Məhkəmə qərarları › İş №2(103)-5534/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5534/2020

27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5534/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx xxxxxxx 2020-ci il iş № 2(103)-5534/2020 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı bağışlama müqavilələrinin, razılaşmanın etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 416/2020 saylı qətnaməsindən İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, X4 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakı tələblərlə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir :

1. Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 668 saylı bağ sahəsinə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə/1273 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakdan 2/3 hissə payın İddiaçı, 1/3 hissə payın Cavabdeh1 verilməsi,

2. İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə/1383 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakdan 2/3 hissə payın İddiaçı, 1/3 hissə payın Cavabdeh1 verilməsi,

3. Cavabdeh1 adına “xxxx” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli B-9-1 nömrəli müqavilənin xitam olunması haqqında razılaşmanın etibarsız hesab edilməsi, həmin əmlakdan 2/3 hissədə payın İddiaçı, 1/3 hissədə payın Cavabdeh1 verilməsi,

4. xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 adına olan Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajdan 2/3 hissə payın İddiaçı, 1/3 hissə payın Cavabdeh1 verilməsi,

5. Birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə Az ** UJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Genesis” markalı avtomobilin alınması ilə əlaqədar (sonradan satıb BMW 528İ markalı avtomobil alması nəzərə alınmaqla) Cavabdeh1 evdən götürdüyü 20000 ABŞ dolları məbləğində pulun 2/3 hissəsinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonradan aralarındakı nikah formal xarakter daşımağa başladığından İddiaçı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tərəflər birgə nikahda olduqları dövrdə Cavabdeh1 adına Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində 668 saylı bağ sahəsini, İddiaçı adına ünvan 1 ünvanında yerləşən mənzili, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2930-cu məhəllədə “xxxx” MMC tərəfindən tikilən “Panorama Park” yaşayış kompleksində “B” binasının 9-cu mərtəbəsində bir otaqlı mənzili, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajı almışlar. Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2930-cu məhəllədə “xxxx” MMC tərəfindən tikilən “Panorama Park” yaşayış kompleksində “B” binasının 9-cu mərtəbəsində bir otaqlı mənzilin satılıb qardaşının ev aldığı blokdan üç otaqlı mənzil almaq üçün öz qardaşı X8 əmlak üzərində sərəncam vermək səlahiyyəti ilə etibarnamə verməyi xahiş etmiş, iddiaçı ona inanaraq xx.xx.2018-ci il tarixdə qaynı Anar Qurbanova 1 aylıq etibarnamə vermişdir. Cavabdeh1 qardaşı Anar Qurbanovla birlikdə həmin etibarnamədən istifadə edərək birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 668 saylı bağ sahəsini xx.xx.2018-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən mənzili isə xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən ataları Cavabdeh2 adına keçirmişlər. Bundan əlavə, Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2930-cu məhəllədə “xxxx” MMC tərəfindən tikilən “Panorama Park” yaşayış kompleksində “B” binasının 9-cu mərtəbəsində bir otaqlı mənzilə görə ödənilmiş 43562 manat pul vəsaitinin və mənzilin X3 adına keçirilməsi barədə “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli razılaşma imzalayaraq həmin mənzilin alınması barədə Cavabdeh1la “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli B-9-1 nömrəli müqavilənin xitam olunmasına razılıq vermişdir. Həm bağışlama müqavilələrinin, həm də adı çəkilən razılaşmanın bağlanmasına İddiaçı razılığı olmamış, iddiaçının həmin əqdlərin bağlanmasından yalnız aralarında olan nikah münasibətlərinə faktiki olaraq son qoyulduqdan az sonra vəkil sorğusu nəticəsində məlumatı olmuşdur. Bu əqdlərin bağlanmasında Cavabdeh1 məqsədi İddiaçı həmin əmlaklar üzərində paydan məhrum etmək olmuşdur. Qeyd olunan daşınmaz əmlaklardan başqa onlar Cavabdeh1 adına xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajı əldə etmişlər. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə evdən 20000 ABŞ dolları məbləğində pul götürərək atasının adına Az ** UJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Genesis” markalı avtomobil almış, atası isə həmin avtomobilə dair Cavabdeh1 adına etibarnamə vermişdir. İddiaçı hesab etmişdir ki, birgə nikahlarından doğulmuş iki uşaq onun himayəsində qaldığına görə iddia ərizəsində qeyd etdiyi bağ sahəsi, iki mənzil və qaraj üzərində onun 2/3 hissədə, Cavabdeh1 isə 1/3 hissədə payı müəyyən edilməli, avtomobilin alınmasına sərf olunmuş 20000 ABŞ dolları məbləğində pul vəsaitinin 2/3 hissəsi Cavabdeh1 alınıb ona verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-416/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 668 saylı bağ sahəsinə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə/1273 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən 45 saylı evin 40 saylı mənzili ilə bağlı 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə/1383 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, Cavabdeh1 adına “xxxx” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli B-9-1 nömrəli müqavilənin xitam olunması haqqında razılaşmanın etibarsız hesab edilməsi, həmin əmlakda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, Cavabdeh1 adına xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, iddia tələbinin 20000 ABŞ dolları məbləğində pulun 2/3 hissəsinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə birgə apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozaraq birgə nikahlarından doğulmuş uşaqların onun yanında saxlanılmasını və iddiaçının ailə vəziyyətini nəzərə almadan birgə nikah dövründə əldə olunmuş əmlaklar üzərində 2/3 hissədə onun, 1/3 hissədə isə Cavabdeh1 payını müəyyən etməli olduğu halda, tərəflərin payını bərabər müəyyən etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti isə belə əsaslandırılmışdır ki, iddiaçının bölünməsini tələb etdiyi bağ sahəsi, iki mənzil və qaraj Cavabdeh2 vəsaiti hesabına əldə olunsa da, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına, digər mənzil, bağ sahəsi və qaraj isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 2018-ci ildə Cavabdeh2 faktiki olaraq özünə məxsus olan əmlakların ona qaytarılmasını tələb etmiş, bu məqsədlə İddiaçı ilə aralarında olan razılığa əsasən o həmin əmlakların özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün qaynı Anar Qurbanova etibarnamə vermişdir. Bundan sonra bağ sahəsi və Nərimanov rayonu ərazisində yerləşən mənzil bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlanmışdır. Qaraj sahəsi isə ona görə Cavabdeh2 bağışlanmamışdır ki, sonuncu öz gəlininin gələcəkdə qarajın da özgəninkiləşdirilməsinə mane olmayacağına inanmışdır. Məhkəmə qeyd olunan daşınmaz əmlakları bölərkən onların Cavabdeh2 vəsaiti hesabına alınmasını, İddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına alınmamasını nəzərə almamışdır. Aralarında olan razılığa əsasən Cavabdeh2 gəlini İddiaçı üçün aldığı “Kia Rio” markalı avtomobil, habelə qızıl zinət əşyaları və pul vəsaitləri İddiaçı qalmalı olmasına baxmayaraq, İddiaçı razılaşmanı pozaraq məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan əlavə, İddiaçı ali təhsilli və anlaqlı şəxs olduğuna görə o verdiyi etibarnamənin mahiyyətini dərk etmiş, etibarnamə onun bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi üçün verilmiş, o, etibarnaməni şəxsən imzalamış və onun fəaliyyət qabiliyyəti yoxlanmışdır. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar hərtərəfli və obyektiv araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili təmsil etdikləri şəxslərin apellyasiya şikayətlərini müdafiə etdilər. Cavabdehlər X9 və “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-416/2020 saylı qətnaməsi apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 ilə Əliyeva (Qurbanova) Könül Nazim qızı xx.xx.2010-cu ildə nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 anaları İddiaçı yanında saxlanılmışdır. Tərəflərin birgə nikahı dövründə aşağıdakı daşınmaz əmlaklar əldə olunmuşdur. 1.Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 668 saylı bağ sahəsi---xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır.

2. ünvan 1 ünvanında yerləşən mənzil---xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır.

3. Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qaraj--- Cavabdeh1 tərəfindən xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən əldə edilmişdir.

4. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2930-cu məhəllədə “xxxx” MMC tərəfindən tikilən “Panorama Park” yaşayış kompleksində “B” binasının 9-cu mərtəbəsində sahəsi 52,17 kv.m olan bir otaqlı mənzil---Cavabdeh1 adına “xxxx” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli B-9-1 nömrəli müqavilə əsasında əldə edilmişdir. xx xxxx 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında İddiaçı öz əmlaklarına dair idarə etmək və sərəncam vermək hüququ ilə X7 adına 1 ay müddətinə etibarnamə vermişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə/1273 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 668 saylı bağ sahəsi Cavabdeh2 bağışlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə/1383 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 bağışlanmışdır. Cavabdeh1 adına “xxxx” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli B-9-1 nömrəli müqavilənin xitam olunması haqqında xx.xx.2018-ci il tarixli razılaşma əsasında Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2930-cu məhəllədə “xxxx” MMC tərəfindən tikilən “Panorama Park” yaşayış kompleksində “B” binasının 9-cu mərtəbəsində bir otaqlı mənzilin və mənzilə görə ödənilmiş 43562 manat pul vəsaitinin X3 adına keçirilməsinə razılıq vermişdir. Yuxarıda qeyd olunan bağışlama müqavilələri və razılaşmanın imzalanması zamanı İddiaçı etibarnamə əsasında X12 təmsil etmişdir. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində (qaraj) payçı kimi tanınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn valnız müqavilə tərəfmə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqaviləüzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında, habelə “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Eyni Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yenə həmin Məcəllənin 362-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən ərinin və özünün adına qeydiyyata alınmış 2 daşınmaz əmlakın 1 ay ərzində qayınatasına bağışlanması, habelə bir mənzilin başqa şəxsin adına keçirilməsi ağlabatan olmamaqla yanaşı iddiaçının real iradə ifadəsini əks etdirmir. Məhkəmə hesab etmişdir ki, bağışlanma müqavilələri uydurma əqd olmaqla, iddiaçını birgə nikah dövründə tərəflərin əldə etdikləri əmlakdakı payından məhrum edilməsi məqsədi ilə bağlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla həmçinin qeyd edir ki, bağışlama müqavilələrinin uydurma əqd olmasını cavabdehlər öz apellyasiya şikayətlərində dolayısı ilə etiraf etmişlər. Belə ki, cavabdehlər apellyasiya şikayətində Cavabdeh2 vəsaiti hesabına alınmış bağ evi və mənzilin Cavabdeh2 mülkiyyətinə qaytarılması üçün bağışlama müqaviləsi bağlanmasını bildirmişlər. Kollegiya həmçinin hesab edir ki, Cavabdeh1 adına “xxxx” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli B-9-1 nömrəli müqavilənin xitam olunması haqqında xx.xx.2018-ci il tarixli razılaşma bağlanarkən də İddiaçı adından verilmiş razılıq ərizəsi İddiaçı iradə ifadəsini əks etdirməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda sadalanan daşınmaz əmlakların tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsi təsdiq olunmaqla həmin əmlaklarda iddiaçının paylı mülkiyyət hüquqları mövcud olduğundan birinci instansiya məhkəməsi həmin əmlaklarda paylı mülkiyyət hüquqları müəyyən edilməsində, iddiaçının iradəsinə zidd olaraq həmin əmlakların özgəninkiləşdirilməsinə, o cümlədən bağışlanmasına dair müqavilələrin və razılaşmanın etibarsız hesab edilməsində haqlı olmuşdur. Kollegiya həmçinin hesab edir ki, tərəflərin birgə nikahı dövründə əldə olunmuş bağ sahəsi, iki mənzil və qeyri-yaşayış sahəsi (qaraj) üzərində tərəflərin bərabər olaraq ½ hissədə payının müəyyən olunmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlaklar üzərində İddiaçı payının daha artıq olmasına əsas verən diqqətəlayiq hallar müəyyən edilməmişdir. Eyni zamanda birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə Cavabdeh1 Az ** UJ *** dövlət qeydiyyat nişanlı, “Hyundai Genesis” markalı avtomobilin alınması ilə əlaqədar evdən götürdüyü 20000 ABŞ dollarının 2/3 hissəsinin cavabdehdən alınaraq İddiaçı verilməsi hissəsində iddia tələbi sübutlarla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə haqlı olaraq təmin etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdehlərin birgə apellyasiya şikayətində qeyd olunan daşınmaz əmlakların Cavabdeh2 maddi vəsaiti hesabına alınması da məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. İddiaçı iddia ərizəsində və sonrakı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrində Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğvini tələb etsə də, sonuncu ərizəsində bu tələbi irəli sürməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə uyğun olaraq, iddiaçının verdiyi tələblər üzrə qətnamə çıxarmışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və hər iki apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-416/2020 saylı qətnaməsi İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar