Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5490/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh Əliyar oğluna oğluna qarşı qarşı mülki iş (Açar sözlər: «qaz kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Əliyar oğlunun və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-28/2025 saylı, 04 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Əliyar oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilib ki, xx.xx.2022-ci tarixində, ünvan 1 ünvanında Zabrat- Buzovna-Türkan yerüstü magistral qaz kəmərinin mühafizəsi zonasında, təxminən 2.5 metr məsafədə yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh Əliyar oğlu tərəfindən daş hasar yaşayış yeri inşa edilmişdir. Təxminən 4 metr uzunluğunda və 2.4 metr hündürlüyündə hörgü işlərinin aparıldığı aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək, həmin işlərin dayandırılması tələb edilməklə aparılmaması barədə xəbərdarlıq təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh Əliyar oğluna qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa lunmuş tikilinin sökülməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 2 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın və yaşayış evinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbdə göstərilib ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 530 mm diametrli «Zabrat- Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin 15.7-ci km-də ünvan 2 ünvanından keçən hissəsində, 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “2.5” metr məsafədə qanunsuz olaraq daş hasar və yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli MV-01/1256 saylı məktubla Xəzər Rayon İcra Hakimiyyətinin başçısına, xx.xx.2022- ci il tarixli MV-01/1254 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2022-ci il tarixli MV-01/1255 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 dekabr 2022-ci il tarixli **********96 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tədbirin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir(məktubun surəti iddia ərizəsinə əlavə olunur).Xəzər Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli MV-01/1256 saylı məktubda xx.xx.2022-ci il tarixli 2205 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiya üzvləri tərəfindən Buzovna qəsəbəsi ərazisində qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda aparılan tikinti işləri tərəfindən dayandırılmış, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla vətəndaşa xəbərdarlıq olunmuş və akt tərtib olunaraq hüquq mühafizə orqanlarına göndərilmişdir(məktubun surəti iddia ərizəsinə əlavə olunur). Lakin nəzərə çatdırılmışdır ki, tikinti işləri dayandırılmayaraq tam başa çatdırılmışdır. (fotoşəkil əlavə olunur).xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında 530 mm diametrli «Zabrat- Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., Cavabdeh tərəfindən, qaz kəmərindən 2.5 metr məsafədə daş hasar və yaşayış evi inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur).ünvan 2 ünvanında, 39 T 0424130; ******* koordinatı qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar və yaşayış evi inşa edən Cavabdeh onun tərəfindən inşa edilən daş hasar və yaşayış evinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də o, xəbərdarlıq məktubunu qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti- quraşdırma işlərinin aparılması qəti qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarınn yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ islərin görülməsinə yol verilmir.Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş üzrə cavabdeh arasında mövcud olmamışdır.Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. Bu sahədə digər bir normativ-hüquqi aktın; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti isləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsində təsbit olunub ki, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları, özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə, cavabdehin mühafizə zonasında torpaq sahəsinin özününküləşdirilməsinə dair bağladığı hər hansı əqd (olduğu təqdirdə) həmin Məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır. Eləcə də, həmin Məcəllənin 110-cu maddəsinə əsasən, cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bundan əlavə bildirilmişdir ki, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına müvafiq yazışmalar edilmişdir (bu barədə ətraflı iddia ərizəsinin 1-ci vərəqəsində; məktublar isə qoşma sənədlərə əlavə edilmişdir).
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-28/2025 saylı, 04 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbinin təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 2 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yaşayış yerinin və daş hasarın Cavabdeh hesabına sökülərək Cavabdeh mühafizə ərazisindən çıxarılması; Cavabdeh dövlət rüsumuna görə 100 manatın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin xeyrinə tutulması; Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Əliyar oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 2 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinə məxsus qaz kəmərinin mühafizə zonasına daxil olmuşdur. Bundan başqa cavabdeh tikililəri inşa etdiyi məhz həmin torpaq sahəsinin ona ayrılması və həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 2 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında özbaşına tikililər inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və buna görə tam həcmdə təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Əliyar oğlu (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, Bakı şəhəri Buzovna Bələdiyyəsi sədrinin 231 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 350 kv.m torpaq sahəsi X2 və təyinatı üzrə bütün ödənişlər edilmişdir. Bundan sonra, həmin torpaq sahəsi cavabdeh tərəfindən alınmışdır. İddia ərizəsi ilk öncə ona görə əsassızdır ki, qanuni qüvvədə olan Bakı şəhəri Buzovna Bələdiyyəsi sədrinin 231 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamı mübahisələndirilməmişdir. Həmin sərəncama əsasən qeyd edilən torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Bundan başqa, müəyyən edilməli məsələlərdən də biri odur ki, sərəncam ilə vətəndaşa torpaq sahəsi ayrılandan sonra həmin ərazidən qaz xətti nə zaman çəkilmişdir? İstənilən halda dövlət və bələdiyyə qurumları vətəndaşlarının maraqlarının qorunması üçün qarşılıqlı əməkdaşlıq etməli idi. Yəni, əgər həmin ərazidə bələdiyyə torpaq sahələri vətəndaşlar üçün ayrılmışdırsa, qaz xətti çəkilən zamanı həmin şəxslərə kompensasiya verilməklə qaz xətti çəkilməli və mühafizə zonası ayrılmalı idi. Yaxud da əksinə həmin ərazidən qaz xətti keçirdisə, Bələdiyyə tərəfindən vətəndaşa fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmalı deyildir. Yuxarıda qeyd edilən tədbirlər nəticəsində vətəndaşa zərər vurulur. Belə ki, cavabdeh bankdan kredit götürərək həmin evi almış, təmir etmiş və hazırda həmin evin kompensasiya verilmədən və öz hesabına sökülməsi onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Bundan başqa, mübahisəli ərazi yaşayış massividir və cavabdehdən başqa orada yüzlərlə fərdi yaşayış evləri yerləşmişdir və yaşayış mövcuddur. Mülkiyyət hüququ hər kəsin konstitusion hüququdur və bu hüquq dövlət tərəfindən qorunur. “X4rşı” məhkəmə işində Avropa Məhkəməsi onun dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirilmişdir. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Bunun üçün hər hansı qanun layihəsinə, sərəncama ehtiyacı yoxdur. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında Cavabdeh Əliyar oğlu və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdilər.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İV hissə.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Cavabdehin qeyd olunan özbaşına tikilidə uzun müddət yaşaması həqiqi olsa belə iddianın əsassızlığına dəlalət etmir. Hansısa şəxsin yüksək təhlükə mənbəyi olan qaz kəmərinin mühafizə zonasında yaxud sənaye təyinatlı torpaqda özbaşına tikili inşa etməsi və həmin ərazidə başqa evlərin olması da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki mübahisəli özbaşına tikili yüksək təzyiqli magistiral qaz kəmərinin mühafizə zonasında, yəni təhlükəli zonada, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmişdir. Bu fakt iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli (cild 1.i.v.78- 81) və xx.xx.2025-ci il tarixli (cild 2.i.v.11-13) məhkəmə tikinti-texniki ekspertiza rəyləri, həmçinin mütəxəssis rəyi(cild 2. i.v. 150-151) rəyi ilə öz təsdiqini tapır. Bu cür vəziyyətdə istənilən vaxt həmin ərazidə arzuolunmaz bədbəxt hadisənin baş vermə ehtimalı yüksək sayılır.
22. Bundan əlavə, mübahisəli ərazinin yaşayış massivi olması, cavabdehdən başqa orada yüzlərlə fərdi yaşayış evləri yerləşməsi, yaşayışın mövcud olması, hətta qeyd olunan ərazidəki torpaq sahələri və üzərindəki tikililərin bir qisminin daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınması da heç nəyi dəyişmir. Belə ki, iddiaçı tərəfin analoji işlərdəki mövqeyinə görə də qeyd olunan ərazidə çoxsaylı evlər olsa da, hansı ki, bu işdə cavabdeh də bunu təsdiq edir, hər bir özbaşına tikili ilə bağlı sənədlərin hazırlanaraq eyni anda iddia qaldırılması fiziki cəhətdən mümkünsüz sayılır. Üstəlik digər şəxslərə qarşı iddianın qaldırılmaması da hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh tikilini həqiqətən də iddiaçı İdarənn icazəsi yaxud razılığı ilə tikibsə hazırki işin nəticəsindən asılı olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur.
23. Bundan başqa, mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Buzovna Bələdiyyəsi sədrinin 231 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 350 kv.m torpaq sahəsi kimi X1 və təyinatı üzrə bütün ödənişlər edildiyini, bundan sonra həmin torpaq sahəsini aldığını göstərsə də qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığından belə bir qərarın olması da iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı etmir. Çünki bələdiyyə özünə aid olmayan torpaq sahəsinə, üstəlik fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmayan mühafizə zonası kimi nəzərdə tutulan dövlət torpağına dair sərəncam xarakterli qərar qəbul edə bilməzdi. Buna görə də hazırkı iddianın əsaslılığı baxımından Bələdiyyənin sərəncamının mübahisələndirilməsinə də ehtiyac yoxdur.
24. Göstərilənlərlə yanaşı, apellyasiya baxışı zamanı cavabdeh tərəfin də təsdiq etdiyi kimi yüksək təzyiqli qaz kəmərinin ötən əsrin ortalarında çəkildiyi məlum oldu. Demək ki, qanuni əsaslarla olsa idi belə, yenə də qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrıla bilməzdi. Cavabdeh də yüksək təzyiqli qaz kəmərinin 1-2 metrliyində fərdi yaşayış evinin tikintsinin qadağan olunduğunu bilməmiş deyildi. Başqa sözlə, bilə-bilə ki, həmin ərazidə bu cür tikinti aparmaq təhlükəli və qadağan idi, ancaq yenə də buna məhəl qoymayıb, üstəlik dövlət orqanlarını da onun maraqlarının qorunması üçün əməkdaşlıq etməməkdə qınayır. Buna görə də mübahisəli tikilinin sökülməsi ilə əlaqədar iddiaçı tərəfindən kompensasiyanın məcburən ödənilməsini təmin etməmək də cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
25. Apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki mübahisəli tikilinin qaz kəmərinin mühafizə zonasında inşa edilməsi və torpaq sahəsinin qaz sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-28/2025 saylı, 04 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Əliyar oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-28/2025 saylı, 04 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.