Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5560/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: apellyasiya icraatına xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 ştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e- 2(005)-747/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 nömrəli evin 65 nömrəli mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən həyata keçirilən hərracla bağlı 01 dekabr 2022-ci il tarixli 68-01-1 nömrəli hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e-2(005)- 747/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə təqdim edərək apellyasiya şikayətinindən imtinalarının qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
5 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanunazidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
7. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e- 2(005)-747/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata İddiaçı münasibətdə xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev