Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5465/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Səlamət oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Səlamət oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2295/2021 saylı, 31 mart 2021-ci il il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Səlamət oğluna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Səlamət oğlu tərəfindən ünvan 1 ünvanının qarşısında inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmin etmə tədbirinə dair ərizə ilə müraciət edərək, ünvan 2 ünvanına bitişik Cavabdeh Səlamət oğlu və qeyriləri tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 2 ünvanına bitişik sahədə Cavabdeh Səlamət oğlu və qeyriləri tərəfindən aparılan tikinti işlərinin dayandırılması qərara alınmışdır. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Səlamət oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin, məhkəmə öz təşəbbüsü ilə 31 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Səlamət oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə ünvan 2 ünvanına bitişik sahədə Cavabdeh Səlamət oğlu və qeyriləri tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə Sabunçu Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadını ləğv etmişdir. Həmin qərardaddan Cavabdeh Səlamət oğlunun verdiyi şikayət məhkəmənin 15 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili şikayəti müdafiə edərək, izahatlarında bildirmişlər ki, cavabdehin apardığı qanunsuz tikinti işləri nəticəsində iddiaçının əmlakına ciddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətçi olmadığını qeyd etsə də, Zabrat qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışdıan görünür ki, sözügedən əmlak iddiaçıya məxsusdur. Həmçinin qeyd etmişlər ki, birinci instansiya məhkəməsi qətnamə qüvvəyə minmədən iddianı təmin etmə tədbirini ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı isə ləğv edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, tərəflər arasındakı mübahisəyə mahiyyəti üzrə baxılarkən iddianı təmin tədbiri qismində ünvan 2 ünvanına bitişik sahədə Cavabdeh Səlamət oğlu və qeyriləri tərəfindən aparılan tikinti işlərinin dayandırılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İşin hallarından aydın olur ki, hazırkı mülki iş üzrə yekun qərar qəbul olunmamışdır və tərəflər arasında mübahisə davam edir. Belə olan halda kollegiya hesab edir ki, mübahisə predmeti olan əmlakla bağlı görülmüş təmin tədbirlərinin ləğvi müvafiq institutun məqsədlərinə uyğun deyildir. Belə ki, məhkəmənin 31.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsə də qətnamə qanuni qüvvəsini almamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2295/2021 saylı, 31 mart 2021ci il tarixli qərardadı ləğv olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5465/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5465/2021
26.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver