Məhkəmə qərarları › İş №2(103)-5496/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5496/2023

13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5496/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC Qaradağ rayon Sukanal İdarəsinə qarşı əlavə hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(002)-1711/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının ünvanında su sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Buna baxmayaraq, sayğacın nasazlığı barədə iddiaçı özü cavabdeh təşkilata müraciətlər etmiş, 2023-cü ilin yanvar ayında sayğac dəyişdirilsə də, sayğacın dəyişdirilməsi barədə akt və abonentin iştirakı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sayğac dəyişdikdən sonra sayğacın yararsız olması səbəbindən abonentə xx.xx.2023-cü il tarixdə 343,76 manat borc hesablanmışdır. 2.İddiaçı həmin borcun qanunsuz hesablanmasını bildirərək, borcun silinməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC Qaradağ rayon Sukanal İdarəsinə qarşı əlavə hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi suya görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 343,76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı iddia ərizəsini, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda 2 (iki) nəfər yaşayırlar. 2021-ci ilin may ayından su sayğacları (abonent kodu: **********000) xarab olmuşdur. Bununla bağlı dəfələrlə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng etmişlər. Həmçinin şəxsən su nəzarətçilərinə, Qaradağ rayon Sukanal İdarəsinə müraciət etmişlər. Həmin vaxtlar nəzarətçi özüdə sayğacın xarab olmasını görmüş və sayğacın dəyişdirilməli olması barədə işlədiyi İdarəyə yazılı məlumat vermişdir. Dəfələrlə müraciətlərindən bir il yarım sonra, yəni 12 yanvar 2023-cü ildə sayğac dəyişdirilmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, ona əsassız olaraq 343,76 manat borc yazılmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, sayğac işlədiyi zaman aylıq 5 (beş) manatdan artıq su istifadə etməmişlər və bu sərfiyyatın aylıq miqdarı Cavabdeh ASC-də mövcuddur. 2020-ci il üçün ümumi su sərfiyyatı 48 manat həcmində olmuşdur. Ondan əvvəlki illər üzrədə bənzər rəqəmlərdir (32, 65, 62 manat). Bu zaman sual yaranır ki, nəzarətçi, habelə idarənin rəhbəri sayğacın xarab olduğunu görür, lakin niyə münasibət bildirmir. Dəfələrlə edilən şikayətlərə baxmayaraq, bir il yarımdan sonra sayğac quraşdırılır və onu günahkar çıxardıb əlavə sərfiyyat yazırlar. Su sayğacı evdən kənarda yerləşir, bu səbəbdən cavabdeh təşkilat tərəfindən hesablanmış 343,76 manat borc tamamilə qanunsuzdur. Buna görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. 5.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 iyul 2023-cü il tarixli, 2(002)-1711/2023 saylı qətnaməsiilə (hakim-Fuad Hüseynov) iddia tələbi təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********000) xx.xx.2023-cü il tarixdə hesablanmış 343,76 manat borcun silinməsi qət edilmişdir. 6.Məhkəmə baxışı zamanı cavabdehlərin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, abonent kodu **********000 olan abonent İddiaçı 2017-2021-ci illər üzrə hər hansı borcu olmamışdır və ödənişləri tam həyata keçirmişdir. Abonentin sayğacı evdən kənarda yerləşir və hər ay nəzarətçi tərəfindən yoxlanılır. Qeyd olunan tarixdən sonra iddiaçı dəfələrlə qaynar xəttə və Qaradağ rayon Sukanal İdarəsinə sayğacın nasazlığı və dəyişdirilməsi barədə müraciətlər etmişdir. Qaydalara əsasən, evdən çöldə olan həmin sayğaca görə məsuliyyəti Cavabdeh ASC daşıyır. Nəhayət sayğac dəyişdirilmiş, müvafiq rəyə əsasən sayğacın yararsız olduğu müəyyənedilmişdir. Hazırda sayğacın aparılması barədə akt və həmin vaxt abonentin iştirakını təsdiq edən sübut mövcud deyildir. Mübahisəli borc isə xx.xx.2022-xx.xx.2023-cü ili əhatə edən bir aylıq dövr üçün sayğacın yararsız olması səbəbindən yazılmışdır və xx.xx.2023-cü ildə sistemə daxil edilmişdir. Abonentin sərfiyyatı həm əvvəlki dövrdə, həm də sayğac dəyişəndən sonra olduqca aşağıdır. Qeyd olunanlara əsasən, iddianın təmin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 7.Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, qonşudur. Su sayğacları hasarın çölündə quraşdırılmışdır. Su idarəsinin əməkdaşları sərbəst şəkildə sayğaclara nəzarət edir, vaxtaşırı bildiriş verir və bildirişə əsasən ödəniş edirlər. İddiaçının evində uzun müddətdir daimi yaşayış yoxdur və ona həddən artıq sərfiyyatın yazılması düzgün deyil. 8.İş materiallarında olan abonent kodu **********000:36769363 olan abonentin kartından görünür ki, abonent İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 2017- 2021-ci illər üzrə borcu olmamış, xx.xx.2023-cü il tarixdə 343,76 manat borc hesablanmışdır. Həmin tarixdən əvvəl və sonra sərfiyyat rəqəmləri əsasən birrəqəmli olduğu halda, həmin tarixdə sərfiyyat 378m3 olaraq qeyd olunmuşdur. 9.İş materiallarında olan “Azərsu ASC” Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş bildirişlərin surətindən görünür ki, abonent İddiaçı xx.xx.2023-xx.xx.2023 dövrü üçün su sərfiyyatı 2 m3, xx.xx.2023-xx.xx.2023 dövrü üçün su sərfiyyatı 2 m3 olmuşdur. 10.İş materiallarında olan 98027/00239164 saylı rəydən görünür ki, suölçən cihazın yoxlanması nəticəsində kipliyin pozulması aşkar olunmuşdur. Suölçən cihazın platform hissəsi çatlamışdır. Suölçən cihazın hesablama mexanizminə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyildir. Suölçən cihaz avadanlıqlar üzrə yoxlanmaya yararlı deyildir. Elektron platası normal işləmir, təmirə və istismara yararsızdır. 11.İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, 2014-cü ildən göstərilən ünvanda yaşayır. Məlumat üçün qeyd edir ki, iddiaçı su sayğacı adına olan evə həftədə 1-2 dəfə gedib gəlir, həmin evdə yaşayış yoxdur. Həmin evə onlar nəzarət edirlər. 12.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, fiziki şəxs olan iddiaçının ünvanında su sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Buna baxmayaraq, sayğacın nasazlığı barədə iddiaçı özü cavabdeh təşkilata müraciətlər etmiş, 2023-cü ilin yanvar ayında sayğac dəyişdirilsə də, sayğacın dəyişdirilməsi barədə akt və abonentin iştirakı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sayğac dəyişdikdən sonra sayğacın yararsız olması səbəbindən abonentə xx.xx.2023-cü il tarixdə 343,76 manat borc hesablanmışdır. Həmin tarixdən əvvəl və sonra sərfiyyat rəqəmləri əsasən birrəqəmli olduğu halda, həmin tarixdə sərfiyyat 378 kub.m olaraq qeyd olunmuşdur. 13.Qeyd olunanlara və suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına görə tərəflərin cavabdehliyini müəyyən edən hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın 5.1.5-ci: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 425.1-ci: Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 216-220 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, təqdim edilmiş iddiaçıya məxsus abonent kartına diqqət yetirməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır.Məhkəməyə təqdim edilmiş sübütlara baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Abonentin hesabat cədvəlindən göründüyü kimi iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə hesabat xx.xx.2021-ci ildən etibarən verilməmiş, yalnız xx.xx.2022-ci ildən başlayaraq hesabat verilmişdir. Həmin dövr ərzində, yəni 19 ay müddətində iddiaçı xidmətlərdən istifadə etmiş, lakin xidmət haqlarını ödəməmişdir. 19 ay üçün hesabat X6 uyğun olaraq 1 nəfər üçün aylıq 5m sərfiyat hesablanmışdır. Ünvan üzrə 4 nəfərin qeydiyyatda olduğunu nəzərə alsaq aylıq hesabat 20 m , 19 aylıq isə 380 m təşkil edir (4 x 5m x 19ay= 380 m ). Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən borc düzgün hesablanmasına baxmayaraq məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. 19.İş üzrə iddiaçı X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 20.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 21.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsinəzərdə tutulmasın. 22.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 23.Maddə 72. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın: 24.7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

25. 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

26. 6.4-cü bəndinə əsasən, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi), mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 28.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 30.Maddə 77.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34.Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 35.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs olan iddiaçının ünvanında su sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Buna baxmayaraq, sayğacın nasazlığı barədə iddiaçı özü cavabdeh təşkilata müraciətlər etmiş, 2023-cü ilin yanvar ayında sayğac dəyişdirilsə də, sayğacın dəyişdirilməsi barədə akt və abonentin iştirakı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sayğac dəyişdikdən sonra sayğacın yararsız olması səbəbindən abonentə xx.xx.2023-cü il tarixdə 343,76 manat borc hesablanmışdır. Həmin tarixdən əvvəl və sonra sərfiyyat rəqəmləri əsasən birrəqəmli olduğu halda, həmin tarixdə sərfiyyat 378m3 olaraq qeyd olunmuşdur. 36.Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Abonentin sayğacı evdən kənarda yerləşir və hər ay nəzarətçi tərəfindən yoxlanılır. Qeyd olunan tarixdən sonra iddiaçı dəfələrlə qaynar xəttə və Qaradağ rayon Sukanal İdarəsinə sayğacın nasazlığı və dəyişdirilməsi barədə müraciətlər etmişdir. Qaydalara əsasən, evdən çöldə olan həmin sayğaca görə məsuliyyəti Cavabdeh ASC daşıyır. Nəhayət sayğac dəyişdirilmiş, müvafiq rəyə əsasən sayğacın yararsız olduğu müəyyən edilmişdir. Hazırda sayğacın aparılması barədə akt və həmin vaxt abonentin iştirakını təsdiq edən sübut mövcud deyildir. Mübahisəli borc isə xx.xx.2022-xx.xx.2023-cü ili əhatə edən bir aylıq dövr üçün sayğacın yararsız olması səbəbindən yazılmışdır və xx.xx.2023-cü ildə sistemə daxil edilmişdir. Abonentin sərfiyyatı həm əvvəlki dövrdə, həm də sayğac dəyişəndən sonra olduqca aşağıdır. Mübahisəli borc isə xx.xx.2022-xx.xx.2023-cü ili əhatə edən bir aylıq dövr üçün sayğacın yararsız olması səbəbindən yazılmışdır və xx.xx.2023-cü ildə sistemə daxil edilmişdir. Abonentin sərfiyyatı həm əvvəlki dövrdə, həm də sayğac dəyişəndən sonra olduqca aşağıdır. 37.İş materiallarında olan “Azərsu ASC” Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş bildirişlərin surətindən görünür ki, abonent İddiaçı xx.xx.2023-xx.xx.2023 dövrü üçün su sərfiyyatı 2 kub.m, xx.xx.2023-xx.xx.2023 dövrü üçün su sərfiyyatı 2 kub.m olmuşdur. 38.Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, evdən kənarda quraşdırılan suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi) cavabdehlik daşıdığından, buna baxmayaraq suölçən cihazın nasazlığı barədə iddiaçı tərəfindən dəfələrlə cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə hesabat verilmədiyinə görə ona 2021-ci ilin may ayından 2022-ci ilin dekabr ayınadək X6 uyğun olaraq 1 nəfər üçün aylıq 5m3 sərfiyat üzrə borc hesablanması qanunsuz olmuşdur. 39.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(002)-1711/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 42.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 43.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 44.Kollegiya hesab edir ki, dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq düzgün olaraq cavabdehdən tutulmuşdur. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(002)-1711/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar