Məhkəmə qərarları › İş №2(103)-5485/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5485/2021

10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5485/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-369/2020 saylı iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 1TK arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 saylı müqavilənin etibarsız hesab dilməsini və birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanındakı 1 В nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci lərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m mənzilin onların sahiblik və stifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-369/2020 saylı iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya icraatında məlum olmuşdur ki, baxılan iş üzrə mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsinə dair eyni digər mülki iş də (hazırkı işdə iddiaçının əri tərəfindən verilmiş iddia) mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5071/2020 saylı iş üzrə 10 avqust 2020-ci il tarixli qərardadı ilə həmin icraat hazırkı iş üzrə yekun qərar qanuni qüvvyə minənədək dayandırılmışdır. Cavabdeh2 məhkəməyə yazılı vəsatət təqdim edərək işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasını gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-5485/2021 saylı mülki iş X2 Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilmıəsi tələbinə dair 2(103)-405/2021 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şərafət məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar