Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5503/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-187/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-187/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 (əlli min) manata Cavabdeh2 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqı-satqına dair ilkin müqavilə etibarsız hesab edilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeyd ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə- 135 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeyd ləğv edilməsi, Cavabdeh4 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeyd ləğv edilməsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X4) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh5 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeyd ləğv edilməsi, Cavabdeh7 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi qət edilmişdir. Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, Cavabdeh4 apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və onun apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 187/2024 saylı qətnaməsi Cavabdeh4 “Elekton” Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə (28 iyul tarixi bAZar gününə təsadüf etdiyindən) bitmişdir. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti Cavabdeh4 tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və onun apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-187/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və onun apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AZərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5503/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5503/2024
13.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver