Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5488/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidməti Mərkəzinin notariusu X6 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidməti Mərkəzinin notariusu X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ-İ seriyalı, 298234 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 və Şahid arasında xx.xx.2007-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında eyni tarixdə 200 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Rəhmanova” soyadı verilmişdir.
2. 003013031862-11301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m yaşayış evi üzərində sahiblik hüququ xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.
3. Cavabdeh3 xx.xx.2022-ci tarixdə **********670 nömrəli notarial qaydada təsdiq edilmiş Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı ərizənin surətindən görünür ki, o, xx.xx.2007-ci il təvəllüdlü oğlu - Cavabdeh1 Portuqaliya Respublikasında olduğu müddətdə məbləğindən və növündən asılı olmayaraq bütün xərclərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
4. Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16- 00332 nömrəli Barışıq sazişindən görünür ki, “birinci tərəf” adlanacaq X8 və “ikinci tərəf” adlanacaq Cavabdeh3 arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən, tərəflər xx.xx.2007-ci il tarixində Səadət Sarayı 298234 nömrəli nikah akt qeydinin pozulması barədə, birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X13 orta məktəbi bitirənə kimi ataları Cavabdeh3 hər ay 1000 (min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat təhsil haqqı ödəməsi barədə, uşaqlar ananın yanında və himayəsində qalması şərtilə atanın uşaqları hər gün istədiyi vaxt görmək, onlarla bir yerdə vaxt keçirmək, qarşılıqlı razılıq əsasında bir neçə gün müddətində uşaqların atası ilə bir yerda qalması barədə və Cavabdeh3 övladlarına aylıq 500 (beş yüz) manat aylıq xərci hər ayın 1-dən 5-dək X4 bank hesabına ödənilməsi barədə razılığa gəlmişlər.
5. X14 xx.xx.2023-cü tarixdə **********949 nömrəli notarial qaydada təsdiq edilmiş Notariat ofisinə ünvanladığı ərizənin surətindən görünür ki, o, birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m. yaşayış evinin satılmasına etiraz etməmişdir. Amasya rayon Soveti tərəfindən verilmiş İİ-СЛ seriyalı, 345433 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və İddiaçı arasında xx.xx.1983-cü il tarixdə bağlanmış nikah haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 12 nömrə ilə qeydiyyat aparılmışdır.
6. AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan 0,11 ha torpaq sahəsini 40 000 (qırx min) manata, həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m olan bağ evini 200 000 (iki yüz min) manata Cavabdeh2 satmağı öhdəsinə götürmüşdür.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Bakı “Asan Xidmət” X12 bildirmişdir ki, pulun depozit hesabına qoyulub çıxarılması ilə bağlı video görüntü notariat ofisində yox, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmət göstərən “ABB” bankında aparılmışdır. Həmçinin sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli 11200849 nömrəli satış çekin surətindən görünür ki, 322 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Bakı şəhər Notariusunun 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmət göstərən “ABB” bankına ünvanladığı xx.xx.2023-cü il tarixli 695 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospektində yerləşən 95 nömrəli evin 82 nomrəli mənzili ilə daşınmaz əmlakın Alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 240.000 manat məbləğindən 6663 manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan 233337 maat məbləği İddiaçı müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında verilməsi üçün “ABB” bankında olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsinin (vəkili) vəsatətinə əsasən məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin “ASAN 2 Şöbəsi” tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə aid olan video görüntülər saxlanma müddəti keçdiyinə görə hal-hazırda mövcud deyil.
9. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ona məxsus olan ½ hissəsini Cavabdeh1 bağışlamışdır.
10. X8 və Cavabdeh2 arasında “whatsapp” sosial şəbəkəsində yazışmaların ekran görüntüsündən görünür ki, Cavabdeh2 qeyd etmişdir ki, ev həbsdən çıxarıldıqdan sonra Cavabdeh3 mülkiyyətinə keçəcək. Eyni zamanda bağ evini qaytarmaq niyyətində olduğunu X5 bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidməti Mərkəzinin notariusu X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi, habelə sözügedən uydurma əqdin bağlanmasını faktiki təşkil edən Cavabdeh3 təmsilçiliyinin (vasitəçiliyinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, X1 Faiq Rafael oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikahları xx.xx.2023-cü il tarixli, 2(006)-1568/2023 saylı məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı bildirmişdir ki, övladı Aysel Rəhmanova evlilik dövründə tərəflərin gələcəyi üçün Cavabdeh3 ilə birlikdə müvafiq olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində 0,11 ha torpaq sahəsi əldə etmiş, daha sonra orada birgə köməklik edərək, həmin torpaq sahəsində bağ evi tikmişlər, həmin bağ evini daha sonra həmin ev hazır olduqdan sonra lazımi icazələr alaraq, xx.xx.2020-ci il tarixdə adına qeydiyyata aldırmışdır. Bundan sonra həmin torpaq sahəsini və evi əslində onun adına olmasına baxmayaraq, faktiki olaraq X1 Faiq Rafayel oğlunun faktiki sahibliyinə verilməsi üçün nəzərdə tutulmuşdur. Lakin, sonradan tərəflər arasında nikah pozulduğundan şifahi olaraq razılaşmaları ondan ibarət olmuşdur ki, Aysel Rəhmanovanın nikah dövründə faktiki yaşadığı ünvan 4 ünvanın ½ hissəsini övladları Cavabdeh1 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh3 bağışlayacağı halda isə onu da, həyat yoldaşı Aysel Rəhmanovaya bağışlamağa və həmin evə dair heç bir iddia və tələb irəli sürməyəcəyinə dair razılıq olmuş, bundan sonra aralarında olan razılığa əsasən həmin evi, o, onun əmisioğlu olan iş üzrə Cavabdeh2 adına sənədləşdirmiş, daha sonra isə Cavabdeh3 tərəfindən isə öz payını azyaşlı övladı Cavabdeh1 adına sənədləşdirmişdir. Lakin, qeyd edilən sənədləşmə həyata keçirildikdən sonra Cavabdeh3 tərəfindən qeyd edilən razılaşma tamamilə pozulmuşdur. Belə ki, Cavabdeh3 qızına qarşı iddia qaldıraraq, mübahisəli evə köçmək tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsindən tanış olan zaman məlum olmuşdur ki, qeyd edilən ünvan 5 ünvanın ½ hissəsini Gülnarə Rəhmanovanın adında olan hissəsini Cavabdeh3 bağışlasa da, sonuncu öhdəliyini pozaraq, həmin hissədəki payını qızı Aysel Rəhmanovaya bağışlamamış, bu azmış kimi həmin evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Bundan əlavə qeyd edilən razılaşma zamanı cavabdeh ümumiyyətlə mübahisəli mənzilə dair heç bir iddiası olmayacağını nəzərə alaraq, o sözügedən evi onun əmisioğlunun adına formal olaraq, xx.xx.2023-cü il tarixdə keçirmişdir. Hansı ki, sözügedən əqd yalan olmuş və əslində, o, sözügedən evi Cavabdeh2 satmamış, ondan hər hansı bir məbləğ əldə etməmiş və qeyd edilən evi yuxarıda göstərilən razılıq əsasında Cavabdeh2 adına sənədləşdirmişdir. Hansı ki, sözügedən mənzilin bütün alqı-satqı əməliyyatı xərcləri və pulun depozit hesabına qoyulub çıxarılması Cavabdeh3 tərəfindən edilmiş və həmin əməliyyatlar faktiki olaraq onun tərəfindən icra edilmişdir. İşin bu halı orada olan qızı Aysel Rəhmanovanın iştirakı, eləcə də, müvafiq olaraq həmin pulun Cavabdeh1 tərəfindən bank hesabına daxil edilməsi və bundan sonra özü tərəfindən çıxarılması və götürülməsinə dair video görüntülər, eləcə də eyni gündə eyni tarixli iki müqavilənin bağlanması, həmçinin sonradan ananın adına olan ½ payın həqiqətən Cavabdeh1 adına keçirməsi və bundan sonra sonuncunun sözgedən evə dair məhkəmədə iddia qaldırması kimi hallar vasitəsi ilə və iş üzrə digər hallarla olan onunla cavabdeh olan Cavabdeh2 arasında heç bir danışığın olmaması və onlar arasında həmin evlə bağlı hər hansı formada müzakirə aparılmaması və ya sözgedən evin alqı-satqısı ilə bağlı hər hansı bir razılaşmanın və iradə ifadəsinin olmaması kimi hallarla tam təsdiqini tapır. Hazırkı iş üzrə də məhz qeyd edilən sözügedən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də uydurma əqd olmaqla, görünüş üçün bağlanmış, əslində isə Cavabdeh2 ilə X9 arasında hər hansı bir real alqı-satqı müqaviləsi həyata keçirilməmiş, o cümlədən mənzil ona təhvil verilməmiş, habelə qeyd edilən pul vəsaiti ona verilməmişdir. Bu cür əqdin bağlanmasında əsas rol iş üzrə cavabdeh olan Cavabdeh3 tərəfindən icra edilmiş, əslində sözgedən əmlak isə yuxarıda göstərilən razılaşma formasında məhz iş üzrə Cavabdeh2 formal təqdim edilərək, sözügedən mənzilin Cavabdeh3 verilməsi məqsədi güdmüşdür. Lakin, sonradan sözügedən cavabdeh olan Cavabdeh3 öhdəliyi və razılaşmanı pozmuş, nəticə olaraq, tərəflərin əqd bağlanarkən arzuladığı və razılaşdığı iradə ifadəsi pozulmuş, yəni tərəflər üçün konkret olaraq, o və cavabdeh üçün heç bir hüquqi nəticə yaratmamışdır. Qeyd edilən ən mühüm vacib məqamlardan biri isə qeyd edilən əmlakın sözügedən əqd əsasında və bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla və minumum vergi məbləği nəzərə alınmaqla qiymət təyin edilmiş və həyata keçirilmişdir. Çünki, sözügedən müqavilənin məbləğinin bank hesabına daxil edilməsi və oradan çıxarılması da məhz Cavabdeh3 tərəfindən tam icra edilmişdir.
13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Cavabdeh3 onun keçmiş əri, İddiaçı onun anası və Cavabdeh2 isə keçmiş ərinin əmisi oğludur. Anasına mülkiyyət hüququ ilə məxsus olan bağ əslində onun Faiqlə ailəvi bağı olmuşdur. Faiqlə boşanma ərəfəsində aralarında olan razılığa əsasən həmin bağ evi Faiqə qalmalı, Faiq də öz anasına məxsus olan evi ona verməli idi. Faiq anasının evindəki payı oğlu Rafaelə bağışladı və bildirdi ki, anası da payını ona verəndə o payı da ona bağışlayacaq. Onların danışığına görə anası Rəhilə də bağı Faiqin adına keçirməli idi. Həmin gün Faiq notariusa Zaurla gəldi və bildirdi ki, müqaviləni Zaurla bağlasınlar. Anası da o da buna etiraz etmədi, müqavilə bağlandı. Ancaq sonradan Faiq aralarındakı razılaşmanı pozdu. Onlara da indiyə kimi aydın deyil ki, niyə Faiq razılaşmadan belə boyun qaçırdı. Zaur da onunla danışıqlarda dəfələrlə bildirmişdir ki, Faiq onu bu işlərə cəlb etmişdir. Zaur özü də bilir və bildirir ki, ev Zaura satılmayıb.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iddia tələbini irəli sürməkdə İddiaçı subyektiv hüququnun mövcudluğu daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipindən irəli gəlir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması anında İddiaçı həmin əmlakın qanuni sahibi olmuşdur. Mübahisələndirilən müqavilənin subyekt nöqteyi-nəzərindən tərkibi pozulmamışdır.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 və Şahid arasında nikah münasibətlərinin pozulması, Cavabdeh3 paylı mülkiyyətində olan mənzildəki payını oğlu Cavabdeh1 bağışlaması, İddiaçı mübahisəli bağ evini Cavabdeh3 əmisi oğlu olan Cavabdeh2 satması, bağışlama və alqı-satqı müqavilələrinin eyni tarixdə rəsmiləşdirilməsi, Cavabdeh2 Şahid ilə olan yazışmalarında Cavabdeh2 həmin bağ evi ilə bağlı laqeyd münasibəti, Cavabdeh2 həmin bağ evini real alıcı qismində almadığını təsdiq etməsinə güman etməyə əsas verən fikirləri şəxslər arasında münasibətlərin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən iradə ifadəsindən fərqli olduğuna dəlalət edir.
17. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi tərəflər arasında şifahi razılaşmalarda nəzərdə tutulmuş nəticələrə çatmaq məqsədi ilə bağlanan əqddir. Lakin tərəflər arasında şifahi razılaşmalarda nəzərdə tutulmuş şərtlər də qarşılıqlı olaraq icra edilməmişdir. Cavabdeh3 tərəfindən irəli sürülən -qayınanasının ona borcu olmasına və bağın alğı-satqısından əldə edilmiş pul vəsaitini İddiaçı özünün əldə etməsinə dair dəlilləri sübuta yetməmişdir. İddiaçı tərəf mübahisəli müqavilənin bağlanmasından sonra prosedura uyğun olaraq pulu qəbul etməsinə dair qəbzə imza etməsini inkar etməmiş, lakin işin faktiki halları fonunda həqiqətən də İddiaçı tərəfindən alğı-satqı müqaviləsindən sonra əmlakın dəyərini təşkil edən məbləği əldə edilməsini demək mümkün olmur. Ümumiyyətlə məhkəmə gəldiyi qənaətə görə iddia tələbində göstərilən dəlillər cavabdehlər tərəfindən üstün hüquqi qüvvəyə malik olan sübutlarla təkzib edilməmişdir. Aydın olan hal odur ki, tərəflər öz aralarında olan şifah razılaşmanı rəsmiləşdirmək əvəzinə, gələcəkdə əsassız faydalanma ehtimalı ilə çıxış edərək həqiqi olmayan münasibətlərə - alqı-satqı münasibətlərinə girməklə ədalətsiz davranmışlar, odur ki, bu məsələ məhkəmə müstəvisində ədalətli həllini tapmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 6.1.5, 6.2, 16.1, 140, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 404.1, 404.2, 425.1 və 567-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına; “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız olmaqla maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m. yaşayış evini 240 000 (iki yüz qərx min) manata ona satmış, o da almışdır. xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin bağlanması zamanı əmlak üzərində hər hansı bir məhdudiyyət olmamış, müqavilənin şərtləri tərəflər arasında razılaşdırılmış, tərəflər fəaliyyət qabiliyyətli olmuş, mülkiyyət hüququ olan şəxslər razılıq vermiş, müqavilə notariusda imzalanmış, notarial qaydada təsdiqlənmiş, əmlakın dəyəri tam ödənilmiş və notarius tərəfindən müqavilənin təsdiq edilməsi ilə bağlı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Məhkəmə yalnış olaraq hesab edir ki, tərəflər arasındakı müqavilə bağlanarkən iddiaçı heç bir pul vəsaiti əldə etməmiş, həmin alğı-satqı müqaviləsi məhz Cavabdeh3, Şahid və İddiaçı arasında bağlanmış şifahi əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. İş materiallarında olan bank qəbzindən aydın olur ki, əmlakın dəyəri bankın depozit hesabı vasitəsilə iddiaçıya ödənilmişdir. İddiaçı bank qəbzinə qol çəkərək vəsaiti almışdır. Pul vəsaitinin alınmasını inkar edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə qətnaməsində pul vəsaitinin alınmasını inkar edəcək istinadlar mövcud deyil. Məhkəmə Cavabdeh3, Şahid və İddiaçı arasında bağlanmış şifahi əqd olmasına istinad etsə də, tərəflər arasında belə bir əqd olduğunu sübut edəcək hər hansı bir maddi sübuta istinad etməmişdir. Məhkəmə iddiaçı tərəfin heç bir sübuta istinad etmədən primitiv düzməcəsini imperativ norma kimi qəbul etməsi MPM-nin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmə İddiaçı və Cavabdeh3 yaxın qohumu olan onun qohumlar arasında münasibətlərin bu vəziyyətə gəlməsindən narahatçılığını ifadə etməsini mübahisəni öz aralarında həll etmələrini bildirməsini, Şahid onunla Faiq arasında münasibətlərin bu şəklə düşməsindən təəssüf hissi keçirməsini yalnış olaraq və öz təxəyyülü ilə tərəflər arasında həqiqi razılaşmaların fərqli olmasına yozması MPM-nin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmənin onun bağı qaytaracağı barədə fikirlərini tərəflər arasında həqiqi razılaşmaların fərqli olmasına yozması ümumiyyətlə qəbul edilməzdir. Belə ki, o, 240000 manat vəsaitindən keçmək, 240000 manat vəsaiti iddiaçıya və ya digər şəxslərə bağışlamaq niyyətində deyildir. O, iddiaçı və onun qızı və digər cavabdehlə (Faiqlə) yaxın qohum olduğundan aldığı bağı 240000 manat vəsaitin geri qaytarılmaq şərtilə geri qaytara biləcəyini bildirmişdir. O, qohumlarla hər hansı mübahisədə olmasını qəbul etmir. Qohumlar arasında belə bir mübahisənin olduğunu bilməmişdir. Bağ satılarkən Cəfərova Rahilə, Faiq və Aysel arasında hansısa razılaşmanın olduğunu eşitməmişdir. Belə razılaşma Cavabdeh3 tərəfindən də qəbul edilmir. Belə bir razılaşmanın olmasını təsdiq edən yazılı sübut, o cümlədən audio-video yazı mövcud deyildir. İddiaçı tərəfindən ona belə bir məlumat verilməyib. Bundan başqa iddiaçının Cavabdeh3 borcunun olub-olmamasının və bunu sübut edib-etməməsinin on aidiyyəti yoxdur və qohumluğa görə və tərəflərlə münasibətinin korlanmaması üçün bu mübahisəyə münasibət bildirmək istəmir. İddiaçının süni şəkildə formalaşdırdığı və məhkəmə tərəfindən imperativ şəkildə qəbul etdiyi “şifahi razılaşma”nın bir tərəfi olan əsl mülkiyyətçi Rəhmanova Gülnarə ümumiyyətlə məhkəmə prosesinə cəlb edilməmiş, onun mövqeyi öyrənilməmişdir. Məhkəmənin mülki qanunvericiliyə yenilik gətirərək alıcıya yeni hüquq və vəzifələr müəyyən etməsi (onun müqaviləni imzalamasından başqa həmin müqavilə münasibətlərinə daxil olmasını təsdiq edən başqa əsas yoxdur, müqavilənin bağlanmasında nə iradə ifadəsi olmuş, nə də həmin şəxs alıcı kimi müqavilə üzrə üzərinə düşən vəzifəni, yəni əmlakın dəyərini qarşı tərəfə ödəməmişdir. Əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməmişdir) qəbul edilməzdir. Məhkəmə işdə olan bank qəbzinin surətindən ödənişin notariusun depozit hesabından iddiaçının götürdüyünü bildiyi halda pulun verilmədiyini qeyd edir?????? Məhkəmənin “əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməməsi fikrini ümumiyyətlə başa düşmək olmur. O məhkəmədə iştirak etməmişdir. Dənizdə işlədiyindən ayın çox hissəsini dənizdə olur. Onu məhkəmədə nümayəndə təmsil etmişdir. Məhkəmənin işdə olan faktiki sübutlara deyil, ehtimallara istinad etməsini qəbul etmir. Qeyd edir ki, müqaviləni məhz mülkiyyətçi ilə bağladığından, mülkiyyətçinin həyat yoldaşı notarial ərizə ilə razılıq ərizəsi verdiyindən, əmlak üzərində yüklülük və məhdudiyyət olmadığından və iddiaçı tərəfindən müqaviləni hansısa başqa razılaşma ilə ona satıldığı bildirilmədiyindən, eləcə də əmlakın dəyəri notariusin depozit hesabı vasitəsilə ödənildiyindən o, vicdanlı alıcıdır. Müqavilə bağlanan zaman əqdin legitimsizliyi barədə şübhə mövcud olmamışdır. Hesab edir ki, iddiaçı, onun qızı və kürəkəninin ailə münasibətləri, ailə münaqişələri üçüncü şəxslərə zərər vurmamalıdır. İddiaçı mənzillə bağ evini dəyişdirmək niyyəti var idisə birbaşa Cavabdeh3la dəyişərdilər. Bunun üçün onu alət etməzdilər. Onun 240000 manat vəsaitini mənimsəməyə cəhd etməzdilər. Məhkəmə iddiaçının uydurduğu və təsdiqini sübut edəcək hər hansı bir dəlil olmadığı halda hesab edir ki, Aysel Rəhmanovanın nikah dövründə faktiki yaşadığı ünvan 4 ünvanın ½ hissəsini övladları Cavabdeh1 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh3 bağışlayacağı halda isə onu da, həyat yoldaşı Aysel Rəhmanovaya bağışlamağa və həmin evə dair heç bir iddia və tələb irəli sürməyəcəyinə dair razılıq olmuş, bundan sonra aralarında olan razılığa əsasən həmin evi iddiaçı oun adına sənədləşdirmiş, daha sonra isə Cavabdeh3 tərəfindən isə öz payını azyaşlı övladı Cavabdeh1 adına sənədləşdirmişdir. Lakin qeyd edilən sənədləşmə həyata keçirildikdən sonra Cavabdeh3 tərəfindən qeyd edilən razılaşma tamamilə pozulmuşdur. Belə ki, Cavabdeh3 qızına qarşı iddia qaldıraraq, mübahisəli evə köçmək tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsindən tanış olan zaman məlum olmuşdur ki, qeyd edilən ünvan 5 ünvanına 1/2 hissəsini Gülnarə Rəhmanovanın adında olan hissəsini Cavabdeh3 bağışlasa da, sonuncu öhdəliyini pozaraq, həmin hissədəki payını qızı Aysel Rəhmanovaya bağışlamamışdır. Məhkəmənin süni şəkildə formalaşdırılmış və məhkəmə tərəfindən imperativ şəkildə qəbul edilmiş “şifahi razılaşma”nın bir tərəfi olan əsl mülkiyyətçi Rəhmanova Gülnarə ümumiyyətlə məhkəmə prosesinə cəlb edilməmiş, onun mövqeyi öyrənilməmişdir. “Şifahi razılaşma”nı təsdiq edən sübut hansı maddi dəlilə dəsdiq edilir? Hesab edir ki, iddiaçı “şifahi razılaşma”nı sübut edə bilməsə də, onun əksini sübut etmək cavabdehin vəzifəsi deyildir. Hesab edir ki, Rəhmanova Gülnarə qeyd edilən uydurulmuş “şifahi razılaşma”nın tərəfi olaraq münasibət bildirməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs alğı-satqı yolu ilə mülk əldə etmişdir. Həmin əmlak onun əmisi oğlunun qayınanasına məxsus olmuşdur. Daha sonra onlar orada bağ tikmişlər. Hüquqlarını müdafiə etdiyi şəxs iddiaçıdan birbaşa alğı-satqı yolu ilə əmlakı əldə etmişdir. Bağın satılmasında Cavabdeh3 rolu olmuşdur. Cavabdeh3 əmisioğluna belə bir bağın satıdlığını və ona bağın satılmasında kömək etməsini istəmişdir. Cavabdeh2 isə həmin bağın normal qiymətə satıldığı halda ala biləcəyini bildirmişdir. Bağın alınması ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilmişdir. Alğı-satqı müqavilləsini iddiaçı özü imzalamışdır, pul vəsaiti notariusun depozit hesabına qoyulmuşdur və həmin depozit hesabından pul vəsaitini iddiaçı özü götürmüşdür. Alğı-satqı müqaviləsində hüquq pozuntusu müəyyən olunmamışdır, kamera görüntüsü saxlanılmamışdır. Kassada imza edən şəxs iddiaçının özüdür. Hal-hazırda Faiq öz mülkünün bir hissəsini öz oğluna bağışlamışdır. Həmin iddiaçı qızı ilə birgə həmin evə girmiş və Faiqi evə buraxmır. İddiaçı hüquqlarını mükəmməl bilən bir şəxsdir, sadəcə hazırda düşmüş vəziyyətdən istifadə edir. Burada müqavilənin etibarsızlığının əsası yoxdur. Bağ iddiaçının olmuşdur. Qarşı tərəf notarial qaydada iki yüz min manat almışdır. Cavabdeh2 bağla bağlı danışıqları Cavabdeh3la aparmışdır. Cavabdeh3 isə qayınanası ilə danışmışdır. Bağın satışı qayınana tərəfindən Cavabdeh3 həvalə edilmişdir. Bağ hal-hazırda Cavabdeh2 məxsusdur, lakin istifadə edib-etməməsini dəqiq bilmir. Audio-yazı ilə bağlı bildirmişdir ki, qarşı tərəf hüquqlarını müdafiə etdiyi şəxsə o qədər zəng vurur ki, o da məcbur qalaraq audioyazıda qeyd edilən fonda çıxış edir. Qarşı tərəfin vəkili özü birbaşa olaraq müqavilənin bağlanmasında iştirak etmişdir. Bağın qiyməti sərfəli olduğuna görə Cavabdeh2 o evi almışdır. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, alğısatqı prosesi bilavasitə onun iştirakı ilə aparılmışdır. Həmin vaxt o, Aysel xanımın vəkili idi. Torpaq sahəsi ilk dəfə alınan zaman Aysel xanımın anasının adına alınmışdır. Bağ sahəsinin tikilməsinə dair vəsaiti isə həm Aysel xanımın anası, həm də oğlan evi qoymuşdur. Ananın adına olan əmlak torpaq sahəsi idi. Həmin əmlak birgə nikah dövründə tikildiyi üçün Aysel xanımla Cavabdeh3 əmlakıdır. İşin həqiqi halları ondan ibarətdir ki, Faiqlə danışıq ondan ibarət idi ki, Faiq əmlakı tam şəkildə Aysel xanıma bağışlamalı idi, daha sonra Aysel xanım isə həmin əmlakı Cavabdeh3 bağışlamalı idi. Daha sonra isə Cavabdeh3 razılaşmadı. Cavabdeh3 bildirdi ki, 28 Mayda yerləşən evin ½ hissəsini öz oğlunun adına bağışlasın, qalan ½ hissəsi isə Faiqin anasının adına olan əmlakdır, anası həmin əmlakı ona bağışlayandan sonra qalan ½ hissəni Aysel xanıma bağışlayacaqdı. Həmin ev bütövlükdə Aysel xanımın adına rəsmiləşməli idi. Onlar Aysel xanımla razılaşdılar, lakin daha sonra Cavabdeh3 dedi ki, bağışlama olmasın və həmin evi əmisi oğlunun adına keçirsin. Orada Aysel xanım, onun anası və atası, o və Cavabdeh3 iştirak edirdi. Onlar notariusa gedəndə Cavabdeh2 orada gördülər. Notarius bildirdi ki, əmlaka görə vergi məsələləri ilə əlaqədar minimum 240 min manat pul ödənilməlidir. Cavabdeh3 pul vəsaitini depozit hesabına qoydular. Daha sonra alğı-satqı rəsmiləşəndən, yekunlaşandan sonra sonra bankın əmakdaşı pulu verdi, Aysel xanım imza çəkdi, Cavabdeh3 isə pulu götürdü. Həmin əmlak heç vaxt Cavabdeh2 istifadəsində olmamışdır. Hal-hazırda həmin əmlak Cavabdeh3 istifadəsindədir. Daha sonra müəyyən olundu ki, Cavabdeh3 anası həmin əmlakın ½ hissəsini oğlunun adına keçirmişdir. Cavabdeh3 isə Aysel xanıma qarşı “evə köçürülmə” barədə iddia qaldırmışdır. Əgər Aysel xanımın anasının cavabdehə qarşı hər hansı maneəçiliyi var idisə belə olan halda Aysel xanımın anasını da cavabdeh qismində cəlb edərdi. Bundan sonra məhkəmədən bildiriş gələn zaman müəyyən olundu ki, qarşı tərəf razılaşmanın şərtlərini pozmuş və Aysel xanıma evi bağışlamaq əvəzinə evə köçürmə barədə iddia qaldırmışdır. Onlar müqavilənin eyni vaxtda bağlanmasına, Cavabdeh2 tərəfindən aparılmış Whatsapp yazışmalarında əmlakın real alıcısı olmamasını, həmin əmlakla bağlı hər hansı pul vəsaitinin iddiaçı tərəfindən alınmamasına və s. sübut kimi istinad edirlər. 2019-cu ildə Konstitusya Məhkəməsi qərarında qeyd etmişdir, alğı-satqı müqavilələri bağlanan zaman bu sahədə formalaşmış oxşar alğı-satqı praktikasını nəzərə almalıdır. Alğı-satqı müqaviləsi tək notariusa gedib imza çəkməkdən ibarət deyildir. Səs yazısı Aysel Rəhmanova ilə Cavabdeh2 arasında aparılır. Qarşı tərəf “bağışlama müqaviləsinin etibarsızlığı” ilə bağlı rayon məhkəməsinə müraciət etmişdir. İddianın əsası ondan ibarət olmuşdur ki, onların bağışlamaq niyyəti olmamışdır. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Konstitusiyasının
25.13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26.43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 28.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 29.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 30.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 31.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 32.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 33.340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 34.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 35.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 36.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 37.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 38.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 39.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 40.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 41.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 42.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
43. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
44.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
45. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 48.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
50.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 51.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 52.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, iddiaçının istinad etdiyi hallara görə, o, Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsini bağlasa da, həmin müqavilənin bağlanması onunla qızı X8 və digər Cavabdeh3 arasında əldə edilmiş şifahi razılaşma əsasında mümkün olmuş, həmin razılaşmaya görə də sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, ev 71, 20 saylı mənzilin 1/2 hissəsini övladı Cavabdeh1 bağışlamağı, yerdə qalan və Gülnarə Rəhmanovanın adında olan hissəsini, gələcəkdə ona bağışlanacağı halda X5 bağışlamağı və həmin evə dair heç bir iddia və tələb irəli sürməyəcəyini, iddiaçı isə öz növbəsində ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsini və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m yaşayış evini Cavabdeh3 (onun göstərdiyi şəxsin) adına sənədləşdirməyi öhdəsinə götürmüşdür.
55. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin yuxarıda sadalanan nəticələrə çatmaq məqsədilə bağlandığına, lakin Cavabdeh3 əldə olunmuş razılaşmaya zidd davrandığına istinad edir. 56.Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlara əsasən mübahisələndirilən əqdin əhəmiyyətsiz əqd olması qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, hazırkı mübahisə Mülki Məcəllənin 340.2-ci maddəsi əsasında həll edilməlidir. Həmin normaya əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.
57. Konstitusiya Məhkəməsinin Plenumunun yalan əqdlərə dair formalaşmış hüquqi mövqeyinə görə, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
58. Göründüyü kimi, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bu zaman müqavilə tərəflərinin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələri zəruridir.
59. Beləliklə, yalan əqd - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarı).
60. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olduğunu qeyd etmişdir.
61. Əqdin yalan əqd olmasına dəlalət edən hal olaraq məhkəmə isə aşağıdakılara əsaslanmışdır: Cavabdeh3 ve X8 arasında nikah münasibətlərinin pozulması, Cavabdeh3 paylı mülkiyyətində olan mənzildəki payını oglu Cavabdeh1 bağışlaması, İddiaçı mübahisəli bağ evini Cavabdeh3 əmisi oglu olan Cavabdeh2 satması, bağışlama və alqısatqı müqavilələrinin eyni tarixdə rəsmiləşdirilməsi, Gülnarə Rəhmanovanın mənzildəki olan payını daha sonra Cavabdeh3 bağışlaması, Cavabdeh2 X8 ilə olan yazışmalarında həmin bağ evi ilə bağlı laqeyd münasibəti və onun həmin bağ evini real alıcı qismində almadığını güman etməyə əsas verən fikirləridir.
62. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli müqavilənin bağlanmasında rolu yalnız Cavabdeh3 təklifi ilə olmuşdur. Onun mübahisəli müqavilənin bağlanmasında nə iradə ifadəsi olmuş, nə də ki, o, alıcı kimi müqavilə üzrə üzərinə düşən vəzifəni, yəni əmlakın dəyərəni qarşı tərəfə ödəmişdir. Hazırda da həmin bağın həqiqətən Cavabdeh2 istifadəsində və sahibliyində olmasını təsbit edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Reallıqda 240.000 manat məbləğində pulu ödəməklə əmlak əldə etmiş şəxs həmin əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməli idi.
63. Göründüyü kimi işdə olan sübutlara əsasən İddiaçı ilə Cavabdeh3 alqı-satqı müqaviləsinin nəticələrinə nail olmaqdansa, əslində adlarında olan əmlakları bir-birinin və göstərdikləri şəxslərin adlarına keçirmək niyyətində olduqları, hər iki tərəfin eyni hüquqi nəticələrə nail olmaq istədiyi və bunun üçün birgə hərəkət etdikləri müəyyən edilir - buna sübut bağışlama müqaviləsi ilə mübahisələndirən müqavilənin eyni tarixdə bağlanması və daha sonra Gülnarə Rəhmanovanın özünə məxsus payı oğlu Cavabdeh3 bağışlamasıdır.
64. Əksinə iş materiallarında iddiaçının mübahisəli əmlakı satmaq niyyətində olmasını, bu əmlakın satılmasından fayda əldə etmək istəməsini, bunun üçün tərəflər arasında danışıqlar aparılmasını, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müqavilə əsasında Cavabdeh2 keçsə də, onun bu əmlakdan sərbəst istifadə etmək və sahiblik etmək imkanına malik olmasını təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilmir.
65. Qeyd edilməlidir ki, əqd bağlanan zaman tərəflərin mövcud olan həqiqi iradə ifadələrinin təfsiri, onun həqiqi məzmununun təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməsi - əqdin yalan əqd olması əsası ilə etibarsız hesab edilməsi üçün məhkəmə araşdırmasının əsas istiqamətlərindəndir.
66. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarı, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı).
68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əslində müvafiq razılaşmanı pərdələmək məqsədi ilə yalan əqdlərin bağlanmasının əsas nəticələri onların etibarsız sayılması, habelə pərdələnən münasibətlərin yenidən hüquqi qiymətləndirilməsindən ibarətdir. Məhkəmə belə bir əqdlərin nəticələrini tamamilə ləğv etmir, onlara münasibətdə restitusiya qaydalarını tətbiq etmir, yalan əqdə, onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq edir, həmin münasibətlərin rəsmi tanınması barədə qərar qəbul edir, bundan sonra mövcud qanunvericiliyə uyğun olaraq bu münasibətləri qiymətləndirir. Tərəflər tərəfindən pərdələnən hərəkətlərin müvafiq normalara uyğunluğu diqqətlə yoxlanılmalıdır. Hər hansı uyğunsuzluq aşkar edilərsə, tərəflərin əslində nəzərdə tutduqları münasibətlər də etibarsız hesab edilməlidir.
69. Tədqiq edilmiş sübutlara əsasən müqavilə tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibdəki tərəflərin davranışını, bağlanan əqdlərə dair formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə alaraq bütövlükdə əmlakın satışı üzrə mübahisəli əqdin yalan xarakter daşıdığı, tərəflərin faktiki iradəsinin daşınmaz əmlakların dəyişdirilməsi üçün xarakterik olan hüquqi nəticələrin əldə edilməsinə yönəldiyi müəyyən edilir.
70. Bununla belə Cavabdeh1 əldə olunmuş razılaşmaya zidd davrandığı, həmçinin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ona məxsus olan ½ hissəsinin Cavabdeh1 bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilənin Cavabdeh3 iddiası əsasında mübahisələndirildiyi müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin yalan əqd bağlayarkən əslində nəzərdə tutduqları əqdə uyğun olan qaydaların tətbiq edilməsi də hazırda qeyri-mümkündür.
71. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
72. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
73. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavadeh Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Leyla Əliyeva