Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5530/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(007)-2084/2021 saylı qərardadından cavabdehlər X4, X6 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Əli-zadə Rafael Kamal oğlu cavabdehlər X5 və X2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” MMC cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, girov kimi qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 ilə aralarında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin ona qaytarılmasına, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 (beş min) manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümimlikdə 5030 (beş min otuz) manat pulun cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı R.Əli-zadə eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmini tədbiri kimi cavabdeh X6 ilə aralarında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin təminatı kimi girov qoyulmuş ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin satılmasının cavabdehlər X5, X2 və üçüncü şəxs “X8” MMC-yə qadağan edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim B.Qasımov, iş № 2(007)-2084/21) ərizə təmin olunaraq, 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin təminatı kimi girov qoyulmuş, ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saatqolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin satılmaması və özgəninkiləşdirilməməsi məqsədilə üzərinə həbs qoyulmuşdur. Cavabdehlər X4, X6 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” MMC ayrı-ayrılıqda qərardaddan şikayət vermişlər. Cavadeh E.İbrahimov və cavabdeh X.Zamanova eyni məzmunda tərtib etdikləri şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi əsassız iddia ərizəsini icraata qəbul etməklə və onların iştirakı olmadan hazırlıq iclasında iddianın təmini tədbirinin tətbiqi barədə qərardad çıxarmaqla qanunsuzluğa yol vermişdir. Ona görə də həmin qərardad ləğv olunmalıdır. Üçüncü şəxs “X8” MMC şikayətini onunla əsaslandırmışdır ki, qərardadın nəticə hissəsində satılmaması və özgəninkiləşdirilməməsi məqsədi ilə üzərlərinə həbs qoyulmuş əşyaların sadəcə adları sadalanmış, əşyaların müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən dəqiq məlumatlar orada öz əksini tapmamışdır. Adları sadalanan əşyaların təsnifatı, hər bir əşyanın ayrı-ayrılıqda özünə məxsus əyarı və dəqiq çəkisi göstərilmədiyinə görə, sifarişçi E.İbrahimovun hərrac vasitəsilə satışa çıxardığı 61 adda olan əşyaların arasında, eyni adlı əşyaların mövcud olması nəzərə alınsa, məhkəmə tərəfindən dəqiq hansı əşyaların üzərinə həbs qoyulduğunu müəyyən etmək mümkün deyil. Bundan başqa, əşyaların lombardda girovu haqqında müqavilələrin təminatı kimi girov qoyulması barədə qeydlər “X8” MMC üçün qeyri-müəyyən məlumatlardır. Məhkəmə tərəfindən hazırlıq iclası barədə bildiriş göndərilməməsi, hazırlıq iclasında MMC-nin nümayəndəsinin iştirakının təmin edilməməsi və həmçinin hazırlıq iclasında iştirak etmiş İddiaçı üzərinə həbs qoyulmuş əşyalar barədə əhəmiyyət kəsb edən məlumatların dəqiqləşdirilməməsi nəticəsində qeyri-müəyyən, qanunsuz və əsassız qərardad çıxarılmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçilərin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehlər X4, X6 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” MMC-nin şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5530/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5530/2021
02.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver