Məhkəmə qərarları › İş №2(103)-5490/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5490/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5490/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Vəsiyyətnamənin etibarsızlığı, pul tələbi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev(sədrlik edən və məruzəçi), X27 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)-231/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X9 xx.xx.2016-cı il tarixdə adına olan bütün daşınar və daşınmaz əmlakı rəfiqəsi – hazırkı iş üzrə Cavabdeh vəsiyyət etməsinə dair notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Cabbarova Rəfiqənin ölümündən sonra onun mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 36,4 kv.m olan mənzillərə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, həmin mənzillər xx.xx.2023cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. 2.Hazırda İddiaçı X5 ölümündən qısa müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144 ünvanında yerləşən 6 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzilləri almaq məqsədilə X6 ümumilikdə 162.000 manat məbləğində pul verdiyini iddia edərək, hazırki tələblərlə məhkəməyə mürajiət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Məmmədov Zakir Fərhad oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X9 tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh verilmiş vəsiyyətnamənin heç bir məntiqə və hüquqa əsaslanmadığını, eləcə də Cavabdeh X9 ilə hər hansı bir qohumluq münasibətlərinin olmadığını, son vaxtlarda, yəni ölümündən əvvəl onların hər ikisinin münasibətlərinin kəskinləşdiyini, buna görə də ona ucuz qiymətə satmış olduğu X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili geri qaytarması kimi halları nəzərə alıb, xx.xx.2016-cı il tarixdə X9 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X56 prospekti, ev 146 mənzil 47 ünvanında və X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən mənzillərə görə pul ödədiyindən həmin mənzillərin onun adına keçirilməsinə və mümkün olmadığı halda isə X5 varislərindən onun həmin mənzillərə ödədiyi 162.000 manat pulun alınıb iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində yalnız Cavabdeh cəlb etmiş, X9 tərəfindən xx.xx.2016-cı il tarixdə RəsulX39 verilmiş vəsiyyətnamənin heç bir məntiqə və hüquqa əsaslanmadığını, eləcə də Cavabdeh X9 ilə hər hansı bir qohumluq əlaqəsinin olmadığını, son vaxtlarda, yəni ölümündən əvvəl onların hər ikisinin münasibətlərinin kəskinləşdiyini, buna görə də ona ucuz qiymətə satmış olduğu X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili geri qaytarması kimi halları nəzərə alıb,xx.xx.2016-cı il tarixdə X9 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X56 prospekti, ev 146, mənzil 47 ünvanında və X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən mənzillərə görə pul ödədiyindən həmin mənzillərin onun adına keçirilməsinə və mümkün olmadığı halda isə Cavabdeh iddiaçının həmin mənzillərə ödədiyi 162.000 manat pulun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən 1 otaqlı mənzilin və Bakı şəhəri, X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən 2 otaqlı mənzilin sahibi X9 şəxsi mülkiyyətində olan həmin mənzilləri satmaq qərarına gəldiyinə görə, iddiaçı onunla görüşüb mənzillərə baxmış, xoşuna gəldiyi üçün almaq qərarına gəlmiş, iddiaçı ilə X9 mənzillərin dəyərinin 190.000 manat olması barədə razılığa gəlmiş, iddiaçı ilkin olaraq 2.000 manat beh vermiş, elə həmin gün pulun əsas hissəsini, yəni 160.000 manat pulu X6 ərinin iştirakı ilə vermiş, qalan 28.000 manat pulun ödənilməsindən sonra mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı bir həftə ərzində 28.000 manat pulu əldə etdikdən X2nın yaşadığı ünvana getmiş və məlum olmuşdur ki, X9 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Bundan sonra iddiaçı mərhumun əri Məmmədov Zakir Fərhad oğlu ilə görüşərək mənzillərə görə ödədiyi pulları tələb etmişdir. Zakir Məmmədov isə pul məsələlərini X5 həll etdiyini, pulları harada saxlamasını və ya kimə verməsini bilmədiyini, sadəcə olaraq iddiaçının onun yanında X6 162.000 manat pulu verməsini bildiyini qeyd etmişdir. İddiaçı pulu verərkən onların yanında X17 və X31 da olmuşdur. İddiaçı mənzillərə görə 162.000 manat pulu verməsinə baxmayaraq, mənzilləri adına rəsmiləşdirmədiyindən hal-hazırda çox pis vəziyyətdə qalmışdır. X5 ölməsi səbəbindən verilən pulları harada saxlaması və ya kimə verməsi ona məlum deyil. Hazırda pulu ödənilən mənzillərdə Məmmədov Zakir Fərhad oğlu yaşayır, o da mənzilləri boşaltmaq və ya iddiaçının adına rəsmiləşdirmək istəmir. Bundan əlavə, Məmmədov Zakir Fərhad oğlu bildirir ki, həmin mənzillərə iddia edən digər qadın da var, qadının adı Cavabdehdır, həmin qadın X9 ölməmişdən əvvəl onunla dostluq münasibəti yaratmış, Bakı şəhəri, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili 40.000 (qırx min) manat pul verərək öz adına rəsmiləşdirmişdir. Lakin mərhum bir müddətdən sonra Cavabdeh onu aldatdığını başa düşmüş və xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış müqaviləni ləğv etmiş, mənzilə görə verilmiş 40.000 (qırx min) manat pulu Cavabdeh qaytarmışdır. X2 Bakı şəhəri 51 saylı notariat kontorunda alğı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlayaraq Bakı şəhəri, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili öz adına rəsmiləşdirmişdir. Lakin həmin vaxt X9 qoca və xəstə olduğuna görə əvvəllər, yəni Cavabdeh ilə dostluq münasibətlərində olduqları vaxt ona vermiş olduğu xx.xx.2016-cı il tarixli vəsiyyətnaməni ləğv etdirməyi unutmuşdur. Məmmədov Zakir Fərhad oğlu bildirir ki, əgər X5 Cavabdeh ilə yaxşı münasibəti olsaydı, heç vaxt ona satdığı mənzili geri almazdı. Son vaxtlar onların münasibətləri pozulmuşdur. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 7.Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 iyul 2024-cü il tarixli, 2(006)-231/2024 saylı qətnaməsi ilə (hakim-Günay Abidova) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsiqət edilmişdir. İddiaçı tərəfin vəsatətinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş: 8.X21 ifadəsində bildirmişdir ki, İddiaçı 1992-ci ildən tanıyır. 10 illik fasilədən sonra 2022-ci ilin iyun ayında onunla təsadüfən rastlaşan zaman İddiaçı oğluna ev axtardığını bildirmiş, Əhmədov Məzahir isə yaxınlıqda ev olduğunu ona demişdir. Belə ki, Əhmədov Məzahir əmisi oğlu X22 üçün ev axtararkən makler vasitəsilə mərhum Rəfiqə xanımın Nərimanovda “Nənəmin təndiri”nin yaxınlığında yerləşən evinə baxmağa getmişlər, lakin əmisi oğlu həmin evi bəyənməmişdir. Halbuki, Rəfiqə xanım dəyəri 220.000 manat olan evi 193.000 manata satırdı. Buna görə də o, iddiaçı ilə birlikdə mərhumun evinə baxmağa getmiş, iddiaçı 2.000 manat beh vermişdir. Evdə mərhum Rəfiqə xanımla yanaşı, bir kişi də olmuşdur. Ümumi 193.000 manata razılığa gəldiklərindən iddiaçı 162.000 manat məbləğində pulu Binəqədidən götürüb həmin gün mərhuma vermiş, mərhum isə 3-4 günə qalıq pulu gətirmələrini və qalan pulu verən zaman alğı-satqı edəcəklərini bildirib, verilən pulu almasına dair iltizam vermişdir. Verilən pulun içində həm dollar, həm də manat olmuşdur; 9.X32 ifadəsində bildirmişdir ki, İddiaçı ilə uşaqlıq dostudurlar. İddiaçı ev axtardığı üçün Məzahir adlı tanışı ilə birlikdə Əskərov İbrahimin idarə etdiyi maşınla Rəfiqə və Zakir adlı şəxslərin olduğu evə getmişlər. Məzahir onlara demişdi ki, əmisi oğluna almaq üçün ev baxan zaman o, həmin evi bəyənməmişdi. Bundan sonra iddiaçı ilə mərhum 2 mənzilin dəyərini 190.000 manata razılaşdırandan sonra 2.000 manat beh vermiş, 2-3 saatdan sonra isə Binəqədiyə gedib 160.000 manat gətirmişlər. İkinci dəfə gələndə Məzahir onlarla olmamışdır. Pulu verərkən sənəd tərtib edib qol çəkmişlər, kağız stolun üstündə qalmışdır. Razılaşdırılmış məbləğdən 28.000 manat ödənilməmiş qalıq qalmışdır; 10.Məmmədov Zakir Fərhad oğlu ifadəsində bildirmişdir ki, mərhum Rəfiqə xanımı 19, cavabdeh Gülnaz xanımı isə 17 ildir ki, tanıyır. Belə ki, Məmmədov Zakirlə mərhum birgə yaşamış, Zakir tez-tez Ukraynaya gedib-gəldiyi üçün mərhuma rəfiqəsi Gülnaza vəsiyyətnamə verməyi tövsiyə etmiş, lakin onun rəsmi şəkildə vəsiyyətnamə verdiyindən xəbəri olmamışdır. Belə ki, mərhum evləri satıb həyət evləri almaq istəmiş, bu məqsədlə evi əvvəlcə rəfiqəsi Gülnaza satmış, lakin sonra söz-söhbət olduğundan evi qaytarmışdır. 2022-ci ildə isə Məmmədov Zakir atasının 40 məclisinə gələn vaxt – mart ayında İddiaçı evi almaq üçün gəlmiş, 2.000 manat beh vermiş, günortadan sonra isə 160.000 manat gətirmişdir. Əskinaslar manat olmuşdur. Pulu verərkən orada bir qonşu qadın, İbrahim və Məzahir də olmuşdur. Cəmi 190.000 manat veriləcəyi barədə razılığa gəlmişlər. Həm sənədlər, həm də pullar mərhumda olmuşdur. Mərhumun 7-sindən sonra İddiaçı yenə gəlmişdir. Hazırda mənzillərdən birində özü yaşayır, digərini isə kirayə vermişdir. 11.X23 ifadəsində bildirmişdir ki, mərhumun qonşusudur. Paltarlarını onun balkonunda asdığına görə mərhumgilə gəlib-gedənləri görürmüş, münasibətləri də yaxşı olduğundan mərhum ona çox şey danışırmış. Mərhum əvvəlcə ona Ukraynaya gedəcəyinə görə evi satıb pullarını uşaq evinə verəcəyini bildirmiş, sonra isə pulu aldığını və qoyub gedəcəyini demişdir. Əhədova Yasəmən mərhumun qardaşı ilə problemləri olduğunu da bilir. Cavabdeh Gülnaz xanımı isə tanımamış, yalnız yas mərasimi zamanı görmüşdür. 12.Cavabdeh tərəfin vəsatətinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, mərhum Rəfiqə xanım və cavabdeh Gülnaz xanımla rəfiqə olmuşlar. X28 evini təmir edən usta kimi tanımışdır. Rəfiqənin 2 evi olmuş, biri anası tərəfindən ona verilmişdir. Birində özü yaşamış, digərini isə kirayəyə vermişdir. Mərhumun evini Gülnaz xanıma vəsiyyət edəcəyindən onun xəbəri olmuş, lakin evi satmaq istəməsi barədə məlumatı olmamışdır. Belə ki, onlar nə isə iş görəndə həmişə bir-birləri ilə məsləhətləşmişdirlər. Rəfiqənin qonşuları ilə əlaqəsi olmamış, Yasəmən xanımla isə küsülü olmuşdur. Rəfiqənin ölümündən 2 gün əvvəl Şəfiqə və Gülnaz onunla görüşmüşlər. Həmin vaxt Rəfiqə sağlam olmuşdur. Mərhumun bütün yas mərasimlərini Gülnaz özü təşkil etmişdir. Ölümündən sonra isə Gülnaz xanıma verilmiş vəsiyyətnaməni Zakir Məmmədov şkafın üstündən tapıb Gülnaza vermişdir. İş materiallarında olan: 13.xx.xx.2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X9 öləndən sonra özünə məxsus olan bütün əmlakını Məmmədov Zakir Fərhad oğluna vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı və 1193-cü maddələrinin məzmunu Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona izah edilmişdir. 14.xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X9 adına olan bütün daşınar və daşınmaz əmlakı Cavabdeh vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən ona izah edilmişdir. 15.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144 ünvanında yerləşən 6 №-li mənzil (reyestr nömrəsi: **********85-05101-093053) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 2841 nömrəli reyestr kitabının 264971 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. 16.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzil (reyestr nömrəsi: **********85-05101-093034) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 2834 nömrəli reyestr kitabının 264313 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. 17.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzil (reyestr nömrəsi: **********00-05101-093034) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. 18.Alğı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, “X9 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisində 4-Ə-267 reyestr nömrəli 10 mart 2018-ci il tarixli müqaviləyə əsasən BTİ və MHQİ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 160 nömrəli kitabın, 23753-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzil sahəsinin satılması və Cavabdeh tərəfindən alınmasına dair” müqaviləyə xitam verilmiş, X1-X30 aldığı 40000 (qırx min) manat pul məbləğini geri qaytarmış, Cavabdeh isə həmin məbləği qəbul etmişdir. 19.Ölüm haqqında AZ-İİ seriyalı 286574 nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. 20.Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X14 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/56 saylı material üzrə X5 və Məmmədov Zakir Fərhad oğlunun əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarının əldə edilməsi, istifadə və sahiblik hüquqlarının təmin edilməsi ilə bağlı yaranmış mübahisənin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. 21.xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. 22.Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-17 reyestr nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X33 tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş –X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X6 verilmiş **********85-05101-093053 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarətdir. 23.Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-18 reyestr nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X33 tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********00-05101-093034 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 36.4 kv.m olan mənzildən ibarətdir. 24.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1688/2023 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Məmmədov Zakir Fərhad oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. 25.Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X25 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (xx.xx.2014-cü il tarixli vəsiyyətnamə ilə əlaqədar). 26.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 3-16-16/2-4/1166 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin kserosurətində “İmza:” qrafasında “Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Babayev” yazıları qarşısında əks olunmuş imza – X37 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin kserosurətində “X9” yazıları qarşısında əks olunmuş imza ilə 08 iyun 2016-cı il tarixli vəsiyyətnamənin kserosurətində “İmza:” qrafasında əks olunmuş imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin kserosurətində “İmza:” qrafasında “Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Babayev” yazıları qarşısında əks olunmuş imzanın – Məmmədov Zakir Fərhad oğlu tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 27.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144, mənzil 6 ünvanı xx.xx.1996-cı il tarixdə X26 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı DNK-nın xx.xx.1996-cı il tarixli 3/M-A2-251 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 2V-17 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, mənzil 47 ünvanı ilkin olaraq xx.xx.1994-cü il tarixdə X29 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı DNK-nın 2E/553 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X16 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 3-M-A-500 reyestr nömrəli, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı DNK-nın 4-Ə-İ-93 reyestr nömrəli, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X5 adına qeydə alınmışdır. Bakı şəhəri 51 saylı DNK-nın 4- Ə-267 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqımüqaviləsinə əsasən sözügedən mülk Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı DNK-nın 3M-2356 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvinə dair sazişə əsasən X5 mülkiyyətinə verilmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 2V-18 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. 28.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş: -hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzil (reyestr nömrəsi: **********00-05101-093034) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; -hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144 ünvanında yerləşən 6 nömrəli mənzil (reyestr nömrəsi: **********85-05101-093053) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. 29.Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X25 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/630 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraatına qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. 30.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5635/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişidirilmədən saxlanılması qət edilmişdir. 31.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin 2(103)-5635/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini alacaqdır. 32.Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X25 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Məmmədov Zakir Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 33.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, həmin məhkəmənin 2(103)-5635/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Məmmədov Zakir Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki iş xx.xx.2024-cü il tarixdə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. 34.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-856/2024 nömrəli qərarından görünür ki, cavabdeh Məmmədov Zakir Fərhad oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2(103)-5635/2023 nömrəli qətnaməsinin dəyişidirilmədən saxlanılması qət edilmişdir. 35.Məhkəməişin faktiki halları ilə bağlı qeyd etmişdir ki, X9 xx.xx.2016-cı il tarixdə adına olan bütün daşınar və daşınmaz əmlakı rəfiqəsi–hazırkı iş üzrə Cavabdeh vəsiyyət etməsinə dair notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Cabbarova Rəfiqənin ölümündən sonra onun mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 36.4 kv.m olan mənzillərədair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, həmin mənzillər xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. 36.Hazırda İddiaçı ölümündən qısa müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144 ünvanında yerləşən 6 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzilləri almaq məqsədilə X6 ümumilikdə 162.000 manat məbləğində pul verdiyini iddia edərək, Cabbarova Rəfiqə tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdehin adına verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və həmin mənzillərin özünün adına keçirilməsini, mümkün olmadığı təqdirdə isə mənzilləri almaq niyyətilə mərhuma ödədiyi 162.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini; cavabdeh isə iddia tələbinin heç bir sübutla öz təsdiqini tapmamasını və əsassız olmasını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. 37.İddianı rədd edən məhkəmə qeyd etmişdir ki, iddiaçının hər hansı hüququnun pozulması, habelə, cavabdeh tərəfindən pozulması halı məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, cavabdehin mərhum rəfiqəsi – X9 tərəfindən ona verilmiş vəsiyyətnamə əsasında hazırkı mübahisənin predmeti olan 2 mənzilin rəsmi qaydada cavabdehin mülkiyyətinə keçməsi məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz haldır. İddiaçı həmin evləri 190.000 manat müqabilində mərhumdan alması barədə aralarında olmuş şifahi razılığa əsasən 162.000 manat pulu mərhuma verməsini (2.000 manat beh + 160.000 manat ödəniş) və qalan 28.000 manat məbləğində pulu ödəyən zaman rəsmi alğı-satqı müqaviləsi bağlayacaqlarını, lakin qısa müddət ərzində Cabbarova Rəfiqənin ölməsi səbəbindən alğı-satqının baş tutmadığını, habelə mərhuma ödədiyi pulu geri ala bilmədiyini qeyd edərək, cavabdehin adına verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və mənzillərin özünün mülkiyyətinə keçirilməsini, bu mümkün olmadığı təqdirdə isə 162.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona qaytarılmasını tələb etsə də, bu dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, hüququnun pozulmasını iddia etməsinə baxmayaraq, iddia tələbini əsaslandırdığı halları məhkəmədə müvafiq qaydada sübuta yetirməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hər bir tərəf öz iddiasını və etirazını əsaslandırdığı halları sübut etmək vəzifəsini daşıyır. Qanunvericiliyin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsi barədə tələbinə baxmayaraq, iddiaçı hazırda cavabdehin mülkiyyətində olan mənzilləri almaq məqsədilə 162.000 manat məbləğində pulu mərhuma verməsini təsdiq edən heç bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir. 38.İddiaçı bu dəlilinin şahidlərin ifadələri ilə öz təsdiqini tapacağını bildirmiş və göstərdiyi şəxslər xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin şahidlərdən biri – mərhum X9 ilə birgə yaşadığını iddia edən Məmmədov Zakir Fərhad oğlu hazırkı iş üzrə əvvəllər cavabdeh olduğundan, habelə onunla iş üzrə hazırkı Cavabdeh arasında mənzillərdən birinə dair başqa məhkəmə mübahisələri olduğundan (belə ki, Məmmədov Zakir Fərhad oğlu mərhum tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə əsasında onun mülkiyyətinə keçmiş 2 evdən birində özünün yaşadığını, digərini isə kirayə verdiyini bildirmişdir; habelə, iş materialları ilə Cavabdeh iddiasının təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzildən Məmmədov Zakir Fərhad oğlunun çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması öz təsdini tapmışdır), Məmmədov Zakir Fərhad oğlu mərhumun adından verildiyi iddia olunan saxta vəsiyyətnamədən istifadə etməsi nəticəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.2-ci maddələri ilə ittiham elan olunduğundan, bir sözlə, hazırkı işin nəticəsində maraqlı ola biləcəyindən, onun verdiyi ifadə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Həmçinin, onun ifadəsi iddiaçının izahatı və digər şahidlərin ifadələri ilə də ziddiyyət təşkil edir. Belə ki, iddiaçı və digər şahidlər 162.000 manat məbləğində pulun iddiaçı tərəfindən 2022-ci ilin iyun ayında Cabbarova Rəfiqənin ölümündən qısa müddət əvvəl mərhuma verildiyini bildirsələr də, şahid Məmmədov Zakir Fərhad oğlu bu hadisənin 2022-ci ilin mart ayında– onun atasının 40 mərasiminə görə Ukraynadan gəldiyi vaxtda baş verdiyini qeyd edir. Məmmədov Zakir və iddiaçı əskinasların manat olduğunu bildirsələr də, şahid X21 pulun içində həm dollar, həm də manat olduğunu qeyd etmişdir. Məmmədov Zakir mərhumun iddiaçıdan pulu aldığı vaxt orada qonşu qadın və iki kişinin (Məzahir və İbrahimin) də olduğunu bildirmiş, lakin digər şahid X21 qonşu qadının orada olmasını təsdiqləməmiş, qonşu qadın olan X23 isə pulun verilməsinin şahidi olmasına dair heç nə bildirməmiş, yalnız mərhumla arasının yaxşı olduğunu, bu səbəbdən mərhumun baş verənləri ona danışdığını qeyd etmiş, onun ifadəsi isə cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmədə şahid qismində dindirilmiş X24 (cavabdehlə və mərhumla yaxın rəfiqə olduğunu iddia edən) tərəfindən təkzib edilmiş, belə ki, Orucova Şəfiqə mərhumun Əhədova Yasəmənlə küsülü olduğunu demişdir. X3 160.000 manat məbləğində pulu mərhuma verərkən X12 artıq orada olmadığını bildirmiş, lakin X21 2.000 manat və 160.000 manat məbləğlərində pulun onun iştirakı ilə mərhuma verildiyini qeyd etmişdir. X4 və X32 iddiaçı tərəfindən mərhuma pul verilən zaman iltizam tərtib edildiyini qeyd etsələr də, belə bir sənədin mövcudluğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, nəinki şahid Məmmədov Zakir Fərhad oğlunun ifadəsi, habelə digər şahidlərin də ifadələri bir-biri ilə, həmçinin, iddiaçının izahatları ilə ziddiyyət təşkil etmiş, birinin dediyi digərinin dedikləri ilə ya üst-üstə düşməmiş, ya da şahidlər bir-birlərini təkzib etmişlər. Qeyd olunanlara əsasən, məhkəmə şahidlərin ifadələrini mötəbər sübut saymamış, habelə məhkəmə həmin ifadələrin iddiaçının dəlillərini təsdiq etmədiyi nəticəsinə gəlmişdir. 39.İddiaçı həmin evlərdən birinin – hazırda Məmmədov Zakir Fərhad oğlunun yaşadığı bildirilən Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzilin mərhum tərəfindən əvvəllər cavabdeh Rəsul-X7, lakin sonra onlar arasında həmin evin alğı-satqısına dair müqavilənin ləğv edilməsi barədə saziş bağlanması faktını, mərhumla cavabdehin arasındakı münasibətlərin pozulması, bu səbəbdən evləri satmaq barədə onunla razılığa gələrək ondan pul alması, amma mərhumun verdiyi vəsiyyətnaməni ləğv etməyi unutması kimi qələmə versə də, bu dəlil də mötəbər sübutla öz təsdiqini tapmamışdır. Habelə bu dəlil məhkəmə tərəfindən inandırıcı və ağlabatan hesab edilməmişdir. 40.İddia tələbinin hərtərəfli araşdırılması üçün cavabdeh tərəf vəsatət verərək, X18, X13 və İddiaçı istifadəsində olan telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində edilən (daxil olan və çıxan zənglər göstərilməklə) zənglərin siyahısının, SMS mətnlərinin açıqlamalarının, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarının, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərtilə) barədə məlumatların mobil operatorlardan götürülməsinə dair qərar qəbul edilməsini xahiş etdiyindən, məhkəmə araşdırmaları zamanı pulun verildiyi iddia edilən zaman kəsiyində iddiaçının istifadəsində olan mobil telefon nömrəsinin hansı olması barədə məlumatın məhkəməyə təqdim edilməsi ona təklif edilmiş, lakin iddiaçı nömrəsini unutduğunu, vəkili-nümayəndəsi isə bəlkə də, iddiaçının və şahidlərin görüşə telefonsuz getdiyini bildirmiş, bununla da iddiaçı tərəf vəsatətin təmin edilməsi üçün lazımi məlumatı məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəfin bu hərəkətləri, həmçinin, iddia tələbinin “vəsiyyətnamənin etibarsız hesab olunması, mənzillərin iddiaçıya verilməsi, bu mümkün olmadıqda 162.000 manat məbləğində pulun iddiaçıya qaytarılması” kimi irəli sürülməsi məhkəməyə iddiaçının özünün də tələbindən və dəlillərindən əmin olmadığını deməyə əsas verir 41.Məhkəmə bütün göstərilənlərə əsaslanaraq iddia tələbinin birinci - “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mənzillərin iddiaçının mülkiyyətinə keçirilməsi” hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının ümumiyyətlə belə bir tələbə subyektiv hüququ müəyyən edilmir. Belə ki, vəsiyyətnamə etibarsız hesab edilsə belə, iddiaçı potensial vərəsə olmadığından və ya mənzillərə görə mərhuma pul verməsi faktını təsdiq etmədiyindən, məhkəmənin qənaətinə görə vəsiyyətnamənin mövcudluğu və etibarlılığı iddiaçının hansısa hüququna toxunmur və ya hər hansı hüququnu pozmur. Bir sözlə, vəsiyyətnamə olmasa və ya etibarsız hesab edilsə də belə, iddiaçı üçün dəyişən, müsbət və ya mənfi hüquqi nəticəyə yol açanbir hal olmayacaqdır. Göstərilənlərə istinadən, iddiaçının hazırkı tələbə subyektiv hüququ olmadığından, həmçinin, vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı əsas olmadığına görə məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir. 42.İddia tələbinin digər – “162.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının mərhuma pul verməsi faktı öz təsdiqini tapmadığına görə, onun mərhumun vəsiyyətnamə üzrə vərəsəsi olan və mərhuma məxsus olmuş iki mənzilə dair çıxarışı qanuna müvafiq qaydada alan cavabdehdən həmin məbləğdə pulu tələb etməsi əsassız hesab olunur. Buna görə də məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi də təmin edilməməlidir. 43.Cavabdehin vəkili-nümayəndəsinin “şahidlərlə bağlı xüsusi qərardad çıxarılması barədə” tələbi MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən vəsatət kimi qəbul edilmiş, lakin həmin maddədə göstərilmiş hal müəyyən edilmədiyindən, bu vəsatətin təmin edilməməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunmuşdur. 44.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin394, 402.1, 402.2, 491.1, 491.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 104.1, 106.1, 265.4, 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 45.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 46.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməsinin səbəbini onunla əsaslandırmışdır ki, “Qanunvericiliyin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsibarədə tələbinə baxmayaraq, iddiaçı hazırda cavabdehin mülkiyyətində olan mənzilləri almaq məqsədi ilə 162.000 manat məbləğində pulu mərhuma verməsini təsdiq edən heç bir yazılısübutu məhkəməyə təqdim etməmişdir.” Göründüyü kimi məhkəmə iş üzrə olan birbaşa şahid ifadələrini sübut kimi qəbul etməmişdir. Nə üçün və nə səbəbə? Söhbət 162.000 manat məbləğində pulun verilməsindən gedir. Pulun verilməsinigözü ilə görüb və məhkəmədə birbaşa ifadə verən 4 nəfər şahidin ifadəsini məhkəmə sübut kimi qiymətləndirmir və nəzərə almır. Hesab edir ki, hakim konkret Mülki Prosessual Məcəllənin tələbinə yox, öz şəxsi mülahizələrinə yol verərək qanunu pozmuşdur. Belə ki, sədrlik edən hakim, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən şahidlərin ifadələrini məqsəd yönlü olaraq qəbul etmiş olduğu qətnamədə təhrif etmiş və iddianı təmin etməmişdir. Həmçinin sədrlik edən hakim qəbul etmiş olduğu qətnamənin 8-ci səhifəsinin 2-ci abzasında qeyd etmişdir ki, iddiaçı həmin evlərdən birinin – hazırda Məmmədov Zakir Fərhad oğlunun yaşadığı bildirilən Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzilin mərhum tərəfindən əvvəllər cavabdeh Rəsul-X7, lakin sonra onlar arasında həmin evin alqı-satqısına dair müqavilənin ləğvedilməsi barədə saziş bağlanması faktını mərhumla cavabdehin arasındakı münasibətlərin pozulması, bu səbəbdən evləri satmaq barədə onunla razılığa gələrək ondan pul alması, amma mərhumun verdiyi vəsiyyətnaməni ləğv etməyi unutması kimi qələmə versə də, bu dəlil də mötəbər sübutla öz təsdiqini tapmamışdır. Habelə bu dəlil məhkəmə tərəfindən inandırıcı və ağlabatan hesab edilmir. Göründüyü kimi işə sədrlik edən özünə sərf edəndə özünün hansısa məntiqi təfəkkürünə əsaslanır və mövcud olan fakta inanmaq istəmir, halbuki, qəbul etdiyi qətnamənin 2-ci səhifəsinin 1-ci abzasında iddia tələbinin əsasları hissəsində qeyd edilmişdir ki, bundan əlavə, Məmmədov Zakir Fərhad oğlu bildirir ki, həmin mənzillərə iddia edən digər qadın da var, qadının adı Cavabdehdır, həmin qadın X9 ölməmişdən əvvəl onunla dostluq münasibəti yaratmış, Bakışəhəri, X56 prospekti, ev 146, mənzil47 ünvanında yerləşən mənzili 40.000 (qırx min) manat pul verərək öz adına rəsmiləşdirmişdir. Lakin mərhum bir müddətdən sonra Cavabdeh onu aldatdığını başa düşmüş və xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış müqaviləni ləğv etmiş, mənzilə görə verilmiş 40.000 (qırx min) manat pulu Cavabdeh qaytarmışdır. X2 Bakı şəhəri 51 saylı notariat kontorunda alğı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlayaraq Bakı şəhəri, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili öz adına rəsmiləşdirmişdir. Lakin həmin vaxt X9 qoca və xəstə olduğuna görə əvvəllər, yəni Cavabdeh ilə dostluq münasibətlərində olduqları vaxt ona vermiş olduğu xx.xx.2016-cı il tarixli vəsiyyətnaməni ləğv etdirməyi unutmuşdur. Məmmədov Zakir Fərhad oğlu bildirir ki, əgər X5 Cavabdeh ilə yaxşı münasibəti olsaydı, heç vaxt ona satdığı mənzili geri almazdı. Son vaxtlar onların münasibətləri pozulmuşdur. Qeyd olunan bu fakt 51 saylı dövlət notariat kontorunun alğısatqı müqaviləsinin ləğvinə dair sazişdə öz təsdini tapmışdır. Bu fakta nəzər yetirsək mərhum, evi Cavabdeh geri alıb 40000 manatı ona geri qaytarmışdırsa onda niyə güya qəsdən vəsiyyətnaməni ləğv etməmişdir? Demək vəsiyyətnaməni ləğv etməyi həqiqətəndə mərhumun unutması faktı tam təsdiqini tapır. Lakin, nədənsə sədrlik edən hakim bu fakta inanmaq istəməmiş, ancaq özü tərəfindən şahid ifadələrini təhrifedərək öz mülahizələrinə inanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 47.Apellyasiya şikayətinə qarşı yazılı etriaz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 48.Məhkəmə kollegiyasının iclasında iddiası İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 49.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 50.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 51.Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 52.Maddə 394.Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 53.Maddə 402.1.İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 54.Maddə 402.2.İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 55.Maddə 491.1.Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 56.Maddə 491.2.Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 57.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.Maddə 76.1-76.2.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 59.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 60.Maddə 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 61.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 62.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 63.Maddə 104.1.Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 64.Maddə 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 65.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 67.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 68.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 69.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, X9 xx.xx.2016-cı il tarixdə adına olan bütün daşınar və daşınmaz əmlakı rəfiqəsi – hazırkı iş üzrə Cavabdeh vəsiyyət etməsinə dair notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Cabbarova Rəfiqənin ölümündən sonra onun mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 36.4 kv.m olan mənzillərədair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, həmin mənzillər xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. 70.X9 tərəfindən tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edən iddiaçı mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ölümündən qısa müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 144 ünvanında yerləşən 6 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzilləri almaq məqsədilə X6 ümumilikdə 162.000 manat məbləğində pul vermişdir. Buna görə də Cabbarova Rəfiqə tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdehin adına verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və həmin mənzillərin özünün adına keçirilməsini, mümkün olmadığı təqdirdə isə mənzilləri almaq niyyətilə mərhuma ödədiyi 162.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etmiş; cavabdeh isə iddia tələbinin heç bir sübutla öz təsdiqini tapmamasını və əsassız olmasını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 71.İddia tələbinin əsassızlığı ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı həmin evləri 190.000 manat müqabilində mərhumdan alması barədə aralarında olmuş şifahi razılığa əsasən 162.000 manat pulu mərhuma verməsini (2.000 manat beh + 160.000 manat ödəniş) və qalan 28.000 manat məbləğində pulu ödəyən zaman rəsmi alğı-satqı müqaviləsi bağlayacaqlarını, lakin qısa müddət ərzində Cabbarova Rəfiqənin ölməsi səbəbindən alğı-satqının baş tutmadığını, habelə mərhuma ödədiyi pulu geri ala bilmədiyini qeyd etsə də, qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin haları iş materialları ilə öz təsdqini tapmamışdır. 72.Belə ki, MPM-nin 10-1.2.Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 73.Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 74.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.0 75.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 76.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 77.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 78.Məhkəmə kollegiyası apellyatorun dəlili olmaqla, bu dəlillərinin sübutu kimi istinad etdiyi, özü tərəfindən təqdim edilmiş şahidlərin ifadələrini mötəbr sübut kimi qəbul etməyən məhkəmənin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, həmin şahidlərdən biri – mərhum X9 ilə birgə yaşadığını iddia edən Məmmədov Zakir Fərhad oğlu hazırkı iş üzrə əvvəllər cavabdeh olduğundan, habelə onunla iş üzrə hazırkı Cavabdeh arasında mənzillərdən birinə dair başqa məhkəmə mübahisələri olduğundan (belə ki, Məmmədov Zakir Fərhad oğlu mərhum tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə əsasında onun mülkiyyətinə keçmiş 2 evdən birində özünün yaşadığını, digərini isə kirayə verdiyini bildirmişdir; habelə, iş materialları ilə Cavabdeh iddiasının təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzildən Məmmədov Zakir Fərhad oğlunun çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması öz təsdini tapmışdır), Məmmədov Zakir Fərhad oğlu mərhumun adından verildiyi iddia olunan saxta vəsiyyətnamədən istifadə etməsi nəticəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.2-ci maddələri ilə ittiham elan olunduğundan, bir sözlə, hazırkı işin nəticəsində maraqlı ola biləcəyindən, onun verdiyi ifadə mötəbər hesab edilə bilməz. 79.Həmçinin, Məmmədov Zakir Fərhad oğlunun ifadəsi iddiaçının izahatı və digər şahidlərin ifadələri ilə də ziddiyyət təşkil edir. Belə ki, iddiaçı və digər şahidlər 162.000 manat məbləğində pulun iddiaçı tərəfindən 2022-ci ilin iyun ayında Cabbarova Rəfiqənin ölümündən qısa müddət əvvəl mərhuma verildiyini bildirsələr də, şahid Məmmədov Zakir Fərhad oğlu bu hadisənin 2022-ci ilin mart ayında– onun atasının 40 mərasiminə görə Ukraynadan gəldiyi vaxtda baş verdiyini qeyd edir. Məmmədov Zakir və iddiaçı əskinasların manat olduğunu bildirsələr də, şahid X21 pulun içində həm dollar, həm də manat olduğunu qeyd etmişdir. Məmmədov Zakir mərhumun iddiaçıdan pulu aldığı vaxt orada qonşu qadın və iki kişinin (Məzahir və İbrahimin) də olduğunu bildirmiş, lakin digər şahid X21 qonşu qadının orada olmasını təsdiqləməmiş, qonşu qadın olan X23 isə pulun verilməsinin şahidi olmasına dair heç nə bildirməmiş, yalnız mərhumla arasının yaxşı olduğunu, bu səbəbdən mərhumun baş verənləri ona danışdığını qeyd etmiş, onun ifadəsi isə cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmədə şahid qismində dindirilmiş X24 (cavabdehlə və mərhumla yaxın rəfiqə olduğunu iddia edən) tərəfindən təkzib edilmiş, belə ki, Orucova Şəfiqə mərhumun Əhədova Yasəmənlə küsülü olduğunu demişdir. X3 160.000 manat məbləğində pulu mərhuma verərkən X12 artıq orada olmadığını bildirmiş, lakin X21 2.000 manat və 160.000 manat məbləğlərində pulun onun iştirakı ilə mərhuma verildiyini qeyd etmişdir. X4 və X32 iddiaçı tərəfindən mərhuma pul verilən zaman iltizam tərtib edildiyini qeyd etsələr də, belə bir sənədin mövcudluğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, nəinki şahid Məmmədov Zakir Fərhad oğlunun ifadəsi, habelə digər şahidlərin də ifadələri bir-biri ilə, həmçinin, iddiaçının izahatları ilə ziddiyyət təşkil etmiş, birinin dediyi digərinin dedikləri ilə ya üst-üstə düşməmiş, ya da şahidlər bir-birlərini təkzib etmişlər. 80.Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı həmin evlərdən birinin – hazırda Məmmədov Zakir Fərhad oğlunun yaşadığı bildirilən Bakı şəhəri, Nərimanov rayonu, X56 prospekti, ev 146, 47 nömrəli mənzilin mərhum tərəfindən əvvəllər cavabdeh Rəsul- X7, lakin sonra onlar arasında həmin evin alğı-satqısına dair müqavilənin ləğv edilməsi barədə saziş bağlanması faktını, mərhumla cavabdehin arasındakı münasibətlərin pozulması, bu səbəbdən evləri satmaq barədə onunla razılığa gələrək ondan pul alması, amma mərhumun verdiyi vəsiyyətnaməni ləğv etməyi unutması kimi qələmə versə də, bu dəlil də mötəbər sübutla öz təsdiqini tapmamışdır. Habelə bu dəlil məhkəmə tərəfindən inandırıcı və ağlabatan hesab edilməmişdir. 81.Kollegiya hesab edir ki, məhkəmə bütün göstərilənlərə əsaslanaraq iddia tələbinin birinci- “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mənzillərin iddiaçının mülkiyyətinə keçirilməsi” hissəsini əsassız hesab edərək düzgün olaraq qeyd etmişdir ki, iddiaçının ümumiyyətlə belə bir tələbə subyektiv hüququ müəyyən edilmir. Belə ki, vəsiyyətnamə etibarsız hesab edilsə belə, iddiaçı potensial vərəsə olmadığından və ya mənzillərə görə mərhuma pul verməsi faktını təsdiq etmədiyindən, məhkəmənin qənaətinə görə vəsiyyətnamənin mövcudluğu və etibarlılığı iddiaçının hansısa hüququna toxunmur və ya hər hansı hüququnu pozmur. Bir sözlə, vəsiyyətnamə olmasa və ya etibarsız hesab edilsə də belə, iddiaçı üçün dəyişən, müsbət və ya mənfi hüquqi nəticəyə yol açan bir hal olmayacaqdır. Göstərilənlərə istinadən, iddiaçının hazırkı tələbə subyektiv hüququ olmadığından, həmçinin, vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı əsas olmadığına görə məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir. 82.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 83.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 84.İddia tələbinin digər–“162.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsi ilə əlaqədar kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının mərhuma pul verməsi faktı öz təsdiqini tapmadığına görə, onun mərhumun vəsiyyətnamə üzrə vərəsəsi olan və mərhuma məxsus olmuş iki mənzilə dair çıxarışı qanuna müvafiq qaydada alan cavabdehdən həmin məbləğdə pulu tələb etməsi əsassız hesab olunur. 85.Beləliklə qeyd olunan xüsuatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)-231/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 86.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 87.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 88.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 89.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 90.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətitəmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)-231/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəya Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar