Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5510/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X8, X9, X11 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mülkiyyətdə və istifadədə olan sahənin sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X12, X13, X16 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-139/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssə plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X15, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (Sifarişçi-İddiaçı MMC, Layihəçi-Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.
3. 17 aprel 2020-ci il tarixli, 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətsənayeıayihə” DLİ-nin “Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, Novruzov qardaşları, C.Məmmədquluzadə və Ak.Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazilərdə yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” 07 yanvar 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 02/767 saylı məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 2, mənzil 2M-in xüsusi mülkiyyət hüququ əsasında 25 kv.m sahəsi Cavabdeh2 adına, 21 kv.m sahəsi isə Cavabdeh4 adına, 20 kv.m sahəsi Cavabdeh6 adına, 28 kv.m sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 2, mənzil 2M-in xüsusi mülkiyyət hüququ əsasında 48 kv.m sahəsi Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/7607№-li ekspert rəyinə əsasən 1) ünvan 1 ünvanında yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 məxsus olan hər birinə ayrıayrılıqda istifadəsində bir yaşayış evi mövcuddur. 2) ünvan 1 ünvanında yerləşən və Cavabdeh2 (Cavabdeh7 istifadəsində olan) məxsus olan evin ikinci mərtəbəsindəki tikiliyə küçədən pilləkən quraşdırılmaqla ayrıca istifadəsi (birinci mərtəbədən istifadə etmədən) texniki cəhətdən mümkündür. 3) ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus yaşayış evinin tikinti altı sahəsi 141,9 m.kv., Cavabdeh4 yaşayış evinin tikinti altı sahəsi 24,52 kv.m., Cavabdeh7 yaşayış evinin tikinti altı sahəsi 62,0 kv.m., Cavabdeh6 tikinti altı sahəsi 60,0 kv.m., Cavabdeh2 Hüseyn oğlunun tikinti altı sahəsi 73,0 kv.m. təşkil edir. Həmçinin, ünvan 1 ünvanında yerləşən zirzəmi tikilisinin faktiki sahəsi 45,48 kv.m. təşkil edir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2681/2022 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X8, X9, X11 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X6, X7, X10 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evləri üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evləri üzərində sahiblik, mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X6, X7, X10 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evlərdən çıxarılmaqla, evlərinboşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh4 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh7 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh7 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh6 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh6 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 89 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 108 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X6, X7, X10 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ev 2 üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X6, X7, X10 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh4 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 122 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 122 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh5 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh5 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 mart 2023-cü il tarixli 10/7607 saylı ekspert rəyinə əsasən Cavabdeh1 məxsus yaşayış evinin tikinti altı sahəsi 141.9 kv.metr (zirzəmi 51.15 kv.m, 1-ci mərtəbə 74.45, talvar 16.32 kv.metr), Cavabdeh4 yaşayış evinin tikinti altı sahəsi 24,52 kv.metr, Cavabdeh7 yaşayış evinin tikinti altı sahəsi 62.0 kv.metr, Cavabdeh6 tikinti altı sahəsi 60.0 kv.metr, Cavabdeh2 tikinti altı sahəsi 73.0 kv.metr təşkil edir. Qeyd edilməlidir ki, Cavabdeh1 məxsus yaşayış evinin 141.9 kv.metr sahəsi, Cavabdeh7 məxsus yaşayış evinin 62.0 kv.metr sahəsi və Cavabdeh6 məxsus yaşayış evinin 60.0 kv.metr sahəsi özbaşına tikintidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Halhazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Hesab edilir ki, Cavabdeh1 məxsus yaşayış evinin 74.45 kv.metrinə, 16.32 kv.metr talvarın ölçüləri nəzərə alınmaqla İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 108 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; Yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi; Cavabdeh4 məxsus yaşayış evinin 24,52 kv.metr sahəsinə 20% əlavə olunmaqla 29.42 kv.metr sahəsi olan mənzili verilməli olduqları halda hal-hazırda onların layihədə 29.42 kv.metr sahəsi olan mənzilin olmadığını nəzərə alaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; Yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi; Cavabdeh7 məxsus yaşayış evinin 62.0 kv.metr sahəsinə 20% əlavə olunmaqla 74.4 kv.metr sahəsi olan mənzili verilməli olduqları halda hal-hazırda onların layihədə 74.4 kv.metr sahəsi olan mənzilin olmadığını nəzərə alaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh7 mülkiyyətinə verilməsi; Yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh7 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; Cavabdeh6 məxsus yaşayış evinin 60.0 kv.metr sahəsinə 20% əlavə olunmaqla 72 kv.metr sahəsi olan mənzili verilməli olduqları halda hal-hazırda onların layihədə 72 kv.metr sahəsi olan mənzilin olmadığını nəzərə alaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh6 mülkiyyətinə verilməsi; Yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh6 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; Cavabdeh2 məxsus yaşayış evinin 73.0 kv.metr sahəsinə 20% əlavə olunmaqla 87.6 kv.metr sahəsi olan mənzili verilməli olduğu halda hal-hazırda onların layihədə 87.6 kv.metr sahəsi olan mənzilin olmadığını nəzərə alaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 89 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; Yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-139/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X6, X7, X10 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evləri üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evləri üzərində sahiblik, mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, X6, X7, X10 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 2 saylı fərdi yaşayış evlərindən çıxarılması, evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 350 manat məbləğində kirayə haqqının ödənilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh7 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh7 hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh6 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MMC tərəfindən Cavabdeh6 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 89 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 450 manat məbləğində kirayə haqqının ödənilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 108 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsinin bir hissəsi statusuna görə özbaşına tikili olsa da, cavabdehlərin həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan mülkiyyət, istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqlara da iddiaçı tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Mənzil Məcəlləsinin bu sahəni tənzimləyən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin həmin maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17- ci maddəsi). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin 07 yanvar 2021-ci il tarixli Rəyindən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsizdir. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus yaşayış evinin 141.9 kv.m təşkil edən tikinti altı sahəsinin əvəzinə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək yaşayış binasında 108 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi ədalətlidir və bu onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin, ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan suiistifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin edilməlidir.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü, 29-cu,43-cü maddələrinə, Mülki Məcəllənin 5,3-cü, 6,3-cü, 15-ci, 16.1-ci, 18-ci, 152.1-ci, 152.6-cı, 180.1-ci, 180.4-cü, 560.1-ci, 560.2-ci, 180, 560.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 28-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedent qərarlarına, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4-cü, 13.7-ci, 119.1, 217.4-cü, 281.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun yaşadığı fərdi yaşayış evinin mülkiyyət sənədində olan sahə ilə faktiki sahə arasında fərq olsa da, həmin evə onun gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçi razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Lakin iddiaçı onunla razılıq əldə etməmişdir. Onunla iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə onun mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olur. Bununla belə, onun mülkiyyət hüququ pozularaq qətnamə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Hazırkı işdə iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışla təsdiqlənir. Mülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. Hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin qətnaməsindən ona dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində fərdi yaşayış evinin sökülməsi əvəzində ona İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 108 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzil, yeni mənzil ilə təmin edilənədək hər ay 500 manat məbləğində kirayə haqqı və qarajın verilməsi qət olunmuşdur. Maraqlıdır ki, onun istifadəsində olan tikilinin sahəsi 141.9 kv.m olsa da, ona cəmi 108 kv.m ümumi sahəsi olan mənzil verilir. Az ölçülü mənzilin verilməsi isə məhkəmə qətnaməsində əsaslandırılımır. Bundan başqa, ona yeni tikiləcək binada mənzil verilməsi qeyd olunsa da, həmin mənzilin harada (sökülən evin yerində tikiləcək, yoxsa başqa yeni binada olması), neçənci mərtəbədə yerləşibyerləşmədiyi məhkəmə aktında göstərilməmişdir. Bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz. Qeyd edilənlərdən əlavə, birinci instansiya məhkəməsində qətnamə çıxarıldıqdan dərhal sonra İddiaçı MMC digər cavabdehlərlə razılığa gələrək mənzilin verilməsinə dair müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən iddiaçı onlara faktiki istifadəsində olan sahədən də artıq mənzil təklif etmiş və onlarla razılığa gələrək müqavilə bağlanmışdır. Lakin ona münasibətdə iddiaçı ədalətli şəkildə kompensasiya vermək fikrində deyil.
17. Bundan sonra Cavabdeh1 apellyasiya şikayətinə əlavə təqdim edərək, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında konkret mərtəbəsi və bloku göstərilməklə 150 kv.m. ümumi sahəsi olan təmirli mənzilin və yeni mənzil ilə təmin edilənədək, hər ay 1.000 manat məbləğində kirayə haqqının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini qismən müdafiə edərək, həmçinin bu barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, onunla iddiaçı "xxxx" MMC arasında razılıq əldə edilmiş və bu razılıq çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 250.000 manat məbləğində kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Həmin pulun 9.000 manat hissəsi beh olaraq ona artıq ödənilmişdir. Məhkəmə iclasında əldə olunmuş razılığa əsasən isə "xxxx" MMC tərəfindən qeyd olunan pul məbləğindən 64.000 manat hissəsi ona 1 ay ərzində, yerdə qalan məbləğ isə 2 ay ərzində ödəniləcəkdir. Odur ki, hazırda iddiaçı tərəfindən ona 241.000 manat məbləğində kompensasiyanın ödənilməsinə razıdır. Sadəcə olaraq, həmin məbləğin ödənilməsini təminat altına almaq üçün bu halın məhkəmə qətnaməsində öz əksini tapmasını istəyir. Göstərilənlərin nəzərə alınmasını və əldə edilmiş razılığa uyğun olaraq kompensasiya məbləği qismində iddiaçıdan onun xeyrinə 250.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehlə eyni mövqedən çıxış edərək və apellyasiya şikayətini qismən müdafiə edərək, bildirmişdir ki, tərəflər mübahisə üzrə öz aralarında razılığa gələrək, xx.xx.2023-cü il tarixdə müqavilə bağlamışdılar. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə kompensasiya qismində 250.000 manat məbləğində pul verilməlidir. Bu məbləğin 9.000 manat hissəsi artıq ödənilmişdir. Göstərilənlərin nəzərə alınmasını və tərəflər arasında əldə edilmiş razıləğa uyğun qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında razılıq əldə edilərək, xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə artıq 9.000 manat məbləğində pul verilmişdir. Ödənilməli olan 241.000 manat pulun 64.000 manat hissəsini 1 ay müddətində cavabehə ödəməyə hazırdılar və ödəyəcəklər. Göstərilənlərin nəzərə alınmasını və tərəflərindən 9.000 manat pulun ödənilməsi nəzərə alınmaqla, kompensasiya qismində iddiaçıdan cavabdehin xeyrinə ümumilikdə 250.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
27. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş edilsə də, qətnamə cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilir. Bu səbəbdən qətnamə yalnız Cavabdeh1 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 mülkiyyətinə mənzilin və qaraj sahəsinin verilməsi, habelə ona hər ay 500 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində dəyişdirilməlidir.
36. Məhkəmə kollegiyası tərəflərin hazırki mövqeyinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 2 saylı evin, 2M saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli rəyinə əsasən Cavabdeh1 məxsus olan bir yaşayış evi mövcuddur, həmin evinin tikinti altı sahəsi 141,9 m.kv. təşkil edir. Həmçinin, ünvan 1 ünvanında yerləşən zirzəmi tikilisinin faktiki sahəsi 45,48 kv.m. təşkil edir. Onun mülkiyyətində və istifadəsində olan sahə Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə iddiaçıya icarəyə verilmiş 4,2258 ha torpaq sahəsi hüdudları daxilində yerləşir. Həmçinin, Sərəncama əsasən bu sahədə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməlidir. Həmin sahədə tikinti işlərinin aparılması üçün iddiaçının səlahiyyətləri aidiyyəti dövlət orqanları tərəfindən lazımi qaydada rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin “Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, Novruzov qardaşları, C.Məmmədquluzadə və Ak.Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazilərdə yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” 07 yanvar 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.
37. Bununla belə, iddiaçı müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün orada yaşayan əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlər çərçivəsində də iddiaçı həmin sahədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yerində yeni yaşayış binasının inşa edilməsi ilə bağlı əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edərək, müqavilələr bağlamışdır. Lakin sökülməsi üçün təhvil verilməli olan əmlakın həm sahəsi, həm də ümumilikdə bunun əvəzi olaraq təklif olunan kompensasiya ilə bağlı Cavabdeh1 ilə razılığa gələ bilməmiş və nəticədə onların arasında məhkəmə mübahisəsi yaranmışdır.
38. Nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1 mübahisəli əmlaka olan mülkiyyət və digər hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı Cavabdeh1 mülkiyyətində və istifadəsində olan sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və ona yeni binadan sökülmüş əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli 108 kv.m. ölçüdə yeni mənzil və qaraj vermək, tikinti işlərinin aparıldığı bütün dövrdə isə hər ay 500 manat məbləğində kirayə haqqı ödəmək niyyətində olmuşdur. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 mübahisəli əmlaka olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən mənzil və qaraj sahəsinə də mülkiyyət hüququnun yaranması üçün əsas olmalı idi.
39. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar, “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93 və sair).
40. Məhkəmə kollegiyası vurğulayır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
41. Bununla belə, Cavabdeh1 mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.
42. Lakin Cavabdeh1 birinci instansiya məhkəməsinin ona kompensasiya qismində 108 kv.m. təmirli mənzilin, qaraj sahəsinin və tikinti işlərinin aparıldığı dövrdə hər ay 500 manat kirayə haqqının verilməsi barədə qətnaməsi ilə razılaşmayaraq, onu mübahisələndirsə də, onun apellyasiya şikayətinə baxılan zaman iddiaçı ilə razılığa gələrək, xx.xx.2023-cü il tarixdə beh müqaviləsi bağlamış və həmin müqaviləyə uyğun olaraq, mülkiyyətində və istifadəsində olan əmlaka görə kompensasiya qismində ona verilməli olan 250.000 manat pulun beh olaraq, 9.000 manat hissəsini xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Hazırda da həmin müqavilə ilə müəyyən edilmiş məbləği təminat altına almaq üçün ona məxsus olan əmlakın əvəzinə qeyd edilən məbləğin kompensasiya qismində ona ödənilməsini tələb edir. İddiaçı tərəf həmin müqaviləni icra etməyə, qalıq qalmış 241.000 manat pulun, o cümlədən onun 64.000 manat hissəsinin 1 ay ərzində ödəməyə hazır olduğunu və bu barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirir.
43. Qeyd olunmalıdır ki, tərəflərin öz aralarında razılaşdırdıqları kompensasiya məbləği həm iddiaçının iddia üzrə irəli sürdüyü və birinci instansiya məhkəməsinin qətnaməsində əks olunmuş təklifdən, həm də Cavabdeh1 kompensasiya qismində irəli sürdüyü tələbdən fərqlənir. Lakin kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması da birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
44. Bu səbəbdən məhkəmə kollegiyası kompensasiya məbləği ilə bağlı tərəflərin öz aralarında razılğa gəlməsini, bu razılıq çərçivəsində artıq beh müqaviləsinin bağlanmasını və 9.000 manat pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsini mümkün və qanuni hesab edərək, qəbul edir və mübahisəyə məhz xx.xx.2023-cü il tarixli müqavilədə əks olunmuş təklif əsas götürülməklə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, Cavabdeh1 məxsus sahələrin sökülməsinin əvəzi olaraq kompensasiya qismində xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən 250.000 manat məbləğində pul verilməli və bu zaman həmin məbləğin 9.000 manat hissəsinin beh olaraq artıq ödənilməsi nəzərə alınmalıdır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 2 saylı evin, 2M saylı mənzilinin Cavabdeh1 mülkiyyətində və istifadəsində olan hissəsinin əvəzinə iddiaçı tərəfindən ona, kompensasiya olaraq, 241.000 manat məbləğində pul verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 2 saylı evin, 2M saylı mənzilinin Cavabdeh1 mülkiyyətində və istifadəsində olan hissəsinin əvəzinə İddiaçı MMC tərəfindən Cavabdeh1 kompensasiya olaraq, 241.000 (iki yüz qırx bir min) manat məbləğində pul verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.