıdır. İİ ЖГ 492820 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X16 xx.xx.1995-ci il tarixdə ölmüşdür. V-ЖГ 323339 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X15 xx.xx.1999-cu il traixdə ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-2843/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, mərhum X17 qardaşı oğlu Maştağa qəsəbəsindəki M.Hüseynzadə küçəsi döngə 2, ev 22 ünvanında pasport qeydiyyatında olan İddiaçı yanında yaşamış, mərhumun bütün dəfn xərclərini İddiaçı ödəmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-3229/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, X17 vəfat etdiyi xx.xx.2023-cü il tarixinədək İddiaçı himayəsində yaşamış və dəfn xərclərini İddiaçı ödəmişdir. X1 xx.xx.2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X16 adında qalmış miras əmlaklara dair vərəsəliyi qəbul etdiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı miras qoyandan miras qalan 2106,60 manat son əmək haqqı və dəfn pulundan ibarət mirası qəbul etmişdir. X6 Bakı şəhəri 17 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X16 adında qalmış miras əmlaklara dair vərəsəliyi qəbul etdiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb olunmaqla) "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmənin səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı ev mərhum babası X11 məxsus olmuş və onun 04 iyun 1995-ci il tarixdə vəfatından sonra miras əmlak kimi onlara keçmişdir. Lakin o və digər vərəsələr mirası faktiki qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə ki, onların yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz payından sərbəst şəkildə istifadə etmişlər. O, mərhum babasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmiş, daima ora-gedib gəlmiş, bütün komunalları ödəmiş və digər vərəsələrlə birlikdə mirasın qəbulunda iştirak etmişdir. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. 23 avqust 2023-cü il tarixdə 04 iyun 1995-ci ildə vəfat etmiş babası X7 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbulu üçün ərizə ilə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə 30 sentyabr 2023-ci il tarixli notariat hərəkətin aparılmasından imtina edilməsi barədə qərarla cavab verilmişdir. O, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı babasının vərəsələri olan qohumları arasında bir dəfə də olsun mübahisə və ya anlaşılmazlıq olmamış, həmişə aralarında mehriban münasibətlər olmuşdur. Mərhum babası X4 miras qalan əmlakın (ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin) qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Mərhum babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə tərəfindən gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, babası öləndən sonra iddiaçının faktiki olaraq əmlakı qəbul etdiyini, hal-hazırda orda yaşadığını bildirmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iddia tələbini qəbul etməyərək İddiaçı vərəsə olmadığını, sözügedən mənzildə onun və qaradşı Firudinin yaşadığını, Firuddinin 1 ilə yaxın olar ki, öldüyünü, Firuddinin ailəsi olmadığını, ona özü baxdığını, Elşənin isə öz ata evində yaşadığını, Ekşənin yaşadığı ev ilə mübahisə predmenti olan evin eyni həyətdə yerləşmədiyini, arada xeyli məsafə olduğunu bildirmişdir. İddiaçının ünvan 2 ünvanında yaşadığını və hal-hazırda da orada yaşadığını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 625/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb edilməklə) “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi iddiaçının babası X12 məxsus olmuşdur. X18 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. İddiaçının atası X13 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək babasının ölümündən sonra miras qalmış ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi müddətinin buraxılmasını üzürülü səbəblərdən ötürüldüyü bildirərək, qanunvericilk ilə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmiş, üzürlü səbəb isə qanunu bilməməsi ilə izah etmiş olsada məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, qanunu bilinməməsi üzürlü səbəb olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının diqqətinə onuda çatdırmağı zəruri hesab edir ki, iddiaçı məhkəməyə babadan qalmış miras əmlakının qəbul edilmə müddətinin bərpa edilməsini xahiş etsə də, mülki işdən aydın olur ki, X8 ölüm anında birinci növbədən vərəsələri habelə iddiaçının atası sağ olmuşdur. Belə olan halda iddiaçı ilk növbədə atasının babasından miras qalmış əmlakını qəbul etməsi halını müəyyən etməli, məhz bu hal onun xeyrinə həll olunduğu təqdirdə digər hərəktləri edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini 01.09.2***-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 528, 529, 552, 553-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 625/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb olunmaqla) "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmənin səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı ev mərhum babası X11 məxsus olmuş və onun 04 iyun 1995-ci il tarixdə vəfatından sonra miras əmlak kimi onlara keçmişdir. Lakin o və digər vərəsələr mirası faktiki qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə ki, vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz paylarından sərbəst şəkildə istifadə etmişlər. O, mərhum babasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmiş, daima ora-gedib gəlmiş, bütün komunalları ödəmiş və digər vərəsələrlə birlikdə mirasın qəbulunda iştirak etmişdir. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. 23 avqust 2023-cü il tarixdə 04 iyun 1995ci ildə vəfat etmiş babası X7 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbulu üçün ərizə ilə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə 30 sentyabr 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərarla cavab verilmişdir. O, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı babasının vərəsələri olan qohumlar arasında bir dəfə də olsun mübahisə və ya anlaşılmazlıq olmamış, həmişə aralarında mehriban münasibətlər olmuşdur. Mərhum babası X4 miras qalan əmlakın (ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin) qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Məhkəmənin hаzırki mübаhisəli qətnаməsi ilə iddia təmin edilməmişdir. İddiаçı tərəf hesab edir ki, hаzırki qətnаmə əsаssızdır, prоsessuаl və mаddi hüquq nоrmаlаrının pоzulmаsı ilə qəbul оlunmuşdur, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti оlаn işin bütün fаktiki hаllаrını аydınlаşdırmаmışdır, оdur ki, qətnаmə ləğv еdilərək iddiаnın тəmin оlunmаsı bаrədə yeni qətnamə qəbul edilməlidir. İlk növbədə оnu qеyd еtməк lаzımdır ki, bu işdə məhkəmə qеyd оlunаn nоrmаlаrа istinаd еtsə də, həmin nоrmаlаrdаn nə üçün istifаdə оlunmаsı əsаslаndırılmаmışdır. Bеlə ki, məhкəmə gəldiyi nəticə ilə əlаqədаr qеyd еdir ki, ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi iddiaçının babası X12 məxsus olmuşdur. X18 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. İddiaçının atası X19 isə xx.xx.1999cu il tarixdə vəfat etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək babasının ölümündən sonra miras qalmış ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi müddətinin buraxılmasını üzürlü səbəblərdən ötürüldüyü bildirərək, qanunvericilk ilə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə iddiaçının diqqətinə onuda çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı məhkəməyə babadan qalmış miras əmlakının qəbul edilmə müddətinin bərpa edilməsini xahiş etsədə, mülki işdən aydın olur ki, X8 ölüm anında birinci növbədən vərəsələri habelə iddiaçının atаsı sağ olmuşdur. Belə olan halda iddiaçı ilk növbədə atasının babasından miras qalmış əmlakını qəbul etməsi halını müəyyən etməli, məhz bu hal onun xeyrinə həll olunduğu təqdirdə digər hərəkətləri edə bilər. Məhкəmənin bеlə bir nəтigəyə gəlməsi işin faktiki hallarının tаm araşdırılmamаsınа, iddiа tələbinin həcmini nəzərə аlmаmаsınа dəlаlət еdir. Bаşqа sözlə, məhкəmə nəzərə аlmаmışdır ki, 01.09.2***ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554-cü mаddəsinə əsаsən qаnun üzrə və yа vəsiyyət üzrə vərəsəliyə çаğırılmış vərəsə, vərəsəliк аçıldıqdаn sоnrа оnu qəbul еdənə qədər ölərsə, оnа çаtаsı mirаs pаyını аlmаq hüququ оnun vərəsələrinə kеçir. İş mатеriаllаrındаn göründüyü kimi, iddiаçının bаbаsı X18 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. İddiaçının atası X19 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X19 оnа çаtаsı mirаs pаyı аdınа кеçirməmişdir. Оnа görə də sоnuncuyа çаtаsı mirаs pаy Məcəllənin 554-cü mаddəsinə əsаsən hаzırki iddiаçıyа кеçmişdir. Bu hаllаrа hаzırdа irsi trаnsmissiyа dа dеyilir (01.09.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəllədə bir bаşа irsi trаnsmissiyа tеrminindən isтifаdə оlunmаsаdа, о vахtlаrın hüquq ədəbiyyаtındа, коmmеntаriyаlаrdа, dissеrtаsiyаlаrdа gеniş isтifаdə оlunurdu). Göründüyü kimi, hаzırki iddiаçı bаbаsındаn qаlmış mirаsа birinci növbədə оlduğundаn və digərdə birinci növbəli vərəsələrin оlduğundаn mirаsdаn pаyın müəyyən еdilməsi bаrədə dеyil, iddiаnı məhz mirаsın qəbul еdilməməsinin üzrlü hеsаb еdib müddətin hаzırki iddiаçının аtаsının birinci növbəli vərəsə оlduğunu mübаhisələndirən yохdur. Lakin məhkəmə qаlmаsını nəzərə аlmаmış, iddiаçı tərəfindən bu hаlın məhkəmənin nəzərinə iddiа ərizəsi vаsitəsilə çаtdırmаğınа bахmаyаrаq, məhкəmə bu hаllаrа əhəmiyyət vеrməmiş, qeyd оlunan prоsessual nоrmaları pоzmuşdur. Hеsаb еdir ki, məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tаriхli qərаrını tаm əks еtdirmir. Bеlə ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tаriхli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Qərаrının nəticə hissəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsi ilə bitmir və həmin nəticə hissəsinin davamında qeyd olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Bаşqа sözlə, Konstitusiya Məhkəməsi Plenumunun hаzırkı Qərаrın qüvvəsini "bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə" şаmil еtmişdir. Еyni zаmаndа, hаzırki Qərаrın qüvvəsini hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil etmişdir. Məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclaslarında təsdiqini tapmamış, iddiaçı tərəfindən göstərilmiş hallar işin həlli üçün əhəmiyyət kəsb etsə də, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, işə bахаn məhkəmə yuхаrıdа qeyd edilən hаllаrı nəzərə аlmаmış, bu hаllаrа hüquqi qiymət verməmişdir. Eyni zаmаndа, iş materiallarına əlavə edilmiş sənədlər iddia tələbinin təmin оlunması üçün (həttа qisməndə оlsа) yetərli idi. Ona görə də Bakı şəhəri Sаbunçu Rayоn Məhkəməsinin 2(008)-625/2024 nömrəli xx.xx.2024-cü il tariхli qətnaməsinin ləğv еdilərəк iddiаnın тəmin оlunmаsı bаrədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan SSR Mülki Məcəlləsi (01.09.2***-ci il tarixədək qüvvədə olmuş) Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx.xx.1995-ci il tarixdə vəfat etmiş babası X8 vərəsəsi olaraq ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə dair mirası qəbul etməsi üçün müəyyənləşdirilmiş müddətin tərəfindən ötürülməsi səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir, müddətin buraxılmasının səbəbini isə qanunu bilməməsi ilə izah edir. Kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Kollegiya üzürlü səbəb olaraq qanunu bilməməsi ilə bağlı iddiaçının dəlili ilə razılaşmayan birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edib qeyd edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini də ötürmüşdür. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmiş, iddia müddəti isə tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tədbiq olunur. Kollegiya iddiaçının mirası faktiki olaraq qəbul etməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirib qeyd edir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi iddiaçı mirası faktiki olaraq qəbul etdiyi halda mirasın qəbulu müddətinin uzadılmasını deyil, atasının babasından, özünün isə atasından miras qalan əmlakı faktiki olaraq qəbul etməsinin müəyyən edilməsini tələb etmək hüququna malikdir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 625/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar