Məhkəmə qərarları › İş №2(103)-5546/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5546/2020

16.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5546/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Qətnamədən apelyasiya şikayəti vermiş Maraqlı şəxs2 nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlunun, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-7326/2019 saylı qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx xxxx 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X1 ölüm faktının və xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində vəfat etmiş atası X3 X1 doğma qardaşı olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)-7326/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxx 1944-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx xxxx 2018-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın, habelə xx xxxxxx 1944-cü il təvəllüdlü X1 xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində ölmüş X3 bacısı olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-7326/2019 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya şikayəti geri qaytarılarkən məhkəmə ona istinad etmişdir ki, qəbul edilən qətnamə Maraqlı şəxs2 hüquq və mənafelərinə toxunmur. Maraqlı şəxs2 qərardaddan şikayət verərək bildirmişdir ki, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X4 özünə məxsus mənzilə onun adına vəsiyyətnamə vermişdir. Mübahisə edilən qətnamə ilə qohumluq faktının müəyyən edilməsi onun vəsiyyət üzrə vərəsə olaraq mirasın qəbulunun rəsmiləşdirilməsində mübahisə yaratdığından onun tərəfindən apelyasiya şikayəti verilmiş və qətnamənin həmin hissəsi onun maraqlarına toxunur. Buna görə də hesab edir ki, xx xxxxxxx 2019-cu il tarixli qətnamədən verdiyi apelyasiya şikayəti icraata qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-7326/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini, iddiaçının nümayəndəsi X9 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İşin faktiki halları ilə müəyyən olunur ki, mərhum X2 miras qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən 15 saylı evin 7 saylı mənzilinə dair Roza Əhmədvəliyeva tərəfindən Maraqlı şəxs2 adına vəsiyyətnamə verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxs2 Fkrət oğlu tərəfindən Bakı şəhəri 07 saylı X8 müraciət edilmişdir. Həmin notariat kontoru tərəfindən xx xxxxxx 2019-cu il tarixli məktubla Maraqlı şəxs2 izah edilmişdir ki, Roza Əhmədvəliyeva tərəfindən Maraqlı şəxs2 adına verilmiş vəsiyyətnamə notarial qaydada təsdiq edilmədiyi üçün və hal-hazırda həmin əmlakla bağlı mübahisə yarandığından, ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Buna görə də Maraqlı şəxs2 Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etməklə mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırkı mülki iş materiallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi Ərizəçi mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik məsələlərini həll etmək üçün lazımdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən qohumluq faktının müəyyən edilməsi ilə Ərizəçi mərhum X1 miras əmlakına qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Maraqlı şəxs2 isə mərhumun miras əmlakına dair vəsiyyət üzrə vərəsəsi olmaqla sözügedən qətnamə onun da maraqlarına və hüquqlarına toxunmuş olur. Buna görə də Maraqlı şəxs2 həmin qətnamədən apelyasiya şikayəti vermək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-7326/2019 saylı qərardadı ləğv edilməli, qətnamədən şikayət vermiş Maraqlı şəxs2 Fkrət oğlu maraqlarına toxunulan şəxs hesab edilməli və onun tərəfindən verilən apelyasiya şikayəti qəbul olunan hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs2 Fkrət oğlunun şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-7326/2019 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)-7326/2019 saylı qətnaməsindən şikayət vermiş Maraqlı şəxs2 Fkrət oğlu qətnamə ilə maraqlarına toxunulan şəxs hesab olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar