Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5511/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1935/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İş materiallarında olan MH seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində istifadədə olan 0.06369 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 38.3 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 119.35 kv.m köməkçi sahədən ibarət 70 nörməli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nörməli reyestr kitabının 4500 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində abonent kodu **********00000 olan elektrik sayğacı İddiaçı atası mərhum X2 adınadır.
3. İş materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, abonent kodu **********00000 olan sayğaca 2017-ci il tarixə 3809.13 manat, 2019-cu il tarixə 3641.33 manat borc yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində elektrik enerjisindən istifadəyə görə hesablanmış 3.976,91 manat borcun əsassız olduğuna görə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evi cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir və bununla bağlı olaraq həmin ünvanda ASC tərəfindən elektrik sayğacı quraşdırılmışdı. Ona məlum olmayan tarixlərdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları göstərilən ünvanda hasarın çıxışının çöl üzündə, küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirmişdir. Sonradan "xxxx" ASC-nin əməkdaşları ona məlumat vermişlər ki, elektrik sayğacına baxışın nəticəsi olaraq akt tərtib etmişlər. Həmin akt əsasında isə ona cərimə tətbiq olunmuşdur. Akt bugünədək ona təqdim olunmamışdır. Hesab edir ki, həmin akt tam qanunsuz və əsassızdır. Çünki, sayğaca hər hansı müdaxilə olunmamış, akt onun iştirakı olmadan tərtib olunmuş, sayğaca baxışın keçirilməsi barədə ona məlumat verilməmişdir. Bu səbəbdən cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş akt əsasında ona hesablanmış 3.976,91 manat məbləğində cərimə silinməlidir. Onun adına olan “Abonent saldosu”ndan görünür ki, guya sayğaca müdaxilə oldunduğu üçün akt tərtib olunmuş və akt əsasında cərimə hesablanmışdır. Lakin, nə onun, nə də onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə olunmamışdır. Saldoda qeyd olunan akt onun iştirakı ilə tərtib edilməmiş, akt ona təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1935/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində abonent kodu **********00000 olan elektrik sayğacı iddiaçının atası mərhum X3 adınadır. X5 xx.xx.1993-cü ildə ölmüşdür. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2007-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı mərhumun vərəsəsidir.
8. Hazırda həmin evdə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evi cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir və bununla bağlı olaraq həmin ünvanda ASC tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh "xxxx" ASCnin əməkdaşları göstərilən ünvanda hasarın çıxışının çöl üzündə, küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və akt tərtib edilmişdir.
9. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş akt əsasında hesablanmış 3.976,91 manat məbləğində cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qeyd olunan məbləğdə cərimənin silinməsini xahiş etsə də, onun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus ünvan üzrə abunə hesabına hesablanmış 3.976,91 manat məbləğin silinməsi tələbi əsassızdır və iddia təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.1, 7.2, 7.6, 8.2 və 8.4-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
12. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
13. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, o, mərhum atası X2 vərəsəsidir. Sayğac quraşdırılmış fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, iş materiallarında olan sübutları düzgün araşdırmamışdır. Həmçinin cavabdeh tərəfindən sözügedən borc məğbləğinin bir neçə akt əsasında hesablandığı bildirilsə də həmin aktların məhkəməyə təqdim edilməsini tələb etməsinə baxmayaraq heç bir akt məhkəməyə təqdim edilməmişdir. Sözügedən borc məbləğinin necə və hansı əsaslarla hesablanmağını məhkəmə cavabdehdən tələb etməli olduğu halda iddiaçının təqdim etmədiyini qeyd edib iddianı rədd etmişdir. Sözügedən abonent kodu mərhum atası X2 adına olsa da hazırda onun istifadəsindədir. O, atasının vərəsəsi kimi tanınmışdır. Göründüyü kimi sözügedən abonent kodu ilə hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanına aiddir və ona məxsus ev mərhum atasının adına olan **********00000 saylı sayğacla cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir. Həmin abonent kodu ona məxsus mənzilə aiddir və onun tərəfindən istifadə olunur. Borc kimi hesablanmış məbləğ cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməyən artıq arxivdə belə aşkar edilməyən aktlar əsasında qanunsuz olaraq hesablanmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
15. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının iddia etdiyi borc məbləğinin mövcud olması barədə xx.xx.2016-cı il tarixdə razılaşma protokolu tərtib olunmuş və həmin protokola görə borclu aralarında tərtib olunmuş qrafik üzrə ödəməyi öhdəsinə götürmüş, lakin borclu öhdəliyini yerinə yetirmədiyi üçün borc ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçının borcu olmaması barədə dəlilləri əsassızdır.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi:
20. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
21. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (Bundan sonra - Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
23. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.
24. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
25. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
26. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Mülki Prosessual Məcəllə:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
35. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, **********00000 saylı abonent kodu ilə hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanına aiddir və ona məxsus ev mərhum atasının adına olan **********00000 saylı sayğacla cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir. Həmin abonent kodu ona məxsus mənzilə aiddir və onun tərəfindən istifadə olunur. Borc kimi hesablanmış məbləğ cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməyən və arxivdə belə aşkar edilməyən aktlar əsasında hesablanmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan abonentin hərəkət cədvəlindən görünür kimi, abonent kodu **********00000 olan sayğaca 2017-ci il tarixə 3809.13 manat, 2019-cu il tarixə 3641.33 manat borc yazılmışdır.
41. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Abunə haqqında məlumata əsasən, abonent kodu **********00000 olan elektrik sayğacı X2 adınadır və məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixə 3.517,25 manat borc qalmışdır.
42. Göründüqü kimi, mübahisələndirilən borc məbləği 2017-ci ildə mövcud olsada iddiaçı tərəfindən həmin borc məbləği iddia qaldırılanadək keçən 5 ilə yaxın müddətdə mübahisələndirilməmişdir.
43. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2016-cı il tarixli razılaşma protokolundan görünür ki, həmin protokol “Təhizatçı” olan "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı idarəsi ilə istehlakçı arasında imzalanır ona görə ki, istehlakçı xx.xx.2016-cı il tarixinə "xxxx" ASC-yə olan 3.976,91 manat məbləğində debitor borcunu protokolun məzmununda əks olunan qrafik üzrə hər ayın 25-nə kimi (Aylıq sərfiyyatı ödəmək şərtilə) 50 manat ödəməyi öhdəsinə götürmüşdür.
44. Cavabdehin nümayəndəsi protokolda qeyd olunan məlumatları birinci instansiya məhkəməsində işə baxılarkən izahatında qeyd etmişdir.
45. Qeyd edilənlərdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği mövcud olmuş və həmin borc məbləğinin ödənilməsi üçün tərəflər arasında razılaşma protokolu tərtib olunsa da, iddiaçı tərəfindən həmin borc məbləği ödənilməmişdir. Ona görə də,məhkəmə kollegiyası hesab edir ki, iddiaçının borcu olmaması barədə dəlili əsassızdır.
46. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş aktlar əsasında hesablanmış 3.976,91 manat məbləğində cərimənin silinməsini xahiş etsə də, həmin borc məbləğinin mövcud olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
47. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.
49. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
50. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Məhkəmə kоllegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
53. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 3.976,91 (üç min doqquz yüz yetmiş altı manat doxsan bir qəpik) manat təşkil edir.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1935/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.