Məhkəmə qərarları › İş №2(103)-5521/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5521/2023

01.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5521/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5521/2023 (Açar sözlər: daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi) X16 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 Xalıq oğlunun, İddiaçıların vəkili Vəkil, Cavabdeh "xxxx" X17 Cəmiyyətinin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və o İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012- ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir;

2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-6916/2019 saylı Qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 3723/45 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası üzrə müvafiq tədbirlərin görüləcəyi barədə borclu xəbərdar edilmişdir.

5. İş materiallarında olan Hərrac təşkilatının İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 39/04 saylı protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılmışdır. İpoteka predmetinin təkrar hərracdakı satış qiyməti 42500 manat müəyyənləşdirilmişdir. Son olaraq ipoteka predmeti 31875 manata ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinin mülkiyyətçisi olaraq "xxxx" KB ASC qeyd edilmişdir.

7. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. AN-İ seriyalı, ******* saylı xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil X3 41100 manat məbləğə satmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 1047/2022 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7931/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 1222/2022 saylı Qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2757/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1954/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil 31875 manata əldə edilmişdir.

13. xx.xx.2020-ci il tarixli, 01/1338 saylı hərracın keçirilməsinə dair 01 №-li bildirişdən və xx.xx.2020-ci il tarixli, 01/1519 saylı bildirişdən görünür ki, bütün tərəflər hərracın keçiriləcəyi barədə məlumatlandırılmışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın, hərracın nəticələrinin ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" xx.xx.2020-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə dair cavabdehin hərrac nəticələri barədə xx.xx.2020-cu il tarixli, 39/04 saylı protokolunu və həmin mənzilə dair bu hərrac protokolu əsasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, evdən götürülən əşyaların qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və o İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən oğlu Abdullayev Elgün tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 06/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10650/2015 saylı q\tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6916/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirmək istəyir ki, Unibankdan götürdükləri 45000 manat o dövrki kursa görə 60000 ABŞ dolları kreditə görə Unibank-a 73309 manat o dövrki kursa uyğun olaraq 93437 ABŞ dolları ödəmişlər. bu ödənişlərin 2015-ci ildəki devalvasiya ilə heç bir əlaqəsi yoxdur. Götürdükləri 45000 manat kreditin Unibanka ödənilməsinə baxmayaraq evləri girov olduğu üçün xx.xx.2020-ci ildən ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda hüquqi sahib olaraq Unibank KB ASC-dir. Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin olunmadıqdan sonra Unibank zamanzaman Cavabdeh1nə qərarın icra olunmasına dair məktublar göndərərək qərarın icra olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli 3723/45 saylı məktubuna əsasən 32363.18 ABŞ dollarının ödənilmədiyi halda evin boşaldılması nəzərlərinə çatdırılmışdır. İcra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-10650/2015 üzrə hakim Günel Tanrıverdiyeva ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi barədə mülki işə xx.xx.2015-ci il tarixdə baxaraq qət etmişdir. Tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Unibank KB ASC-yə ümumilikdə cəmi 32362.18 ABŞ dolları məbləğində tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilsin. İpoteka predmetinə ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilsin. Unibank KB ASC-nin xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər icra idarəsinə göndərdiyi məktuba əsasən onlar müəyyən komissiya təşkil etmiş evlərinin giriş qıfılı sındırılaraq onların iştirakları olmadan evə daxil olmuşlar. O, məlumat aldıqdan sonra məhkəmə qərarında nəzərdə tutulan 32362.18 ABŞ dolları kredit götürən oğlu Abdullayev Elgün tərəfindən Unibank-in hesabına köçürülmüşdür. Bundan əlavə evin onlara ancaq satılma yolu ilə qaytarılması bildirilmiş və əlavə deposit kimi qoyulmuş 41100 manat pul vəsaitini Unibankın əməkdaşının istəyilə Muğanbankın hesabına köçürülmüşdür. Bu faktlar sənədlərdə öz təsdiqini tapıb. Evə baxış zamanı evdə saxladıqları bir çox əşyaları da götürülüb. Bu günə kimi geri qaytarılmır. Unibank onları aldadaraq həm hərrac yolu ilə həm də qeyri-qanuni olaraq onların evlərini satmaqda, eyni zamanda evin pulunu ikiqat onlara ödətməkdə nə məqsəd güdür. Hesab edir ki, Unibank KB ASC-nin hüquqi sahib kimi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv edilməli və əsas sahib olan cavabdeh İddiaçı2 adına geri qaytarılmalıdır. Unibankın nümayəndəsi onları arxayın etmiş lakin onlara sonradan məlum olub ki, Unibank-ın nümayəndələri onları aldadaraq onların evini Unibanka heç bir borcları olmadığı halda başqa vətəndaşa satıb. Görünən odur ki, hazırkı iş üzrə onun İddiaçı1 və ailəsinin hüquqları pozulmaqda davam edir. Onunla cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2012-ci il tarixdə, 37Z/12 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Eyni zamanda, oğlu Abdullayev Elgün ilə "xxxx" KB ASC arasında xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsi” bağlanmışdır. Qeyd olunan “Əsas kredit müqaviləsinin” mühüm şərtləri 1.1-ci bənddə öz əksini tapmışdır. Belə ki, həmin bənddə göstərilmişdir ki, borcverən borcalana 45000 manat məbləğində 60 ay müddətinə xx.xx.2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində “Əlavə kredit müqavilələri” bağlanılmaqla kredit verir. Göründüyü kimi gələcəkdə bağlanılması nəzərdə tutulan “Əlavə kredit müqavilələri” xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” şərtləri çərçivəsində olmalı idi və zamin kimi o da məhz bu risklər üzrə zamin olmağa razılıq verilmişdir. X10 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37- 1/12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 45000 ABŞ dolları təşkil edir. Həmçinin, X11 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37- 3\12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 15000 ABŞ dolları təşkil edir. Bununla da Bank borcalana ABŞ dolları ilə kredit verməklə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” mühim şərti olan müqavilənin valyutasını dəyişməklə zaminin hüququnu pozmuş və onun razılığı olmadan öhdəliyin (“Əsas kredit müqaviləsinin”) şətlərinə mühim dəyişiklik edilmişdir. Həmçinin xx.xx.2012-ci il tarixli 37/12SU saylı Zaminlik Müqaviləsi 37/12SU saylı Əsas Kredit Müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində üçtərəfli şəkildə bağlanmışdır. Əlavə Kredit Müqaviləsi isə "xxxx" KB ASC ilə X11 arasında olmuşdur. O, zamin qismində Əlavə Kredit Müqaviləsini bağlamağın əleyhinə olmuşdur və həmin müqavilə bağlanarkən orda iştirak etməmişdir. Çünki sözügedən Əlavə Kredit Müqaviləsində borcluya verilən kreditin valyutası "xxxx" KB ASC tərəfindən dəyişdirilərək manat əvəzinə ABŞ dolları ilə verilmişdir. Bu isə üçtərəfli şəkildə bağlanmış Əsas Kredit Müqaviləsi, İpoteka Müqaviləsi və Zaminlik Müqaviləsinin bəndlərinin "xxxx" KB ASC tərəfindən qanuna zidd olaraq kobud şəkildə pozulması deməkdir. "xxxx" KB ASC ilə X7 arasında bağlanmış Əlavə Kredit Müqaviləsi Zaminlik müqaviləsinin tərkib hissəsi ola bilməz. Çünki İddiaçı1 heç bir xəbəri və iştirakı olmadan üçtərəfli şəkildə bağlanmış Zaminlik Müqaviləsində qeyd olunan kreditin məzənnəsi Azərbaycan manatı ilə, "xxxx" KB ASC ilə borclu arasında bağlanmış Əlavə Kredit Müqaviləsində isə kreditin məzənnəsi ABŞ dolları ilə göstərilmişdir. Bu səbəbdən də iddiaçı Zaminlik müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə Unibank KB ASC qanunsuz və əsassız olaraq qərəzli şəkildə vermiş olduğu 45000 manat kreditə görə onlara qərəzli olaraq ayrayrı vaxtlarda 150000 ABŞ dolları kredit ödətdirib. Unibankın vermiş olduğu krediti üçqat ödəməyinə baxmayaraq evlərini də başqasına satıb. Hesab edir ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. Belə ki, o, banka olan borcunu ödəmişdir. Bankın nümayəndəsi ona bildirdi ki, onun evinin ona qaytarılması yalnız alqı-satqı yolu ilə ola bilər. O, hərracda heç bir imza atmamışdır. Sadəcə ailəsi ilə birgə Unibankın nümayəndəsinə inanaraq evlərinin özlərinə qaytarılması xatirinə notariusda razılıq ərizəsinə imza atmışlar. Məhkəmənin çıxardığı qərarı icra edərək Unibankla qalıq kredit borcunu tam ödəmişdir. Əks təqdirdə bilsəydi ki, Unibank onun evini başqa bir şəxsə satır o, məhkəmə qərarını nəyə görə icra etməli idi. Lakin sonra bildi ki, evi başqa şəxslərə satıblar və onun evini nədənsə özünə qaytarmaq istəmirlər. Onu da qeyd etmək istəyir ki, onun banka borcunun olmaması barədə icra şöbəsinə bank tərəfindən verilmiş məktub var. Bildirir ki, onun tərəfindən hərracın keçirilməsinə dair sifariş verilməyib. Sifarişçi Sumqayıt İcra şöbəsidir. Lakin həmin protokolda Sumqayıt İcra şöbəsi sifarişçi kimi qeyd edilsə də, onun səlahiyyətli nümayəndəsi protokolda buna dair müvafiq qeyd aparmayıb. Protokola əsasən istinad edilən əmlak 50.000 manat məbləğdə hesablandığı halda, sonradan təkrar hərracda 42500 manat hesablanıb və yekunda isə 41100 manata satılıb. Lakin əmlakın ilkin qiyməti 50000 manat hesablanıb. Belə olan halda qanunvericiliyə görə ilkin əmlak ilkin hərracda satıla bilməz. Çünki ilkin hərracda əmlakın ilkin satış qiymətinin 70 faizindən aşağı məbləğ təklif edilə bilməz (faktiki olaraq indiki məbləğ 38%-ni təşkil edir). Baxmayaraq ki, protokolda qeyd edilib ki, təkrar hərracda əmlak 38 və enmiş faizlər əsasında satılıb, hazırki hərrac üzrə təkrar hərracın keçirilməsi qaydası AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və ipoteka haqqında Qanunun 43-cü maddəsinə əsasən təkrar hərrac birinci hərrac formasında keçirilməlidir. Həmçinin bildirir ki, o, mənzil satılanda orada idi və ona bildirdilər ki, mənzil banka aid deyil "xxxx" MMC-yə aiddir. Mənzili geri qaytarmaq istəyirlərsə bu alqı-satqı müqaviləsi əsasında ola bilər. Bunun üçün ailənin üzvlərinin hamısı mənzilin satılması üçün razılıq ərizəsi verməlidirlər ki, mənzil onların adına sənədləşsin. Bu səbəbdən də o, mənzilin sahibi kimi gedib xx.xx.2022-ci il tarixdə Unibankda 23171 manat pul ödədi. Sonradan ona məlum oldu ki, bankın əməkdaşları onun mənzilini tamamilə başqa bir şəxsə satıb və pulu da mənimsəyiblər. Belə ki, onun deposit qoyduğu 41100 manatı həmin gün Muğam bank ASC-nin bank hesabına köçürüb. Həmçinin özbaşlarına bankın əməkdaşları çöl qıfılı sındıraraq onun mənzilinə girərək onun evinin əşyalarını mənzildən özbaşına götürmüşdülər. Evin əşyalarını Unibankın əməkdaşlarından tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdilər. Qeyd etmək istəyir ki, məhkəmə vasitəsilə Unibankın tələb etdiyi məbləğ Unibankın hesabına tam ödənilmiş, məhkəmə qərarı tərəfindən tam olaraq icra olunmuş və müvafiq icra vərəqəsinə xitam verilmişdir. Unibanka heç bir borcunun qalmamasına dair Unibank tərəfindən Arayış verilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 39/04 saylı hərrac qanunvericiliyinin tələblərinə, xüsusilə Mülki Məcəllədə nəzərdə tutulmuş hərracın keçiriılməsinə dair qaydalara uyğun olmayan formada keçirilib.

16. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 39\04 saylı İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın nəticələrinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə; "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 42-ci mənzilin ona qaytarılması adı ilə digər şəxsə satılması faktı üzrə araşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 saylı 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.1, 6.1, 10.1, 41.1, 41.2, 43.1, 43.3, 43.4. 43.5, 43.7-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş materiallarından görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 42ci məhəllə, 7 evin 45-ci mənzilin hərraca çıxarılması üçün tərəflərə 19 may 2020-ci il tarixli, 01\961 saylı hərracın keçirilməsinə dair 01 №-li və xx.xx.2020-ci il tarixli 01\1252 №-li bildiriş (məlumat) göndərilmiş və hərracın keçirilməsi vaxtı və yeri barəsində müvafiq olaraq 19 iyun 2020-ci il, saat 11:00-17:00-dək və xx.xx.2020-ci il, saat 11:00-17:00-dək təyin edilmişdir. Lakin İddiaçı2 və digərlərinin həmin bildirişin onlara göndərilməsini və ya təqdim edilməsini, habelə hərracın keçirilməsinin təxirə salınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bundan sonra Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 evin 45-ci mənzilin hərraca çıxarılması üçün tərəflərə xx.xx.2020-ci il tarixli, 01\1338 saylı hərracın keçirilməsinə dair 01 №-li və xx.xx.2020-ci il tarixli 01\1519 №-li bildiriş (məlumat) göndərilmiş və hərracın keçirilməsi vaxtı və yeri barəsində müvafiq olaraq xx.xx.2020-ci il, saat 11:-17:00-dək və xx.xx.2020-ci il, saat 11:00-17:00-dək təyin edilmişdir. İddiaçı2nin və digər iddiaçıların xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə keçirilən hərracdan da xəbərləri olmamışdır. Hərrac Mərkəzi "xxxx" MMC xx.xx.2020-ci il tarixli, 01\1767 saylı ipoteka predmetinin təkrar harracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31875 manat olmaqla ipoteka saxlayana təklif edilmiş və bu barədə "xxxx" KB ASC-yə və digər tərəflərə məktub tərtib edilsə də, İddiaçı2, İddiaçı1 və X8 göndərilməsi barədə məlumat verilməmişdir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Beləliklə, İddiaçı2nin və digər iddiaçıların 19 may 2020-ci il tarixdə, xx.xx.2020-ci il tarix, xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə keçirilən hərracdan xəbərləri olmamışdır. Belə ki, iddiaçılar həmin müddətdə mənzildə yaşamışdır. Lakin bildirişlər onlara təqdim edilməmiş və bildirişin onlara göndərilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Amma sonuncu xx.xx.2020-ci il tarixli bildiriş onun ünvanına göndərilsə də, yaşayış yeri üzrə iddiaçılara deyil, "xxxx" MTKnın sədrinə təqdim edilmiş, o da iddiaçıların orada yaşamasına baxmayaraq, “qeyd olunan ünvanda yaşamırlar” qeyd edərək bildirişi geri qaytarmışdır. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İş materiallarından və məhkəmə iclasında müəyyən olumuşdur ki, Bankla Alməmmədova arasında mənzilə bağlanmış alqı-satqı müqaviləsi zamanı iddiaçı Abdullayevin Banka 23.300 manat borcu olmuş və xx.xx.2022-ci il də həmin borc Abdullayev tərəfindən ödənilmişdir. Bundan sonra "xxxx" KB ASC-nin nümayəndəsi X14 ilə İddiaçı1 Xalıq oğlu arasında mənzilin sonuncuya satılması barədə danışıq aparılmış və bu məqsədlə İddiaçı1 depozitə 41.000 manat məbləğində pul köçürülməsi, mənzilin Bank tərəfindən satılması barədə razılıq ərizəsi təklif edimişdir. Abdullayev həmin məbləği köçürmüş, lakin sonradan ona məlum olmuşdur ki, mənzilə alqı-satqı müqaviləsi onunla deyil, Alməmmədova Vüsalə arasında bağlanmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi izah etməyə çalışdı ki, guya İddiaçı1 Banka olan 41.000 manat borcunu ödəmişdir. Halbuki həmin vaxt İddiaçı1 Banka borcu olmamışdır. Məhkəmə isə iddia tələbinin Bankla Alməmmədova arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə heç bir araşdırma aparmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Xalıq oğlu və iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" X17 Cəmiyyətinin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək rəmin edilməməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. Maddə 269.1. girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur

26. Maddə 269.4. ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

27. Maddə 317.2 satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:

28. Maddə 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

29. Maddə 6.1. ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.

30. Maddə 10.1. ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

31. Maddə 41.1. ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

32. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

33. Maddə 43.1. hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmadıqda hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.

34. Maddə 43.3. hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

35. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. [84]

36. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

37. Maddə 43.7 bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya ilkin olaraq qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən bu qərar düzgün hesab edilmişdir.

48. İcra icraatı çərçivəsində xx.xx.2020-ci il tarixdə İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil hərrac vasitəsilə qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" Kommersiya Bankı ASC tərəfindən əldə edilmiş və icra icraatına xitam verilmişdir.

49. Sonradan, mülkiyyətçi "xxxx" Kommersiya Bankı ASC tərəfindən mənzildə qeydiyyatda olan əvvəlki mülkiyyətçi və onun ailə üzvlərinin (hazırkı iş üzrə iddiaçıların) razılığı alınmaqla həmin mənzil özgəninkiləşdirilmişdir. İddiaçılar tərəfindən 41.100 manatın onlar tərəfindən ödənilməsi iddia olunsa da bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə olunan məxaric orderi isə sadəcə həmin məbləğin Bankın əməkdaşı tərəfindən qəbul edildiyini göstərir.

50. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tələbinin əsasını sübut edə bilməmişdir.

51. Kollegiya qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

52. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

53. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).

54. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar