Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5604/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqına əlavənin ödənilməsi və sair tələbinə dair mülki iş üzrə (açar sözlər: əmək haqqına əlavənin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqına əlavənin ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ## #### 2016-cı il tarixdə Səbail RETSI-nin 10/6/0.4kV-liq Istismar Şöbəsinə elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə tərəflərin razılığı ilə 2 ay müddətinə bağlanılmışdır. “xxxx” ASC-nin ## #### 2016-cı il tarixli, K/**-***** saylı əmrinə əsasən İddiaçı həmin tarixdən “xxxx” ASC-nin adları qeyd olunan struktur bölmələrində 1 ay sınaq müddəti ilə göstərilən vəzifəyə təyin edilmişdir.
2. İddiaçı “xxxx” ASC-nin sədri cənab V.Əhmədova ünvanladığı ərizədən görünür ki, o, ## ###### 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir.
3. “xxxx” ASC-nin K/**-***** nömrəli, ##.##.2024-cü il tarixli V.Əhmədovun “əmək müqaviləsinə xitam verilmə barədə” əmrindən görünür ki, Səbail RETSI-nin X5 Mühasibatlıq və Xidmətlər sektorunun əhali üzrə mühəndisinin əmək müqaviləsinə öz xahişi ilə ##.##.2024-cü il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (##.##.2023- ##.##.2024-cü il iş gününə görə 25 təqvim günü istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
4. “xxxx” ASC-nin İddiaçı aprel-noyabr 2016-2024-cü illər üzrə əmək haqqı barədə məlumatdan görünür ki, İddiaçı əmək haqqı 2016-cı ildə 340 manat, 2020-ci ildə 435 manat, 2021-ci ildə 480 manat, 2022-ci ilin ##### ##0 manat, sentyabr ayında 600 manat, 2024-cü ildə 715 manat təşkil etmişdir.
5. X7 Xidməti Bakı Şəhər Idarəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, ##.##.2024-cü il tarixli, *-**-*/*-******** saylı (SS873212691AZ) məktub göndərilmiş, göndərilən məktub “poçt göndərişlərinin izlənməsi alt sistemi”ndəki məlumatlara əsasən ##.##.2024-cü il tarixində ünvana çatdırılmış lakin sənədlər azad edilməsi barədə ərizə, son haqq-hesabın hesablanamsı qaydası) təqdim edilməmişdir. “xxxx” ASC tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyətin rəhbərliyi arasında bağlanılmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və təqdim edilmiş bank çıxarışında ona ödəniş edildiyi məlum olmuşdur. Lakin sənədlər tam təqdim edilmədiyindən həmin ödənişi müəyyən etmək mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş iş vaxtının uçotu tabellərində onun iş saatından artıq saatlarda və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilmədiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və alt sisteminə baxış zamanı onunla Cəmiyyətin rəhbərliyi arasında bağlanılmış ##.##.2006-cı il tarixli əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Azərbaycan ısının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bildirlər ki, “xxxx” ASC tərəfindən sənədlər tam təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
6. * saylı Bakı DOST Mərkəzi tərəfindən təqdim olunan arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq alt sistemindən əldə edilmiş məlumata əsasən ##.##.2024-cü il tarixinə işsiz kimi qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxdığı ##.##.2024-cü il tarixinə kimi son bir ildə hər ay əmək haqqının 10 gün gecikdirməsi nəzərə alınmaqla hər gecikdirilən gün üçün əmək haqqının azı iki faizi məbləğində 7531 manat məbləğində ödəncin, son haqq hesabının vaxtında ödənilməməsinə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə iki faizdən az olmamaq şərtilə 1573 manat məbləğində ödəncin ödənilməsi, əmək kitabçasının verilməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməklə əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödəncin verilməsi, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğin, 17 ay üçün ayrılmış 2958.24 manat premya məbləğinin və 2000 manat məbləğində mənəvi ziyanın cavabdeh “xxxx” ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi vasitəsilə “xxxx” ASC-nin Səbail RETSI-də (SDU-nun elektrik mühəndisliyi ixtisası üzrə ali təhsil almışdır) rəsmi qaydada əmək fəaliyyətinə başlamışdır. ##.##.2022-ci il tarixinədək Səbail RETSI-nin Istismar Şöbəsində ilk olaraq PŞI, daha sonra ##.##.2022-ci il tarixinədək SƏBB üzrə elektrik montyoru, həmin tarixdən sonra isə (kompyuter və ofis proqramları, elektron dövlət portallarının idarəsi, maliyyə və hesabat biliklərinə görə) RETSInin X5 Mühasibatlıq və Xidmətlər Sektorunun əhali mühəndisi vəzifəsinə keçirilmişdir. ##.##.2024-cü il tarixindən etibarən ölkədəki yaşam xərclərinin və şirkətdəki iş yükünün durmadan artdığına, lakin aylıq əmək haqqında heç bir yüksəlmələrin olmadığına görə öz şəxsi ərizəsi ilə (##.##.2023-cü il tarixli ərizəsinin əsli itirilmiş hesab olunduğuna görə təkrarən ##.##.2024- cü il tarixində ərizə yazmaq məcburiyyətində qaldığını qeyd etmək istəyir) işdən azad olunmağı ilə bağlı cavabdeh işəgötürənə müraciət etmişdir. Qeyd edir ki, çalışdığı 8 il müddətində hər ay minimal olaraq 5-10 gün maaşları gecikdirilmişdi və bu gecikmələrə görə heç bir əlavə ödəniş olmayıb. Dövlət qurumunun kiçik vəzifəsinin məsuliyyət sahibi olaraq, RETSI üzrə 43000 əhali abonentinə xidmət göstərən ştat üzrə tək mühəndis olaraq, hər zaman abonentlərə dəqiq, vicdanlı, qarşılıqsız xidmət göstərib, bacardığı köməyi əsirgəməmişdir və xidmət dövründə gördüyü işin aldığı məvacibdən asılı yox, xarakterinin nəticə məhsulu olduğunu özünə əsas bilmişdir. Lakin, şirkətin peşə məsuliyyətindən sui-istifadəsi və dəyərləndirməməsi qanunazidd və təəssüf doğurucudur. Maaş gününü nəzərə alaraq, şəxsi ehtiyaclarının təmin olunması məqsədilə bankdan kredit əldə etdiyinə görə, maaşın gecikdiyi hər günə görə əlavə faizlər ödəmək məcburiyyətində qalmışdır və hazırda rəsmi olaraq heç bir gəlir mənbəyi olmadığı üçün kredit borclarını da ödəyə bilmir. Bu gün “xxxx” ASC tərəfindən onun haqqının alınmasına ən çox ona görə ehtiyacı var ki, bank üzrə olan öhdəliklərini yerinə yetirə bilmir. ##.##.2024-cü il tarixində işdən azadolma əmri verilsə də, düzgün hesablanmayan son haqq-hesab məbləği ##.##.2024-cü i ltarixində 487,19 manat və ##.##.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə olan ilkin müraciətindən sonra yenidən düzgün hesablama aparılmadan ##.##.2024-cü il tarixində 357,09 manat əlavə məbləğ kimi hesaba keçirilib və hələ də ona məxsus olan əmək kitabçası ona təhvil verilməmişdir. Əmək kitabçasının ona verilməməsinin səbəbi kimi “xxxx“ ASC tərəfindən “yazılmamış qanunlarına əsasən” verdikləri çıxış vərəqəsinin daxili strukturlarındakı 10 rəhbərə imzaladaraq, onlara təhvil verəcəyi təqdirdə mümkün olacağı deyilir və bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 172.6 , 173.3 maddələrinə tamamilə ziddir. Bundan başqa, istirahət və bayram günlərində, rəhbərlik tərəfindən qeyri-rəsmi olaraq tərtib olunmuş növbətçilik üzrə məcburi işə çıxmağına baxmayaraq iş vaxtından əlavə işlədiyi gün və saatlara görə heç bir ödəniş almamışdır. Belə ki, ##.##.2022-ci il tarixindən etibarən E.S.Ş-nin M.X.S-nun əhali mühəndisi kimi fəaliyyətə başladığı dövrdən idarə binasını iş vaxtının rəsmi olaraq 18:00-da bitməsinə baxmayaraq bir neçə saat gec və çox nadir hallarda 19:00 tərk etmişdir. Həmçinin ona həvalə olunmuş kompüterdə ( ip/25-80 ) X1 (VPN uzaqdan idarəetmə) tətbiqi quraşdırılmışdır ki, proqram vasitəsilə hər gün səhər rəsmi iş saatı 9:00-dan 1 saat öncə hesabatlara başlayırdı və istirahət günlərinin istənilən saatında lazımi sənədləri hazırlamaq üçün iş kompüterinə bağlanırdı. IT şöbəsi tərəfindən onun kompüterinin əməliyyat tarixçəsinin araşdırılaraq, işlədiyi əlavə iş saatlarının təzminat olaraq ona ödənilməsini tələb edir. Əməliyyat tarixçəsinin qeyri-müəyyən olaraq silinməsi halında, bir nüsxənin onda olduğunu və ehtiyac yaranarsa təqdim edə biləcəyini xüsusi qeyd etmək istəyir. Həmçinin ##.##.2022-ci il tarixindən əhali mühəndisi olaraq AKT PORTALI (http://192.168.201.151) və ASAN XIDMƏT (http://10.127.251.122:8080) portallarında hesab açılaraq, əhali və qeyri əhali abonentlərinə aid sənədlərin yerləşdirilməsi həvalə olunmuşdur. Belə ki, Asan Xidmət-ə olunan müraciətlərdən təmin olunmuş ödənişlərdən RETSI-yə premya məbləğləri ayrılsada, portal üzrə təhkimçi olaraq ona heç bir əlavə ödəniş olunmamışdır. Həmçinin AKT PORTALI-nın giriş menyusunda Statistika bölməsinə daxil olan zaman, ödəniş cədvəlinin rayonlar üzrə statistikasında yazılmış aktların ödənişindən təmin olunan məbləğə görə hər ay ödəniləcək premya məbləğlərini görür ki, hansı ki, real olaraq heç bir ödəniş almamışdır. 17 ay üçün toplam ayrılmış məbləğ 2958.24 AZN-dir. ##.##.2024-cü il tarixində “xxxx” ASC-nin Sədri cənab Vüqar Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi X3 Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamış və həmin müraciətinə verilmiş cavabda cavabdeh tərəfindən sənədlərin tam formada X7 təqdim edilmədiyi üçün müraciətinin tam formada araşdırılmadığı bildirilmişdir. Ona ödənilməli olan son-haqq hesab onun işdən azad edildiyi gün, yəni ## ###### 2024-cü il tarixində ödənilməli olduğu halda, düzgün hesablanamış həmin vəsaitin bir hissəsi ##.##.2024-cü ildə, qalan hissəsi isə ##.##.2024-cü il tarixində ödənilmişdir. Göründüyü kimi ona ödənilməli olan son haqqhesab gecikmə ilə ödənilmişdir. Son haqq-hesabın bir hissəsi ilkin olaraq 8 gün gecikmə ilə ##.##.2024-cü ildə tarixdə, qalan məbləğ isə 14 gün gecikmə ilə ## ###### 2024-cü il tarixdə ödənilmişdir. Ona işdən azad olunduqdan sonra cəmi 487.19 +357.09 = 844,28 manat məbləğində pul hesablanıb ödənilmişdir. Hesab edir ki, işəgötürən tərəfindən ona 2000 (iki min) manat məbləğində ziyan dəymişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə məhkəmə - mühasibatlıq ekspertizaları təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə - mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı əmək kitabçasının cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya təqdim edilməsi, cavabdeh “xxxx” ASC-dən iddiaçının 2023cü il üçün nəzərdə tutulan əmək haqqının, həmçinin son haqq-hesabın ödənilməsinin hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində, cəmi 571,54 manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə isə iddianın rədd olunması qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi 5 hissədən ibarətdir: işdən çıxdığı ##.##.2024-cü il tarixinə kimi son bir ildə hər ay əmək haqqının 10 gün gecikdirməsi nəzərə alınmaqla hər gecikdirilən gün üçün əmək haqqının azı iki faizi məbləğində 7531 manat məbləğində ödəncin, son haqq hesabının vaxtında ödənilməməsinə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə iki faizdən az olmamaq şərtilə 1573 manat məbləğində ödəncin ödənilməsi, əmək kitabçasının verilməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməklə əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi, ##.##.2022-ci il tarixindən ##.##.2024 cü il tarixinədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğin ödənilməsi, 17ay üçün ayrılmış 2958,24 manat premya məbləğinin ödənilməsi, 2000 manat məbləğində mənəvi cavabdeh “xxxx” ASC-dən tutulması.
12. Məhkəmə iddia tələbinin “hər gecikdirilmiş gün üçün işçiyə son bir ilin əmək haqqısının azı bir faizi məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bundan əlavə iddiaçı hazırda işsiz olduğundan mülki iş üzrə mütəxəssis rəyi təqdim edə bilməmişdir. Bu halda məhkəmə iddianın pul məbləği ilə bağlı araşdırmanı iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin İddiaçı məxsus ödəniş kartı üzrə çıxarış üzrə aparılmasını müvafiq hesab etmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək haqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əməkhaqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılı razılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi qiymətləndirməsi əmək münasibətlərində vicdanlılıq prinsipi, tərəflərin bərabərliyi və ümumi əmək hüququ normaları əsasında aparılmalıdır. Belə şərtlərdə əməkhaqqının ödənilməsi üçün hesabat ayından sonrakı ayın 5-i tarixinə qədər olan müddətin əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Bu yanaşma, bir tərəfdən, işəgötürənə lazımi texniki və təşkilati hazırlıq üçün kifayət qədər vaxt verir, digər tərəfdən isə işçinin əməkhaqqının vaxtında alınması hüququnu qoruyur. Nəticə etibarilə, tərəflər arasında konkret razılaşma olmadıqda, əməkhaqqının ödənilməsi öhdəliyinin işəgötürən tərəfindən ən geci hesabat ayından sonrakı ayın 5-i tarixinədək yerinə yetirilməsi tələb olunur. Məhkəmə hesab etmişdir ki, belə hesablanma üsulu həm hüquqi baxımdan əsaslı, həm də ədalətlidir. O, tərəflərin mənafeləri arasında tarazlığı təmin edir, vicdanlı davranış prinsiplərinə cavab verir və əmək öhdəliklərinin yerinə yetirilməsində hüquqi müəyyənlik yaradır. Beləliklə, məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən müddət, yəni sonrakı ayın 5-i tarixi bitdikdən sonra əmək haqqı ödənilmədikdə, gecikmə faktı yaranır və bu zaman işçinin hər gecikdirilmiş təqvim günü üçün əmək haqqının azı 1 faizi miqdarında pul vəsaiti tələb etmək hüququ meydana çıxır. Bu tələbin tətbiqi əmək hüquqlarının müdafiəsi məqsədi daşıyır və işəgötürənin əmək münasibətlərində pozuntulara yol verdiyi təqdirdə məsuliyyət daşımasını təmin edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə gecikməyə görə hesablamanı hər ay üzrə ayrıca aparmaqla, əmək haqqının gecikmə müddətini müvafiq ayın başa çatmasından sonra növbəti ayın 6-cı günündən hesablamış və bu müddətdən etibarən iddiaçının ödənc tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Məsələn, 2023-cü ilin yanvar ayı üzrə hesablamalar bu qaydada aparılmalıdır: iddiaçının əmək haqqı yanvar ayı üzrə 596.42 manat təşkil etmiş, bu məbləğ ən gec ##.##.2023-cü il tarixədək ödənilməli olsa da, faktiki ödənilmədiyindən gecikmə müddəti ##.##.2023-cü il tarixindən başlamış və ##.##.2025-ci il tarixədək – yəni ümumilikdə 11 təqvim günü davam etmişdir. Həmin müddət ərzində hər gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə faizi tətbiq edilməklə, iddiaçının yanvar ayı üzrə tələbi 596.42 × 1% × 11 gün = 65.6 manat məbləğində müəyyən edilmişdir. Bu hesablamada tətbiq olunan faiz sabit məbləğdə gündəlik tətbiq edilmiş və yalnız hər ayın müvafiq gecikmə günlərinin sayına görə dəyişmişdir. Məhkəmə eyni prinsiplərlə 2023-cü ilin növbəti ayları üzrə də əmək haqqı və son haqq-hesab gecikmələrini ayrıca müəyyən etmiş və təqdim edilən siyahı əsasında hər ay üçün 1 (bir) faizi məbləğində ödəncin hesablanmasını əsaslı hesab etmişdir. Beləliklə, 2023-cü il üçün nəzərdə tutulan əmək haqqının, həmçinin iddiaçının işi sonlandırıldıqdan sonra ona ödənilməli olan son haqq-hesabın ödənilmələri gecikdirildiyindən cavabdehdən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə müvafiq olaraq iddiaçının xeyrinə tutulmalı olan bir faiz ödəncin cəmi məbləği 571,54 manat təşkil edir.
13. Məhkəmə iddia tələbinin “əmək kitabçasının verilməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməklə əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı əmək kitabçası cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya təqdim edilməlidir. Məhkəmə iddiaçının “əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddiaçı tələbini bu hissədə rədd edilməlidir. Iddiaçı tələbini bu hissədə əsaslandırmayaraq, 2139 manat məbləğində ödəncin səbəblərini göstərməsə də, əmək kitabçası geri qaytarılan günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi tələbinə də qiymət verən məhkəmə qeyd etmişdir ki, bu hissədə iddiaçının tələbi əsassızdır. Lakin iddaçının başqa işə düzəlmək niyyətində olması və əmək kitabçasının təqdim edilməməsi səbəbilə işə düzələ bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
14. Məhkəmə iddia tələbinin “##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğinin ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir (işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbinin “cəlb edildiyi əlavə iş saatları üzrə əmək haqqının ödənilməsi” hissəsinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir.
15. Məhkəmə “17 ay üçün ayrılmış 2958.24 manat premya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının əmək qanunvericilik normalarına istinadən mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki cavabdeh tərəfindən iddiaçı İddiaçı əmək haqqına əlavənin (premyanın) ödənilməsi haqda tərəflər arasında hər hansı müqavilənin bağlaması barədə məlumat (sübut) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “Insan hüquqlarının və X10 haqqında Konvensiyanın” * saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə əmək haqqına əlavələr almaq barədə “qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda əmək haqqına əlavənin verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. Iddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona ona “premyanın/mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir.
16. Məhkəmə iddia tələbinin “2000 manat məbləğində mənəvi zərərin cavabdeh “xxxx” ASC-dən tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab etmişdir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II-ci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4, 43, 57, 83, 154, 157, 172, 290-cı maddələrinə, “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli, * nömrəli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska Isveçreyə qarşı iş” üzrə ## ##### 1993-cü il tarixli Qərarına, “Kuznetsov və digərlərinin işi” üzrə ## ###### 2007-ci il tarixli Qərarına, “Hiro Bilaninin işi” üzrə ## ###### 1994-cü il tarixli Qərarına, “Van de Huk Niderlanda qarşı işi” üzrə ## ##### 1994-cü il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı işi” üzrə ## #### 2008-ci il tarixli Qərarına, “Insan hüquqlarının və X10 haqqında Konvensiyanın” * saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qismən ləğv edilməsini və iddianın təmin olunan hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə əsasən, İddiaçı işlədiyi “xxxx” ASCdən işdən çıxdığı ##.##.2024-cü il tarixinə kimi son bir ildə hər ay əmək haqqı 10 gün gecikdirilmiş, hər gecikdirilən gün üçün əmək haqqının azı iki faizi məbləğində olmaqla ona ümumilikdə 7531 manat məbləğində və son haqq hesabının vaxtında ödənilməməsinə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə iki faizdən az olmamaq şərtilə 1573 manat məbləğində maddi ziyan vurulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsində bu hala düzgün hüquqi qiymət verilməmiş, qətnamə ilə iddia tələbinin az bir hissəsini, yəni 571,54 manat hissəsini təmin edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində iddiaçının “əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi” tələbi ilə bağlı qeyd edilmişdir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Iddiaçı tələbini bu hissədə əsaslandırmayaraq, 2139 manat məbləğində ödəncin səbəblərini göstərməsə də, əmək kitabçası geri qaytarılan günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi tələbinə də qiymət verən məhkəmə qeyd etmişdir ki, bu hissədə iddiaçının tələbi əsassızdır. Lakin nəzərə alınmalı idi ki, cavabdeh “xxxx” ASC tərəfindən əmək kitabçasının iddiaçı İddiaçı qanunla nəzərdə tutulmuş vaxta verilməməsi onun başqa işdə işləməsinə, onun hər ay qazanacağı aylıq gəlirdən məhrum olmasına, uzun müddət ərzində işsiz vəziyyətdə qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172cı maddəsinin 6-cı hissəsində göstərilmişdir ki, əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsində isə göstərilmişdir ki, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Istinad olunan normanın güddüyü məqsəd işdən azad olunan işçinin işəgötürənin təqsiri üzündən əmək kitabçasının verilməsi ləngidildiyindən başqa işə düzələ bilmədiyi bütün vaxt üçün orta əmək haqqı miqdarında pul təzminatının ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbinin “##.##.2022-ci il tarixindən ##.##.2024 cü il tarixinədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğinin ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edilir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir (işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbinin “cəlb edildiyi əlavə iş saatları üzrə əmək haqqının ödənilməsi” hissəsinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Iddiaçı İddiaçı ##.##.2022-ci il tarixindən etibarən E.S.Ş-nin M.X.S-nun əhali mühəndisi kimi fəaliyyətə başladığı dövrdən idarə binasını iş vaxtının rəsmi olaraq 18:00-da bitməsinə baxmayaraq bir neçə saat gec və çox nadir hallarda 19:00 tərk etmişdir. Həmçinin, ona həvalə olunmuş kompüterdə (ip/25-80) X1 (VPN uzaqdan idarəetmə) tətbiqi quraşdırılmışdır ki, proqram vasitəsilə hər gün səhər rəsmi iş saatı 9:00-dan 1 saat öncə hesabatlara başlayırdı və istirahət günlərinin istənilən saatında lazımi sənədləri hazırlamaq üçün iş kompüterinə bağlanırdı. IT şöbəsi tərəfindən onun kompüterinin əməliyyat tarixçəsinin araşdırılaraq, işlədiyi əlavə iş saatlarının təzminat olaraq ona ödənilməsini tələb edir. Əməliyyat tarixçəsinin qeyri-müəyyən olaraq silinməsi halında, bir nüsxənin onda olduğunu və ehtiyac yaranarsa təqdim edə biləcəyini qeyd edirəm. Həmçinin, ##.##.2022-ci il tarixindən əhali mühəndisi olaraq AKT PORTALI (http://192.168.201.151) və ASAN XIDMƏT (http://10.127.251.122:8080) portallarında hesab açılaraq, əhali və qeyri əhali abonentlərinə aid sənədlərin yerləşdirilməsi həvalə olunmuşdur. Belə ki, Asan Xidmət-ə olunan müraciətlərdən təmin olunmuş ödənişlərdən RETSI-yə premya məbləğləri ayrılsa da, portal üzrə təhkimçi olaraq ona heç bir əlavə ödəniş olunmamışdır. Həmçinin AKT PORTALI-nın giriş menyusunda Statistika bölməsinə daxil olan zaman, ödəniş cədvəlinin rayonlar üzrə statistikasında yazılmış aktların ödənişindən təmin olunan məbləğə görə hər ay ödəniləcək premya məbləğlərini görür ki, hansı ki, real olaraq heç bir ödəniş almamışdır. 17 ay üçün toplam ayrılmış məbləğ 2958.24 AZN-dir. ##.##.2024-cü il tarixində “xxxx” ASC-nin Sədri cənab Vüqar Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi X3 Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamış və həmin müraciətinə verilmiş cavabda cavabdeh tərəfindən sənədlərin tam formada X7 təqdim edilmədiyi üçün müraciətinin tam formada araşdırılmadığı bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsində məhkəmə “17 ay üçün ayrılmış 2958.24 manat premya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının əmək qanunvericilik normalarına istinadən mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki cavabdeh tərəfindən iddiaçı İddiaçı əmək haqqına əlavənin (premyanın) ödənilməsi haqda tərəflər arasında hər hansı müqavilənin bağlaması barədə məlumat (sübut) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "Insan hüquqlarının və X10 haqqında Konvensiyanın" * saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə əmək haqqına əlavələr almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda əmək haqqına əlavənin verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Həmçinin, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. Iddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160- 163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona ona “premyanın/mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir. ##.##.2022-ci il tarixindən əhali mühəndisi olaraq AKT PORTALI (http://192.168.201.151) və ASAN XIDMƏT (http://10.127.251.122:8080) portallarında hesab açılaraq, əhali və qeyri əhali abonentlərinə aid sənədlərin yerləşdirilməsi həvalə olunmuşdur. Belə ki, Asan Xidmət-ə olunan müraciətlərdən təmin olunmuş ödənişlərdən RETSI-yə premya məbləğləri ayrılsada, portal üzrə təhkimçi olaraq ona heç bir əlavə ödəniş olunmamışdır. Həmçinin AKT PORTALI-nın giriş menyusunda Statistika bölməsinə daxil olan zaman, ödəniş cədvəlinin rayonlar üzrə statistikasında yazılmış aktların ödənişindən təmin olunan məbləğə görə hər ay ödəniləcək premya məbləğlərini görür ki, hansı ki, real olaraq heç bir ödəniş almamışdır. 17 ay üçün toplam ayrılmış məbləğ 2958.24 AZN-dir. ##.##.2024-cü il tarixində “xxxx” ASC-nin Sədri cənab Vüqar Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi X3 Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamış və həmin müraciətinə verilmiş cavabda cavabdeh tərəfindən sənədlərin tam formada X7 təqdim edilmədiyi üçün müraciətinin tam formada araşdırılmadığı bildirilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsində iddia tələbinin “2000 manat məbləğində mənəvi cavabdeh “xxxx” ASC-dən tutulması” hissəsi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Iddia ərizəsində göstərilən hallarla bağlı işəgötürən tərəfindən iddiaçı İddiaçı ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan dəymişdir.
21. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsi iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə pul ödənilməsinə dair hissəsində öz qətnaməsini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsində əməkhaqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əməkhaqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılırazılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi qiymətləndirməsi əmək münasibətlərində vicdanlılıq prinsipi, tərəflərin bərabərliyi və ümumi əmək hüququ normaları əsasında aparılmalıdır. Belə şərtlərdə əməkhaqqının ödənilməsi üçün hesabat ayından sonrakı ayın 5-i tarixinə qədər olan müddətin əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Bu yanaşma, bir tərəfdən, işəgötürənə lazımi texniki və təşkilati hazırlıq üçün kifayət qədər vaxt verir, digər tərəfdən isə işçinin əməkhaqqının vaxtında alınması hüququnu qoruyur. Nəticə etibarilə, tərəflər arasında konkret razılaşma olmadıqda, əmək haqqının ödənilməsi öhdəliyinin işəgötürən tərəfindən ən geci hesabat ayından sonrakı ayın 5-i tarixinədək yerinə yetirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, belə hesablanma üsulu həm hüquqi baxımdan əsaslı, həm də ədalətlidir. O, tərəflərin mənafeləri arasında tarazlığı təmin edir, vicdanlı davranış prinsiplərinə cavab verir və əmək öhdəliklərinin yerinə yetirilməsində hüquqi müəyyənlik yaradır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddət, yəni sonrakı ayın 5-i tarixi bitdikdən sonra əmək haqqı ödənilmədikdə, gecikmə faktı yaranır və bu zaman işçinin hər gecikdirilmiş təqvim günü üçün əmək haqqının azı 1 faizi miqdarında pul vəsaiti tələb etmək hüququ meydana çıxır. Bu tələbin tətbiqi əmək hüquqlarının müdafiəsi məqsədi daşıyır və işəgötürənin əmək münasibətlərində pozuntulara yol verdiyi təqdirdə məsuliyyət daşımasını təmin edir. Halbuki e-social.gov.az portalında olan İddiaçı ilə “xxxx” ASC arasında bağlanılmış əmək müqaviləsi bildirişində qeyd olunur ki, işçiyə hər ayın 25 olmaqla ayda bir dəfə 715 manat məbləğində əmək haqqı ödənilir. Yəni işəgötürən işçiyə əmək haqqı istənilən halda hər ayın 25-dən gec olmamaqla verilməlidir. Iş materillarında olan sənədlərə nəzərə yetirdikdə məlum olur ki, cavabdeh “xxxx” tərəfindən iddiaçıya 2023-cü ilin yanvar ayından həmin ilin dekabr ayına kimi əmək haqqı həmin ayın 25-dən gec olmamaqla verilmişdir və bu işin mübahisəsiz halı kimi məhkəmə tərfindən də təsdiq olunmuşdur. Lakin məhkəmə iş üçün əhəmiyyətli olan bu halları kifayət qədər araşdırmamış, iş üzrə sübutları düzgün qiymət verməmiş, heç bir qanuna əsaslanmadan öz şəxsi mülahizənə əsasən cavabdeh tərəfindən iddiaçının əmək haqqının verilməsində gecikməyə yol verdiyi qənaətinə gəlmişdir. Digər tərəfdən iddiaçıya dəfələrlə əmək kitabçasının işlədiyi müəsəsidən götürməsi ilə bağlı müracitələr olsa da o, əmək kitabaçsını götürməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-*/****/**** nömrəli məhkəmə - mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim edilmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FIN); b) işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FIN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Maddə 57.1. Işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157.5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172.6. Işçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Maddə 178.1. Işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172- ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 290.2. Işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 290.3. Işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti ilə iddianın rədd olunduğu, cavabdehin apellyasiya şikayəti ilə iddianın təmin olunduğu hissələrində mübahisələndirildiyindən məhkəmə aktı apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
31. Iddiaçı apellyasiya şikayətində tələbin 1-ci hissəsi ilə bağlı məhkəmənin düzgün nəticəyə gəlmədiyini bildirsə də, bu istiqamətdə hər hansı bir əsaslandırma aparmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılaraq hər bir ay üçün, həmçinin, son haqq – hesabın ödənilməsinin gecikdirildiyi günlərlə bağlı izahlı cədvəl tərtib olunmuş və işin hallarına uyğun olaraq düzgün hesablama aparılmışdır.
32. Tələbin 2-ci - “əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi” hissəsi ilə bağlı iddiaçı faktiki əsas olaraq əmək kitabçasının qanunla nəzərdə tutulmuş vaxta verilməməsi onun başqa işdə işləməsinə, onun hər ay qazanacağı aylıq gəlirdən məhrum olmasına, uzun müddət ərzində işsiz vəziyyətdə qalmasına səbəb olduğuna, hüquqi əsas kimi isə Əmək Məcəlləsinin 172-cı maddəsinin 6-cı hissəsinə istinad edir.
33. Hüquqi əsas kimi istinad olunan Əmək Məcəlləsinin 172-cı maddəsinin 6-cı hissəsində qeyd olunur ki, işçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
34. Qeyd olunan normada “işçiyə işə düzələ bilmədiyi” ifadəsinə istinad olunduğundan iddiaçı tərəfindən məhkəməyə işə düzəlmək üçün hər hansı bir işəgötürənə müraciət etməsi və məhz əmək kitabçası təqdim olunmadığından işə düzələ bilməməsi ilə bağlı sübut təqdim olunmalı idi. Lakin belə bir sübut təqdim olunmadığından məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, müasir dövrdə sənədlərin qəbulu, əmək müqaviləsinin bağlanması və digər rəsmiləşdirmələr elektron qaydada həyata keçirilir və əmək kitabçasının təqdim olunmasına faktiki olaraq zərurət qalmır.
35. Iddia tələbinin digər hissələri ilə bağlı apellyasiya şikayətinin dəlilləri iddianın əsaslandırması ilə eyniyyət təşkil edir və heç bir yeni əsas irəli sürülmür. Bu hissələrdə üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür və gəlinən nəticə ilə razılaşır.
36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.