Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5589/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(006)-560/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(006)-560/2023 saylı saylı qətnaməsi ilə iddiaçı Nəsimi rayon MKTB-nin və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddiaları təmin edilməmişdir. Qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs X5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən apellyasiya şikayəti verilərkən müddət ötürülmüşdür. İş materiallarından “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (i/v 115) görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(006)- 560/2023 saylı saylı qətnaməsi xx.xx.2023-cü ildə 3-cü şəxs X2 elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti isə 08 avqust 2023-cü ildə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, prosessual müddətin əhəmiyyəti ondadır ki, o, bir tərəfdən proses iştirakçılarını intizamlandırır, onları öz prosessual hüquqlarını müdafiə etməyə məcbur edir, digər tərəfdən prosessual müddəti institutu mülki prosessual hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(006)-560/2023 saylı qətnaməsi müstəqil tələb irəli sürən 3-cü şəxs X5 tərəfindən 03 iyul 2023-cü ildə alınmış, hazırki apellyasiya şikayəti 08 avqust 2023-cü ildə verilərkən apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüş, həmin müddətin hər hansı üzürlü səbəbə görə buraxılması bildirilməmiş və prosessual müddətin bərpası üçün ərizə verilməmişdir. Buna görə də, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(006)-560/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5589/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5589/2023
21.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver