Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5585/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)- 3722/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34559,92 manat məbləğində borcun etiraf edilməsi barədə İddiaçı və Cavabdeh arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(005)- 3722/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)- 3722/2020 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərərək onun ləğv edilməsini və apelyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin İddiaçı göndərilməsi barədə məktub poçta 24 dekabr 2020-ci il tarixdə daxil olduğu halda, onun 22 dekabr 2020-ci il tarixdə poçt qəbzinə imza etməklə qətnaməni alması göstərilmişdir. Halbuki, o, qətnaməni 05 yanvar 2021-ci il tarixdə almış və qanunla müəyyən olunmuş müddət ərzində 05 fevral 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(005)- 3722/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş poçt reyestrindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 2(005)-3722/2020 nömrəli qətnaməsinin surəti hər iki tərəfə sifarişli poçt vasitəsi ilə 18 dekabr 2020-ci il tarixində göndərilmiş, məktub 21 dekabr 2020-ci il tarixdə poçta daxil olmuş və iddiaçı həmin qətnamənin surətini 22 dekabr 2020-ci il tarixində poçt qəbzini imzalamaqla almışdır. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini poçta 05.02.2021-ci il tarixində vermiş və qanunla nəzərdə tutulan şikayət vermə müddətini ötürmüşdür. İddiaçı şikayətə əlavə etdiyi poçtun zərfində qeyd edilən 05.01.2021-ci il tarixli möhürlə qətnaməni 05.01.2021-ci il tarixdə aldığını iddia etsə də, şikayətə əlavə edilmiş zərfdə olan həmin 05.01.2021-ci il tarixli möhür sifarişli xəbərnaməli məktubun AZ 1042 saylı ünvan üzrə poçtla xəbərnaməsinin geri qaytarılmasını təsdiqləyən möhürdür. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Eyni zamanda İddiaçı prosessual müddətin bərpa olunması barədə vəsatət verilməsi hüququ da izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)-3722/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)-3722/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5585/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5585/2021
17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver