Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5471/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X11 Şirkətinin Azərbaycan Respublikası Filialının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X4, cavbadeh Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “X11 “ Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin sazişi ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(103)- 139/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin İddiaçı Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139.1, 146.1,157.8, 158.4,180; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10nün aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin saziş ərazisində fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır. 1 saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060 koordinatlar) daxilində cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi (yarımzirzəmili/1 mərtəbəli +mansardlı) yerləşir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncamdan görünür ki, İ qrup əlil M.Ə.Ramazanova fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə əsasən 600.0 kv.m torpaq sahəsinin ayrılması və inşaat işlərinin aparılmasına icazə verilməsi, torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramazanovun mənzil növbəsindən çıxarılması, rayon memarı tərəfindən sahənin naturada nişanlanmasının həyata keçirilməsi və layihələşdirmə üçün tapşırıq verilməsi, vət. M.Ə.Ramazanova torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması, müqavilə bağlandıqdan sonra vət. M.Ə.Ramazanovun üzərinə kommunal xətlərinin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyinin qoyulması, vət. M.Ə.Ramazanovun üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyinin qoyulması barədə sərəncam verilmişdir. Hazırki iş üzrə cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncama əsasən əldə etmişdir və ən əsası torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramazanovun mənzil növbəsindən çıxarılması həmin sərəncamda öz əksini tapmışdır. Bu aspektdən yanaşdıqda həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh özünün mənzil şəraitini həll etmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Belə olduğu təqdirdə, cavabdeh M.Mehmanzadə tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdeh tərəfin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə gözlənti hüququ olduğundan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfin cavabdehin adına verilmiş sərəncamın etibarsız hesab edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadına istinad etməsinə münasibətdə qeyd edilməlidir ki, sözügedən sərəncam etibarsız hesab edilmədiyindən həmin qərardada istinad edilməsi əsaslı hesab edilə bilməz.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışa əsasən, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur; - Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X13 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X13 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Həmin Qanunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir; - Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə əsasən, nümayəndə cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. O, bildirmişdir ki, İ qrup əlil Cavabdeh mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 21 dekabr 1990-cı il tarixli 26 saylı sərəncamı ilə mənzil növbəsinə dayanmışdır. Sonradan Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 may 2000-ci il tarixli 550 saylı sərəncamı əsasında onun mənzil növbəsindən çıxarılmaq şərti ilə ona fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə uyğun 600 kv.metr torpaq sahəsi ayrılmış və torpaq sahəsində inşaat işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra o, həmin ərazini daş harasa almış və orada fərdi yaşayış evi inşa etmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi vətəndaş İ qrup əlil Cavabdeh Əbul oğlunun faktiki istifadəsində olan torpaq sahəsi mövcud torpaq qanunvericiliyinin tələbinə uyğun Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında verilmişdir və o, istifadə etdiyi torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahəsində inşa edilmiş tikili hər hansı qeyri-yaşayış sahəsi deyil, sərəncamla ayrılmış və təyinatına uyğun inşa edilmiş fərdi yaşayış evidir. İddia ərizəsindən də görünür ki, 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırmaki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X13 Bi.Vi. və ARDNŞ-ın Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə torpaq sahəsi cavabdehə ayrılarkən Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır, yəni həmin qanun cavabdehə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasından beş il sonra qəbul edilmişdir. Hətta cavabdehin yaşadığı evin yaxınlığında dövlət tərəfindən inşa edilmiş orta məktəb də fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir; - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncama əsasən, İ qrup əlil M.Ə.Ramazanova fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə əsasən 600.0 kv.m torpaq sahəsinin ayrılması və inşaat işlərinin aparılmasına icazə verilməsi, torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramzanovun mənzil növbəsindən çıxarılması, rayon memarı tərəfindən sahənin naturada nişanlanmasının həyata keçirilməsi və layihələşdirmə üçün tapşırıq verilməsi, vət. M.Ə.Ramazanova torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması, müqavilə bağlandıqdan sonra vət. M.Ə.Ramazanovun üzərinə kommunal xətlərinin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyinin qoyulması, vət. M.Ə.Ramazanovun üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyinin qoyulması barədə sərəncam verilmişdir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5812/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Cavabdeh cəlb edilməklə “cavabdehin Cavabdeh torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədə iddia ərizəsi üzrə iddiası mümkün sayılmamışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2887/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində Cavabdeh cəlb edilməklə) “cavabdehin Cavabdeh torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və geri qaytarılmışdır ; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-5996/2025 nömrəli mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi faktiki olaraq 610.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla dörd tərəfdən mişar daş hasarla sərhədlənib (ara sərhədləri mişar daş hasarla sərhədlənib). Sahə üzərində tikintialtı sahəsi 96.0 kv.m olan yaşayış evi inşa olunub (yarımzirzəmili/1 mərtəbəli +mansardlı). Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oil) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üzərində mövcud olan tikilinin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. “Google Earth” təsvirinə əsasən tikili 2013- cü il təsvirində müşahidə olunmuşdur; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli 10/1862 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-5996/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi təxmini 610.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla dörd tərəfdən mişar daş hasarla sərhədlənib (ara sərhədləri mişar daş hasarla sərhədlənib). Sahə üzərində tikintialtı sahəsi 96 m2 olan yaşayış evi inşa olunub (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı). Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oil) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üzərində mövcud olan tikilinin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. “Google Earth” təsvirinə əsasən tikili 2013- cü il təsvirində müşahidə olunur. Faktiki olaraq göstərilən torpaq sahəsinin daxilində mövcud olan yaşayış evinin (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 51a/151a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarına əsasən, X2 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarından cavabeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1548/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 162682,168141, 162284 və 162715 saylı neft quyularının mühafizə zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması” tələbi barədə iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, Torpaq Məcəlləsinin 46, 66, 67; “ Torpaq İsalahatları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə istinadən qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində qeyd etdiyi fikirlərlə bağlı məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, əvvəla qətnamədən də göründüyü kimi, məhkəmə şirkətə qarşı birmənalı olaraq qərəzli mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və ərazi Şirkətə məxsus olduğu halda, Şirkətin qanuni iddiasını təmin etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin vətəndaş Cavabdeh adına ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 550 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, cavabdehin həmin arqumenti 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki,Şirkət Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 550 saylı, xx.xx.2000-ci il tarxli Sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və Şirkətin iddiası həmin məhkəmənin 2-1(112)-5812/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır (qərardadın surəti əlavə olunur). Şirkətin iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5812/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının məzmun və mahiyyəti aşağıda qeyd edilənlərdən ibarət olmuşdur: “Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökümət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissəbirinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5- ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Göründüyü kimi, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı bir saziş kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı 550 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Məhkəmə hesab edir ki, artıq Qanunla öz hüquqi qüvvəsini itirmiş aktın yenidən məhkəmə qərarı ilə qanunsuzluğunun tanınmasına lüzum yoxdur. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 550 saylı, xx.xx.2000-ci iltarixli Sərəncamının hüquqi qüvvəsi mövcud deyil və bu fakt Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə də öz təsdiqini tapmışdır. Beləliklə də, Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh arqumenti olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Əlavə olaraq, vətəndaş Cavabdeh qanunsuz ayrılan torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində 162682 (81 m), 168141 (126 m), 162715 (107 m), 162688 (116 m) və 162684 (128 m) saylı neft quyularının mühafizə zolağı daxilində yerləşir. Həmçinin mübahisəli torpaq sahəsi 31 metr məsafədə neft xətti keçir. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/1862/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində verilmiş 3-21-3-30/2-5996/2025 saylı xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də müəyyən olunur ki, İddiaçı Şirkətinin Cavabdeh tərəfindən özbaşına tikili inşa etməsi iddia etdiyi torpaq sahəsi İddiaçı Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd etməyi zəruri hesab edirik ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X10 haqqında Saziş”ə və “X8”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşmadan Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, məhkəmənin qətnaməsində göstərdiyi bu əsaslar tam qanunsuz və qərəzlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qeyri-qanuni dəlillərinə hüquqi don geyindirilməklə onun əsassız arqumentlərini əsaslı hesab etmiş, lakin, məhkəmə gedişatı zamanı Şirkətin (nümayəndəsinin) təqdim etdiyi dəlillərə heç bir əhəmiyyət verməmişdir. Bununla da, Şirkətin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan fikrinə münasibətdə Şirkət Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulur və eyni zamanda sənaye təyinatlı ərazidə inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Həmçinin hesab edir ki, Binəqədi rayon məhkəməsinin qətnamədə qeyd etdiyi mövqeyi tamamilə yalnışdır ona görə ki, Şirkətin əsaslı iddiasının təmin edilməsi üçün Azərbaycan Respublikasının kifayət qədər qüvvədə olan Qanunvericilik norması olduğu halda, məhkəmə cavabdehin özbaşına və qanunsuz, eləcə də iddiaçı Şirkətin hüquqlarını pozan əməllərinin leqallaşdırılması üçün presedent hüququ yönümündə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarına istinad etməsi özü əsassız və qanunsuzdur. Yəni, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində presedent hüququ nəzərdə tutulmadığı halda, Binəqədi Rayon Məhkəməsi əsassız olaraq bu hüquqa istinad etməklə sözügedən qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli, 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.4-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin(bundan sonra – Nazirlər Kabineti) qərarı ilə həyata keçirilir. Bundan başqa, Binəqədi rayon Məhkəməsi hazırki iş üzrə Qətnamə qəbul edərkən Avropa Məhkəməsinin müxtəlif qərarlarına istinad etmişdir. ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda cənab prezidentin nitqinin bir hissəsini diqqətə çatdırmaq istəyir: Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, mülki iş üzrə əlavə məhkəmə tikinti -texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina məktubunda qeyd edilmişdir ki, 2(103)-5471/2025 N°-li iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə tikinti- texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin (bundan sonra — Xidmət) mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci İİ12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.Göstərilənlərə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin məhz iddiaçıya məxsus olan torpaq sahəsində qanunusuz olaraq özbaşına məskunlaşdığını, cavabdehin istinad etdiyi sərəncamın isə artıq öz hüquqi qüvvəsini itirdiyini, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə sərəncamın etibarsız hesab edildiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin həmin torpaq sahəsində özbaşına məskunlaşmadığını, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncama əsasən İ qrup əlil olan M.Ə.Ramazanova fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə əsasən 600.0 kv.m torpaq sahəsinin ayrıldığını, və inşaat işlərinin aparılmasına icazə verildiyini və həmin torpaq sahəsi ayrıldıqdan sonra cavabdehin mənzil növbəsindən çıxarıldığını, iddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin qərardadında sərəncamın etibarsızlığı ilə bağlı müddəa olmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Konstiusiyasının tələblərinə əsasən; 24. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə diqqət yetirilməlidir: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139- 1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139- 1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən:55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 1 0 3 . 1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.103.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.103.3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.103.4. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.103.5. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.108.Torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır.108.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin torpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.108.3. Torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran orqan və ya yuxarı orqan tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər.111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 13.Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə 4 avqust 1999-cu il, № 176 Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən: 2.3. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsində, 39-cu maddəsinin 2-ci hissəsində, 40-cı maddəsinin 3-cü hissəsində, 43-cü maddəsinin 4-cü və 5-ci hissələrində, 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində, 49-cu maddəsinin 4-cü hissəsində, 69-cu maddəsinin 1-ci hissəsində, 90-cı maddəsinin 2-ci hissəsində, 103-cü maddəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci hissələrində, 106-cı maddəsinin 1-ci hissəsində, 107-ci maddəsində, 108-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 80.1. Dövlət orqanlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda kompensasiya ödənildikdən sonra müvafiq icra hakimiyyəti orqanı yuxarıda göstərilən sənədlərin qəbul edilməsi (tərtib edilməsi) zamanı qanunvericiliyin tələblərinin pozulmasında təqsiri olan vəzifəli şəxsə qarşı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə müvafiq məhkəməyə iddia ilə müraciət edir. 80.2. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. 14.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən: 4.3. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il № 695 Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə: 4.3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin qeyd edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır.Hazırkı mərhələdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncamına əsasən əldə etmişdir və bundan sonra cavabdeh mənzil növbəsindən çıxarılmışdır. İddiaçı həmin sərəncamın hüquqi qüvvəsini itirdiyinə istinad edir. Belə olduğu təqdirdə, cavabdehin həmin torpaq sahəsini özbaşına zəbt etməsi və tikili tikməsi öz təsdiqini tapmır. Vətəndaşın icazə (sərəncam) əsasında əldə etdiyi torpaq sahəsində tikilinin aparılması özbaşına tikinti kimi qiymətləndirilə bilməz və kompensasiya olunmadan tikilinin sökülməsi və torpağdan çıxarılma yolverilməzdir. Qeyd edilməlidir ki, torpağın iddiaçıya istifadəyə verilməsi onun dövlət torpaqları kateqoriyasına aid olmasını və təyinatını dəyişmir. Yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir və dövlət orqanı tərəfindən qanunsuz olaraq vətəndaşa sərəncam verilməsi sonuncunun mülki məsuliyyətini müəyyən etmir.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ona ödəyən şəxsə aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı “ X11” Şirkətinin Azərbaycan Respublikası Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(003)-139/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.