Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5501/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi və borcun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1258/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu ilə abonent kimi Mirnəjəf Jəfərov qeydiyyata alınmışdır. Onun abonent kimi qeydə alındığı dövrdə təbii X7nın pozulması barədə 2020-ci ilin fevral və dekabr aylarında aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmaqla, qəbul edilmiş qərarla ümumilkdə (820,80 + 2.656,80 =3.477,60) 3.477,60 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. Sonradan həmin evlə bağlı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, bu müqaviləyə əsasən həmin ev Cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin ünvan üçün qeydiyyata alınmış **********000001 nömrəli abonent kodu üzrə abonent kimi İddiaçı qeydiyyata alınmışdır. Eyni zamanda, İddiaçı ərizə ilə Cavabdehn’ müraciət edərək, həmin aktlar üzrə yaranmış 3.515,12 manat məbləğində borcu qəbul etdiyini, borcun müəyyən müddət ərizində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürdüyünü bildirmişdir. Bu ərizə əsasında abonentdən 268,79 manat pul silinmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/574 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş və sayğacın üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh İ İstehsalat Birliyinə qarşı ilk iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, həmin aktdan irəli gələn 3.505,12 manat borcun onun hesab kodundan silinməsi və qeyri-qanuni hesablanmış borca görə tutulmuş 268,79 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq ünvan 1 ünvanında yaşayır. 30 sentyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən ünvan 1 ünvanına onun iştirakı ilə küçədə G-4 itron-smart tipli, 1102AQ**********2 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********00000 nömrəli abonent kodu verilmiş, lakin sonralar məlum olmuşdur ki, həmin kod Jəfərov Mirnəcəf adlı şəxsə məxsusdur. Bundan əlavə, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş, iddiaçı ilə cavabdeh arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmamışdır. 12 may 2012-ci il tarixdə iddiaçının hesabına əsassız olaraq 271.80 manat qeyri-qanuni borc yazılmışdır. 28 iyun 2020-ci il tarixdə cavabdeh tərəfindən ünvan 1 ünvanına iddiaçının və ailə üzvlərinin iştirakı olmadan G-4 itron-smart tipli, 1102AQ**********2 nömrəli sayğac çıxarılmış və Zenner G4 mexaniki, **********5 nömrəli sayğacla əvəz edilmiş, plomb vurulmuş, lakin yenə də akt tərtib edilməmiş və qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. 30 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən həmin ünvanda sayğaca baxış keçirilərkən guya sayğacdan kənar, qeyri-qanuni təbii qazdan istifadə faktı aşkar olunmuş, foto-video çəkilmiş, dəymiş ziyana görə abonent koduna 2.656,80 manat borc yazılmışdır. Birlik tərəfindən tərtib edilmiş tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd edilsə də, bu günə kimi həmin xətt qonşu tərəfindən istifadə edilməkdədir. Kənar xətdən istifadə edən qonşunun sayğacının olmaması səbəbindən borc iddiaçının abonə koduna hesablanmışdır. O, heç vaxt sayğaca və küçədəki qaz xəttinə müdaxilə etməmiş və heç bir əlavə xətt qoşmamışdır. Tərtib edilmiş aktdan iddiaçının məlumatı olmamışdır. Cavabdeh tərəfindən 30 dekabr 2020-ci il tarixdə akt tərtib edilmiş, akta əsasən qaz xəttinə sayğacdan kənar qoşulma faktı sübut edilmədən iddiaçının hesabına 3.505,12 manat borc yazılmışdır. Cavabdehin təqdim etdiyi foto-şəkillər və video görüntülər iddiaçıya yox, onun qonşusunun yaşadığı ünvana aiddir. Bundan əlavə, sayğac və qaz xətti iddiaçının yaşadığı evin həyətində deyil, küçədə yerləşir.
4. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3.505,12 manat məbləğində borc pulun və ödənilmiş 55,10 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Mirnəjəf Jəfərov adlı şəxsdən almışdır. Mirnəjəf Jəfərov fərdi yaşayış evini İddiaçı satana kimi o evdə qazdan qanunsuz istifadə etmiş, barəsində 2 dəfə akt tərtib edilmiş, ümumilikdə 3.477,60 manat məbləğində Birliyə maddi ziyan vurmuşdur. Bundan əlavə, Mirnəjəf Jəfərovun qaz sayğacı üzrə istehlak etdiyi, lakin dəyərini ödəmədiyi qaz sərfi məbləği üzrə debitor borcu olduğu üçün “X7”na uyğun olaraq ona məxsus ünvana verilən təbii qazın axımı dayandırılmış, dəymiş zərərin əvəzinin və debitor borcun qanunvericiliyə uyğun olaraq ödənilməsi tələb edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Mirnəjəf Jəfərov adlı şəxsdən aldıqdan sonra onunla 09 dekabr 2022-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanmış, həmin ünvana tərəfin iştirakı ilə yeni smart sayğac quraşdırılmış, həmin ünvan üçün qeydiyyata alınmış, **********00001 nömrəli abonent hesabı onun adına keçirilmiş və smart qaz kartı verilmişdir. İddiaçı həmin tarixdə abonent hesabında mövcud olan 3.515,12 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, borcun müəyyən müddət ərzində hissəhissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı borcu qəbul etdikdən sonra ona verilmiş smart qaz kartı aktivləşdirilmişdir. İddiaçı həmin borcdan ödənilməmiş 3.505,12 manat borcu qalmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1258/2023 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı **********00000 saylı abonent hesabına hesablanmış 3.477,60 manat borcun ona aidiyyatinin olmadığının müəyyən edilməsi, İddiaçı **********00000 saylı abonent hesabından 3.477,60 manat məbləğində borcunun silinməsi, İddiaçı Cavabdehnə 27.52 manat məbləğində debitor borcunun olduğunun müəyyən edilməsi, ilk və qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi olaraq 54.77 manat pulun Cavabdeh özünə aid edilməsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 manat məbləğində pulun Cavabdehndən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 0.33 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdehnə ödənilməsi qət edilmişdir. (hakim X8)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cərimə borcunun silinməsini tələb etdiyi ünvanda yerləşən ev onun istifadəsindədir. İddiaçıya aid ünvanda yerləşən evə quraşdırılmış sayğaca abonent kodu verilmiş, lakin kod İddiaçı adına deyil, Cəfərov Mirnəcəf adlı şəxsin adına olmuşdur. xx.xx.2022-ci il tarixli gasrep elektron sistemindən əldə edilmiş abonent saldosu, Cavabdeh tərəfindən tərtib olunmuş təbiii X7 haqqında akt, eyni zamanda dəymiş ziyanın bərpasına dair tələbnamə buna dəlalət edən sənədlərdir. 09 dekabr 2022-ci il tarixdə iddiaçıya məxsus ünvan üzrə yeni sayğac quraşdırılmış və bundan sonra kod iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçıya yazılmış cərimə məbləğləri 02 fevral 2020-ci il və 12 dekabr 2020-ci ili əhatə edir, lakin istinad olunan dövr üzrə abonent kodu iddiaçının adına olmamışdır. Beləliklə, yazılmış cərimə borcunun məhz iddiaçıya aid olması və istinad olunan ünvan üzrə məhz iddiaçının xəttə qanunsuz olaraq qoşulması halı məhkəmədə sübuta yetirilməmişdir. Buna dəlalət edən ekspert rəyinə əsasən iddiaçıya məxsus ünvanda yerləşən qaz xəttinin üzərində hər hansı kənar qoşulma izləri aşkar edilməmişdir. İddiaçıya aid abonent saldosuna əsasən cərimə borcu olaraq ona 3.477,60 manat məbləğində cərimə hesablanmasını nəzərə alaraq məhz bu məbləğin silinməsini qanuni hesab edir. Məhkəmə iddia tələbinin 268.79 manat məbləğində pulun qaytarılması hissəsinə qiymət verərək hesab etmişdir ki, abonent kodu və saldonun iddiaçının adına keçirildiyi dövrdən sonra iddiaçıdan borca görə tutmanın aparılmasını aşkar etmək mümkün olmamışdır. Odur ki, iddia tələbi bu hissədə əsassız olduğundan, rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə tutulması tələb olunan 3.505,12 manat məbləğdən 3.477,60 manatın cərimə borcu olduğu və iddiaçıya aidiyyatı olmadığı müəyyən edildiyindən yerdə qalan 27.52 manatın cavabdehin debitor borcu olması qənaətinə gələrək məhkəmə məhz bu məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə istinad olunan borcun etirafı ilə bağlı verdiyi ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, nə qədər ki, Cavabdeh təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdehndən asılı vəziyyətdə olurlar. İstinad olunanlara əsasən məhkəmə iddiaçının verdiyi ərizəni etibarlı hesab etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77-ci, 119.1-ci , 124.1-ci, “X7”nın 6.5-ci, “Dövlət “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, 9.1.5-ci, 9.4-cü madddələrinə istinadla əsaslandırmışdır. .
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin edilən hissəsində ləğv edilməsi və ilk iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 2.008,80 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı həmin ünvan üzrə qanunsuz qoşulma nəticəsində Cavabdehnə vurulmuş maddi zərərin əvəzini ödəməyi öz üzərinə götürmüş və bu barədə ərizə təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, ilk iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun Cavabdehnə müraciəti abonent kodunun alınması ilə bağlı olmuşdur. Onun tərəfindən hər hansı qanunsuz qoşulmaya yol verilməmişdir. Həmin evdə ondan əvvəl yaşamış şəxs tərəfindən qanunsuz qoşulmaya yol verilmişdirsə, o bunun məsuliyyətini daşıya bilməz. Hər hansı zərər məbləğinin onun əvəzinə ödənilməsi barədə öhdəlik də götürməmişdir. Ona deyilmişdir ki, abonent kodunu əldə etmək üçün ərizə yazmaq lazımdır və ona hazır mətni olan ərizə verilmişdir. O, da həmin ərizəni imzalamışdır. Məzmunu ilə tanış olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir; 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 560.3.5-ci və 560.3.5.2-ci maddələrinə əsasən bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən suiistifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui istifadə sayılır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni ilk iddianın təmin edilən hissəsində ləğv olunması və ilk iddianın həmin hissədə də təmin edilməməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
24. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Bununla belə, Cavabdeh tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
26. Məhkəmə kollegiyası qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılmasını nəzərə alıb, apellyasiya şikayətinin dəlillərinə, habelə işin hallarına istinadən qeyd edir ki, İddiaçı qanunsuz qoşulma halına yol vermədiyini, onun evinə sayğacın xx.xx.2022-ci il tarixdə quraşdırıldığını, qanunsuz qoşulma hallarının aşkar edilməsinə dair aktların isə 2020-ci ilin fevral və dekabr aylarında, yəni həmin ünvan üzrə Jəfərov Mirnəjəf adlı şəxsin abonent olduğu dövrdə tərtib edildiyini bildirir.
27. Cavabdeh bu halları inkar etmir və İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə əsaslanaraq, Jəfərov Mirnəjəf tərəfindən yol verilmiş qanunsuz qoşulma nəticəsində vurulmuş maddi zərər məbləğinin əvəzini İddiaçı tələb edir. Belə ki, Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə İddiaçı borcla tanış olduğunu bildirmiş və hesablanmış 3.515,12 manat məbləğində borcun hissə-hissə ödənilməsinin təmin edilməsini öz öhdəsinə götürdüyünü qeyd etmişdir.
28. Belə olan halda, Cavabdeh ilk növbədə İddiaçı bu qanunsuz qoşulma barədə məlumatlı olduğunu və qeyd edilən ərizənin məzmunu ilə həqiqəqtən də tanış olduğunu sübut etməli idi. Belə ki, İddiaçı belə bir ərizə yazmadığını və yazdığı ərizənin ona abonent kodunun və kartının verilməsi ilə bağlı olduğunu qeyd edir.
29. Lakin Cavabdeh İddiaçı bu qanunsuz qoşulmada iştirakının olması, habelə onun bu barədə məlumatlı olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 3.515,12 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi də bu məbləğin ondan tutulması üçün əsas ola bilməz.
30. Belə ki, xx.xx.2022-ci il tarixdə ərizə ilə yanaşı, həmçinin tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə də bağlanmışdır. Həmin müqavilədə də belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə də həmin müqavilənin tərkib hissəsi kimi qəbul edilə bilməz. Həmin ərizədə göstərilən məbləğ isə təbii qazdan adi qaydada, yəni sayğac üzrə istifadə edilməsi nəticəsində yaranmış debitor borcu deyil, başqa bir abonentin təbii qazdan qanunsuz qoşulma yolu ilə istifasdə edilməsi nəticəsində yaranmış zərər məbləğidir. Bu baxımdan həmin məbləğ ondan deyil, məhz qanunsuz əmələ yol vermiş Mirnəjəf Jəfərovdan tələb edilməlidir. Bu məbləğin İddiaçı tələb etmək üçün hər hansı əsas yoxdur.
31. İddiaçı Məhərəm oğlunun məqsədi və iradəsi müqavilə bağlayıb, abonent kodu əldə edib, qanuni əsaslarla təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması yalnız vacib əhəmiyyətli yanılmanın təsiririn nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasına və hər hansı hüquqi nəticə yaratmamasına dəlalət edir. Bu ərizəni İddiaçı imzalatdırmaqla Cavabdeh özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Bu da öz növbəsində bu ərizədə göstərilən məbləğin ondan tələb edilməsini istisna edir.
32. Məhkəmə kollegiyasının bu mövqeyi 2020-ci ilin fevral və dekabr aylarında tərtib edilmiş aktlar və onların əsasında qəbul edilmiş qərarlar üzrə hesablanmış (820,80 + 2.656,80 =3.477,60) 3.477,60 manat məbləğində zərərin həmin aktların tərtib edilən zaman qeyd edilən ünvan üzrə abonent kimi qeydə alınmış Mirnəjəf Jəfərovdan tələb edilməsini istisna etmir.
33. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, İddiaçı təbii qazdan sayğacdan kənar, qanunsuz çəkilmiş xətt vasitəsi ilə istifadə etməmiş və Cavabdehnə hər hansı maddi zərər vurmamışdır. Onun tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış ərizə isə etibarsızlığı səbəbi ilə ondan bu pulun tutulması üçün əsas ola bilməz. Bu baxımdan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da apellyasiya şikayətini verən tərəfə aid edilməlidir.
34. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1258/2023 saylı qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.