Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5583/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı X3, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 012425 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında hazırki iş üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. xx.xx.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək, bu barədə adından ərizələr vermək, müqavilələr bağlamaq, imza etmək, ona çatası pulu almaq, daşınmaz əmlakın üzərində məhdudiyyətin olub-olmaması barədə arayış almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmiş, etribarnamə 3 il müddətinə verilmişdir.
3. xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin surətlərindən görünür ki, İddiaçı arvadı Günay Əbdürəhimova iddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir.
4. xx.xx.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələrin, daşınmaz əmlaka dair həmin tarixli arayışın və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin tarixli mədaxil orderinin surətlərindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılması ilə bağlı İddiaçıla (müqaviləni onun adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) Cavabdeh1 arasında alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, alqı-satqı predmeti olan torpaq sahəsi müqavilədə 17.000 manat miqdarında qiymətləndirilmişdir.
5. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin müəyyən edilir ki, mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh2la 2012-ci ildə özünün sahibkarlıq fəaliyyəti ilə bağlı tanış olmuşdur. Bu tanışlıq sonradan səmimi münasibətlərin və işgüzar əlaqələrin yaranmasına səbəb olmuş, eləcə də, onların bir-birinə olan inam va etibarını artırmışdır. O, 2012-ci ildən xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinin olması barədə cavabdehə bildirdikdə, cavabdeh həmin torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin 1 sotu 1200 manat olmaqla, cəmi 69.000 manat təşkil etmişdir. Cavabdeh torpaq sahəsinə görə 40.000 manat ödəniş edəcəyini demiş və qalan 29.000 manatın ödənilməsi üçün vaxt istəmişdir. O da cavabdehin səmimiyyətinə inanaraq və tanışlıq münasibətlərini nəzərə alaraq cavabdehə o şərtlə etibarnamə verməyə razlaşmışdır ki, pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsini öz adına rəsmləşdirsin. Bir müddət sonra cavabdeh həmin torpaq sahəsini istəmədiyini bildirmiş və verdiyi 40.000 manatı qaytarmasını xahiş etmişdir. O, cavabdehə 20.000 manat pul vermiş və bildirmişdir ki, qalan pulu torpaq sahəsini satdıqdan sonra verəcəkdir. Həmin razılaşmadan sonra cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamağa və onunla görüşmək istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. Nəhayət, xx.xx.2020-ci il tarixdə cavabdehlə görüşərək torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Ertəsi gün o, notariat kontoruna gedərək 2018-ci il tarixdə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş, lakin sonradan məlum olmuşdur ki, cavabdeh onun mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini ondan xəbərsiz həmin etibarnamə ilə Bakı şəhəri 38 saylı natoriat kontorunda öz anası Cavabdeh1 17.000 manata satmışdır. Beləliklə cavabdeh ona qarşı olan səmimi münasibətdən və onun etibarından sui-istifadə etməklə onu aldatmış, onun xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini onun razılığı və məlumatı olmadan ələ keçirib xx.xx.2020-ci il tarixdə anası Cavabdeh1 satmışdır. Bununla da cavabdehlər onun xüsusi mülkiyətində olan 0,5708 hektar torpaq sahəsini dələduzluq yolu ilə öz mülkiyyətlərinə keçirmiş, nəticədə onun mülkiyyət huquqları kobudcasına pozulmuşdur. Eyni zamanda, alqı-satqı müqaviləsinə görə torpaq sahəsi onun adından 17.000 manat məbləğində satılmışdır. 0,5708 hektar torpaq sahəsinin bazar dəyəri 17.000 manat deyil, hazırda 1 sotu, təxminən, 1500 manatdan başlayır. Belə olan halda Cavabdeh2 0,5708 hektar torpaq sahəsinin onun razılığı va məlumatı olmadan 17.000 manata satılması qanunvericiliyə əsasən həmin əqdin etibarsızlığına səbəb olur. Eyni zamanda, o, özünə məxsus olan torpaq sahəsini heç kimə satmamış və satmaq fikrində də olmamış, Cavabdeh2 etibarnamə versə də, torpaq sahəsinin stılması ilə əlaqədar ona heç bir tapşırıq verməmiş, belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini Cavabdeh2 ona olan borcunun təminatı kimi vermişdir. Əgər onun xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq fikri olsaydı, alqı-satqıda özü şəxsən iştirak edərdi. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış olduğundan isə özünə məxsus avtomobillə bağlı cavabdehlə aralarında mübahisə yarandıqdan sonra məlumatı olmuşdur. Hesab edir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair baglanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibardan sui-istifadə və aldatma nəticəsində bağlandığından etibarsızdır. Ona görə də Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.
8. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ilk iddia ərizəsində göstərilən tələblərdən başqa həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010- cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını xahiş etmişdir.
9. Daha sonra məhkəmə baxışı dövründə ilkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçıya məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması” hissəsinin ayrı məhkəmənin icraatında mübahisələndirdiyi üçün hazırda tələbinin bu hissəsindən imtina etdiyini bildirmişdir.
10. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı 2018-ci ilin mart ayında ona 42.000 manat məbləğində, 2018-ci ilin sonunda isə əlavə olaraq 14.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı borcunu bir dəfəyə ödəyə bilməcəyini bildirmiş və borcun bir qismini özünə məxsus torpaq sahəsinin hesabına ödənilməsini təklif etmişdir. Aralarında əldə olunmuş razılığa əsasən İddiaçı borcun əvəzində xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyata alınmış etibarnamə verərək xüsusi mülkiyyətində olan, Oğuz rayonunun Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətləri ona etibar etmişdir. İddiaçı arvadı Günay Əbdürəhimova da həmin torpaq sahəsinin özgəninkilləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə notariat qaydasında razılıq ərizəsi vermişdir. O, bir müddət borcun ödənilməsini gözləmiş, lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. İddiaçı özü torpaq sahəsini sataraq satış nəticəsində əldə olunan pul vəsaitini borc besabına götürməsini ona təkidlə demişdir. O, həmin torpaq sahəsinə sərfəli qiymət təklif edən alıcılar tapa bilmədiyi üçün qardaşı Nümayəndə bu işdə ona kömək etməsini xahiş etmişdir. Qardaşı isə ona həmin torpaq sahəsini alıb anaları Cavabdeh1 hədiyyə etmək istədiyini demiş, bunun üçün ona 17.000 manat pul təklif etmişdir. Torpaq sahəsinə daha artıq qiymət verən digər alıcılar olmadığından o, qardaşının təklifini qəbul etmiş və həmin torpaq sahəsini anası Cavabdeh1 17.000 manata satmışdır. Bakı şəhəri, 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra müvafiq alqısatqı müqaviləsi qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. İddiaçı isə onun adına verdiyi etibarnamənin ləğv olunması barədə hazırkı iddiaya qədər ona hər hansı məlumat bildirməmişdir. O, alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirmiş, borcun qalan hissəsinin - 25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş etmişdir. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonradan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Hətta İddiaçı torpaq sahəsini onlardan geri alacağını, əvəzində isə heç bir məbləğ verməyəcəyini demiş, sonradan da bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda da İddiaçı ona borclu olduğu məbləğin qalan hissəsini ödəməkdən imtina edir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk , Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddiaçı cavabehə etibarnamə verməsində məqsədinin özünə məxsus olan torpağın sonuncu tərəfindən satılması olmasını inkar etmir. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranması hazırki mülki işin əvvəl predmeti olmuş avtomaşının alınması istifadəsi və satılması ilə bağlı olmuşdur. Daha sonra müəyyən edilmişdir ki, ilk iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına 3 il müddətinə etibarnamə verdikdən iki il sonra məhz sözügedən avtomaşınla bağlı aralarında narazılıq yarandıqdan sonra mübahisəli torpaq sahəsinin satılması məqsədi ilə verdiyi etibarnamənin 2020-ci ilin sentyabr ayında ləğv etdirməsini və bu etibarnamə əsasında aparılmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirməyə başlamışdır. Başqa sözlə, tərəflər arasında sözügedən avtomobillə bağlı narazılıq yaranana kimi torpaq sahəsinin satılması ilə bağlı ilk iddiaçının cavabdehə verdiyi etibarnamənin və onun əsasında aparılmış əqdin qanuniliyi tərəflər arasında mübahisə predmeti olmamışdır. Məhkəmə ilk iddianın dəlilləri ilə bağlı hesab edir ki, ilk iddiaçının ilk dəfə verdiyi iddiasında bu halı təsdiq etməsə də, sonrakı iddia ərizəsinə əlavədə və məhkəmə baxışı zamanı izahatlarında mübahisəli torpaq sahəsini satmaq və bununla da cavabdehə olan borcunun ödəmək niyyətinin olmasını göstərməsi artıq işin mübahisəsiz halları kimi qəbul edilir. Belə ki, iddiaçının Cavabdeh2 verdiyi etibarnamədə 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclasında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2 həvalə edilməsi olmuşdur. Eyni zamanda, ilk iddiaçının niyyəti özünə məxsus olan torpaq sahəsini satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. İşin bu halı həmçinin ilk İddiaçı arvadı Günay Əbdürəhimovanın ərinin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirməsinə dair sonuncunun xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsinin və torpaq sahəsinin satılması ilə əlaqədar bir neçə potensial müştərinin olması ilə bağlı iş üzrə dindirilmiş şahid ifadəsinin məzmunu ilə də tam təsdiq edilir. Beləliklə də müəyyən edilmişdir ki, ilk İddiaçı Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyə dair xx.xx.2018-ci il tarixdə cavabdehə verdiyi etibarnamə onun iradə ifadəsi olmuş, bu iradə ifadəsi arvadı Günay Əbdürəhimovanın xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə bir daha təsdiqlənmişdir. Məhkəmə qeyd etməyi də zəruri satmışdır ki, birgə nikah dövründə əldə edilmiş mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin qanuniliyi həmin torpaq sahəsində müəyyən pay sahibi olmuş Günay Əbdürəhimova tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, (müqaviləni İddiaçı adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) alqı-satqı müqaviləsi ilk iddiaçının iradə ifadəsinə uyğün əqd kimi qiymətləndirilir. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından ilk iddia əsaslı sayıla və təmin edilə bilməz. İlk iddianın alqısatqı müqaviləsinin etibarsızlığına dair hissəsi əsassız olduğu üçün məhkəmə hesab edir ki, tələbin çıxarışın ləğv edilməsinə dair hissəsinə də hüquqi qiymət verilməsinə artıq zərurət yoxdur. Məhkəmə tələbin bu hissəsinin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbbərinə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh2 özü qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsini satmaq yolu ilə əldə etdiyi 17.000 manat məbləğin borc əvəzi götürməsini qeyd etmişdir. Qarşılıqlı iddiaçının cavabdehə verilən qalan pulun miqdarı və verilmə şəraiti ilə bağlı izahatında göstərilənlər qeyri-müəyyən əsaslarla əhatə olunduğundan məhkəmə hesab edir ki, bu izahatlar mötəbər sübut kimi qəbul edilə və qarşılıqlı iddianın təsdiqi üçün yetərli sayıla bilməz. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 6.2, 324, 399.1, 337.1, 337.3, 337.4, 359.1-ci maddələri, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1, 103.2, 206.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə, Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinə, 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsininxx.xx.2023-cü il tarixli 2(005)-317/2023 saylı qətnaməsini ləğv edərək, iddiatələbinin təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi iş materiallarında mövcud olan sübutlar əsasında işə yenidən baxarkən həmin sübutlara düzgün qiymət verməmiş, eləcə də, məhkəmənin müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, həmçinin, özünün müəyyən etdiyi hallar üzrə münasibətləri üzrə səhv nəticəyə gəlmiş, həmçinin, özünün müəyyən etdiyi hallar üzrə mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Onun Cavabdeh2ya verdiyi etibarnamədə 0.5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirmə ilə bağlı sair hərəkətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclaslarında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyə edilmiş faktiki hallarından da görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2ya həvalə edilməsi olmuşdur. Eyni zamanda onun niyyəti özünə məxsus olan torpaq sahəsini istənilən qiymətə deyil, torpaq sahəsinin real dəyərinə uyğun bir qiymətə satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. O 0.5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlardan yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı onun həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdi.
17. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(005)-317/2023 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, 2018-ci ilin mart ayında İddiaçı 42.000 manat məbləğində, 2018-ci ilin sonunda isə əlavə olaraq 14.000ABŞ dolları məbləğində borcu yaranmışdır. O, bir müddət borcun ödənilməsini gözləmiş, lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. İddiaçı özü torpaq sahəsini sataraq satış nəticəsində əldə olunan pul vəsaitini borc besabına götürməsini ona təkidlə demişdir. O, həmin torpaq sahəsinə sərfəli qiymət təklif edən alıcılar tapa bilmədiyi üçün qardaşı Nümayəndə bu işdə ona kömək etməsini xahiş edib. Qardaşı isə ona həmin torpaq sahəsini alıb anası Cavabdeh1 hədiyyə etmək istədiyini demiş, bunun üçün ona 17.000 manat pul təklif etmişdir. Torpaq sahəsinə daha artıq qiymət verən digər alıcılar olmadığından o, qardaşının təklifini qəbul etmiş və həmin torpaq sahəsini anası Cavabdeh1 17.000 manata satıb. Bakı şəhəri 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra müvafiq alqı-satqı müqaviləsi qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. İddiaçı isə onun adına verdiyi etibarnamənin ləğv olunması barədə hazırkı iddiaya qədər ona hər hansı məlumat və irad bildirməmişdir. O, alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirdi, borcun qalan hissəsinin -25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş edib. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonradan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Belə ki, İddiaçı ona 25.000 manat olan borcunu məhkəmə iclasında və iş materiallarına olan etirafedici izahatı ilə etiraf etmiş və borcunun olmasını inkar etməmişdir. Beləki, 11 mart 2023-cü il tarixli məhkəmə qətnaməsinin 3-cü səhifəsinin 2-ci abzasında isə İddiaçı izahatında göstərir ki, onunla Cavabdeh2 arasında olan borc məsələsi torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar deyil, cavabdehin qardaşı Nümayəndə tərəfindən Almaniyadan avtomobil gətirilməsi ilə əlaqədar yaranmışdır. Belə ki, onlar Nizami ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olmaları üçün avtomobil satın almışlar. Nizami ona torpaq sahəsinin dəyəri kimi hər hansı məbləğdə pul verməmiş, bununla bağlı onlar arasında heç bir razılaşma olmamışdır. Ancaq Nizaminin xahişi ilə 2018-ci ilin əvvəllərində Nəsiminin Almaniyadan ona “MERCEDES-BENS ZPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil gətirməsi ilə əlaqədar onun Nizamiyə həmin avtomobilin dəyəri kimi 31.500 manat miqdarında borcu yaranmışdır. O, həmin avtomobillə Rusiyaya sərnişin və yük daşıyaraq gəlir əldə etmək niyyətində olduğundan sərhəd buraxılış məntəqələrində hər hansı çətinliklə üzləşməmək üçün avtomobilin onun adına rəsmiləşdirilməsini qərara almışlar. Avtomobil onun mülkiyyəti kimi qeydiyyata alınmış, bundan əlavə, işə başlamaq üçün Nizami ona 8500 manat nağd pul da vermiş, bununla da, onun Nizamiyə olan borcu 40.000 manat təşkil etmişdir. Borcun 14.000 ABŞ doları ilə bağlı isə bildirir ki, həmin borc onların birgə biznes fəaliyyəti ilə bağlı olan borc olmuşdur ki, həmin borcda Şahid2 götürülmüş pul məbləği olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Nümayəndə Nizamilə aralarında bu cür söhbətlər heç vaxt olmayıb, bütün dedikləri yalandır. Nəsimi poladəritmə zavodunun yanında olan 300.000 manatlıq obyekti qohumuna 100.000 manata ya da 70.000 manata notariatda alğı-satqı etmişdir. 17.000 manatlıq yerə 1.000.000 manat xərc çəkməz. Bələdiyyəni də aldadıblar. Torpağın 2017, 2018 və 2019-cu illərdə qiymətinə də baxıb, torpağın qiyməti fərqli qiymətlər-90.000,70.000 manat olub. Maşın məsələsinə gəldikdə Nizami Nəsimi Rayon 9-cu Polis Bölməsində izahat verib ki, Ramin ona 14.000 dollar pul versin və o maşını Raminə versin. Onun Nizami ilə münasibəti yaxşı olduğuna görə ondan birbaşa torpağı satdığını soruşa bilirdi. O hansı notariata gedirdi, onun adına olan çıxarışda heç bir əməliyyat olmadığını bildirirdilər. 1 ay idi o Nizami ilə görüşə bilmirdi, axırda görüşəndə aralarında olan 12 illik münasibəti 3 dəqiqədə kəsdi. Artıq lombardda olan maşını da, torpağı da satmışdı. O daha sonra notariatda bir xanımdan xahiş edib. Sonradan ona xanım dedi ki, 38 Saylı Notariatda İbrahimov Cavabdeh2 Şölə ilə alğı-satqı edib. xx.xx.2020-ci il tarixində qarşı tərəf qazıntı işləri aparırdı. Xanım bildirdi ki, torpağı kim alıbsa, ona müraciət etməlidir, çünki bu məhkəmənin predmetidir. O Nəsimiyə zəng edib deyib ki, Nizami belə işləri görüb. Nəsimi də ona deyib ki, əlindən gələni et. Cavabdeh2 ona Almaniyadan Spirinter markalı maşın aldı. Ona maşının pulunu 40.000 manat hesablayıb dedi. Torpağı 1200 manatdan Nizami ilə razılaşmışdılar. İş zəif olduğuna görə o torpağı etinbarnamə ilə ona verib ki, sabah başına bir hadisə gəlsə, torpağı satıb 40.000 manatı götürsün, qalan pulu geri qaytarsın. Niyyət belə olub. Nizaminin dostu Baxışov Nəsimi onun dediklərinin hamısını səs yazıb. Lombardda olan avtomobil onun öz şəxsi maşını olub. Sprinter maşınını isə 2018-ci ildə Nizami 40.000 manata gətirib. Sprinteri də o satıb, 20.000 manatı Nizamiyə verib, aralarında 20.000 borc qaldı. Pandemiya vaxtı 1 sotunu 1600 manatdan, ümumilikdə 10 sot istəyən müştəri var idi. Pandemiya vaxtı Nizami rahat gedib-gələ bilirdi, amma onlar gedə bilmirdilər. O etibarnamə ilə o torpağın 10 sotunu satmağa icazə verib. Ona 25.000 manat borcu var idi, faizlə o qədər edirdi. O 1998-ci ildən Bakı şəhərində yaşayır. Oğuz Rayon Məhkəməsində qərar çıxarılmasına 1 həftə qalmış təklif verdi. O ərazinin 500 metrə radiusunda torpaq verilməsinə razılaşdım. Nizami ilə görüşüb danışdıq.Həmin görüş ərəfəsində Nəsimi ona təklifi etdi.Torpaq kənddən 3 km aralıqdadır və həmin yerdə onun 6 hektar yeri var, onu bu gün alıcısı olmadığına görə 10.000 manata da sata bilmir. Torpaq Xalxal kəndində yerləşir. Məhkəməyə ünvanladığı CD-diskdə olan Nəsimi, Nizami barəsində danışılıb. Qarşı tərəf Rabil Salmanovu tanımadığını deyir. Əgər "xxxx" MMC-yə sorğu verilsə, Cavabdeh2 ilə Rabil Salmanovun nə qədər danışması çıxa bilər. Həmin ərazidə yol da çəkilməmişdi, sonradan yol çəkiblər. Diskdə olan səslər onun səsidir, onların göndərdiyi videolara qarşılıq göndərib.
21. İlkin iddia üzrə iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil3 əvvəlki məhkəmə iclasında çıxış edərək bildirir ki, bu iş artıq 2 ilə yaxındır ki, davam edir.Bu müddət ərzində qarşı tərəf barışıq təklifi edib. Borc olmasa idi,qarşı tərəf barışıq sazişi bağlamaq istəməzdi. Ekspertiza rəyinə əsasən orta bazar dəyəri 69.000 manat hesablanıb. Bu mübahisə borc məsələsinə görə yaranıb.Tərəf etibarnamə verərək bildirib ki, bu torpağı hamısı satsın və onun borcunu ödəsin. Dəfələrlə borcun ödənilməsi təklif edilib, amma az miqdarda pul ödədiklərinə görə Ramin qane olmayıb. Bu torpağı Ramin alğı-satqı ilə 2011-ci ildə 30.000 manata alıb, o torpağın 17.000 manata satılması ilə razılaşa bilməz. O işə bir il yarımdır ki, qoşulub. Qarşı tərəf o vaxtlar orada tikinti işləri aparmamışdılar. Tikinti işlərinin aparılmasına qadağa qoyulmasına baxmayaraq orada tikinti işləri aparılıb. Torpaqdan kənar çəkilən xərclər, yəni yolun çəkilməsi və digər xərcləri öz riskləri üçün ediblər. Raminin ümumiyyətlə torpağı satmaq fikri olmayıb. Oğuz Rayon Məhkəməsində və Nərimanov Rayon Məhkəməsində qarşı tərəf izahatında da qeyd edib ki, o torpağı öz adına keçirə bilmədiyinə görə anasının adına keçirib. Bələdiyyəyə yəqin ki, nağd pul verildikdə torpağın qiymətini aşağı sala bilər. Bundan əlavə bələdiyyənin özünün rəsmi məktubu var ki, torpağın qiyməti 1000 manatdan aşağı ola bilməz. İşin üzərindən 3 il keçib.Tikilinin tikilməsi üçün lahiyənin təsdiqi və Rayon İcra Hakimiyyətinin sərəncamı lazımdır. Bunların edilib-edilməməsi araşdırılmalıdır. Əgər torpağın yolu, infrastrukturu yoxdursa, torpaq sahəsindən çıxarış qeydə alına bilməz. Qarşı tərəfin alacağı yoxdursa niyə video-görüntüdə torpaqların verilməsini təklif ediblər? Raminin məhkəməyə ünvanlandığı CD diskdə səslər işin hallarına birbaşa təsir edəcək hallardır. CD diskdə danışan şəxs Nəsimidir o da prosessual tərəfdir. Məhkəmə həbs qoyduğu təqdirdə qarşı tərəf o ərazidə tikinti işləri apardılar,bu da onların öz riskləridir.
22. İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında çıxış edərək bildirir ki, 2011-ci ildə 30.000 manata Ramin öz əmisi oğluna satıb. 2021-ci ildə sotunu 350 manata onlara satıb. Bu necə ola bilər? Əgər 30.000 manata satılanlardan biri gəlib 100 dollar aldığını desə torpağı Raminə verərlər. Raminin əmisi ona 12 sot torpaq verib, gedib 57 sota imza çəkdirib və 30.000 manata yazdırıb. Bələdiyyənin arayışında olan tarixi 2021-ci ildir. Bələdiyyə 2022-ci ildə qiymətləri dəyişib. Ramin onlardan 57 sot əvəzinə 70 sotu alıb-verib. Həmin yerin fərqli olduğunu deyirlər. Oraya çox xərc çəkib, suyun çəkilməsinə, yolun çəkilməsinə və 15.000 manata qeyri-yaşayış obyekti olduğuna görə işığın çəkilməsinə xərcləyib. Ora 500.000 manat xərc çəkilib. İndi də ora fəaliyyət göstərir.
23. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasında çıxış edərək bildirir ki, Ramin yaxınlarına 25.000 manat təklif etmişdir. 69.000 manat razılaşma Ramin ilə aramızda olmamışdır. Bunu da Raminin yaxınları, qohumları təsdiq edir ki, 25.000 manata təklif etmişdir. 25.000 manata torpağı alan olmadı. O da məcbur yaxınına satıb. Torpaq qarşı tərəfin olmayıb ki, onunla məsləhətləşsin. Etibarnamə ilə onun adına idi. 1800-2000 manat rüsumu olduğu üçün, həm də gələcəkdə fikri satmaq olduğu üçün torpaq öz adına deyildi. Ramin maşının lombarda qoymuşdu. Ona zamin durub, amma Ramin ödəyə bilmədi. Onların torpaqla bağlı heç bir problemi olmamışdır. Onun torpağı satmaq fikri olub, pula ehtiyacı olub, amma 25.000 manata sata bilməyib. Ona görə yaxınına daha aşağı qiymətə satıb. Qarşı tərəf torpağı satmaq istəmədiyini bildirir, bugünkü gün 69.000 manata satır, 69.000 manata torpağı sata da bilməz. Onlara Oğuz Rayon Məhkəməsində 17.000 manatı qaytarmaları qarşılığında eyni sənədli torpaq da təklif ediblər. Qarşı tərəf torpağı sökülməsini və onlara verilməsini deyir. Qarşı tərəf hər dəfə onda səs yazısı olduğunu deyir, bir səs yazısı göstərsin ki, ona borcu olduğunu sübut etsin. Qarşı tərəf özü özü etiraf edib ki, torpağı 25.000 manata satıb. Onlar 17.000 manata həmin torpaqdan ucuz və ərazisi çox olan torpaq təklif ediblər. Onlar torpağı da, adamı da tapmışdılar. Dördmərtəbəli otel layihəsi hazırlamışdılar, amma həbs qoyulanda 1-ci mərtəbədən sonra tikməyə icazə vermədilər. Raminin ona borcu var.Torpağı alan olmadı, o da satıb. Onların alacağı pulu keçməklə qarşılıqlı razılığa gələ bilərlər, amma onlar qarşı tərəfə pul ödəməyəcəklər. Orada 10 katej tikib.
24. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında çıxış edərək bildirir ki, burada əsas məsələ torpağı satmaq barəsində fikrin olubolmamasıdır. Əgər etibarnamə 2018-ci ildə verilibsə, 2-3 il ərzində necə qüvvədə ola bilər. Torpağa dair alğı-satqı sənədi axtarmağa ehtiyac yox idi. O ərazidə olub, Raminin qonşuluğunda qohumu yaşayır. Qohumu Raminə zəng edərək torpaq sahəsində iş getdiyini və bundan xəbərinin olub-olmamasını soruşa bilərdi. Orada 4-5 aydan çox vaxt idi ki, iş gedirdi, yollar çəkilmiş,su çəkilmiş və tikili tikilmişdi. Oğuz Rayon Məhkəməsində ekspertiza qarşısında suallar qoyulmuşdu və ekspert 4 sualdan 2-nə cavab verməmişdi. O məhkəmədən ekspertin dəvət edilməsini xahiş edib. O ekspertə sual verib ki, torpağın dəyəri niyə 1500 manatdan yuxarı qoyulub, niyə 400 manat yox, ən yuxarı məbləğ qoyulmuşdur? Ortalama rəqəm 600-700 manat da qoyula bilərdi. Ekspert bildirdi ki, bu sahənin mütəxəssisi deyil, amma bu məsələ protokola yazılmayıb. Bəs niyə belə etdiyini soruşanda mütəxəssis rəyinə uyğun rəy verdiyini bildirdi. İddiaçının əsaslandığı fikirlər əsassızdır. Mübahisəli torpaq sahəsinin girişi, çıxışı, suyu olmadığına görə hesab edir ki, o dəyərindən də aşağı olan torpaq sahəsidir. Oranın inkişaf strukturu yoxdursa, təbii ki, hər kəs oranı necə inkişaf etdirə biləcəyini fikirləşir. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və qarşılıqlı iddianın tam şəkildə təmin edilməsini xahiş edir. Onlar orada tikinti işləri apara bilmir, məhkəmədən xahişi işin yekunlaşdırılmasıdır. Hər bir tikintiyə başlamamışdan əvvəl təmizlik işləri görülür. Onlar oranı faktiki görmək üçün orada olub, yolu açmaq üçün gərək orada olan darvazaları sökə-sökə gələsən. Diskdə olan səslər hüquqlarını müdafiə etdiyi şəxsə aid olmadığını bilir. Əgər səsyazmaları var idisə birinci instansiya məhkəməsində təqdim etməli idilər. Hazırda həmin səs yazılarının sonradan yazılması şübhə doğurur. Oğuz Rayon Məhkəməsində 2 il, Nərimanov Rayon Məhkəməsində 1 ildir ki, məhkəmə prosesləri gedir. Apellyasiya Məhkəməsinə belə bir sübut təqdim edirlər. Onlar da məhkəməyə o torpağın indiki vəziyyətini göstərən şəkillər təqdim ediblər. O torpağa o qədər xərc qoyulandan sonra, təbii ki,torpağın qiyməti qalxar.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia tələbinin rədd edilən hissəsində, qarşılıqlı iddia üzrə iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işin halları odur ki, ilkin iddia üzrə iddiaçının cavabdehə borcu olmuşdur. İddiaçı bildirir ki, cavabdeh ona 40000 manat vermişdir. Cavabdeh isə ona iddiaçı tərəfindən 12000 manat pul qaytarıldığını qeyd edir. Daha sonra iddiaçı da qeyd edir ki, onun 28000 manat borcu qalmışdır. Deməli, İddiaçı Cavabdeh2 28000 manat pulu qaytarmalı olması işin mübahisəsiz halıdır.
33. İlkin iddia üzrə iddiaçı ziddiyyətli izahat verərək gah qeyd edir ki, torpağı satmaq niyyəti olmayıb, gah da torpağı satıb borcu ödəmək üçün etibarnamə verdiyini qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçı tərəfindən verilən etibarnamədə satmaq səlahiyyəti göstərilmişdir. Bundan əlavə, ilkin iddia üzrə iddiaçının arvadı da birgə nikah dövründə əldə edilmiş əmlakın satılmasına notariat qaydasında razılıq vermişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin idiaçı tərəfindən pul qaytarılmadığına görə cavabdeh ona verilmiş etibarnamə əsasında torpağı mülkiyyətçinin əvəzinə anası olan digər Cavabdeh1 ilə alğı satqı müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, torpağın Cavabdeh1 satılmasında qanun pozuntusuna yol verilməmişdir. Çünki, ilkin iddia üzrə İddiaçı Cavabdeh2 önun adından əmlakını satmaq sələhiyyəti verilmiş, sonuncu da ona verilmiş səlahiyyətlərdən istifadə edərək İddiaçı əvəzinə alğı satqı müqaviləsi bağlamışdır.
35. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqaviləsində torpağın 17000 manata satılması qeyd edilsə belə faktiki olaraq ilkin iddia üzrə iddiaçının 28000 manatlıq borcu silinmişdir. Əlbəttə ki, 17000 manat satış pulu iddiaçıya verilməmişdir. Çünki bu alğı-satqının məqsədi də borcun qaytarılması olmuşdur. Yəni torpaq 17000 manata satılsa belə 28000 manatlıq borc silinmişdir.
36. İzahatlardan da müəyyən olunduğu kimi hazırki mübahisə torpağın satış dəyəri ilə bağlıdır. İşdən də görünür ki, qiymətlər fərqli göstərilmişdir.
37. Belə ki, Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Oğuz rayonu Xalxal Bələdiyyəsinə ünvanlanmış, bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılmasının nəticəsi barədə xx.xx.2020-ci il tarixli 1980 nömrəli müraciətdə bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 (bir) sot üçün ***-**** manatdan az olmamaqla müəyyən edilməli olduğu qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 246 nömrəli sorğuya cavab məktubunda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanıtorpaq sahələrinin 1 (bir) sotunun 2018-2020-ci illər ərzində 500 - 1500 manat həddində qiymətləndirildiyi qeyd edilmişdir.
38. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, torpağın bu qaydada alğı satqı edilməsinə səbəb iddiaçının özünün cavabdehə olan borcunu qaytara bilməməsi idi.
39. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin halları da nəzərə alınmaqla torpağın satış qiyməti alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas deyil.
40. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
41. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).
43. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, İddiaçı Cavabdeh2 olan 28000 manat borcu torpağın alğı-satqısı nəticəsində silinmişdir. Cavabdeh2 İddiaçı əlavə borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
44. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev