Məhkəmə qərarları › İş №2(103)-5575/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5575/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5575/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh-nə və Bakı şəhəri Maraqlı şəxsnə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh-yə və Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzilin qiymətləndirilməsi haqqında 25/03 nömrəli, 26.02.2021-ci il tarixli və 29/01-1 nömrəli, 17.03.2021 tarixli protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulması, həmin əmlakla bağlı bütün icra hərəkətlərinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 5 ünvanında yerləşən 50 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-2343/2021 nömrəli qərardadının ləğv olunmasını və ərizənin tam təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehlərin səlahiyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh-nin 17.03.2021-ci il tarixli, 29/01-1 saylı protokoluna əsasən Azərbaycan Respublikası «İpoteka Haqqında» Qanununun 43.7. maddəsinə və Mülki Məcəlləsinin 415 maddəsinə, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinin bəndlərinə və digər hüquqi normativ aktlara uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)171/2020 saylı 27.2.2020-cı il tarixli İcra Vərəqəsi və Maraqlı şəxs 17/68-22904216 saylı 28.01.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi, 5 saylı evin 50 saylı mənzilinin hərracı barədə qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi, 5 saylı evin 50 saylı mənzilin təkrar hərracdakı ilkin satış qiymətindən 15% az olan qiyməti 102000 (bir yüz iki min) manat olaraq hərrac baş tutmamış elan olunmuşdur. Göründüyü kimi, təkrar hərrac baş tutmamış elan olunmuş və ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması həmin əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından ibarətdir. Bu da iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi və subyektiv hüquqların real bərpası üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin tədbirinə dair ərizənin “bütün icra hərəkətlərinin qadağan edilməsi” hissəsində ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158-ci maddəsində müəyyən hərəkətləri etməyi cavabdehə və digər şəxslərə qadağan etmək kimi təmin tədbiri nəzərdə tutulsa da, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Bu baxımdan icra sənədi üzrə icraatın dayandırılmasının əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 12 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar