Məhkəmə qərarları › İş №2(103)-5552/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5552/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5552/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1730/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 526 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 130 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 378 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 10 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu olmaqla, cəmi 1147 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 1326 manat olan (18 ay x 70 manat + 66 manat ilkin ödəniş) “Hoffmann” markalı soyuducu üçün 526 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 156 manat olan (12 ay x 13 manat + 0 manat ilkin ödəniş) “Remington” markalı maşa, “Philips” markalı fen ütü üçün 130 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 378 manat olan (18 ay x 21 manat + 0 manat ilkin ödəniş) “HTC Desure” markalı telefon üçün 378 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 10 manat olan (10 ay x 1 manat + 0 manat ilkin ödəniş) telefon quraşdırma üçün 10 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu olmaqla, cəmi 1147 manat borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1730/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib yeni qətnamə çıxarılmasını və 103 manat dəbbə pulunun ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə qeyd edilən “HTC Desure” markalı telefon ona satılandan sonra telefonda nasazlıq aşkar olunmuş, bununla bağlı şirkətə müraciət etsə də, ona məhəl qoyulmamışdır. Telefon isə hal-hazırda onda deyil, şirkət tərəfindən alınmışdır. O həmin telefonu işlətməmiş, taksi fəaliyyəti ilə məşğul olduğu üçün ona telefon lazım olduğundan və həmin telefonu ona qaytarmadıqları üçün o başqa telefon almalı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, cavabdeh ilk əvvəl telefonun nasaz olduğunu bildirərkən şirkət tərəfindən telefona baxılıb nasazlığın aradan qaldırılması ona deyilmiş, lakin cavabdeh telefonu verməkdən imtina etmişdir. Lakin sonradan cavabdeh tərəfindən telefon şirkətə təqdim edilərkən telefon sınıq, üzəri cızılmış və korpusu əzilmiş vəziyyətdə olmuşdur. Şirkətin mütəxəssisləri tərəfindən telefona baxılıb nasaz vəziyyətdə olduğu müəyyən edilmişdir. Yəni telefondakı nasazlıq cavabdehin təqsiri üzündən baş vermişdir. Bu zaman isə cavabdeh telefonu şirkətdə qoyub getmişdir. Hal-hazırda da telefon iddiaçı təşkilatdadır, cavabdeh gəlib telefonu götürə bilər. İzahatının sonunda iddiaçının nümayəndəsi məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 1730/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı soyuducu, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Remington” markalı maşa, “Philips” markalı fen ütü, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “HTC Desure” markalı telefon cavabdehə satılmış, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən telefon quraşdırma ilə bağlı razılığa gəlinmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 526 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 130 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 378 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 10 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu olmaqla, cəmi 1147 manat təşkil edir. İşdə olan sənədlərdən, iddiaçının təqdim etdiyi ödəniş cədvəllərindən görünür ki, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Həmin tarixə borc 1044 manat ödənilməmiş hissə, 103 manat dəbbə pulu olmaqla, 1147 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri, satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh telefonun alınarkən nasaz vəziyyətdə olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı təşkilatın nümayəndəsinin izahatından görünür ki, cavabdehin aldığı telefon hal-hazırda iddiaçıdadır və istənilən vaxt telefonu götürə bilər. 103 manat məbləğində dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu borcun məbləğinə nisbətdə kifayət qədər aşağı məbləğdə hesablandığından, dəbbə pulunun azaldılmasına əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər cavabdehin formal mülahizələrindən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1730/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar