Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5587/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər X2 və Cavabdeh2-yə qarşı «ipoteka qoyulmuş əmlakın satılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(004)-5468/2015 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 04 noyabr 2014-cü il tarixə olan 8535,42 manat əsas borc, 196,22 manat faiz borcu, 11,85 manat cərimə borcu olmaqla, cəmi 8743,49 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş «Naz Lifan LF 6430 suv minik» markalı **-ER-*** dövlət qeydiyyat nişanli avtomobilin açiq hərracda satilmasi və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, həmçinin cavabdehlərdən ödənilmiş 31 manat dövlət rüsumu və 15 manat məbləğində sənədlərin surətlərinin notarial təsdiq edilməsinə dair xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(004)- 5468/2015 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 mart 2021-ci il tarxili, 2(103)-3704/2021 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)- 5468/2015 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə prosessual müddət ötürülməmiş hesab edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 mart 2021-ci il tarxili, 2(103)-3704/2021 saylı qərardadından kassasiya şikayəti verdiyindən, mülki iş baxışdan çıxarılaraq kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. MPM-in 406.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Göstərilənlərə əsasən və MPM-in 409-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər X2 və Cavabdeh2-yə qarşı «ipoteka qoyulmuş əmlakın satılması» tələbinə dair mülki iş baxışdan çıxarılaraq, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 mart 2021-ci il tarxili, 2(103)-3704/2021 saylı qərardadından verdiyi kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5587/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5587/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver