Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5535/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4, Tərcüməçi X2 qızının iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış 21.04.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən iddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh4 cavabdeh qismində, 50 saylı Notariat Ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsin isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, iddia tələbini dəqiqləşdirərək onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 4Ə- 401 reyestr nömrəsi ilə qeydə alınmış 21.04.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531- reyestr nömrəsi ilə qeydə alınmış 30.05.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 ilə Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. O, həmin evi satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmiş, 21 aprel 2020-ci il tarixdə Cavabdeh1 adlı şəxsə Bakı şəhəri 51 saylı Notariat Ofisində etibarnamə vermişdir. Vüsaləni həmin günə qədər tanımamışdır, ilk dəfə həmin gün onu görmüşdür. Ona etibar etməsinə səbəb isə Nizami RİH-in əməkdaşının təkidi olmuşdur. Cavabdeh1 etibarnaməni 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da vermiş, həmin qadın isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində öz dəyərindən 2 dəfə aşağı qiymətə qohumu (çox güman ki, qardaşı) Cavabdeh2 adna alqı-satqı edərək keçirmiş, mənzil guya ki, 39.000 manata satılmışdır. Hesab edir ki, həmin müqavilə formal olaraq bağlanmışdır, aldatma yolu ilə onun etibarından sui-istifadə edilərək, həmçinin qeyriazərbaycanlı və yaşlı olmağından yararlanaraq onun mənzilini ələ keçirmişdir. Əvvəla, mənzilin qiyməti ən azı 65.000 manatdır, alqı-satqı həyata keçirən notarius da bunu yaxşı bilir, 2 dəfə aşağı qiymətə, 39.000 manata rəsmiləşdirilmiş müqavilədən ona pul verilməmişdir. Digər tərəfdən o, özü də Bakı şəhərində ola-ola, məhz həmin gün etibarnamə verdiyi halda (əgər o, Cavabdeh2la alqı-satqı etmək istəyirdisə, onda onunla özü müqavilə bağlaya bilərdi, etibarnamə vermək zərurəti olmazdı), digər bir notariusun 2 saatdan sonra aparılan əməliyyatdan “şübhələnməməsi” başa düşülən deyildir. Ona müqavilənin surəti də təqdim edilmədiyindən, həmin alqı-satqıdan təsadüfən xəbər tutmuş (evin qapısının açarı dəyişdirildikdən sonra), dərhal notariusa müraciət edərək 18.05.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. Cavabdehlərin qeyd edilən hərəkətləri, hüquqdan suiistifadə etmələri onun maraqlarına toxunur, onun mülkiyyət hüququna qəsd edir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilin alqı-satqısına dair 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış 21.04.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında həmin mənzillə əlaqədar Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış 30.05.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş, ona nə şifahi nədə rəsmi qaydada növbəti məhkəmə iclaslarının vaxtı barədə məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, qətnamədə iddia tələbinin ona qarşı hissəsinin hansı əsaslarla təmin edilməsinə münasibət bildirməmiş, iddia tələbinin həmin hissəsinin qanuniliyi və əsaslılığı məhkəmə araşdırması zamanı sübut edilməmiş, məhkəmənin iddia tələbi üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, məhkəmə, yalnız iddiaçının adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsini Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edərək etibarsız hesab etdiyindən, etibarsız əqdin bağlanması nəticəsində əldə edilmiş mübahisəli mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış 30 may 2020-ci il tarixli alqı-müqaviləsini də etibarsız hesab etməklə, öz şəxsi mülahizələrinə əsaslanaraq qərəzli, qanunsuz qətnamə qəbul etmişdir, ona görə də həmin qətnamə ləğv edilməlidir. Məhkəmə qətnaməsindən görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, buna baxmayaraq, məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Bundan başqa, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adna qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunvericilik əqd əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığını 3 əsasla: a) özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu; b) reyestrin məzmununun dəqiqliyi; c) həmin qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirmişdir. Bu şərtlər mövcud olduqda daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Hazırkı iş üzrə o, mübahisəli mənzili əldə edərkən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adna qeydə alınmış, aralarında 30 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. Beləliklə, iddiaçı mübahisəli mənzilin Cavabdeh2 və sonradan onun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə, həmin nəzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, o, mübahisəli mənzili vicdanlı əldə edən olmağına baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuş, ümumiyyətlə mübahisəli mənzilin vicdanlı əldə edilməsi halını araşdırmamış, bununla da onun konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır, ləğv edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 337.1 və 339.2-ci maddələrinə istinad etmiş, məhkəmə isə qeyd olunan hüquq normaları ilə yanaşı həmin Məcəllənin 359.3-cü maddəsinin normasını da hazırkı işə tətbiq edərək, iddiaçının adından alqı-satqı müqaviləsini-öz şəxsi maraqları üçün (şəxsən özüm barədə) bağladığını qeyd etmişdir. Aşağıda qeyd edilən əsaslara görə hesab edir ki, məkəmə qətnaməsi qanunsuz və əsassızdır. Nümayəndəsi və vəkilinin verdiyi izahat məhkəmə iclas protokolunda təhrif olunmuş və natamam şəkildə qeyd edilmişdir. İddiaçının tələbi tamamilə əsassızdır və işin faktiki halları ilə üst-üstə düşmür. Belə ki, Cavabdeh2 qardaşıdı, qardaşı mənzil almaq istəmiş və bununla bağlı maklerlərə müraciət elmişdir. İddiaçı da mənzilini satmaq istəmiş və bu səbəbdən onlar tanış olmuşlar. Seyfəddin iddiaçının mənzilinə baxmış, mənzili bəyənmiş, qiyməti ilə bağlı iddiaçı ilə razılaşdıqdan sonra alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmişlər. O, iddiaçını müqavilə bağlanan gün görmüş, iddiaçı ilə qardaşı Seyfəddinin mənzilin alınması ilə bağlı apardıqları danışıqlarda iştirak etməmiş, vasitəçi olmamışdır. Alqı-satqı müqaviləsi bağlanan gün qardaşı və əri ilə birlikdə qohum kimi notariat ofisinə gəlmiş, notariat ofisinə gələrkən iddiaçının ona etibarnamə verəcəyindən xəbərsiz olmuş, çünki iddiaçı özü müqaviləni bağlamaq məqsədi ilə notariat ofisinə gəlmişdir. Lakin həmin vaxt karantin rejimi ilə əlaqədar evdən 2 saatlıq SMS icazə ilə çıxmaq mümkün olduğu üçün iddiaçı SMS icazə ilə notariat ofisinə gəlmişdir. 21 savlı Notariat ofisində iş yükü çöx olduğundan və iddiaçının icazəsinin vaxtının bitməsinə az qaldığından, iddiaçı ona etibarnamə verərək getmişdir. İddiaçı ona etibarnaməni könüllü şəkildə vermiş, həmin vaxt ona heç bir təsir göstərilməmiş, aldadılmamışdır. Qeyd etdiyi kimi notariat ofisində iş yükü çox olduğundan alqı-satqı müqaviləsini bağlamaq üçün 51 saylı Notariat ofisinə getmişlər. Müqavilə bağlandıqdan sonra həmin gün o, etibarnamə əsasında (etibarnamədə iddiaçı pulu almaq səlahiyyətini də ona vermişdir) 390 ədəd yüzlük əskinas şəklində 39.000 manat pulu depozitdən çıxarmış, növbəti gün isə Seyfəddin və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşmüş və Seyfəddin pulu iddiaçıya vermişdir, iddiaçı pulu sayaraq almış və mənzilin açarlarını Seyfəddinə təhvil vermişdir. O, səlahiyyətli şəxs kimi pulu depozitdən çıxarmış, pulu iddiaçıya verərkən hər hansı sənədə imza etdirməməklərinin səbəbi o olmuşdur ki, iddiaçıya mənzilin pulu Seyfəddinlə razılaşdıqları kimi 39.000 manat 390 ədəd yüzlük əskinas şəklində verilmişdir, iddiaçı da pulu sayaraq məbləğin düz olduğunu bildirmiş və mənzilin açarını Seyfəddinə təhvil vermişdir. İddiaçı ilə Seyfəddin arasında pul haqq hesabı düz olduğu üçün pulu iddiaçıya verərkən hər hansı sənədə imza etdirməyə ehtiyac görməmişlər. Seyfəddin mənzili iddiaçıdan təhvil aldıqdan sonra mənzildə müəyvən təmir işləri görmüş və aldığından baha qiymətə Cavabdeh4 satmışdır. Bundan başqa, qətnamədən və iş materiallarından görünür ki, iddiaçının əri X4 də mənzilin satılmasına dair notariat ofisinə razılıq ərizəsi vermişdir. Belə olan halda necə ola bilər ki, iddiaçı mənzilə dair alqı-satqının olmasından təsadüfən, yəni evin qapısının açarı dəyişdirildikdən sonra xəbər tutsun. İddiaçı mənzilini satmaq istəmirdisə niyə Seyfəddinlə mənzilin alqısatqısına dair əvvəlcədən razılaşmışdı. Digər tərəfdən, iddiaçı mənzili satmaq niyyətində olmadığını, alqı-satqı etmək istəyirdisə müqaviləni özünün də bağlaya bilmək imkanı olduğunu qeyd elməklə, guya onun iddiaçını aldadaraq ondan etibarnamə aldığını sübut etməyə çalışmışdır. İddiaçı mənzilini satmaq istəmirdisə niyə notariat ofisinə gəlmişdir? Tutaq ki, mənzilini satmaq istəməmişdir, necə ola hilər ki, həmin gün iddiaçının əri notariat ofisinə gələrək mənzilin satılmasına dair razılıq ərizəsi versin? İddiaçının ərini belə ərizəni yazmağa kim vadar etmişdir? Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar absurddur və işin halları ilə ziddiyyət təşkil edir. İşin hallarından görünür ki, iddiaçı müqavilə azadlığı prinsipi çərçivəsində mülkiyyətində olan mənzilinə dair sərəncam verərkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuş, iddiaçının ona könüllü şəkildə verdiyi etibarnamə əsasında onu təmsil edib, Seyfəddinlə razılaşdıqları formada müqaviləni bağlamış, həmin müqavilədə iddiaçının maraqlarını təmsil etmişdir. İddiaçının yaşlı və qeyri-azərbaycanlı olmasından sui-istifadə edib aldadaraq adına etibarnamə verməsinə məcbur elməyi, mənzili dəyərindən iki dəfə ucuz qiymətə satmağı, müqavilənin formal olaraq bağlanmasına nail olmağı faktı sübuta yetirilməmişdir. Qeyd olunan halların heç biri, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-349-cu maddələrində göstərilmiş əsaslardan heç biri mövcud olmadığı halda, həmin müqavilənin etibarsız hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. İşin hallarından görünür ki, o, müqavilə bağlayarkən iddiaçının adından çıxış etməklə, iddiaçının maraqlarına uyğun hərəkət elmiş, alqı-satqı müqaviləsinin onun şəxsi maraqlarına uyğun olması, etibarnamə əsasında öz şəxsi maraqları üçün hərəkət etdiyinin nədə ifadə olunması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, məhkəmə formal mülahizələrə əsaslanaraq qərəzli qətnamə qəbul elmişdir. Əgər iddiaçıya pul verilməmişdirsə, mənzilin açarlarını və mənzili niyə Seyfəddinə təhvil vermişdir. ’ Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, qətnamədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməlidir. İddiaçı iddia tələbini hüquqi cəhətdən Mülki Məcəlləsinin 337.1 və 339.2-ci maddələri ilə əsaslandırmışdır. Nümayəndəsi və vəkilinin verdiyi izahat məhkəmə iclas protokolunda təhrif olunmuş və natamam şəkildə qeyd edilmişdir. İddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır və işin faktiki halları ilə üstüstə düşmür. Belə ki, o, mənzil almaq istəmiş və bununla bağlı maklerlərə müraciət elmişdir. O, tanışları vasitəsi ilə Nizami rayonu ərazisində Mənzil İstismar Sahəsinin rəisi Natiq adlı şəxslə tanış olmuş, Natiq ona tanışının - iddiaçının mənzilini satdığını, müştəri tapması üçün maklerlərlə yanaşı Natiqə də müraciət etdiyini bildirmişdir. Bundan sonra iddiaçı ilə tanış olmuş, iddiaçının satdığı mənzilə baxmış, mənzili bəyənmiş, qiyməti ilə bağlı iddiaçı ilə razılaşdıqdan sonra alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmiş, mənzilin qiymətini 39.000 manata rəsmiləşdirmək barədə razılaşmışlar, 3000 manatı isə 39.000 manatdan əlavə əvvəlcədən beh kimi əlbə-əl iddiaçıya vermişdir. İş üzrə cavabdeh X11 bacısıdır, lakin Vüsalə müqavilə bağlanan günə qədər iddiaçını görməmiş, mənzilin alınması ilə bağlı iddiaçı və onunla söhbətlərində iştirak etməmişdir. Alqı-satqı müqaviləsi bağlanan gün Vüsalə və əri Məmməd onunla birlikdə qohum kimi notariat ofisinə gəlmişlər. İddiaçı özü müqaviləni bağlamaq üçün notariat ofisinə gəlmişdir, lakin həmin vaxt karantin rejimi ilə əlaqədar evdən 2 saatlıq SMS icazə ilə çıxmaq mümkün olduğu üçün iddiaçı SMS icazə ilə notariat ofisinə gəlmişdir. 21 saylı Notariat ofisində iş yükü çox olduğundan və iddiaçının icazəsinin vaxtının bitməsinə az qaldığından, o, könüllü şəkildə, öz istəyi ilə Vüsaləyə etibarnamə vermişdir. İddiaçını Vüsaləyə etibarnamə verməyə heç kim məcbur etməmiş, notariusda növbə olduğundan və iddiaçı gözləyəcəyi halda SMS icazəsinin vaxtı bitəcəyindən, Vüsaləyə yalnız onun adından sənədləri imzalamaq üçün etibarnamə vermiş, müqavilənin bütün şərtlərini, ən əsas da mənzilin satış qiymətini əvvəlcədən iddiaçı ilə razılaşmışlar. Müqavilə iddiaçı ilə razılaşdıqları kimi mənzilin satış qiyməti 39.000 manat göstərilməklə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra həmin gün Vüsalə etibarnamə əsasında 39.000 manat pulu depozitdən çıxarmış, növbəti gün isə o, Vüsalə və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşlər, o, pulu iddiaçıya vermiş, iddiaçı pulu sayıb düz olduğunu bildirərək almış və mənzilin açarlarını ona təhvil vermişdir. İddiaçı ona pul verilmədiyini bildirir. Əgər pulu almamışdırsa niyə mənzili ona təhvil vermişdir ? Daha sonra o, aldığı mənzildə bəzi kosmetik təmir işləri gördürdükdən sonra mənzili Cavabdeh4 satmış, alqı-satqı müqaviləsi tam qanuni şəkildə bağlanmışdır. Bundan başqa, qətnamədən və iş materiallarından görünür ki, iddiaçının əri X4 də mənzilin satılmasına dair notariat ofisinə razılıq ərizəsi vermişdir. Əgər iddiaçı mənzilini satmaq istəmirdisə niyə onunla mənzilin alqı-satqısına dair əvvəlcədən razılaşaraq bununla bağlı ondan 3.000 manat beh almışdı ? İddiaçı mənzilini satmaq istəmirdisə niyə notariat ofisinə gəlmişdir, halbuki həmin gün iddiaçının əri də notariat ofisinə gələrək mənzilin satılmasına dair razılıq ərizəsi vermişdir. Bu xüsusatlar iddiaçının dəlillərinin həqiqətə uyğun olmadığını göstərir və iddianın əsassızlığını sübut edir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 müqavilə azadlığı prinsipi çərçivəsində, iş üzrə İddiaçı ona verdiyi etibarnamə əsasında hərəkət edərək, sonuncunun mülkiyyətində olan mənzilin üzərində sərəncam verərək alqısatqı müqaviləsini bağlayarkən iddiaçının maraqlarından çıxış edərək onu təmsil etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuşdur. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-349-cu maddələrində sadalanan əsaslardan heç biri mövcud olmamışdır. İddiaçı Vüsalə və onun tərəfindən aldadılmamış, bu fakt məhkəmə baxışında da sübut edilməmiş, məhkəmə qətnamədə aldadılmanın hansı hərəkətlərdə ifadə olunmasını öz mülahizələrinə görə əsaslandırmış, Mülki Məcəlləsinin 359.3-cü maddəsinə istinad edərək, Vüsalənin etibarnamə əsasında şəxsən öz maraqları üçün hərəkət etdiyini “xüsusi” vurğulamış, bu əsaslarla iddianı təmin etmişdir. İddiaçı mübahisəli mənzilin onun və sonradan Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmiş, yəni, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Bakı şəhəri 51 saylı Notariat Ofisinin nümayəndəsi, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs 50 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh4, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X8 və Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətlərini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə qarşı etiraz etdiklərini bildirərək, iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilənlərə uyğun izahat verərək apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ № ******* saylı, 21 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adından Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilini Cavabdeh2 39000 manata satması barədə bağlanmış əqd etibarsız əqddir. Həmin əqd etibarsız olduğundan onun hüquqi nəticələri də (Cavabdeh2 verilmiş çıxarış, 50 saylı Notariat Ofisində təsdiq olunmuş 30.05.2020ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinin Cavabdeh4 50000 manata satması barədə bağlanmış əqd,son olaraq Cavabdeh4 verilmiş çıxarış) əhəmiyyətsiz əqdlərdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan Bakı şəhəri 21 saylı Notariat Ofisində İddiaçı tərəfindən Cavabdeh1 verilmiş AR-İİ № 036936 saylı 21 aprel 2020-ci il tarixli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin etibarnaməyə əsasən X9 Qasımzadəyə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzil üzərində sərancam vermək hüququ da daxil olmaqla bir sıra səlahiyyətlər vermişdir. Etibarnamə 10 il müddətinə verilsə də, bir ay keçməmiş, yəni 18 may 2020-ci il tarixdə iddiaçı Lidiya Zarutckaya onun ləğvi barədə notariat ofisinə ərizə vermişdir. İş matеriallarında olan, Bakı şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ № ******* saylı, 21 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adından Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilini Cavabdeh2 39.000 manata satmışdır. İş matеriallarında olan, "xxxx" ASC tərəfindən verilmiş 21 aprel 2020-ci il tarixli “xəzinə mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, həmin gün Cavabdeh2 “Muğanbankın” “Azadlıq” filialına 39.000 manat pul ödənilməsi məqsədi ilə qeyd olunan məbləği “müştəri” X6 vermişdir. İş matеriallarında olan, 51 saylı Notariat Ofisinin notarisu X3 "xxxx"ın 7 saylı şöbəsinə ünvanladığı 21 aprel 2020-ci il tarixli, B-546 saylı məktubunun təsdiq edilmiş surətindən görünür ki, notarisu Üzeyir Kərimov mənzilin satışından əldə olunmuş 39.000 manat məbləğində pulun qəbul olunmasını və müvafiq vergilər çıxıldıqdan sonra Cavabdeh1 verilməsini xahiş etmişdir. İş matеriallarında olan, İddiaçı və Cavabdeh2 tərəfindən 51 saylı Notariat Ofisinə ünvanlanmış 21 aprel 2020-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, mənzilin 39.000 manata satılması ilə bağlı razılıq əldə olunmuşdur. X5 adından Cavabdeh1 imzalamışdır. İş matеriallarında olan, Lidiya Zarutckayanın əri X4 tərəfindən 21 saylı Notariat Ofisinə ünvanlanmış 21 aprel 2020-ci il tarixli ərizədən görünür ki, o Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilin satılmasına razı olduğunu bildirmişdir. İş matеriallarında olan, Bakı şəhəri 50 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ № ******* saylı 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzili Cavabdeh4 50.000 manata satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz... Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır... Qeyd olunan maddi hüquq normalarına əsaslanan birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, İddiaçı adından etibarnamə ilə çıxış edən və onun əmlakı üzərində sərəncam vermək hüququ əldə edən Cavabdeh1 özünün şəxsi maraqları üçün heç bir hərəkət əldə edə bilməzdi. Lakin, Cavabdeh1 İddiaçı əmlakı üzərində sərəncam verərkən onun nəticəsində maraqlı olmuşdur. Belə ki, “mənzilin gələcək alıcısı” Cavabdeh2 Cavabdeh1 qardaşı olmaqla etibarnamə alındığı ilk vaxtdan onunla birlikdə notariat ofisində olmuş və həm ilk, həm də sonrakı əməliyyatlarda iştirak etmiş, hətta İddiaçı ilə birlikdə mənzilin 39.000 manata satılmasına razılaşmaları ilə bağlı notariusa razılıq ərizəsi vermiş, həmin ərizəni də etibarnamə əsasında İddiaçı adından məhz Cavabdeh1 imzalamışdır. Məhz bacı-qardaş arasında bu cür əqdin (mənzilin alqı-satqı müqaviləsinin) imzalanması (baxmayaraq ki, Vüsalə etibarnamə əsasında hərəkət edirdi) Cavabdeh1 şəxsi maraqlarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6-ci maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 338-ci maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə,onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi mülki qanunvericiliyin tələbləri baxımından əqdlərdə aldadılma (MM 339.2) dedikdə tərəflərin (hazırki halda alıcı və ya satıcı) hər hansı birinin əqdin qarşı tərəfində münasibətdə hüquqa zidd hərəkəti, davranışı ehtiva olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Cavabdeh4 apelyasiya şikayətində qeyd edir ki, o, mübahisəli mənzili vicdanlı əldə edən olmağına baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, ümumiyyətlə mübahisəli mənzilin vicdanlı əldə edilməsi halını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı adından Cavabdeh1 ilə Cavabdeh2 arasnda bağlanmış AN-İ № ******* saylı, 21 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən onun hüquqi nəticələri olan Cavabdeh2 ilə Cavabdeh4 arasnda bağlanmış AN-İ № ******* saylı, 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərinin dəlillərini də əsassız hesab edir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərində qeyd edirlər ki, Müqavilə bağlandıqdan sonra həmin gün o, etibarnamə əsasında (etibarnamədə iddiaçı pulu almaq səlahiyyətini də ona vermişdir) 390 ədəd yüzlük əskinas şəklində 39.000 manat pulu depozitdən çıxarmış, növbəti gün isə Seyfəddin və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşmüş və Seyfəddin pulu iddiaçıya vermişdir, iddiaçı pulu sayaraq almış və mənzilin açarlarını Seyfəddinə təhvil vermişdir. Lakin, İddiaçı alqı-satqıdan əldə olunan pulun ona verilmədiyini bildirir. Cavabdeh1 pulun Lidiya Zarutckayaya verildiyini israrla bildirsə də, istər birinci instansiya məhkəməsinə, istərsə də, apelyasiya məhkəməsinə bunu təsdiq edən hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə isə Cavabdeh1 39.000 manatı alması mübahisə predmeti olmadığından onun İddiaçı verilməsini sübutetmə yükü məhz Cavabdeh1 öz üzərinə düşür. Həmçinin İddiaçı 10 il müddətinə Cavabdeh1 verdiyi etibarnaməni 27 gün sonra ləğv etməsi əqd bağlarkən İddiaçı aldanıldığına dəlalət edir. Bundan başqa, Cavabdeh1 apelyasiya şikayətində 39.000 manat pulu depozitdən çıxarıb, növbəti gün isə Seyfəddin və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşüb, Seyfəddinin 390 ədəd yüzlük əskinas şəklində 39.000 manat pulu iddiaçıya verdiyini göstərsə də, Cavabdeh2 apelyasiya şikayətində mənzilin qiymətini 39.000 manata rəsmiləşdirmək barədə razılaşmışdiqdan sonra, 3.000 manatı əvvəlcədən beh kimi əlbə-əl İddiaçı verilməsini göstərmişdir. Buda cavabdehlərin göstərdiklərinin bir-birinə zidd olduğunu göstərir, yəni Cavabdeh1 39.000 manatın iddiaçıya bütöv 390 ədəd yüzlük əskinas şəklində verildiyini, Cavabdeh2 isə əvvəldən 3.000 manat beh kimi verildiyini göstərir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, cavabdeh Niyaməddin Məmmədovun apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərində sadaladıqları dəlillərini işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5535/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5535/2021
10.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver