Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5586/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh2, onun nümayəndəsi-vəkili Qafarov Əzizağa İsmixan oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması, qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(004)-604/2016 saylı qərardadından İddiaçı və üçüncü şəxs X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(004)- 604/2016 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, X1 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 06.01.2012-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(004)-604/2016 saylı qətnaməsindən apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli, 2(004)-604/2016 saylı qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(004)-604/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş, apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı və üçüncü şəxs X5 22.02.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli, 2(004)-604/2016 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli qərardadından İddiaçı və üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı və üçüncü şəxs X5 şikayət ərizəsi verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunuş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-604/2016 saylı, 06.04.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı və üçüncü şəxs X5 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli, 2(004)-604/2016 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, X9 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 məhkəmə iclasları barədə məktub və məhkəmə qətnaməsinin surəti Bakı şəhəri, X10 küçəsi, ev 59,mənzil 20 ünvanına göndərilmişdir. İşə əlavə edilmiş 2014-cü il tarixdə verilmiş AZE 14977585 seriyalı şəxsiyyət vəsiqəsinn surətindən müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Mətbuat PR, məhəllə 3141, ev 35A, 49 saylı mənzildə qeydiyyatdadır. İş materiallarının 137-ci səhifəsində olan qəbzdən görünür ki, Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(004)-604/2016 saylı qətnaməsini 26 noyabr 2021-ci il tarixində imza etməklə qəbul etmişdir. Cavabdeh2 24.12.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətini buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdirsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzrlü səbəbdən ötürüldüyündən, ərizəni təmin edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(004)-604/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddəti bərpa etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı və üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 07.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5586/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5586/2021
03.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver