Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5462/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 27 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (Cavabdeh MMC hüquqi varisi) X12 arasında müqavilə bağlanmış, "xxxx" MMC (Cavabdeh MMC hüquqi varisi) Bakı şəhəri,Nərimanov rayonu,Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki tikiləcək çox mərtəbəli yaşayış binasının inşa edildiyi ərazidə “Mülkiyyətçi"yə məxsus (********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il larixli, RX ******* Seriyalı reyestrdən çıxarış birmərtəbəli qəzalı tikilinin söküntüsünü və yeni yaşayış binasının tikintisini həyata keçirərək, “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanındakı mənzilinin ümumi sahəsinə(“Mülkiyyətçi”-nin çıxarışda qeyd olunan (49,4.0 kv.m) və faktiki mövcud olan (87,3 kv.m) hissəsinə uyğun olaraq) şirkət tərəfindən güzəşt edilməklə (87,3 kv.m+21,7 kv.m (25%) əlavə sahə verilməklə =109 kv.m) 7-ci binanın 3-cü mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeydiyaşayış olarsa həmin mərtəbələrin sayılması şərti ilə)yerləşən 576 nömrəli,4(dörd) otaqlı mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi,”Mülkiyyətçi” isə yaşayış üçün qəzalı vəziyyətdə olan,söküləcək mənzili "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, “Mülkiyyətçi”- X13 "xxxx" MMC-dən bir kvadrat metri 1500 manat olmaqla 22 kv.m metr əlavə sahə alır,aldığı əlavə sahənin 10.000 manatını bu müqavilə ilə bağlanan anda ödəyir,qalıq 23.000 manatı isə mənzil təhvil verilənədək ödəyir.Qalıq borc ödənilməzsə mənzil təhvil verilmir. "xxxx" MMC yekun olaraq 132.0 kv.m sahəsi olan təmirli mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür və yaşayış sahəsi təhvil verilənədək hər ay 500 manat kirayə haqqı müvəqqəti yaşayış üçün müqavilə üzrə “Mülkiyyətçi”-yə ödəməyi öhdəsinə götürür.
2. xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən görünür ki,Müqavilə üzrə “Alıcı”ya təhvil verilməsi nəzərdə tutulan,ünvan 2 ünvanında yerləşən 2 ədəd hər birinin sahəsi 70 kv.m-lik ümumi sahəyə malik mənzillərin sahəsi alıcı tərəfindən bir kvadrat metri 1500 manat olmaqla hesablanıb əlavə 4 kvadrat metrə 6000(altı min) manat ödənilmək şərti ilə veriləcək mənzillərin ümumi sahəsi artırılaraq 72 kv.m müəyyən edilir.”Əvəzləşdirilən mənzil”in sahəsinin 4 kvadrat metr artırılmasına görə ödəniləcək 6000 manat və xx.xx.2021-ci il tarixli 1.2-ci bəndində nəzərdə tutulmuş qalıq 7000 manat borc ümumillikdə 13000 manat məbləğində borc pul isə mənzil "xxxx" MMC tərəfindən təhvil verilənədək alıcı tərəfindən ödənilir.Qalıq borc ödənilməzsə mənzil təhvil verilmir.
3. 02.10.2021-ci il tarixli aktın surətindən görünür ki, Tərəflərin imzaladıqlan xx.xx.2021 -ci il tarixli Müqaviləyə əsasən, “Əmlak mülkiyyətçisi” olaraq İddiaçı1 bu Aktla, ünvan 3 ünvanında yerləşən mənzili sökülməsi üçün “Tikinti şirkəti” olaraq "xxxx" Məhdud Məsuliyvətli Cəmiyyətinə təhvil verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu Aktla həmin mənzili "Əmlak mülkiyyətçisi" olan X4 qəbul edir.
4. xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksində Vİİ binanın İİİ mərtəbəsində 576 saylı mənzilə görə 110 kv.m.-lik sahəsini hər bir kv.nı 1500,00 (bir min beş yüz)manat olmaqla 22 kv.nı artıraraq 132 kv.metrlik mənzilə görə 33000.00 (Otuzz üç min)manat məbləğində 10000.00 (On min) manat ödəniş edib və “İnteks" MMC -yə 23000.00 (İyirmi üç min) manat borcu var.
5. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki,xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən İddiaçı1 bu Aktla,ünvan 4, F.Məmmədov küç, Qarabağ küç və Quliyev küç. ünvanında yerləşən Triumf X17 7-ci binanın, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72.78 m2 olan 583 (7/11) nömrəli mənzil sakinin əmlakı olaraq yaşamaq üçün “Tikinti şirkəti” olaraq Cavabdehndən təhvil alır, Cavabdeh isə bu Aktla həmin mənzili “Əmlak mülkiyyətçisi” olan İddiaçı1-ya təhvil verir. Bu akt əsasında İddiaçı1 mənzili təhvil aldığı andan ona veriləsi kompensasiya şəklində kirayə pulu dayandırılır.
6. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki,xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən X13 bu Aktla,ünvan 4, F.Məmmədov küç, Qarabağ küç və Quliyev küç. ünvanında yerləşən Triumf X17 7- ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132.97 m2 olan 576 (7/4) nömrəli mənzil sakinin əmlakı olaraq yaşamaq üçün “Tikinti şirkəti” olaraq Cavabdehndən təhvil alır, Cavabdeh isə bu Aktla həmin mənzili “Əmlak mülkiyyətçisi” olan X8 təhvil verir. Bu akt əsasında X13 mənzili təhvil aldığı andan ona veriləsi kompensasiya şəklində kirayə pulu dayandırılır.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı2 Baxı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələri kəsişməsində yerləşən "Triumf Palace" yaşayış kompleksinin 7-ci binası, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132.97 m2 olan 576 saylı ( 7-ci bina üzrə 4 saylı) mənzil ona məxsusdur və Cavabdeh MMC -yə ("xxxx" MMC-nin hüquqi varisi) mənzilin dəyəri üzrə borcu yoxdur.
8. 26.02.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X5 xx.xx.2021 tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksində Vİİ binanın İİİ mərtəbəsində sahəsi 132.97 kv.m. sahəli 576 saylı mənzilə görə 23 000.00 (İyirmi üç min) manat ödəniş edib və Cavabdeh MMC-yə ("xxxx" MMC -nin hüquqi varisi) borcu yoxdur.
9. 26.01.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı1 qızı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksində Vİİ binanın İİİ mərtəbəsində sahəsi 72.78 kv.m. olan 577 saylı (2 otaqlı) və Vİİ binanın İV mərtəbəsində sahəsi 72.78 kv.m. olan 583 saylı (2 otaqlı) mənzillərə görə 13 000.00 (On üç min) manat ödəniş edib və Cavabdeh MMC-yə ("xxxx" MMC –nin hüquqi varisi) borcu yoxdur.
10. xx.xx.2023-cü il tarixli xx.xx.2021-ci il tarixli müqavilə xitam verilməsi haqqında “Razılaşma”-ya əsasən, tərəflərin razılığı əsasında "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilir. “Birinci tərəf-in xx.xx.2023-cü il tarixli Ərizəsini nəzərə alaraq, Tərəflər razılaşırlar ki, xitam verilən 27.0S.2021-Cİ il tarixli Müqaviləyə əsasən “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.97 kv.m olan 576 (7/4) nömrəli mənzilə dair veni müqavilə İddiaçı2 adına rəsmiləşdiriləcək.
11. xx.xx.2023-cü il tarixli 014/TP-D-23 saylı müqaviləyə əsasən görünür ki, "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X6 övladı İddiaçı2 şamil edilir. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş və “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.97 kv.m olan 576 (7 saylı bina 4 saylı mənzil) nömrəli mənzili X9 təhvil verilmişdir. “İkinci tərəf’ “Mənzil”-i X2 təhvil alacaq və həmin mənzilin təhvil-təsliminə görə Cavabdeh MMC heç bir öhdəlik və məsuliyyəti daşımır.
12. İddiaçı2 Natilovna və İddiaçı1 Natilovnanın vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubundan görünür ki,müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132.97 kv.m ümumi sahəyə malik mənzilin ölçülərinin 118.9 kv.m olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və 583 nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kv.m təşkil etməsi müəyyən edilmişdir. İddiaçı2 Natanilovnnnın mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048.0 manat, İddiaçı1 577 və 583 nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030.0 manat vəsait tələb olunur. Bundan başqa şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən İddiaçı1 7440 manat,İddiaçı2 21.105 manat ziyan vurulmuşdur.Müqavilə öhdəliklərinin pozulması nəticəsində vətəndaş İddiaçı1 33.500 manat ,İddiaçı2 isə şirkət tərəfindən 41.153 manat maddi zərər dəymişdir.Müqavilə üzrə öhdəliyin pozulması nəticəsində cəmi 74653 manat pul vəsaitinin 3 gün ərzində İddiaçı2 və İddiaçı2 ödənilməsi xahiş edilmişdir.Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. “X25 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 577 və 583 saylı mənzillərin hər birinin daxili ümumi sahələrinin 70,3 kv.m olduğu, 576 saylı mənzilin isə daxili ümumi sahəsinin 118,9 kv.m olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilən qüsurlar nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 576, 577 və 583 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materialların keyfiyyətsiz olduğu müəyyən edilir. Qeyd olunan ünvanda 577 və 583 saylı mənzillərdə yenidən aparılmalı təmir işlərinə (materiallarla birlikdə) hər mənzil üçün təqribən 13030,0 (on üç min otuz) manat, 576 saylı mənzildə isə yenidən aparılmalı təmir işlərinə (materiallarla birlikdə) təqribən 20048,0(iyirmi min qırx səkkiz) manat dəyərində vəsait tələb olunur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv. M 577 v 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576, 577 və 583 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində qüsurların olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 576 saylı mənzil üzrə 23651,0 manat, 577 və 583 saylı mənzillər üzrə isə 14762,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin faktiki sahəsinin 130,4 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin çöl divarlarının ortasından hesablanmaqla mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin sahəsinin 136,74 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin sahəsinin 70,5 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 mənzilin şaxtalarının altına düşən sahənin 1,08 kv.m., sütunların altına düşən sahənin 1,1 kv.m., arakəsmə divarların altına düşən sahənin 5,0 kv.m., lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,6 kv.m., 577 və 583 mənzillərin şaxtalarının altına düşən sahənin 1,8 kv.m., sütunların altına düşən sahənin 1,2 kv.m., arakəsmə divarların altına düşən sahənin 2,1 kv.m., lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,0 kv.m. təşkil etdiyini nəzərə alaraq,576 saylı mənzilin ümumi sahəsnin 132,58 kv.m ,577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin 73,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 577 və 583 mənzillərin hər birinin daxili ümumi sahəsinin 70,8 kv.m olduğu, 576 saylı mənzilin daxili ümumi sahəsinin 130,4 kv.m olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzillərdə arakəsmə divarların layihəyə uyğun inşa edildiyini nəzərə alaraq, təmir nəticəsində mənzilin ümumi sahəsinin ölçülərində fərq yaranmadığı müəyyən edilir.
16. Yerli baxışa aid CD diskin materiallarından görünür ki, Baxış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 577 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik, 7-ci binanın 4-cü mərtəbəsində yerləşən 583 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik və 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kv.m. olan 576 nömrəli mənzillərdə aparılmışdır. Mənzillərdə müxtəlif təmir qüsurlarının mövcudluğu – divarda çoxsaylı çatlar, sanitar qovşaqda su borusunun yararsız vəziyyətdə olması, qapı-pəncərələrin açılıb bağlanmaması və s. kimi hallar müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 74653 (yetmiş dörd min altı yüz əlli üç) manat pulun alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-ti ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 577 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik və 7-ci binanın 4-cü mərtəbəsində yerləşən 583 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik mənzillərin inşa edilərək təmirli vəziyyətdə vətəndaş İddiaçı1 təhvil verilməsinə dair MMC tərəfindən öhdəlik götürülmüşdür. Eyni zamanda Cavabdeh MMC-ti ilə İddiaçı2 arasında 17 fevral 2023-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə görə "xxxx" MMC-ti ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X3 övladı İddiaçı2 şamil edilmişdir. X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132,97 kv.m ümumi sahəyə malik mənzilin inşa edilərək təmirli vəziyyətdə vətəndaş X7 təhvil verilməsinə öhdəlik götürmüşdür. Cavabdeh MMC ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Akta əsasən Bakı şəhəri ünvan 5, F.Məmmədov küçəsi, Qarabağ küçəsi və Quliyev küçəsi ünvanında yerləşən Triumf X17 7ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kv.m. olan 576 nömrəli mənzilin ona və həmin yaşayış kompleksinin 7-ci binasının, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 olan 583 və 7-binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kv.m. olan 577 nömrəlimənzilləri İddiaçı1 təhvil verilmişdir. Mənzillər vətəndaşlara təhvil verildikdən sonra mənzillərdə bir müddət sonra qüsürlar özünü biruzə verməyə başlamışdır. Məlum olmuşdur ki, mənzillərin təmirində zəif keyfiyyətə malik olan təmirtikinti materialları istifadə edilmiş, təmir işləri keyfiyyətə malik olmayan tikinti materiallardan istifadə edilməklə aparılması aşkara çıxarılmışdır. Yaşayış kompleksinin 7-ci binasının, 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 olan 583 nöməli mənzildə sanitar qovşağdakı qurğularda yaranmış olan nasazlıq səbəbindən mənzilin dəhlizində divar kağızlarının qopması baş vermişdir. Döşəmələrdə laminatın birləşmə yerlərində şişmələr və digər hallar vətəndaşların narahatlığına səbəb olmuşdur. Bununla bağlı həmin vətəndaşlar bir sıra dövlət orqanlarına və ərazi üzrə Nərimanov rayon İcra Hakimiyyətinə şiakyətlər ünvanlamışlar. Hər iki vətəndaş İddiaçı2 və İddiaçı1 dəymiş ziyan tələbi ilə onları məhkəmə orqanlarında təmsil etmək üçün mənimlə hüquqi yardım göstərilməsinə dair müqavilə bağlamışlar. Mənzillərə müvafiq sorğu əsasında mütəxəssislər dəvət olunmuşdur və təmir işlərinin vəziyyəti və keyfiyyətinə dair mütəxəssis rəyi verilməsi tələb edilmişdir. Mütəxəssis rəyi ilə yuxarıda qeyd edildiyi kimi mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materiallarının keyfiyyətsiz olduğu və mənzillərin ölçülərinin təhvil-təslim aktında göstərilən ölçülərə uyğun gəlməməsi aşkarlanmışdır. Belə ki, müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132,97 kv.m ümumi sahəyə malik mənzilin ölçülərinin 118,9 kv.m olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və 583 nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kv.m təşkil etməsi müəyyən edilmişdir. İddiaçı2 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048,0 manat, İddiaçı1 577 və 583 nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030.0 manat vəsait tələb olunur. Bundan başqa şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən İddiaçı1 7440 manat, İddiaçı2 21.105 manat ziyan vurulmuşdur. Beləliklədə müqavilə öhdəliklərinin pozulması nəticəsində vətəndaş İddiaçı1 Natalivnaya 33.500 manat, İddiaçı2 isə şirkət tərəfindən 41.153 manat maddi zərər dəymişdir. Ümumilikdə İddiaçı1 və İddiaçı2 müqavilə öhdəliyinin pozulması nəticəsində cəmi 74653 (yetmiş dörd min altı yüz əlli üç) manat zərər dəymişdir.
19. Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin e-2(005)-103/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfəndizadə Mehriban) iddianın qismən təmin edilməsi, təhvil verilən mənzilin sahəsinin əksik olduğu üçün 11340 (on bir min üç yüz qırx manat) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, təhvil verilən mənzilin sahəsinin əksik olduğu üçün 6555 (altı min beş yüz əli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı1 məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 20048 (iyirmi min qırx səkkiz) manat, İddiaçı2 26060 (iyirmi altı min altmış) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 313 manat məbləğində dövlət rüsumunun 269 manatının Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi , dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 85 manatının Cavabdeh MMC-dən, 15 manatının isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X10, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 324, 399.1, 385.1, 386.1, 442, 389.1, 425.1, 425.2, 443.1, 443.2, 443.3, 762.1, 762.2, 762.3-cü maddələrinə, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.1, 103.1, 103.2, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən hesab edir ki, qətrnamə qanunsuz, ədalətsiz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla mənzil cavabdeh tərəfindən iddiaçıya qüsursuz, yüksək keyfiyyətdə və müvafiq standartlara uyğun, habelə müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun kəmiyyət və keyfiyyət göstəriciləri ilə mənzil təqdim etmiş, tərəflər arasında təhvill-təslim aparılmış, iddiaçı mənzilin ölçü habelə qüsur və çatışmazlıqları barədə məlumat əldə etmək, mənzilə hərtərəfli baxış keçirmək imkanına malik olmuş, mənzili təftiş edərək təhvil almışdır. Lakin bir müddət sonra sakinlər tərəfindən mənzilin düzgün istismar edilməməsi və sanitar qovşağa düzgün texniki qulluq göstərilməməsi səbəbindən, yəni sakinlərin özlərinin təqsiri ucbatından mənzilin divarlarının birində su xəttinin partlaması nəticəsində divar kağızı zədələnmiş, bəzi yerlərdə divar kağızı cüzi məsafədə divardan aralanmış, qapının üst yaşmaqı (naliçnik) qopmuşdur. Məhkəmə tərəfindən bununla bağlı müvafiq eskpertiza təyin edilmiş, məhkəmə həmin qüsurun istehlakçının mənzili düzgün istismar etməməsi ilə bağlı ehtimalları və xüsusatları araşdırmadan, faktiki olaraq sübutetmə yükünün dönüşünü apararaq birbaşa cavabdehi təqsirli bilmiş, müvafiq ekspert rəyində isə su sızıntısı nəticəsində yaranmış problemi aradan qaldırmaq üçün zəruri olan xərc məbləği əvəzinə bütövlükdə mənzilin yenidən təmir xərci müəyyən edildiyi halda məhkəmə həmin məbləğin iddiaçıya ödənilməsini qət etmişdir. Halbuki, hər hansı bir mənzildə su borusundan su sızıntısı nəticəsində divar kağızı zədələndikdə heç də bütövlükdə mənzilin təmirinə zərurət qalmır, yalnız su borusu təmir edilməklə divar kağızı yenisi ilə əvəzlənir ki, bu da heç də məhkəmənin qət etdiyi məbləği təşkil etmir. Başqa sözlə, məhkəmə mənzilin divar kağızında yaranmış problemi aradan qaldırmaq üçün mənzilin bütövlükdə yenidən təmir xərcini cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, məsələyə analoji nöqteyi nəzərdə yanaşdıqda, məsələn avtoqəza hadisələri zamanı təqsirkar sürücüdən heç də yeni nəqliyyat vasitəsinin zərər çəkmiş şəxsə alınıb verilməsi və ya dəyərinin ödənilməsi deyil, yalnız avtomobilin zədələnmiş ehtiyat hissəsinin əvəz edilməsi nəzərdə tutulur. Bu baxımdan hazırki vəziyyətdə də bütövlükdə məznilin təmiri deyil, onun yalnız zədələnmiş hissəsinin təmir xərcləri hesablanmalı, hadisənin real təqsirkar tərəfi, istehlakçının təqsiri tam istisna edildikdən və cavabdehin təqsiri sübuta yetirildikdən sonra restitusiya xərcləri tutulmalı idi. Məhkəmə isə təqsirkar tərəfi müəyyənləşdirmədən, istehlakçının mənzili düzgün istismar edib-etməməsi, hadisənin məhz iddiaçının tikinti-təmir nöqsanı nəticəsində baş veribverməməsini aydınlaşdırmadan birbaşa iddia tələbini həmin hissədə qanunsuz və əsassız olaraq təmin etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh təmirli mənzilin təhvil verilməsi öhdəliyini üzərinə götürmüş və öhdəliyini yerinə yetirərək təmirli mənzilləri iddiaçılara təhvil vermişdir. Həmin müqavilədə mənzillərin tavanına alçipanın vurulması nəzərdə tutulmamış, mənzilin giriş və daxili qapılarının, divar kağızının hansı şirkətə məxsus olması göstərilməmişdir. Cavabdeh MMC yaşayış kompleksini inşa edərək eyni qaydada bütün mənzilləri 300 ailəni həmin kompleksə köçürmüşdür. İddiaçılar ilkin olaraq hamam aksesuarlarının olmamasını əsas gətirərək mənzilləri təhvil almaqdan imtina etmişlər və müstəsna hal olaraq mübahisəli mənzilə cavabdeh tərəfindən hamam aksesuarları quraşdırılandan sonra hər üç mənzil təhvil alınaraq iddiaçılar tərəfindən istismar edilmişdir. Mənzillərdə təhvil verilən zaman hər-hansı bir nöqsan olsa idi, iddiaçılar nəinki mənzillləri təhvil almaz, hətta Cavabdeh MMC-yə borclu olduqları pul məbləğini belə şirkətə ödəməzdilər. Bu fakt bir daha mənzillərin tam təmirli vəziyyətdə təhvil verildiyini, lakin iddiaçılar tərəfindən istismar qaydalarına riayət edilməməsi nəticəsində mənzildə qeyd olunan problemlərin yarandığını təsdiq edir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzillərin divarları istehsalçı “Qobustone” AAC-nin qazoblokları ilə hörülmüş və həmin divarlarda təmirdən sonra çatların yaranmasına səbəb qazoblokların tikinti norma və qaydalarına uyğunsuzluğundan (istehsalçının qazoblikları istehsal edərkən texnologiyaya riayət etməməsi və s.) baş verməsi ehtimalı da real xarakter daşımışdır. Bununla bağlı təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətdə məsələ qaldırılsa da məhkəmə tərəfindən qeyd olunan xüsusatlara ümumiyyətlə münasibət bildirilməmişdir. Mənzillərin sahəsi ilə bağlı tələb hissəsi üzrə qeyd etməyi zəruri hesab edir ki, mənzillərin ümumi sahəsinə dair ekspert rəyində olan ziddiyətli göstəricilərlə bağlı bildirir ki, dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə üzrə inşa işləri aparılmış və həmin layihədə əks olunan göstəricilərə uyğun vətəndaşlara mənzillər ayrılmışdır. Təbii ki, tikinti norma və qaydalarına uyğun olaraq təmirdən sonra mənzilin ümumi sahəsində müəyyən dəyişikliklər ola bilər. Eyni zamanda, mənzillərin real ölçüləri ilə onların müqavilədə qabaqcadan şərtləşdirilmiş ölçüləri arasında mənzil mülkiyyətçilərinin zərərinə hər hansı fərq mövcud olmamış, məhkəmənin iddia tələbinin qeyd olunan hissəsinə qiymət verərkən rəhbər tutduğu iş materiallarında mövcud olan ekspertiza rəylərindəki metodika müvafiq normativlərin və qanunvericiliyin tələblərinə tamamilə zidd olmuş, müvafiq əmsallar düzgün tətbiq olunmamış, ona görə də ilk baxışdan sanki cavabdehin iddiaçılara müqavilədə vədləşdirilmiş sahədən əskik mənzil sahəsi təqdim etməsi barədə səhv təəssürat yaranmışdır. Ona görə də hesab edir ki, bu hissədə də məhkəmə qətnaməsi əsaslı olmamışdır. Habelə zərərin əvəzinin ödənilməsi ilə bağlı razılaşırlar ki, xitam verilən 27.0S.2021-ci il tarixli Müqaviləyə əsasən “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.97 kv.m olan 576 (7/4) nömrəli mənzilə dair yeni müqavilə İddiaçı2 adına rəsmiləşdiriləcək. xx.xx.2023-cü il tarixli 014/TP-D-23 saylı müqaviləyə əsasən görünür ki, "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X6 övladı İddiaçı2 şamil edilir. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş və “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.97 kv.m olan 576 (7 saylı bina 4 saylı mənzil) nömrəli mənzili X9 təhvil verilmişdir. “İkinci tərəf’ “Mənzil”-i X2 təhvil alacaq və həmin mənzilin təhvil-təsliminə görə Cavabdeh MMC heç bir öhdəlik və məsuliyyəti daşımır. Belə ki, mənzil mülkiyyətçiyə təhvil verildikdən xeyli müddət sonra mənzilin bir divarında su xəttinin partlaması nəticəsində divar kağızı zədələnmiş və mənzilin müəyyən hissələrində divar kağızı cüzi məsafədə divardan aralanmış, qapının üst yaşmağı (naliçnik) qopmuşdur. Bundan sonra iddiaçı bununla bağlı və mənzilin ölçülərinin yenidən təftiş edilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məsələ burasındadır ki, istər mənzillərin təmir-bərpa xərcləri, istərsə də ölçüləri təftiş edilərkən ekspert tədqiqatı zamanı çəkişmə prinsipi təmin edilməmiş, ekspertiza birtərəfli qaydada aparılmış, mənzillərin faktiki ölçüsünə nisbətdə müvafiq əmsallar da düzgün tətbiq edilməmiş, mənzilin müvafiq hissəsinin təmir-bərpa işləri üçün bütövlükdə mənzilin yenidənqurma və təmir xərcləri tətbiq edilmiş, lakin bütün bunlara baxmayaraq məhkəmə iş materiallarında olan ekspert rəylərini mötəbər sübut kimi qəbul etmiş, tərəfimizdən verilmiş vəsatətə ümumiyyətlə baxılmamışdır. Halbuki həmin vəsatətdə iş materiallarında olan ekspert rəyləri ilə faktiki olaraq araşdırılmamış aşağıdakı məsələlər qoyulmuşdur: Mübahisəli mənzillərin divarları istehsalçı“Qobustone” AAC-nin qazoblokları ilə hörülmüş və həmin divarlarda təmirdən sonra çatların yaranmasına səbəb qazoblokların tikinti norma və qaydalarına uyğunsuzluğundan (istehsalçının qazoblikları istehsal edərkən texnologiyaya riayət etməməsi və s.) yarana bilərmi və mövcud çatların yaranması səbəbi nədir? Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında təmirli mənzillər istismara (sakinlərin istifadəsinə) veriləndən bir müddət sonra (aylar ərzində) mənzilin divarlarında tikinti norma və qaydalarına görə çatlar yarana bilərmi? Bu kimi işi tam, obyektiv, hərtərəfli araşdırılması üçün vacib əhəmiyyət kəsb edən suallara ekspert rəylərində aydınlıq gətirilməmişdir. Məhkəmə tərəfindən mənzildə yaranmış qüsurun tikinti və ya istismar qüsuru olması aydınlaşdırılmamışdır. Ekspertiza tərəfindən təqdim edilmiş təmir xərclərinin mənzilin müvafiq hissəsinin bərpa xərcləri və ya bütövlükdə mənzilin yenidənqurma və əsaslı təmir xərcləri olması aydınlaşdırılmamışdır. Ekspertiza tərəfindən mənzilin faktiki sahəsinin müqavilədə şərtləşdirilmiş sahəyə uyğunluğu müəyyən edilərkən müvafiq standartlar və normativlər üzrə əmsalların düzgün tətbiq edilib edilməməsi, habelə istismar və daha sonra alıcı tərəfindən aparılmış təmir işlərinin mənzil sahəsinin yekun vəziyyətinə təsiri və bu kimi digər faktorlar aydınlaşdırılmamışdır. Mənzilin su borusunda və bununla bağlı divar kağızında yaranan problemin iddiaçınıın özünün istismar qüsuru nəticəsində deyil məhz cavabdehin təmir-tikinti (istehsal) qüsuru olması sübuta yetirilməmişdir. Mübahisəli qətnamədə dəymiş zərər qismində mənzilin bərpa xərcləri kimi qət edilmiş məbləğin konkret olaraq qüsur baş vermiş divar sahəsi üzrə və ya bütövlükdə mənzilin əsaslı yenidənqurma və təmir xərci olması sübut edilməmişdir. Mənzilin faktiki sahəsinin müqavilədə şərtləşdirilmiş sahəyə uyğun olmaması heç bir mübahisəsiz, müvafiq normativlərə uyğun hesablamalar aparılmış və əmsallar tətbiq edilmiş ekspertiza tədqiqat nəticələri ilə sübuta yetirilməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən istinad edilmiş ekspertiza rəyləri mənzilin faktiki sahəsinin hesablanması ilə bağlı metodikaya tamamilə ziddir. Məhkəmə tərəfindən mənzildə yaranmış nöqsanın səbəbkarı kimi əsassız olaraq cavabdeh müəyyən edilmişdir. Halbuki, mənzildə su borusundakı sızma nəticəsində divarların birində divar kağızının qopması bilavasitə mənzil mülkiyyətçisinin mənzili düzgün istismar etməməsi, sanitar qovşağa zəruri texniki qulluq göstərməməsi nəticəsində baş vermiş, burada cavabdehin hər hansı təqsiri mövud olmamışdır. Bununla belə məhkəmə tərəfindən qət edilmiş mənzilin bərpa xərcləri (dəymiş zərər) faktiki olaraq mənzilin yenidənqurma və əsaslı təmir xərcləri məbləğində olmuşdur. Halbuki, burada iddia tələbi üzrə yalnız su borusunun bərpası və deformasiyaya uğramış divar kağızının və divarın səthinin bərpası xərcləri hesablanmalı idi. Mənzilin faktiki sahəsinin onun müqavilədə şərtləşdirilmiş sahəyə uyğun olmaması ilə bağlı dəlillər tamamilə əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdırlar ki, "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 577 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik və 7-ci binanın 4-cü mərtəbəsində yerləşən 583 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik mənzillərin inşa edilərək təmirli vəziyyətdə təhvil verilməsinə dair MMC tərəfindən öhdəlik götürülmüşdür. Eyni zamanda "xxxx" MMC ilə bacısı İddiaçı2 arasında 17 fevral 2023-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə görə "xxxx" MMC ilə anası X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X3 övladı, bacısı İddiaçı2 şamil edilmişdir. X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132,97 kv.m ümumi sahəyə malik mənzilin inşa edilərək təmirli vəziyyətdə anası X7 təhvil verilməsinə dair öhdəlik götürmüşdür. "xxxx" MMC ilə anası X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Akta əsasən Bakı şəhəri, ünvan 5, F.Məmmədov küçəsi, Qarabağ küçəsi və Nemət Quliyev küçəsi ünvanında yerləşən "Triumf" X17 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kv.m. olan 576 nömrəli mənzilin bacısına və həmin yaşayış kompleksinin 7-ci binasının, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kv.m. olan 583 və 7-binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kv.m. olan 577 nömrəli mənzilləri ona təhvil verilmişdir. Mənzillər onlara təhvil verildikdən sonra mənzillərdə bir müddət sonra qüsurlar özünü biruzə verməyə başlamışdır. Məlum olmuşdur ki, mənzillərin təmirində zəif keyfiyyətə malik olan təmir-tikinti materialları istifadə edilmiş, təmir işləri keyfiyyətə malik olmayan tikinti materiallardan istifadə edilməklə aparılması aşkara çıxarılmışdır. Yaşayış kompleksinin 7-ci binasının, 4-cũ mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 olan 583 nöməli mənzildə sanitar qovşağdakı qurğularda yaranmış olan nasazlıq səbəbindən mənzilin dəhlizində divar kağızlarının qopması baş vermişdir. Döşəmələrdə laminatın birləşmə yerlərində şişmələr və digər hallar narahatlığa səbəb olmuşdur. Bununla bağlı onlar bir sıra dövlət orqanlarına və ərazi üzrə Nərimanov rayon İcra Hakimiyyətinə şikayətlər ünvanlamışlar. Mənzillərə müvafiq sorğu əsasında mütəxəssislər dəvət olunmuşdur və təmir işlərinin vəziyyəti və keyfiyyətinə dair mütəxəssis rəyi verilməsi tələb edilmişdir. Mütəxəssis rəyi ilə yuxarıda qeyd edildiyi kimi mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materiallarının keyfiyyətsiz olduğu və mənzillərin ölçülərinin təhvil-təslim aktında göstərilən ölçülərə uyğun gəlməməsi aşkarlanmışdır. Belə ki, müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132,97 kv.m ümumi sahəyə malik mənzilin ölçülərinin 118,9 kv.m olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və 583 nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kv.m təşkil etməsi müəyyən edilmişdir. Bacısı İddiaçı2 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048 manat, mənim 577 və 583 nömrəli mənzillərinin hər birində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030 manat vəsait tələb olunur. Bundan başqa şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən ona 7440 manat, bacısı İddiaçı2 21.105 manat ziyan vurulmuşdur. Beləliklə də, müqavilə öhdəliklərinin pozulması nəticəsində ona 33.500 manat, bacısı İddiaçı2 isə şirkət tərəfindən 41.153 manat maddi zərər vurulmuşdur. Ümumilikdə, ona və bacısı İddiaçı2 müqavilə öhdəliyinin pozulması nəticəsində cəmi 74653 (yetmiş dörd min altı yüz əlli üç) manat zərər dəymişdir. Bununla bağlı o və bacısı İddiaçı2 Bakı şəhəri, Nərimanov rayon məhkəməsində "xxxx" MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmışlar. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-103/2025 saylı qətnaməsilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia qismən təmin olunmuş, təhvil verilən mənzilin sahəsi əksik olduğu üçün 11340 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq ona verilməsi, təhvil verilən mənzilin sahəsi əskik olduğu üçün 6555 manat məbləğində pul vəsaiti "xxxx" MMCdən tutularaq İddiaçı2 verilməsi, ona məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 20048 manat, İddiaçı2 26060 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınıb onlara ödənilməsi qət edilmişdir. Qarşı tərəf, yəni "xxxx" MMC qətnamə ilə razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini qeyri-obyektiv və əsassız hesab edirlər. Bildirir ki, iş üzrə ekspert rəyi vardır, həmin rəydə həqiqətən də mənzillərin sahəsinin əskik olması, keyfiyyətsiz təmir işləri aparılması öz təsdiqini tapmışdır. Həmçinin həmin evlərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv.m, 577 və 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576, 577 və 583 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində qüsurların olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 576 saylı mənzil üzrə 23651,0 manat, 577 və 583 saylı mənzillər üzrə isə 14762,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin faktiki sahəsinin 130,4 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin çöl divarlarının ortasından hesablanmaqla mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin sahəsinin 136,74 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrıayrılıqda hər birinin sahəsinin 70,5 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 saylı mənzilin şaxtalarının altına düşən sahənin 1,08 kv.m., sütunların altına düşən sahənin 1,1 kv.m., arakəsmə divarların altına düşən sahənin 5,0 kv.m., lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,6 kv.m., 577 və 583 mənzillərin şaxtalarının altına düşən sahənin 1,8 kv.m., sütunların altına düşən sahənin 1,2 kv.m., arakəsmə divarların altına düşən sahənin 2,1 kv.m., lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,0 kv.m. təşkil etdiyini nəzərə alaraq, 576 saylı mənzilin ümumi sahəsnin 132,58 kv.m,577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin 73,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir". Yerli baxışa aid CD diskin materiallarından görünür ki, Baxış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 577 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik, 7-ci binanın 4-cü mərtəbəsində yerləşən 583 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik və 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kv.m. olan 576 nömrəli mənzillərdə aparılmışdır. Mənzillərdə müxtəlif təmir qüsurlarının mövcudluğu - divarda çoxsaylı çatlar, sanitar qovşaqda su borusunun yararsız vəziyyətdə olması, qapı-pəncərələrin açılıbbağlanmaması və s. kimi hallar müəyyən edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir.
29. Maddə 324.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
33. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
39. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
40. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
41. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
42. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
43. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
44. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “ Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının:
46. 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən:
47. 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
48. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
49. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
50. 59.4.Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.
51. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
55. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
56. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
57. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
62. Hazırki halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-103/2025 saylı xx.xx.2025- ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
65. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
66. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
67. Hazırkı mülki işin müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasındakı müqavilə şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən sökülməsi üçün təhvil verilmiş mənzillərin əvəzinə İddiaçı1 72,78 kv.m. sahəli 577 və 72,78 kv.m. sahəli 583 nömrəli mənzilləri, X16 isə 132,97 kv.m sahəyə malik 576 nömrəli mənzilləri təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 ona təhvil erilmiş mənzillər üçün 13000 manat; Şamayeva Süryəyya 576 nömrəli məzil üçün 33000 manat mbləğində pul ödəmişdir. Tərəflərin arasında olan razılığa əsasən (xx.xx.2021-ci il tarixli əlavə razılaşma) mənzilin hər 1 kvadrat metri 1500 manat qiymətə hesablanmışdır.
68. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv.m; 577 v 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin faktiki sahəsinin 130,4 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 577 və 583 mənzillərin hər birinin daxili ümumi sahəsinin 70,8 kv.m olduğu, 576 saylı mənzilin daxili ümumi sahəsinin 130,4 kv.m olduğu müəyyən edilmişdir.
69. Hazırki iş üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh təmir xərclərinin şişirdildiyini, mənzillərin təhvil verilərkən qüsurların olmadığını, iddiaçının qüsurların aradan qaldırılması üçün şərait yaratmadığını, müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun mənzillər təhvil verildiyini bildirmişdir.
70. Ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
72. Kollegiya hesab edir ki, 25 iyul 2024-cü il tarixli ekspert rəyinin qərardadın 1ci sualına cavabı ilə mənzillərin ümumi sahəsinin hesablanması zamanı yalnız lociyaya münasibətdə azalma əmsalı tətbiq olunmalı olduğu, belə olduğu halda isə 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv.m; 577 v 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m olduğu müəyyən edilir. Göründüyü kimi, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Bu hal ekspert rəyi ilə təsdiq edilir. Eyni zamanda ekspert rəyləri ilə mənzildə aparılan təmir işlərinin mənzilin sahəsinin dəyişilməsinə təsir göstərmədiyi də müəyyən edilir.
73. Beləliklə, kollegiya hesab edir ki, 576 saylı mənzil üzrə (132,97-128,6=)4,37 kv.m; 577 və 583-cü mənzillər üzrə (72,78-69=)3,78 kv.m. sahə əksik təhvil verilmişdir. Belə olan təqdirdə, 576 saylı mənzilə görə 6555 manat; 577 və 583 saylı mənzillərin hər biri üzrə isə 5670; cəmi 11340 manat məbləğində pulun iddiaçılara ödənilməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur.
74. Mülki işin materiallarında olan ekspert rəyi ilə tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 576 saylı mənzil üzrə 23651,0 manat, 577 və 583 saylı mənzillər üzrə isə 14762,0 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində İddiaçı2 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048,0 manat, İddiaçı1 577 və 583 nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030.0 manat vəsait tələb olunduğu bildirmiş və həmin pul məbləğlərinin cavabdehdən tutulması tələb edilmişdir.
75. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb iddia tələbi həcmində təmin edilməli və mənzillərə dəymiş zərərin aradan qaldırılması üçün Cavabdeh MMC-dən 20048 manat məbləğində pul İddiaçı2; 26060 manat məbləğində pul İddiaçı1 ödənilməlidir.
76. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə hesab edir ki, cavabdeh təmir xərclərinin şişirdildiyini, məzillərin təhvil verilərkən qüsurların olmadığını, iddiaçının qüsurların aradan qaldırılması üçün şərait yaratmadığını bildirsə də, məzillərin lazımi keyfiyyətdə təhvil verilməməsi, bu səbəbdən iddiaçılara maddi ziyanın dəyməsi faktı da mülki işin materialları – o cümlədən tərəflərin izahatları, ekspert rəyi, yerli müayinə iclasının protokolu və video görüntüləri ilə öz təsdiqini tapır. Cavabdehin mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməsi də yuxarıda qeyd edildiyi kimi ekspert rəyi ilə təsdiq edilir. Cavabdeh bunun əksini təsdiq edən mötəbər sübutu və apellyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
78. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
79. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
80. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
81. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
84. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, bu hissədə də məhkəmənin gəldiyi nəticə əsaslıdır. Həmçinin, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.