Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5528/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə köçürülmə və.s tələblər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Rufanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(011)-30/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradıldığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə istifadə etdiyi mənzilə daxil olmasına, faktiki istifadə etməsinə süni maneələr törədilməsinin cavabdehə qadağan edilməsi və iddiaçının ünvan 1 ünvanında yerləşən sahibliyində olmuş rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 1991-ci ildə faktiki nigaha daxil olmuş, faktiki nigahdan 1992, 1994 və 1996-cı təvəllüdlü 2 qızı və 1 oğlu dünyaya gəlmişdir. Ailə münasibətləri yarandığı ərəfədə cavabdeh 0,3 ha torpaq sahəsi alıb 1992-ci ildən istifadə edir. Orada özünə bir balaca daxma tikib son dövrlərdə yəni, 15 ildən artıq müddətdə mütamadi orada yaşayır. İddiaçı hərdən bir qeydiyyatda olduğu ünvandakı evdə də gəlib yaşayır. Lakin, evləri iddiaçı kirayə verdikdən sonra müvəqqəti olaraq ünvan 2 ünvanında yerləşən X5 məxsus mənzildə müvəqqəti olaraq yaşayır. Bir qızı və bir nəvəsi onun yanında yaşayırlar. Bir aya yaxındır ki, oğlunu da Rusyaya bacısının yanına işləməyə göndərmişdir. Lakin, 15 günə yaxındır ki, cavabdehlə faktiki ailə münasibətləri pozulmuş iddiaçının çox yaxın ailə münasibətində olduğu qadının 19 yaşlı oğlu ilə əxlaqsızlıq hərəkətlər etməyiylə bağlı ehtimallar edərək münaqişələr yaradır. Ona görə bu yaşında iddiaçıya bu adı vurduğuna görə o bu cavabdehlə bütün münasibətlərinə son qoymuş, o isə öz növbəsində NZS-də onun evində saxladığı kirayənişinlərə göstəriş verib ki, pulları ona versinlər. Mənzilin mülkiyyətçisi iddiaçı olmasa da mülkiyyətçinin razılığı əsasında həmin mənzildən istifadə edir. Mənzil yalnız iddiaçının istifadəsinə verilmişdir. Digər şəxslər yalnız onun razılığıyla həmin mənzildən istifadə edə bilərlər. İddiaçı isə öz narazılığını bildirərək cavabdehin hüquqi vəziyyətini diqqətinə çatdırmışdır. Evin giriş qapısının açarlarını dəyişməyinə baxmayaraq qızı "'ürəyi yumşaqlıq edib" atasını mənzilə buraxır. Əslində qızı da bu iş üzrə bu və digər formada cavabdehlik məsuliyyətini daşıyır. Lakin, qızına qarşı hələlik belə bir iddia qaldırmaq niyyəti yoxdur. Nəvəsinin 6 yaşı var, nəvəsinə də ölən qızının qızı digər nəvəsi baxır. Cavabdeh öz qanunsuz hərəkətləri ilə mənzilə daxil olmağına süni maneələr yaradır, eyni zamanda iddiaçı ilə razılaşdırıb mənzilə kirayənişin buraxdığı şəxslərə göstəriş verib ki, pul ödənişləri iddiaçıya edilməsinə qadağa qoyur. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 4.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2114/2005-ci il tarixli qətnaməsi, Apellyasiya Məhkəməsinin 1MK854/2006 saylı qərardadı, Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1MK1041/2007 saylı qətnaməsində təsvir olunmuş özbaşına tikilidə mənzil kimi istifadə etdiyi yaşayış və torpaq sahəsinə daxil olmağına, faktiki istifadə etməyinə və süni maneələr törətməsinin qadağan edilməsi, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində 640 kv.m torpaq sahəsində 25/19A ünvanında yerləşən, sahibliyində olmuş rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə yerləşən mənzilə köçürülməyi, Cavabdeh qaz və işıq xətlərinə müdaxilə etməsinin qadağan olunması, yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. O, verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı gəlin gələn zaman 16 yaşı var idi, 16 yaşlı qızın onların ata yurdunda 3 yataq otağı, 1 mətbəx, 1 dəhliz tikmə ehtimalı mümkün deyil. İddiaçıya verilən sənədlər saxta sənədlərə əsaslanmışdır. İddiaçının həmin evlərin tikilməsində iştirak etməyib. Çünki iddiaçı cəmi 2 ay kolba sexində, son 1 il isə “Medical Plazada” çalışmışdır, əlavə gəlir yeri olmamışdır. Cavabdeh qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilmiş qətnamələrin əslində Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı və həyətdən ibarət tikili ilə bağlı çıxarıldığını, iddiaçının evlərin heç birinin tikintisidə iştirak etmədəyini bildirmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 fevral 2023-cü il tarixli, 2(011)-30/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Əminə Abbasova) iddia qismən təmin edilərək, İddiaçı ünvan 9 saylı ünvanda yerləşən evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 7.İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin abonent saldosundan görünür ki, saldo Bakı şəhəri, ünvan 6 ünvanı üzrə İddiaçı adına olmaqla 2010-cu ildən hazırki, dövrə qədər müddəti əhatə edir. 8.İş materiallarında olan "xxxx" ASC-nin Xətai Rayon Su Kanal İdarəsinin hesab fakturasından görünür ki, abonentin adı İddiaçı, ünvanı-ev 25, müqavilə nömrəsi 15749923, xx.xx.2021-ci ilə qalıq borc 511 manat 22 qəpikdir. 9.İş materiallarında olan "xxxx" ASC-nin abonent kartoçkasının surətindən görünür ki, sayğac İddiaçı adına olmaqla ünvan 7 ünvanında xx.xx.2008-ci il tarixdən qeydiyyata alınmışdır, 2008-ci ildən xx.xx.2021-ci ilə qədər dövrü əhatə edir, borc isə 23,58 manat təşkil edir. 10.İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2005-ci il tarixli, 2- 2114/2005-ci il tarixli qətnaməsini surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19 A saylı evə və evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə mülkiyyət hüququ müəyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/19 A saylı evə dair İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması və Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/19 A saylı evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə dair İddiaçı adına şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədə şahid qismində iştirak etmiş hazırki iş üzrə Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı 1988-ci ildən məlum hadisələr ilə əlaqədar Ermənistan Respublikasının Quqark rayonu, Arçut kəndindən qaçqın düşərək ünvan 8 ünvanında pasport qeydiyyatında olmağına baxmayaraq, faktiki olaraq 1990-cı ildən Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19 A saylı saylı özbaşına tikilmiş evdə yaşayır. Həmin qətnamədə müəyyən edilmişdir ki, İddiaçı ünvan 9 saylı 3 yaşayış otağından ibarət evi özbaşına tikmiş və ailə üzvləri ilə yaşayır. İstifadəsində 640 kv.m torpaq sahəsi vardır. ünvan 10in yanında X6 məxsus olan 3 otaqdan ibarət özbaşına tikilmiş 25/19 saylı ev də vardır. 11.İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 12 aprel 2006-cı il tarixli, 1MK-854/2006 saylı qərardadının surətindən görünür ki, İddiaçı müvafiq sənədləşmə aparmaq üçün aidiyyəti orqana, yəni BŞİH-nin mənzil məsələləri üzrə ictimai komissiyasına deyil, birbaşa məhkəməyə müraciət etdiyi üçün Bak şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. 12.İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2006-cı il tarixli, 2- 1778/2006 saylı qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 14 iyun 2006-cı il tarixli 159 saylı sərəncamının 2-ci bəndinin etibarsız hesab edilməsi, evə və torpağa mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun təsdiq edən sənədlərin verilməsi barədə iddiası rədd edilmişdir. Həmin mülki işdə hazırki iş üzrə Cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış etmiş və verdiyi izahatında bildirmişdir ki, iddiaçı 1988-ci ildə Ermənistan Respublikası, Quqark rayonu, Arçut kəndindən qaçqın düşdükdən sonra məlum hadisələrlə əlaqədar Bakı şəhərinə gəlmiş və Hövsan qəsəbəsi, ev 4A, mənzil 54-də pasport qeydiyyatına düşmüş, lakin orada yaşamayaraq 1990-cı ildən valideynlərinin köməkliyi ilə tikdiyi Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25/19a-da ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin ev 3 yaşayış otağından, mətbəxdən və dəhlizdən ibarət olub 640 kv.metr torpaq sahəsində yerləşmişdir. 13.İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli, 1MK-1041/2007 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli qətnaməsi dəyişdirilməsən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədə də hazırki iş üzrə iddiaçı Cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış edərək apellyasiya şikayətində gösərilənlərə uyğun izahat vermişdir. 14.İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin MİÜMK-nın xx.xx.2007-ci il tarixli, 6k-970/07 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli, 1MK-1041/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.İş materiallarında olan xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ünvanında 2 ev vardır: “Aşıq Qurban küçəsi 25/19 “a” saylı özbaşına tikilinin planı” adlı planda əks edilmiş 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı, və həyətdən ibarət tikili və “Aşıq Qurban küçəsi 25/19 “a” saylı özütikmə evin planı” adlı planda əks edilmiş 448,0 kv.metr istixana, 110,0 kv.m. həyət, 1,0 kv.m. tualet, 1,0 kv.m tualet, 2,3 kv.m. hamamdan ibarət tikili, 8,0 kv.m. giriş, 16,0 kv.m. yaşayış otağından ibarət tikili, 6,0 kv.m. giriş, 16,5 kv.m. yaşayış otağından ibarət tikili, 5,0 kv.m. giriş, 6,0 kv.m. mətbəx, 18,0 kv.m. yaşayış otağından ibarət tikili. Həmçinin həyətdə 448 kv.m sahəsi olan istixana vardır. Həmin istixananın bir hissəsi sökülərək ev tikilmişdir. İddiaçının köçürülməyi iddia etdiyi ev 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı və həyətdən ibarət tikilidir. 16.İş materiallarında olan xx.xx.2006-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş protokolundan çıxarışdan görünür ki, BŞİH-nə daxil olmuş xx.xx.2006-cı il tarixli, C-79 nömrəli ərizəyə əsasən Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19A saylı özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 412 nömrəli Fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığ etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından did\rgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında” 562 nömrəli Fərmanın 7 və 8-ci bəndləri qüvvədən düşdüyündən protokolun icrası mümkün olmamışdır. 17.İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh 17 sentyabr 1992-ci il təvəllüdlü Nərgizin, 15 mart 1994-cü il təvəllüdlü Təranənin, 01 may 1996-cı il təvəllüdlü Nizaminin atasıdır. 18.İş materiallarına əlavə edilmiş fotoşəkil və disklər mülki işin mahihiyyəti ilə əlaqəsi olmadığından sübut kimi qəbul edilə bilməz. 19.İş materiallarında olan ünvan 10in planından görünür həmin ev 16.0, 18.0 və 16.5 kv.m olan 3 yaşayış otağından, 6.25 kv.m olan mətbəxdən 5.0 kv.m olan dəhlizdən ibarətdir. 20.Mülki iş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o İlqarın qardaşıdır. ünvan 9 ünvanında yaşayır. İddiaçı ilə qardaşının toyu həmin ünvanda olub. Ondan sonra ikisi həmin ünvanda yaşayıblar, qonşu olmuşlar. Əzizədən əvvəl burda parnik var idi. Parnik 1990-cı ildə tikilib. Parnikin pəncərələri onun evinə baxır. 2007-ci ildə İlqar orada ev tikib. Artıq 2-3 ildir ki, iddiaçı orada yaşamır. Eşitmişlər ki, Razində ev alıblar. ünvan 10in tikintisi İlqarın vəsaiti hesabına aparılıb. 21.Mülki iş üzrə ekspertiza təyin edilmiş lakin rəy verilməsi mümkün olmadığından mülki iş rəy verilmədən geri qaytarılmışdır. 22.Mülki iş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o İlqarın qardaşıdır. Əzizəni 1991-ci ildən tanıyırlar. Qardaşı onu bura gəlin gətirib. Evləri üzbəüzdür. Toyları onların məhəlləsində olub. Sonra İlqara aid evdə yaşayıblar. 2 ildir ki, orada yaşamırlar. Bakıxanovda aldıqları evdə yaşayırlar. 23.Mülki iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o tərəflərin qızıdır. İddianın təmin edilməsini, yəni anası İddiaçı həmin qeyd edilən ünvana köçürülməsini istəmir. Onlar əvvəllər ailəlikcə- o, atası, anası, bacısı və qardaşı həmin evdə yaşamışlar. Sonra atası istixananın bir hissəsini öz pulu hesabına tikib və kirayə verib. Pulunu isə yığıb 2020-ci ildə Bakıxanovda ipoteka ilə ev götürmüşlər. Həmin adam anamgilin tanışı idi, atası isə aybaay ödənişləri edib. 24.Məhkəmə qeyd etmişdir ki, mübahisəli tikili İddiaçı yaşayış yeridir. Cavabdehin İddiaçı qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. 25.Baxılan iş üzrə iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. 26.Məhkəmə hesab etmişdir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı ilə Cavabdeh 1991-ci ildə faktiki nikaha daxil olmaqla, ailə münasibətləri həmin vaxtdan yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşayış sahəsinin artırılması ilə bağlı əsaslı tikinti işlərini apardığından Cavabdeh İddiaçı qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Odur ki, iddia təmin edilərək cavabdehin İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi evinə və torpaq sahəsinə daxil olmağına, faktiki istifadə etməyinə və süni maneələr törətməsi qadağan edilməli və İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi evə köçürülməlidir. 27.Məhkəmə iddianın Cavabdeh qaz və işıq xətlərinə müdaxilə etməsinin qadağan olunması ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədyindən rədd edilməlidir. 28.Məhkəmə, həmçinin iddianın cavabdehin yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə hissəsinə qiymət verərək belə hesab etmişdir ki, bu hissə iddia tələbi olmadığından, yalnız cavabdehin etirazına qarşı irəli sürülmüş dəlillər olduğundan məhkəmə həmin hissəyə iddia tələbi kimi qiymət verə bilməz. 29.Məhkəmə Cavabdeh iddia tələbinə etiraz olaraq irəli sürdüyü dəlillərə qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən həmin dəlilləri təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda həmin dəlillər cavabdehin daha öncəki məhkəmə prosesləri zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq verdiyi izahatlarıyla təkzib edildiyindən həmin dəlillər qeyri-səmimi və həqiqətə uyğun olmayan hesab edilir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 180.1, 180.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılır ki,1985-ci il tarixdən X12 həmin dövrdəki Şamuyan rayonun (indiki Xətai rayonu) rəhbərliyinin 69/11 saylı sərəncamla daimi qeydiyyata düşməsi, Cavabdeh həmin ünvana müvəqqəti qeydiyyata düşməsi barədə sərəncam olmuşdur.xx.xx.2005-ci il tarixli Forma 2 arayışından görünür ki, həmin ünvanda 13 nəfər Cavabdeh və X3 ailə üzvləri olmuşdular. Hal-hazırda həmin ünvanda qeydiyyatda olan şəxslərin sayı 23 nəfərə çatmışdır. Bunu iş materialında olan ASAN Xidmətdən əldə edilmiş arayış da təsdiqləyir. Digər tərəfdən 1980-1981ci illərdə tikilmişdir. İddiaçı isə mövcud tikiliyə 1991-ci ildə gəlin qismində ərə gəlmişdir və həmin tikili ilə bağlı heç bir tikinti-təmir işləri görməyərək, heç bir xərc çəkməmişdir. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə düzgün istinad etməmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, şahid ifadələrinə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinə hüquqi qiymət verilməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi. 35.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 36.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məəcəlləsi: 37.Maddə 27.1.Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 38.Maddə 27.2.On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 39.Maddə 27.3.Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 40.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 41.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 114.1.1.Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumu geri qaytarılır. 44.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 45.Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 49.Kollegiya tərəfləri və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(011)-30/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 50.Kollegiya ilk olaraq qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində 25/19 və 25/19A ünvanlarında yerləşən evlər mövcuddur. 25/19 saylı ünvanda 66 saylı MKİS-nin arayışına əsasən (İ cild i/v 228) cavabdeh və onun qardaş-bacıları qeydiyyatdadırlar. 25/19A saylı ünvanda 66 saylı MKİS-nin arayışına əsasən (İ cild i/v 229) iddiaçı və övladları qeydiyyatdadırlar. 51.Kollegiya qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilədaxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. 52.Göründüyü kimi, mübahisəli 25/19A ünvanlarında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, İddiaçı yaşayış yeri olmaqla, kommunal xidmətlər onun adınadır. 53.Cavabdehin iddiaçını qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. 54.Kollegiya qeyd edir ki, iddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. 55.Baxılan iş üzrə iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. 56.Məhkəmə hesab etmişdir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı ilə Cavabdeh 1991-ci ildə faktiki nikaha daxil olmaqla, ailə münasibətləri həmin vaxtdan yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşayış sahəsinin artırılması ilə bağlı əsaslı tikinti işlərini apardığından Cavabdeh İddiaçı qeyd edilən fərdi yaşayış sahəsində yaşamasına maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Odur ki, iddia təmin edilərək cavabdehin İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi evinə və torpaq sahəsinə daxil olmağına, faktiki istifadə etməyinə və süni maneələr törətməsi qadağan edilməli və İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi evə köçürülməlidir. 57.Məhkəmə iddianın cavabdehin yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, bu hissə iddia tələbi olmadığından, yalnız cavabdehin etirazına qarşı irəli sürülmüş dəlillər olduğundan məhkəmə həmin hissəyə iddia tələbi kimi qiymət verə bilməz. 58.Məhkəmə həmçinin Cavabdeh iddia tələbinə etiraz olaraq irəli sürdüyü dəlillərə qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən həmin dəlilləri təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda həmin dəlillər cavabdehin daha öncəki məhkəmə prosesləri zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq verdiyi izahatlarıyla təkzib edildiyindən məhkəmə həmin dəlilləri qeyri-səmimi və həqiqətə uyğun olmayan hesab edir. 59.Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş cavabdehin qardaşının və tərəflərin qızlarının ifadəsi mübahisəli özbaşına tikilinin iddiaçının yaşayış yeri olmasını təkzib edən sübut kimi qəbul edilə bilməz. 60.Digər tərəfdən iddiaçının başqa yaşayış yerinin olması və daimi yaşamaq üçün başqa yerə getməsi halları müəyyən olunmur. 61.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(011)-30/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 62.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün artıq ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılmalıdır. 63.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 65.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(011)-30/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün artıq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin vəsaiti hesabına Cavabdeh qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5528/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5528/2023
04.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver