Məhkəmə qərarları › İş №2(103)-5486/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5486/2022

02.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5486/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadından Cavabdeh və onun etibarnamə üzrə vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən İddiaçı tərəfindən istifadə edilməsinə cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızı tərəfindən 2(010)-4478/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti daxil omuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 11482/2021 nömrəli qərardadı ilə cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızının şikayəti elektron kabinet vasitəsilə və MPM-ə əlavə edilmiş 2 saylı əlavəyə uyğun tərtib edilmədiyindən qeyri-mümkün hesab edilmiş və iş şikayətin geri qaytarılması məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi şikayəti geri qaytarılmışdır. xx.xx.2022-ci il qətnamədən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)- 4478/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3956/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)- 4478/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi Cavabdeh prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin keçməsinin səbəbkarı cavabdeh olmamışdır. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, həmin apellyasiya şikayətləri məhkəmə tərəfindən davamlı olaraq geri qaytarılmış və həmin məhkəmə aktları ilə razılaşmadıqlarından tərəflərindən şikayət verilmiş, bunun nəticəsində də prosessual müddət ötürülmüşdür. Prosessual müddət onların təqsiri üzündən ötürülmədiyindən qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Əks halda qərardaddan verilmiş şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4478/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadından Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmiş, həmin qətnamə şəxsən “Sərdarova” tərəfindən xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada alınmışdır və xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11482/2021 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyatorun müddətin bərpa edilməsinə dair ərizəsinin dəlillərini nəzərə alaraq qeyd edir ki, ilk dəfə apellyasiya şikayəti ilə müraciət edərkən prosessual müddəti ötürməmiş, daha sonra apellyasiya şikayəti geri qaytarıldığından müddət ötürülmüşdür. Kollegiya hesab edir ki, apellyatorun hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh və onun etibarnamə üzrə vəkili-nümayəndəsi Vəkil buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar