Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-557/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə (Açar sözlər: borc müqaviləsinin etibarsız hesab edilməsi və pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Muradov Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətinə əsasən Cavabdeh1 İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat borc vermişdir. Müqavilənin 2ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2024-cü il tarixinədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15000 manat (on beş min manat) olmaqla qaytarmağı öhdəsinə götürür.
2. Bakı şəhərinin notariusu X6 "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı 960/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh1 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 300000 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan AZ89MUGA**********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmişdir.
3. "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 300000 manat pul Cavabdeh1 tərəfindən məxaric edilmişdir.
4. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış digər kredit müqaviləsinin surətinə əsasən Cavabdeh1 İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246300 manat borc vermişdir. Müqavilənin 2ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürür, “borc alan” xx.xx.2023-cü il tarixdə 100000 (yüz min) manatı notariusun depozit hesabı vasitəsilə verəcəyini və qalan 146300 (bir yüz qırx altı) manatı isə xx.xx.2023-cü il tarixdə “borc verənə” qaytarmağı öhdəsinə götürür.
5. Bakı şəhərinin notariusu X6 "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı 961/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh1 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 246300 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan AZ89MUGA**********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmişdir.
6. "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 246300 manat pul Cavabdeh1 tərəfindən məxaric edilmişdir.
7. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Elnur Məmmədovun 22 aprel 2024cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən Cəfərov X4 RPİ- nə ərizə ilə müraciət edərək, 19 may 2020-ci ildən 08 may 2023-cü ilədək olan müddət ərzində “Ladeks GROP” rəhbəri Cavabdeh1 onun işlədiyi "xxxx" MMC-yə 532.000 manat məbləğində keyfiyyətsiz, yararsız xammal sataraq, 160.000 manat pulunu ələ keçirərək dələduzluq etmiş, buna görə də, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqının aparılması üçün icraatına qəbul edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 18 iyul 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən Cəfərov Əlişir Surxay oğlu 06 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
9. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Tağıyevin 13 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Cəfərov Əlişir Surxay oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından 2023-cü ilin dekabr ayına kimi «Ladeks Grop»dən 2 milyon manata yaxın dəyərində olan toyuq və ət məhsullarını xammal kimi səhmdarı və direktoru olduğu "xxxx" MMC-yə almış və hissə-hissə olaraq ödənişləri etmişdir. «Ladeks Grop»un rəhbərləri Tofiq Mikayılov və onun oğlu Cavabdeh1 20 ilə yaxındır ki, tanıyır, Cavabdeh1 oğlu Cavidan Gəfərovla bir sinifdə oxumuşdur. "xxxx" MMC-də rəhbər işdə işləyərkən Tofiq Mikayılovla ticarət münasibətləri olmuş, onlardan «Halal Azəri»-yə aldığı malların içərisində mütəmadi olaraq keyfiyyətsiz mallar çıxmış, bu barədə onlara məlumat-xəbərdarlıq verilərkən onlar malları Braziliyadan, Türkiyədən aldıqlarını və istehsalçılara bildirəcəklərini, xarab malları yenisi ilə əvəz edəcəklərini, onsuzda depozit qalığı olduğunu bildirərək məsələnin həllindən yayınmışlar. Bunun əsasında 583.000 manat dəyərində keyfiyyətsiz mala görə borc məbləği yığılmış, onlar həmin keyfiyyətsiz malları “atın, tullayın, yenisi ilə əvəz edəcəklərini” deyib, bunun nəticəsində bu məbləğdə borc yığılmışdır. Sonra Fuad atası Tofiqlə onun yanına gələrək ondan borc iltizamı alıb, həmin iltizamı şəriklərə göstərəcəklərini, xarab malı yenisi ilə əvəz edəcəklərini bildirmişlər. X7 vermişdir. X12 bir sinifdə oxuduğunu, onlardan heç bir ziyan gələ bilməyəcəyini, bu məbləğin silinəcəyini və oğlu Cavidanla borc müqaviləsi bağlanarsa bu məsələnin daha sürətli həll olunacağını bildirmişlər. Cavidanla Cavabdeh1 arasında Notariat Kontorunda borc müqaviləsi pul vəsaiti olmadan bağlandı, bundan sonra qara günlər başlandı. Cavidanın dövlət qulluğunda olmasından istifadə edib, onu şantaj edib, həmin keyfiyyətsiz mallara görə yığılmış məbləği hədə-qorxu ilə almağa başlamışlar. Cavabdeh1 dəfələrlə zəng edərək Cavidanı tutduracağını, işdən çıxartdıracağı ilə hədələyib 160.000 manat pulunu almış, mart ayının sonunadək 350.000 manat pulu tələb etmiş, bundan sonra saxta brorc müqaviləsi Nərimanov rayonunda bağlandığı üçün Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə DİN cənab Vilayət Eyvazovun qəbuluna girərək bu barədə məlumat vermişdir. Əlişir Cəfərov həmçinin göstərmişdir ki, keyfiyyətsiz malların bir hissəsini Cavabdeh1 qaytarmış, bir hissəsini Qida Təhlükəsizliyinin təlimatına əsasən məhv etmiş, Cavabdeh1 məhv edilmiş malların dəyərini ümumi qalıqdan siləcəyini bilirsə də, vədinə əməl etməmişdir. Sonradan başa düşmüşdür ki, bu Fuadın qabaqcadan düşünüb planlaşdırdığı işdir, aralarında olan dostluq münasibətindən sui-istitadə edərək onu aldatmışdır. 2020-ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək iş fəaliyyətləri olmuş, bu müddətdə 2 milyona yaxın məbləğdə dövriyyələri olmuş, keyfiyyətsiz mal xaric bütün malların pulları ödənilmişdir. Mallar Yaşar şoferin, Əsgər şoferin və ən çox özlərinə məxsus maşınlarla müəssələrinə daşınıb, fəhlələr Elnur, Rəşad və s. tərəfindən zavodun soyuducu anbarına boşaldılmışdır. Fuad malları xırdalanda yerləşən ilmə soyuducu anbarından onların zavoduna daşınmışdır. Bildirmişdir ki, saxta borc müqaviləsi bağlamazkən heç bir pul vəsaiti olmamışdır. Fuad onu aldadaraq oğlu ilə borc müqaviləsi bağlamazsa, digər şəriklərinə göstərərək bu məbləğin silinəcəyi haqqında ona məlumat verərək onu aldatmışdır. Cavabdeh1 göndərdiyi bütün mallar ciddi mühasibat sənədi ilə göndərilmədiyi üçün o, keyfiyyətsiz mallara akt bağlamamışdır. Həmin malların foto şəkilləri onları dəfələrlə zavoda çağıraraq keyfiyyətsiz mallarını onlara göstərmiş, işçilərdən Zərdəliyev Tərlan, Elnur Məmmədov, Rəşad və digərləri o xammallarından necə keyfiyyətsiz məhsullar çıxmasının şahidi olmuşdur. Bəzən onun xammalı işləməyənə qədər keyfiyyətsiz olması haqqında bilə bilmirdilər, mal bişərkən, üfunət iyi içinin bişməməliyi palçıq kimi olması ilə təyin edilirdi.
10. İstintaq zamanı dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, onun Əlişir Cəfərovla heç bir alış-verişi olmamış, 2023-cü ilin mart ayının ortalarından fəaliyyətə başlamış, "xxxx" MMC-yə keyfiyyətsiz mal verilməsi ilə bağlı yazılanlar şər və böhtandır, onun oğlu İddiaçı həmin MMC-yə mal almaq üçün pul alaraq qazancı yarı ödəmiş, 422.000 manat borcu qalmışdır. Həmin borca dair 12 may 2023-cü il tarixdə 21 saylı Notariat Kontorunda borc müqaviləsi bağlanmış, borc müqaviləsi bağlanan zaman ona heç kim, heç bir hədə-qorxu gəlməmiş, həmin 160.000 manat pulu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində almışdır.
11. Cinayət işinin materiallarına əlavə edilmiş, ölkəyə malların gətirilməsinə dair gömrük sənədləri və X2 sənədlərindən görünür ki, həmin malların keyfiyyətsiz olmasına dair heç bir şübhə yoxdur.
12. İstintaq zamanı İddiaçı keyfiyyətsiz malların məhv edilməsinə dair tarixi göstərilməmiş akt təqdim etmiş, hansı ki, malların məhv edilməsi zamanı qarşı tərəf iştirak etməmiş, ümumiyyətlə həmin malların keyfiyyətsiz olmasını təsdiq edən qanuni sənədlər təqdim edilməmiş, ancaq fotoşəkillər təqdim edilmişdir. Həmin fotoşəkillərin nə vaxt, harada çəkilməsi məlum deyil.
13. Cinayət üzrə aparılımış araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər arasında iş birliyi olmuş, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Cinayət işi üzrə toplanmış sübutlar təhlil edilən zaman müəyyən edilmişdir ki, tərəflərin ifadələri arasında mühüm ziddiyyətlər vardır ki, həmin ziddiyyətləri istintaq hərəkətləri və cinayət işinə əlavə edilmiş rəsmi sənədlərlə aradan qaldırmaq mümkün deyildir.
14. Bununla da müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı qarşı dələduzluq etməsini təsdiq edən sübutlar yoxdur. Odur ki, qərarın təsviri hissəsində göstərilənərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmış ********* №-li cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir.
16. 06 mart 2025-ci il tarixli, 4/217 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adına tərtib olunmuş "xxxx" ASC-yə məxsus olan 12 may 2023-cü il tarixli 706912 N-li və 12 may 2023-cü il tarixli 706913 N-li çeklərin arxa tərəflərində “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, İddiaçı adına tərtib olunmuş "xxxx" ASC-yə məxsus olan 12 may 2023-cü il tarixli 706912 N-li və 12 may 2023-cü il tarixli 706913 N-li çeklərdəki əlyazmalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İlkin iddia üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh1 ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbini onunla əsaslandırmışdır ki, o, orta məktəbdən 9-cu sinifdən Cavabdeh1 tanıyır. Bir çox sinif yoldaşları kimi atası Fuadı da sinif yoldaşı kimi tanımışdır. 2020-ci ildə atası "xxxx" MMC-ni açarkən Fuadı ora mal verərkən görmüşdü. Bildiyi qədərilə hər iki müəssisə arasında 2-3 milyonluq dövriyyə olmuşdur. Verilən xammalların içindən 600-700 min manatlıq keyfiyyətsiz və yararsız mal olduğunu dəfələrlə atasından eşitmişdir. Belə ki, atası ilə Cavabdeh1 telefonla danışarkən atası ondan yararlı xammal istəməyinə baxmayaraq, o, həmin xammallarla yanaşı keyfiyyətsiz və qarışıq xammalar da aldadaraq vermişdir. "xxxx" MMC ilə "xxxx" şirkəti arasında iş fəaliyyəti dayandırılarkən atasından pul tələb etməyə başladı. Bundan sonra atası ondan keyfiyyətli mal tələb etməyə başladı. Bundan sonra atasının yaşlı və səhhəti ilə əlaqədar ondan əl çəkərək ona hədə qorxu gələrək, onu şərləyəcəyini, işdən çıxartdıracağı ilə hədələyərək ona heç bir pul vermədən formal olaraq bu borc müqaviləsini atası Əlişir Cəfərovla yox, onunla bağlamağa nail oldular. O, isə bununla razı olmasa da tutulmaqdan və şikayət olunacağı təqdirdə işdən çıxarılacağına görə məcbur olaraq müqaviləni bağlamışdır. Cavabdeh1 söz verdi ki, bu borc müqaviləsini bağlamaqla yanaşı keyfiyyətsiz malları yenisi ilə əvəz edəcəkdir. Bir müddət sonra həmin borc müqaviləsinə görə atasını və onu şantaj edərək işinə xələl gətirəcəyi ilə hədələyərək onlardan pul tələb etməyə başladı. 03 noyabr 2023cü il tarixində o, işdən çıxarkən 4 nəfər tanımadığı şəxslər özlərini polis əməkdaşı kimi qələmə verərək ondan Cavabdeh1 olan borcunun dərhal bağlanması tələb edildi. O, bu borcun ona aid olmadığını, iki müəssisə arasında olan mülki mübahisə olduğunu bildirsədə, buna əhəmiyyət verilmədi və onu 3 günlük müddətinə buraxaraq birinci dəfə 100000 manat, ikinci dəfə isə 60000 manat atasından hədə qorxu ilə alındı. Həmçinin qeyd etmişdir ki, Fuad Mikayıllov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdi və onu işi ilə və həbs ediləcəyi ilə hədələmiş, pul tələb etmişdir. Həmin vaxtdan da tanımadığı şəxslər onları hədələyərək pul tələb edirlər. Atası artıq bu hədələrə dözə bilməyib hüquq-mühafizə orqanlarına şikayət etdi. Qeyd etmişdir ki, 27 mart 2024-cü ildə Fuad atasına zəng edərək sabah 28-i tarixində 150 min manat, 30-u tarixində isə 300 min manat pul gətirməyini tələb etdi. Qeyd etmişdir ki, "xxxx" MMC və "xxxx" Şirkəti ilə iqtisadi və hüquqi bağlılığı yoxdur. Heç bir pul vəsaiti olmadan və almadığı halda qanunsuz və əsassız olaraq onunla borc müqaviləsi bağlanılmışdır. Bildirmişdir ki, hazırda qeyd olunan faktiki hallar əsasında törətdiyi cinayət əməlinə (dələduzluq əməli) görə Cavabdeh1 barəsində Nərimanov RPİ-nin İŞ-də 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərarla cinayət işi başlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən bir daha qeyd etmişdir ki, borc müqaviləsi bağlandığı zaman mülki qanunvericiliyin əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, bağlanmış əqddə tərəflərin həqiqi iradəsi təhrif edildiyindən, dolayısı ilə onun iradəsi ifadə edilməmiş, onun heç bir borcu olmadığı halda sözügedən borc müqaviləsinin əlverişsiz şərtlərlə, eləcə də həmin müqavilə cavabdeh tərəfindən ona edilən hədə-qorxu və zorakılıq təsiri altında və onu aldatması nəticəsində bağlanılması səbəbindən həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız müqavilə hesab edilməlidir. Bundan əlavə, borc müqaviləsinin predmeti olaraq göstərilən nağd pul vəsaiti əslində mövcud olmamışdır. Yəni cavabdeh tərəflə onun arasında bağlanılan borc müqaviləsinin müvafiq maddəsinin tələbinə əsasən göstərilən pul vəsaitini cavabdeh ona verməmişdir. Bu baxımdan hesab edir ki, qeyd olunan borc müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız hesab olunmalıdır.
19. İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh1 ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında 12 may 2023-cü il tarixdə kredit (borc) müqavilələri bağlanmışdır. 12 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə 100.000 (bir yüz min manat) manatı Notariusun depozit hesabı vasitəsilə, qalan 146.300 (birz yüz qırx altı min üç yüz manat) manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-700 № ilə qeyd aparılmışdır. 12 may 2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixədək Notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15.000,00 (on beş min nıanat sıfır qəpik) manat məbləğində pulu Cavabdeh1 qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-701 № ilə qeyd aparılmışdır. Belə ki, iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, guya 12 may 2023-cü il tarixli kredit müqavilələrini o hədə-qorxu nəticəsində, şərlənəcəyindən, işdən çıxarılacağından qorxaraq bağlamışdır. Lakin iddiaçı nə üçün, hansı səbəbdən ona hədə-qorxu olunması barədə heç bir məlumat vermir. Kredit müqavilələrinin təyinatından kənar məlumatlar verməklə onun etibarsızlığını tələb edir. Cavabdeh1 ilə Cəfərov Əlişir arasında olan ticarət münasibətlərinin kredit müqaviləsinin predmetinə heç bir aiddiyatı yoxdur. İlk olaraq iddiaçı atası Əlişir Cəfərovla Cavabdeh1 2020-ci ildən etibarən ticarət münasibətlərində olduğunu qeyd edir. Daha sonra isə keydiyyətsiz xammala görə atası Cəfərov Əlişirin ondan pul tələb etdiyini qeyd edir. Bildirmişdir ki, Cəfərov Əlişir ilə Cavabdeh1 arasında qida məhsulunun (dondurulmuş hind quşu farşı və s.) alqı-satqısı həyata keçirilmişdir. Necə ola bilər ki, 2020-ci ildən etibarən satılan malların heç bir keyfiyyətlilik müddəti nəzərə alınmadan keyfiyyətsizliyi 2024-cü ildə mübahisə olunur? və “kredit müqaviləsinin etibarsızlığı” ilə bağlı iddia ərizəsində bu mövzuya toxunulur? Belə ki, İddiaçı dövlət qulluqçusu olmasından, guya onu şərləyəcəyindən, tutulmasından və işdən çıxarılmasından qorxuduğunu və bu səbəbdən kredit müqavilələrini bağladığını qeyd edir. Qeyd edir ki, guya keyfiyyətsiz malları dəyişəcəyinə dair ona söz vermişdir. Axı necə ola bilər ki, 2020-ci ildən etibarən satdıqları qida təyinatlı xammalın keyfiyyətini 4 il sonra mübahisələndirir? İddia ərizəsində tamamilə iddia tələbinə aiddiyatı olmayan məsələlər qeyd edilmiş və bu cümlələr arasında heç bir səbəbli əlaqə göstərilməmişdir. Qeyd etmişdir ki, İddiaçı nümayəndəsi və vəkili olduğu Cavabdeh1 ona borc verməsi ilə bağlı müraciət etmişdir. Bildirmişdir ki, o dövlət qulluqçusudur və yüksək vəzifəyə keçmək üçün külli miqdarda pula ehtiyacı vardır. O, Cavabdeh1 birlikdə 546.000, 00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat borc alaraq hansısa rayona idarə rəisi keçmək niyyətində idi. Cavabdeh isə məbləğin yüksək olmasını nəzərə alaraq notariat qaydasında kredit (borc) müqaviləsinin bağlanması təklifi ilə çıxış etmişdir. Heç bir kredit (borc) müqaviləsinin etibarsızlığından, hədə-qorxu və ya şərləmədən söhbət gedə bilməz. Kredit (borc) müqaviləsinin bağlanması zamanı tərəflərin fotoşəkli kredit (borc) müqaviləsinə əlavə edilmişdir. İddiaçının mimikalarına diqqət yetirsək heç bir hədə-qorxudan söhbət getmədiyini açıq-aşkar müşahidə edə bilərik. 24 fevral 2024-cü il tarixdə Cəfərov X3 Fuad Tofiq oğluna 100000,00 (bir yüz min manat sıfır qəpik) manat; 15 mart 2024-cü il tarixdə idə 60.000,00 (altmış min manat sıfır qəpik) manat məbləğində borc qaytarmışdır. Bütün bunlara baxmayaraq qalan 386000,00 (üç yüz səksən altı min manat sıfır qəpik) məbləğində borcu hələ də ödəməmişdir. Qeyd etmişdir ki, İddiaçı niyyətində olduğu vəzifəyə düzələ bilməmişdir. Bundan sonra qalan pulu cavabdehə geri qaytarmaq əvəzinə “12 mart 2023-cü ildə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Belə ki, iddiaçı öz ərizəsində 12 may 2023-cü il tarixdə bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İstinad etdiyi halları əsaslandıra bilməmişdir. Cavabdeh1 ilə İddiaçı arasında 12 mart 2023-cii ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit (borc) müqavilələri isə bu etirazın əsasını təşkil edir. Belə ki, Cavabdeh1 tərəfindən 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində; 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində, yəni ümumilikdə 546.000,00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat məbləğində pul İddiaçı təqdim edilmiş və borc olaraq verilməsi bağlı bütün rəsmi sənədləşmə işləri aparılmışdır. Belə ki, bir daha qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024-cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Göstərilənlərə əsasən 2(004)-2881/2024 saylı iş üzrə “12 mart 2023-cü il tarixdə Cavabdeh1 və X5 arasında 21 saylı Notariat Ofisində bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı” iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit müqavilələrinə əsasən 386.300,00 (üç yüz səksən altı min üç yüz manat sıfır qəpik) manat məbləğində əsas borc, 30.340,65 (otuz min üç yüz qırx manat altmış beş qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 416.640,65 (dörd yüz on altı min altı yüz qırx manat altmış beş qəpik) manat borc pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 706.64 (yeddi yüz altı manat altmış dörd qəpik) manat ödənilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh qismində çıxış edən İddiaçı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh1 ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında 12 may 2023-cü il tarixdə kredit (borc) müqavilələri bağlanmışdır. 12 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə 100.000 (bir yüz min manat) manatı Notariusun depozit hesabı vasitəsilə, qalan 146.300 (birz yüz qırx altı min üç yüz manat) manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-700 № ilə qeyd aparılmışdır. 12 may 2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixədək Notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15.000,00 (on beş min manat sıfır qəpik) manat məbləğində pulu Cavabdeh1 qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-701 № ilə qeyd aparılmışdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh öz tələbini belə əsaslandırmışdır ki, guya 12 may 2023-cü il tarixli kredit müqavilələrini o hədə-qorxu nəticəsində, şərlənəcəyindən, işdən çıxarılacağından qorxaraq bağlamışdır. Lakin İddiaçı nə üçün, hansı səbəbdən ona hədə-qorxu olunması barədə heç bir məlumat vermir. Kredit müqavilələrinin təyinatından kənar məlumatlar verməklə onun etibarsızlığını tələb edir. Cavabdeh1 ilə Cəfərov Əlişir arasında olan ticarət münasibətlərinin kredit müqaviləsinin predmetinə heç bir aiddiyatı yoxdur. İlk olaraq qarşılıqlı iddia üzrə cavabdeh atası Əlişir Cəfərovla Cavabdeh1 2020-ci ildən etibarən ticarət münasibətlərində olduğunu qeyd edir. Daha sonra isə keydiyyətsiz xammala görə atası Cəfərov Əlişirin ondan pul tələb etdiyini qeyd edir. Bildirmişdir ki, Cəfərov Əlişir ilə Cavabdeh1 arasında qida məhsulunun (dondurulmuş hind quşu farşı və s.) alqı-satqısı həyata keçirilmişdir. Necə ola bilər ki, 2020-ci ildən etibarən satılan malların heç bir keyfiyyətlilik müddəti nəzərə alınmadan keyfiyyətsizliyi 2024-cü ildə mübahisə olunur? və “kredit müqaviləsinin etibarsızlığı ilə bağlı” iddia ərizəsində bu mövzuya toxunulur? Belə ki, İddiaçı dövlət qulluqçusu olmasından, guya Cavabdeh1 onu şərləyəcəyindən, tutulmasından və işdən çıxarılmasından qorxuduğunu və bu səbəbdən kredit müqavilələrini bağladığını qeyd edir. Qeyd etmişdir ki, guya keyfiyyətsiz malları dəyişəcəyinə dair Cavabdeh1 ona söz vermişdir. Axı necə ola bilər ki, 2020- ci ildən etibarən satılmış qida təyinatlı xammalın keyfiyyətini 4 il sonra mübahisələndirir? İddia ərizəsində tamamilə iddia tələbinə aiddiyatı olmayan məsələlər qeyd edilmiş və bu cümlələr arasında heç bir səbəbli əlaqə göstərilməmişdir. Qeyd etmişdir ki, İddiaçı nümayəndəsi və vəkili olduğu Cavabdeh1 ona borc verməsi ilə bağlı müraciət etmişdir. Bildirmişdir ki, o, dövlət qulluqçusudur və yüksək vəzifəyə keçmək üçün külli miqdarda pula ehtiyacı vardır. O, Cavabdeh1 birlikdə 546.000,00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat borc alaraq hansısa rayona idarə rəisi keçmək niyyətində idi. Cavabdeh isə məbləğin yüksək olmasını nəzərə alaraq notariat qaydasında kredit (borc) müqaviləsinin bağlanması təklifi ilə çıxış etmişdir. Heç bir kredit (borc) müqaviləsinin etibarsızlığından, hədə-qorxu və ya şərləmədən söhbət gedə bilməz. Kredit (borc) müqaviləsinin bağlanması zamanı tərəflərin fotoşəkli kredit (borc) müqaviləsinə əlavə edilmişdir. İddiaçının mimikalarına diqqət yetirsək heç bir hədə-qorxudan söhbət getmədiyini açıq-aşkar müşahidə edə bilərik. 24 fevral 2024-cü il tarixdə Cəfərov X3 Fuad Tofiq oğluna 100000,00 (bir yüz min manat sıfır qəpik) manat; 15 mart 2024-cii il tarixdə idə 60.000,00 (altmış min manat sıfır qəpik) manat məbləğində borc qaytarmışdır. Bütün bunlara baxmayaraq qalan 386000 (üç yüz səksən altı min manat sıfır qəpik) manat məbləğində borcu hələ də ödəməmişdir. Qeyd etmişdir ki, İddiaçı niyyətində olduğu vəzifəyə düzələ bilməmişdir. Bundan sonra qalan pulu cavabdehə geri qaytarmaq əvəzinə “12 mart 2023-cü ildə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024-cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Belə ki, 12 may 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında notariat qaydasında bağlanmış və reyestrdə 3M- 700 № ilə qeydə alınmış kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində borcu Cavabdeh1 qaytarmalı idi. 24 fevral 2024-cü il tarixdə Cəfərov X3 Fuad Tofiq oğluna 100000 (bir yüz min manat sıfır qəpik) manat; 15 mart 2024- cü il tarixdə idə 60.000,00 (altmış min manat sıfır qəpik) manat məbləğində borc qaytarmışdır. Müqavilənin bağlanması anından 01 il 01 ay müddət ötmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi hazırda 7.25%-dir. Ümumi borc: 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat. Ödənilmiş borc: 160.000,00 (yüz altmış min manat sıfır qəpik) manat. Qalıq və əsas borc: 86.300,00 (səksən altı min üç yüz manat sıfır qəpik) manat. 1 illik bank uçot dərəcəsinə uyğun olaraq: 86.300,00*0,0725%= 6.256,75 manat. 1 aylıq bank uçot dərəcəsinə uyğun olaraq: 6.256,75:12=521,395833~ 521,4 manat. Ödənilməli olan borc: 86.300,00+6.256,75+521,4= 93.078,15 manat. Belə ki, 12 may 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında notariat qaydasında bağlanmış və reyestrdə 3M-701 № qeydə alınmış kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü ilədək 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində borcu Cavabdeh1 qaytarmalı idi. Lakin İddiaçı tərəfindən Cavabdeh1 heç bir ödəniş olunmamışdır. Müqavilənin bağlanması anından 01 il 01 ay müddət ötmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi hazırda 7.25%-dir. Ümumi borc: 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat. Qalıq borc və əsas borc: 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat. 1 illik bank uçot dərəcəsinə uyğun olaraq: 300.000,00*0,0725%=21.750,00 manat. 1 aylıq bank uçot dərəcəsinə uyğun olaraq: 21.750,00:12 = 1.812,5 manat. Ödənilməli olan borc: 300.000,00+ 21.750,00+1.812,5= 323.562,5 manat. Hər iki müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh1 ödənilməli olan ümumi borc məbləği: 93.078,15 AZN+323.562,5 AZN= 416.640,65 manat. Belə ki, iddiaçı öz ərizəsində 12 may 2023-cü il tarixdə bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İstinad etdiyi halları əsaslandıra bilməmişdir. Cavabdeh1 ilə İddiaçı arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit (borc) müqavilələri isə qarşılıqlı iddialarının əsasını təşkil edir. Belə ki, Cavabdeh1 tərəfindən 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində; 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində, yəni ümumilikdə 546.000,00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat məbləğində pul İddiaçı təqdim edilmiş və borc olaraq verilməsi bağlı bütün rəsmi sənədləşmə işləri aparılmışdır. Belə ki, bir daha qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024-cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir.
22. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86300 əsas borc, 10315 (on min üç yüz on beş) manat (9236,25 + 1078,75) məbləğində əldən çıxmış fayda; 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 300000 (üç yüz min) manat əsas borc, 15000 (on beş min) manat (300000 x 5%) məbləğində əldən çıxmış fayda, hər iki müqavilə üzrə cəmi 386300 (üç yüz səksən altı min üç yüz) manat əsas borc, 25315 (iyirmi beş min üç yüz on beş) manat məbləğində əldən çıxmış fayda tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 706,64 (yeddi yüz altı manat 64 qəpik) manat dövlət rüsumunun 51,46 (əlli bir manat 46 qəpik) manat hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi, 655,18 (altı yüz əlli beş manat 18 qəpik) manat hissəsinin isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.1, 337.1, 390.1, 354.2, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 560.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübut və dəlillərə ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş, habelə qətnaməsində belə qeyd etməmişdir. Yalnız müqaviləni əsas götürməklə qarşılıqlı iddianı təmin etmişdir. Halbuki ilk iddia məhz müqavilələrin etibarsızlığı olmuş, onunla əlaqədar sübutlar təqdim edilmişdir. Həmin sübutlara və hallara məhkəmə qətnaməsində bir cümlə belə ayıraraq şərh verməmişdir. Notariat ofisində borc müqaviləsi bağlanan zaman real pul məbləğinin olmadığını məhkəmədə bildirsə də, bir cümlə belə bununla bağlı qətnamədə fikir bildirməmişdir. Habelə məhkəmə iclasları zamanı dəfələrlə qəbzlərdəki imzaları mübahisələndirmişdir. Bank tərəfindən təqdim edilən mədaxil və məxaric qəbzlərindəki imzaların İddiaçı məxsus olmamasını, bununla əlaqədar xəttşünaslıq ekspertizasının keçirilməsini tələb etsə də məhkəmə vəsatəti əsassız olaraq baxılmamış saxlamışdır. Halbuki ümumiyyətlə pul vəsaiti olmamışdır. Saxta yolla guya həmin məbləğin çıxarılmasını bank göstərmiş olsa belə biz yenə də həmin hala şübhə ilə yanaşaraq qəbzlərdəki imzaların yoxlanılmasını tələb etdik. Lakin məhkəmə qərəzli olaraq həmin vəsatəti baxılmamış saxladı və ədalətli və qanuni qərar qəbul etməkdən yayındı. Hesab ediri ki, həmin hal apellyasiya icraatında araşdırılacaq və ekspertiza təyin edilərək həmin imzaların kimə məxsus olması müəyyən ediləcəkdir. Qeyd edir ki, cavabdeh özü müqavilənin etibarsız olmasını dolayı yolla özü etiraf etmişdir. İddia ərizəsinə “Etiraz” və qarşılıqlı iddia ərizəsində öz yalanlarını özü ifşa edərək iddianın əsaslı olmasını dolayısı ilə etiraf etmişdir. Belə ki, Cavabdeh1 Etiraz və qarşılıqlı iddia ərizəsində bildirir ki, -“dövlət qulluqçusudur və yüksək vəzifəyə keçmək üçün külli miqdarda pula ehtiyacı vardır. O, Cavabdeh1 birlikdə 546.000, 00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat borc alaraq hansısa rayona idarə rəisi keçmək niyyətində idi. Cavabdeh isə məbləğin yüksək olmasını nəzərə alaraq notariat qaydasında kredit (borc) müqaviləsinin bağlanması təklifi ilə çıxış etmişdir. Heç bir kredit (borc) müqaviləsinin etibarsızlığından, hədə-qorxu və ya şərləmədən söhbət gedə bilməz. Kredit (borc) müqaviləsinin bağlanması zamanı tərəflərin fotoşəkli kredit (borc) müqaviləsinə əlavə edilmişdir. İddiaçının mimikalarına diqqət yetirsək heç bir hədə-qorxudan söhbət getmədiyini açıq-aşkar müşahidəedə bilərik.” Yuxarıda göstərilən hallar kifayət qədər əsas verir ki, cavabdehin qeyri-səmimi və yalan danışıqlarını sübuta yetirsin. Belə ki, cavabdeh cinayət işi üzrə izahat verərkən əslində bütün həqiqətləri orada izahatında bildirmişdir. Müstəntiq tərəfindən Cavabdeh1 sual verilir və sualda qeyd edilir. –“Təqdim edilən səs yazısında siz ilə Əlişir Cəfərov arasında dialoqdan görünür ki, mobil telefonla danışan zaman Əlişir sizə bildirir ki, sizdən aldığı malların pullarından söhbət gedir pul axtarır düzəldəcək pulu, onun sizdən aldığı malların puluna görə oğlu nə üçün tutulsun, oğlunun təkrar içəri atılacağı, 160.000 manatı nə üçün verdiyini, pulu yığa bilmədiyini deyir. Bundan sonra siz ona deyirsiniz ki, pulu gətir yoxsa oğlunun arxasınca iş yerinə polisin təkrarən gedəcəklərini deyirsiniz. ” Müstəntiq bu barədə nə deyə bilərsiniz sualına Cavabdeh1 yayınaraq cavab verməmişdir. Əslində səs yazısında olanları danaraq yalan ifadə vermiş, habelə aralarında alış-veriş olmasını təsdiqləmişdir. Amma hazırda məhkəmədə böhtan ataraq guya pulu işə düzəlmək məqsədilə, yəni yüksək vəzifəyə getmək adı altında borc müqaviləsi əsasında verdiyini bildirmişdir. Cavabdehin əlverişsiz və təcrübəsiz yollla bu bəhanəni gətirməsi özünün yalan danışdığını sübut etməkdədir. Bundan başqa Cavabdeh1 izahatından həqiqətən də atası ilə Əlişir Cəfərov arasında borc müqaviləsi olmasını təsdiq etmişdir, şirkətlərinin olmasını, anbarlarının harada yerləşməsini və ümumiyyətlə bu faktı təsdiq edəcək bütün ifadələri izahatında səsləndirmişdir. Lakin hazırda məhkəmədə verdiyi qeyri-səmimi və yalan ifadəsi ilə yalnız və yalnız özünü ifşa etməklə müqavilələrin yalan əqd olmasını sübut etmişdir. Cavabdeh1 polis orqanında cinayət işi üzrə verdiyi ifadəsi əslində bütün həqiqətləri ortaya çıxarır, habelə iddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsində göstərdiyi hallar onun yalan danışdığını sübut edir və qərar qəbul edilərkən həmin hallara xüsusi diqqət yetirilməsini, habelə həmin zaman istintaqa təqdim edilmiş səs yazılarına qiymət verilməsini xahiş edir. Məhkəmə hesab etmişdir ki, - “Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış borc müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə və notariat qaydasında bağlanıldığından, eləcə də, iddiaçı tərəfindən əqdlərin etibarsızlığı ilə bağlı sübutlar təqdim edilmədiyindən ilkin iddia rədd edilməlidir.” Məhkəmənin mövqeyi tamamilə yalnışdır. Hər bir notariat qaydada bağlanmış müqavilə etibarlı və qanuni hesab edilə bilməz. Mülki qanunvericilik və digər qanun normaları məhz bu münasibətləri tənzimləmək üçün müqavilə bağlanan zaman işin həqiqi hallarına, tərəflərin iradə ifadəsi kimi hallara diqqət yetirilməsini zəruri hesab edir. Görüntü cəhətdən notarial qaydasında bağlanan hər bir müqavilə etibarlı və qanuni hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, borc müqaviləsi bağlandığı zaman mülki qanunvericiliyin əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, bağlanmış əqddə tərəflərin həqiqi iradəsi təhrif edildiyindən, dolayısı ilə iradəsi ifadə edilməmiş, heç bir borcu olmadığı halda sözügedən borc müqaviləsinin əlverişsiz şərtlərlə, eləcə də həmin müqavilə cavabdeh tərəfindən edilən hədə-qorxu və zorakılıq təsiri altında və aldatma nəticəsində bağlanılması səbəbindən həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız müqavilə hesab edilməlidir. Bundan əlavə, borc müqaviləsinin predmeti olaraq göstərilən nağd pul vəsaiti əslində mövcud olmamışdır. Yəni cavabdeh tərəflə bağlanılan borc müqaviləsinin müvafiq maddəsinin tələbinə əsasən göstərilən pul vəsaitini cavabdeh verməmişdir. Bu baxımdan hesab edir ki, qeyd olunan borc müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız hesab olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümyəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 324.2 əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
31. Maddə 324.5 iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
32. Maddə 337.1 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 354.2 bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
34. Maddə 407.2 sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
35. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
38. Maddə 445.7 borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
39. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
41. Maddə 739.1 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.”
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Hazırki halda qətnaməni ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisələndirilərək ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ilkin iddia üzrə iddiaçı, qarşılıqli iddia üzrə cavabdeh İddiaçı tərəfindən kredit müqavilələrinin imza edilməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
56. İş materiallarına əlavə edilmiş 06 mart 2025-ci il tarixli, 4/217 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adına tərtib olunmuş "xxxx" ASC-yə məxsus olan 12 may 2023-cü il tarixli 706912 N-li və 12 may 2023-cü il tarixli 706913 N-li çeklərin arxa tərəflərində “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, İddiaçı adına tərtib olunmuş "xxxx" ASC-yə məxsus olan 12 may 2023-cü il tarixli 706912 N-li və 12 may 2023-cü il tarixli 706913 N-li çeklərdəki əlyazmalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
57. Qeyd etmək lazımdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
59. Kollegiya apellyasiya şikayətinin müqavilənin etibarsız hesab olunması dəlilinə münasibətdə hesab edir ki, yuxarıda göstərilən qanun müddəaları və ekspert rəyi nəzərə alınmaqla ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kredit müqaviləsini bağlamağa məcbur edildiyini bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçinin İddiaçı apellyasiya şikayətində Cavabdeh1 cinayət işi üzrə izahatına istinad etsə də, cinayət üzrə aparılımış araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər arasında iş birliyi olmuş, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Cinayət işi üzrə toplanmış sübutlar təhlil edilən zaman müəyyən edilmişdir ki, tərəflərin ifadələri arasında mühüm ziddiyyətlər vardır ki, həmin ziddiyyətləri istintaq hərəkətləri və cinayət işinə əlavə edilmiş rəsmi sənədlərlə aradan qaldırmaq mümkün deyildir. Bununla da müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı qarşı dələduzluq etməsini təsdiq edən sübutlar yoxdur. Odur ki, qərarın təsviri hissəsində göstərilənərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmış ********* №-li cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir.
60. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246300 manat borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı, xx.xx.2023-cü il tarixdə 100000 (yüz min) manatı notariusun depozit hesabı vasitəsilə verməyi və qalan 146300 (bir yüz qırx altı) manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür.
61. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı xx.xx.2024- cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən krediti xx.xx.2024-cü il tarixədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15000 manat (on beş min manat) olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.
62. Cavabdeh ümumi borcundan 160000 manat qaytarmış, iddiaçı həmin məbləğin 246300 manat borc üzrə verildiyini və tərəfindən də, həmin borcdan silindiyini bildirmişdir. Bu hal hər iki tərəfin cinayət işi üzə istintaq zamanı və birinci instansiya məhkəməsinin iclasında verdikləri etirafedici izahatları ilə öz təsdiqini tapmışdır.
63. Kollegiya hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.
64. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86300 əsas borc; 12 may 2023-cü il tarixli digər kredit müqaviləsi üzrə 300000 (üç yüz min) manat əsas borc, hər iki müqavilə üzrə cəmi 386300 (üç yüz səksən altı min üç yüz) manat əsas borcun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
65. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Belə ki, kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir.
67. Qeyd olunanları nəzərə alaraq cavabdehin iddia qaldırılan tarixə əsas borc üzrə qalıq borcu bir müqavilə üzrə 86300 manat, digər müqavilə üzrə isə 300000 manat təşkil etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, belə olan halda 246300 manat borc müqaviləsi üzrə illik 5% hesablanmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 9236.25 manat (246300 x 5%(illik 12315 manat) :12 ay( bir ayı 1026.25 manat) x 9 ay (2024-cü ilin fevral ayinda 160000 manat qaytarılan tarixədək) = 9236.25 manat), xx.xx.2024-cü il tarixdən iddia qaldırılan günə isə illik 5% hesablanmaqla 1078.75 manat (86300 x 5%(illik 4315 manat) : 12 ay (bir ayı 359.58 manat) x 3 ay = 1078.75 manat), ümumilikdə isə 10315 manat məbləğində əldən çıxmış fayda, 300000 manat borc müqaviləsi üzrə illik 5% hesablanmaqla xx.xx.2023-cü il tarixdən iddia qaldırılan tarixə 15000 manat (30000 x 5% = 15000) əldən çıxmış fayda tutulmalıdır.
68. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86300 əsas borc, 10315 (on min üç yüz on beş) manat (9236,25 + 1078,75) məbləğində əldən çıxmış fayda; 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 300000 (üç yüz min) manat əsas borc, 15000 (on beş min) manat (300000 x 5%) məbləğində əldən çıxmış fayda, hər iki müqavilə üzrə cəmi 386300 (üç yüz səksən altı min üç yüz) manat əsas borc, 25315 (iyirmi beş min üç yüz on beş) manat məbləğində əldən çıxmış fayda tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir.
69. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. İş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 06 mart 2025-ci il tarixli, 4/217 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 138 (bir yüz otuz səkkiz) manat təşkil edir.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
72. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 138 (bir yüz otuz səkkiz) manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına ödənilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatın dəyərini təşkil edən 138 (bir yüz otuz səkkiz) manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.