Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5483/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)- 1201/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz və əsassız olaraq yazılmış 3000 (üç min) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini artırmış, "xxxx" ASC tərəfindən tərtib edilmiş 14.01.2020-ci il tarixli və 20.02.2020ci il tarixli aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış 3164 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)- 1201/2021 nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli R №171765 saylı və 20 fevral 2020-ci il tarixli R №171815 saylı aktların ləğv edilməsi, ünvan 1 ünvanı üzrə İddiaçı adına olan «**********90083» saylı abunə koduna qeyd olunan aktlar üzrə hesablanmış 625.33 (altı yüz iyirmi beş manat, otuz üç qəpik) manat borcun və əlavə olaraq hesablanmış 1609.58 (bir min altı yüz doqquz manat, əlli səkkiz qəpik) manat borcun, cəmi 2234.91 (iki min iki yüz otuz dörd manat, doxsan bir qəpik) manat məbləğində elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi qət olunmuş və iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(006)-1201/2021 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ünvanlanan, 22 may 2021-ci il tarixdə məhkəməyə daxil olan məktubdan görünür ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və bu səbəbdən mülki işin həmin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(006)-1201/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)-1201/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Vəfaddin İbayev Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5483/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5483/2021
15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver