Məhkəmə qərarları › İş №2(103)-5449/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5449/2024

30.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5449/2024 30.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 saylı qətnaməsindən iddiaçı tərəfin nümayəndə və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X4 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə1 ərizə verərək onun İddiaçı2 və İddiaçı1 ilə əvəz edilməsini xahiş etmiş, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03 noyabr 2022-ci ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X4 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı tərəfin nümayəndə və və Vəkil2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərkən müddət ötürülmüşdür. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 sistemə proses iştirakçısı kimi daxil edilmiş və onun elektron kabineti var. Məhkəmə tərəfindən qətnamə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2024-cü ildə saat 21:29-da yerləşdirilmişdir. Apellyasiya şikayəti iddiaçıların nüayəndəsi tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü ildə verilmiş, bununla da apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüş, müddətin bərpası barədə ərizə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2, 135.3-cü və 136.6-cı və 136.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kollegiya hesab edir ki, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə1 qətnaməni xx.xx.2024-cü il tarixə qəbzə imza etməklə alsa da, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən qətnamə iddiaçıların nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdən rəsmi qaydada əldə edilmiş sayılır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hətta, iddiaçıların vəkili Vəkil2 yeni orderin verildiyi və apellyasiya şikayəti üçün dövlət rüsumunun ödənildiyi xx.xx.2024-cü il tarixdən hesablansa belə, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddət ötürülmüşdür. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin nümayəndə və və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-364, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 saylı qətnaməsindən iddiaçı tərəfin nümayəndə və və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar