Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5593/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Cavabdeh6 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon notariat ofisinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vərəsəlik şəhadətnaməsi, vərəsəlik payının müəyyən edilməsi, mirasdan imtina) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı Cavabdeh6 nümayəndəsi (vəkili) Vəkil4, Cavabdeh5 iştirakı ilə Cavabdeh6 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon notariat ofisinə qarşı “mirasdan imtinanın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil, ünvan 2ənzil, Ağdaş şəhərində yerləşən yaşayış evi X5 məxsus olmuşdur.
2. X1 rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli vəsiyyətnaməsində göstərmişdir ki, ona məxsus olan ünvan 6-də yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh6 vəsiyyət edir.
3. X11 xx.xx.2011-ci il tarixdə Ağdaş şəhərində ölmüşdür, Cavabdeh6 onun qızıdır.
4. Nuriyyə Əliyevanın qızı X2 Yusif Ağalar oğlu ilə xx.xx.1973-cü il tarixdə nikaha daxil olmuşdur.
5. Nuriyə Əliyeva 13 avqust 1998-ci il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə ünvan 9 yerləşən 2 mənzilini Yusif Quliyevə, 01 iyun 2007-ci il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə bütün əmlakını nəvəsi Cavabdeh4 vəsiyyət etmişdir.
6. Sevda Əliyeva 01 aprel 2007-ci il tarixdə vəfat etmişdir.
7. Cavabdeh6 ünvan 4 ünvanladığı, Ağdaş rayon dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə təsdiq olunmuş ərizəsində göstərmişdir ki, anası X7 məxsus bütün mirasdan imtina edir.
8. Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə X6 vərəsələri olan Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş, ünvan 6 ünvanında yerləşən 0,12954 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 91,43 kv.m. yaşayış sahəsi, 131,0 kv.m. köməkçi sahəsi, 222,43 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin ¼ hissəsinə Cavabdeh4, ¼ hissəsinə Cavabdeh3, ¼ hissəsinə Cavabdeh2, ¼ hissəsinə Cavabdeh5 hüququ tanınmışdır.
9. ünvan 6 ünvanında yerləşən 0,1295 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 91,43 kv.m. yaşayış sahəsi, 131,0 kv.m. köməkçi sahəsi, 222,43 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ¼ hissədə Cavabdeh4, ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh5 adlarına qeydiyyata alınmışdır.
10. Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (bağışlayanlar) ilə Cavabdeh6 (bağışlanan) arasında xx.xx.2014-cü il tarixdə “Fərdi yaşayış evini bağışlama müqaviləsi” bağlanmış, bağışlayanlar ünvan 6 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan 0.1295 ha torpaq sahəsini və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 222,43 kv.m, yaşayış sahəsi 91.43 kv.m, yardımçı sahəsi 131 kv.m olan fərdi yaşayış evini bağışlanana bağışlamışlar.
11. ünvan 6 ünvanda yerləşən ev xx.xx.2017-ci il tarixdə Cavabdeh6 adına qeydiyyata alınmışdır.
12. Cavabdeh6 ilə Cavabdeh7 arasında xx.xx.2017-ci il tarixdə “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmış, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh7 bağışlanmışdır.
13. Cavabdeh7 Cavabdeh6 oğludur.
14. ünvan 8 ünvanda 0,1595 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh7 tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X12 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, ünvan 4, Bakı şəhəri 29 saylı notariat kontoruna və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı “vəsiyyətnamələrin etibarsız hesab olunması, alqı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması” tələbləri, eləcə də Cavabdeh5 “pulun ödənilməsi və mənzilin boşaldılması” barədə qarşılıqlı iddia tələbi rədd olunmuş, Cavabdeh4 “miras əmlaka vərəsəlik hüquqlarının tanınması” barədə qarşılıqlı iddiası təmin olunaraq ünvan 9 yerləşən 53,60, 63 saylı mənzillərə, o cümlədən ünvan 9kı evin 2ci mərtəbəsində yerləşən 587,7 kv.m olan tikiliyə olan hüquqlara Cavabdeh4 vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.
16. Həmin qətnamədən Cavabdeh5 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh5 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh5 qarşılıqlı iddiasının rədd, Cavabdeh4 qarşılıqlı iddiasının təmin olunması ilə bağlı hissələrdə ləğv edilərək iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır.
18. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, 01 iyun 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə 13 avqust 1998-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni, 19 oktyabr 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə isə 01 iyun 2007ci il tarixli vəsiyyətnaməni ləğv etmiş, ən sonuncu vəsiyyətnamə də qüvvədən düşdüyündən qanun üzrə vərəsəliyin qarşısını kəsən hər hansı hüquqi fakt mövcud olmamışdır.
19. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır, iş üzrə ekspertiza təyin olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
20. İddiaçı (iddiaçı) Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və ünvan 4 qarşı (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən tərtib edilmiş və reyestrdə 2V-1-04 nömrəsi ilə qeydə alınmış 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 101 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 ilə X18 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə-76 nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh6 adına xx.xx.2014-cü il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması, Cavabdeh6 adına verilmiş, ünvan 10 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ilə mübahiəsli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin birləşdirilərək vahid əmlak kimi qeydə alınmasını təsdiq edən xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh7 arasında xx.xx.2017ci il tarixdə bağlanmış 4 Ə-874 və 4Ə-875 nömrəli bağışlanma müqavilələrinin etibarsız hesab olunması, Ağdaş şəhəri, Üç-qovaq küçəsi, 0,1595 ha torpaq sahəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh7 mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunması, ünvan 11 ünvanında yerləşən, 0,12954 ha torpaq sahəsində olan 1 mərtəbəli fərdi yaşayış evinə (3 otaqlı, 91,43 kv.m yaşayış sahəsi, 131,0 kv.m köməkçi sahəsi, 222,43 kv.m ümumi sahədən ibarət) 1/6 hissədə mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən tərtib edilmiş və reyestrdə 2V-1-04 nömrəsi ilə qeydə alınmış 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 101 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Əliyeva X15 Rəhman Yusif oğluna, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon notariat ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X8 məxsus bütün mirasdan imtina edilməsi barədə Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu X10 tərəfindən 15 yanvar 2013-cü ildə təsdiq edilmiş ərizənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, miras qoyan X13 iradəsini 19 oktyabr 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh6 vəsiyyət etmiş, lakin yeznəsi X20 və oğlu Cavabdeh4 Cavabdeh6 2-ci qrup əlilliyi ilə əlaqədar hərəkət məhdudluğunun olmasından və hüquqi savadsızlığından istifadə edərək miras açılan vaxtdan miras əmlakı öz adlarına keçirmək üçün Cavabdeh6 bir neçə il təzyiqlər edib ona hədə-qorxu gəlmişlər. Təzyiqlər nəticəsində razılığa gəlmişlər ki, atası evi ona qalsın, digər əmlaklar isə Yusif Quliyevin övladlarına verilsin. Buna baxmayaraq Yusif Quliyev sonradan Cavabdeh6 atası evini də satıb pulun onlara verməsini tələb etmişdir. İş materialları ilə tanış olduqda isə məlum olmuşdur ki, Cavabdeh6 ilə X12 arasında atası evinin Cavabdeh6 qalması barədə razılığın əldə edilməsinə baxmayaraq, onu aldadaraq 15 yanvar 2013-cü il tarixdə ünvan 11 ünvanında yerləşən atası evinin adına rəsmiləşdirilməsi adı ilə Ağdaş rayon dövlət notariat kontoruna apararaq iradə ifdəsinə zidd olaraq bütün mirasdan imtina ediliməsi barədə ərizəyə imza etdirməyə nail olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi, Cavabdeh6 anası X8 məxsus bütün mirasdan imtina barədə ərizəsi Ağdaş rayon dövlət notariat kontorunda təsdiq edilərkən o, Ağdaş şəhəri, Üç-qovaq küçəsi 5 ünvanında yerləşən atası evinin adına rəsmiləşdirilməsi adı ilə aldadıldığından iradə ifadəsinin həqiqi mənasını əks etdirməmişdir. Sözügedən imtina ərizəsinin mövcudluğundan isə ona qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, notariat kontorunda bütün mirasdan imtina edilməsi barədə ərizə təsdiq edilərkən Cavabdeh6 aldadılması nəticəsində iradəsinin ifadə olunmaması ilə yanaşı, mirasın qəbulundan imtina üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət də ötürülmüşdür. Belə ki, miras qoyan X13 11 sentyabr 2011-ci il tarixdə vəfat etmiş, ona məxsus bütün mirasdan imtina barədə ərizə isə Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Ə.Əliyev tərəfindən 15 yanvar 2013-cü ildə, yəni vərəsə Cavabdeh6 vərəsəliyə çağırıldığını bildiyi gündən 1 il 4 ay 5 gün sonra qanunsuz olaraq təsdiq edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd olunan maddi hüquq normasının tələbindən görünür ki, Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Ə.Əliyev tərəfindən mirasdan imtina barədə ərizə təsdiq edilərkən mülki qanunvericiliklə müəyyən edilmiş imperativ şərtlər kobud surətdə pozulmuşdur. Göründüyü kimi, Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Ə.Əliyev tərəfindən Cavabdeh6 mirasdan imtina edilməsi barədə ərizəsinin təsdiq edilməsi qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin kobud surətdə pozulması ilə nəticələnmişdir ki, bu da özlüyündə mübahisəli imtina ərizəsinin məhkəmə tətəfindən etibarsız hesab edilməli olmasını şərtləndirir.
24. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi üzrə icraata idiaçının iddiadan imtina etməsi səbəbindən xitam verilməsi qərara alınmış, 15 iyul 2024-cü il tarixli qətnamə ilə isə qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi şəkildə əsaslandırmışdır: 25.1. Qüvvəyə minmiş məhkəmə qərarına və hazırki icraat üzrə iş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, mülkiyyətçi sağlığında ünvan 6 ünvanda və Bakı şəhəri 28 may küçəsində olan əmlakları həmin anda və hazırda da sağ olan qızı Cavabdeh6 vəsiyyət etmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin iradə ifadəsi əsas götürülərək miras açıldığı anda sağ olan digər vərəsələr mirasda məcburi pay almaq hüququna malik olmuş olurlar. Qanunvericilik bu cür tələbin vərəsəlik üzrə keçməsinin nəzərdə tutur (Mülki Məcəllənin 1194 m.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2014-cü il tarixli qərarına əsasən "bu cür tələb vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, cavabdehlərin məcburi payı tələb etmək hüququ vərəsəliklə keçməmişdir, onların məcburi vərəsə hesab edilən valideyni (anaları) miras açılması anından əvvəl vəfat etmişdir. 25.2. Göründüyü kimi, vəsiyyətnamə mülkiyyətçinin bütün əmlakını əhatə etdiyindən və vəsiyyət edilmiş şəxs sağ olduğundan miras əmlak vəsiyyət üzrə vərəsə tərəfindən əmlakın bir hissəsinə sahiblik və idarə etməyə başladığı andan miras qəbul edilmiş sayılmalıdır (Mülki Məcəllənin 1243.2 m.). 25.3. Bununla da aydın olur ki, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (Mülki Məcəllənin 1269 m.). 25.4. Bundan sonra isə mirasdan imtinanın hüquqi nəticələrinin baş verməsi vaxtına diqqət yetirmək zəruri hesab edilir. Belə ki, Mülki Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti isə Mülki Məcəllənin 1272-ci maddəsində göstərildiyi kimi, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 25.5. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ onun mirsadan imtinasının qanuvericiliyin tələbinə əsasən əhəmiyyətsiz və iradə ifadəsinin zədələnməsinə görə mübahisələndirilən olmaqla etibarsız hesab edilməsi tələbidir. 25.6. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçı miras əmlakdan 3 ay müddət keçdikdən sonra notarial qaydada imtinanın kimin xeyrinə edilməsini göstərmədən imtina edilmə anında əmlakın bir hissəsini artıq faktiki olaraq qəbul etmiş vəziyyətində olmuşdur. Belə ki, imtina barədə ərizəni tərtib edərkən iddiaçı öz ünvanını vəsiyyətnamə ilə ona verilmiş miras əmlaklardan birinin ünvanını, yəni Ağdaş şəhəri Üçqovaq küçəsi 5 qeyd etmişdir. 25.7. Miras əmlakdan göstərilən müddət keçdikdən sonra, yəni 15 yanvar 2013-cü il tarixdə imtina edilməsindən dərhal sonra qanun üzrə vərəsə hesab edilən şəxslərin dairəsindən yalnız Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 adına 16 yanvar 2013-cü il tarixdə şəhadətnamə verilmişdir. 25.8. Qeyd edilənlərlə tərəflərin miras əmlaka dair münasibətləri yekunlaşmamışdır. İddiaçı Ağdaş şəhəri Üçqovaq küçəsi 5 ünvandakı əmlakı cavabdehlərin ona bağışlamasını qəbul etmiş, həmin əmlaka dair öz adına hüquq müəyyənedici sənəd əldə etmiş, bu əmlakı artıraraq öz oğluna bağışlamış və bağışlanılan şəxsin adına da hüquq müəyyənedici sənəd rəsmiləşdirilmişdir. Beləliklə, tərəflərin hərəkətləri onlar arasında miras əmlak kütləsinin razılıqla bölüşdürülməsi təsəvvürünü yaradır. 25.9. Bundan əlavə, miras əmlakdan imtina edilməsindən sonra qanun üzrə vərəsəliyə keçid halında iddiaçı və cavabdehlərin digər vərəsələrin tam dairəsini (iddiaçı üçün qardaşı uşaqları və qardaşı nəvəsi, cavabdehlər üçün dayı uşaqları və dayı nəvəsi) gizlətmələri halı belə təsəvvürün inandırıcı və ağlabatan olmasını artırır. Qeyd olunmalıdır ki, digər vərəsələrin də nənələrinin vəfat etməsindən və miras əmlakın müqəddəratından məlumatlı olmamaları da inandırıcı görünmür. İş materialllarında olan notariat işindən, imtina ərizəsindən əvvəl cavabdehlərin qanun üzrə vərəsəlik hüququnun tanınması barədə ərizələrindən (xx.xx.2011, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013), verilmiş şəhadətnamədən belə nəticəyə gəlmək olar ki, iddiaçı mirasın açılması, vərəsə kimi çağırılmalı olmalı anının ona bəlli olması gününü göstərməyərək miras qoyanın vəfatından iki ilə yaxın müddət keçdikdən sonra könüllü olaraq notariusa imtina barədə ərizə verməklə sərbəst iradə ifadəsini bildirmişdir. İmtinanın hədə-qorxu, təzyiq və sairə təsir nəticəsində edilməsini təsdiq edən mötəbər sübutlar isə təqdim edə bilməmişdir. 25.10.Göründüyü kimi, işin mübahisələndirilən halları tərəflərin etdiyi faktiki hərəkətləri ilə ziddiyyət təşkil etməsi ilə iddiaçının tələbi hüquqdan sui-istifadə edilməsi halına uyğun gəlir. 25.11. Belə ki, miras kütləyə daxil olan əmlaklar üzərində iddiaçı və cavabdehlər tərəfindən əmlakların müqqəddəratını həll edən sərəncamlar verdiklərindən və notariat hərəkətlərinin edilməsindən 10-12 il müddət keçdikdən sonra imtina barədə ərizənin əhəmiyyətsiz hesab edilməsi və ya mübahisələndirilməsi əmlaklar üzərində qəbul edilmiş qərar və sərəncamların ləğv edilməsinə səbəb olacağı ilə yanaşı, əmlaklarla bağlı yaranmış sonrakı mülki münasibətlərdə iştirakçıları vicdanlı olan şəxslərin hüquq və mənafelərinə də tənasübsüz və əhəmiyyətli dərəcədə toxunmuş olacaqdır. 25.12.Beləliklə də, məhkəmə belə qənaətə qəlir ki, hazırda iddiaçı tərəfindən irəli sürülən tələbin hüquqi əsasını imtinanın qanunvericilkdə göstərilən müddət keçməsindən sonra edilməsi, o cümlədən hədə-qorxu və təzyiq nəticəsində edilməsi hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir və iddia tələbi təmin edilməməlidir.
26. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 16.1-ci, 337.2-ci, 339.2-ci, 339.3-cü, 560-cı, 1256-cı, 1257.1-ci, 1257.2-ci, 1269-cu, 1272ci, 1273-cü maddələrinə istinad etmişdir.
27. Qətnamədən Cavabdeh6 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, izahatlar
29. Cavabdeh6 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, Cavabdeh5 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, digər proses iştirakçıları isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
30. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
40. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
43. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
45. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
46. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
47. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.
48. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
49. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.
50. Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
51. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir.
52. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
53. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
54. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
55. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
56. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
57. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
58. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
69. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
70. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
71. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
72. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
73. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mərhum anasının mirasından imtina etməsi barədə ərizəni aldadılması nəticəsində vermiş, yeznəsi X20 ilə arasında atası evinin ona qalması barədə razılığın əldə edilməsinə baxmayaraq, yeznəsi onu aldadıb 15 yanvar 2013-cü il tarixdə ünvan 11 ünvanında yerləşən atası evinin adına rəsmiləşdirilməsi adı ilə Ağdaş rayon dövlət notariat kontoruna apararaq iradə ifdəsinə ziddinə bütün mirasdan imtina etməsi barədə ərizəyə imza etdirməyə nail olmuşdur.
74. Halbuki işin hallarından görünür ki, ünvan 6 ünvanda yerləşən ev məhz sözügedən razılaşma çərçivəsində X3 mirasını qəbul etmiş vərəsələr tərəfindən Cavabdeh6 bağışlanmış, onun həmin ev üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, sonradan isə o, həmin evi öz oğluna bağışlamışdır.
75. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispoziya şərtləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.
76. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-434/2024 saylı iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh6 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov