Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5605/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e- 2(006)-1550/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Sığorta müddəti xx.xx.2022-ci il saat 00:00-dan xx.xx.2023-cü il saat 23:59-a kimi təyin edilmişdir. İddiaçıya məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC-4232/22 saylı sığorta müqaviləsi əsasında cavabdeh "xxxx" ASC-də sığortalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə avtomobilini idarə edərkən avtomobildən səs gəldiyini eşitmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə avtomobilin servisdə baxışı zamanı müəyyən edilmişdir ki, avtomobildə zədə yarandığı və zədənin mexaniki xarakterinə görə əzilmiş zahiri əlamətlərə malik olduğundan onun kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması ehtimalı vardır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə sığorta ödənişi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının iddia etdiyi hadisənin baş verməsi faktı müəyyən edilmədiyi üçün iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 10 noyabr 2023-cü il tarixli aktdan görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil xx.xx.2023-cü il tarixində Porsche Servisə daxil olmuşdur. Nəqliyyat vasitəsinin daxili (elektronik priborların) və xarici müayinəsi həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin xarici müayinəsi zamanı alt hissəsində batareya yerləşən hissədə zədə aşkarlanmışdır. Zədə mexaniki xarakterinə görə əzilmiş zahiri əlamətlərə malik olduğundan onun kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması ehtimal olunur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobilə dəyən ziyanın məbləği cəmi 127.542 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilən 08 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar olaraq İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən tərəflərindən N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmışdır. Hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün videogörüntülər nəticəsində hadisənin təfərrüatlarını və hadisəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, İddiaçı iddia etdiyi hadisə barədə izahatı alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 12 dekabr 2023cü il tarixli, 7039/C nömrəli imtina məktubundan görünür ki, onunla "xxxx" ASC arasında ** BB *** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobilin sığortalanması üçün “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC4232/22 saylı sığorta müqaviləsi bağlanmışdır. 06 noyabr 2023-cü il tarixində İddiaçı şirkətə müraciət edərək həmin avtomobilin 03 noyabr 2023cü il tarixində baş vermiş hadisə nəticəsində zərər çəkdiyini bildirmişdir. Müraciət dərhal tərəflərindən qeydiyyata alınmış və yuxarıda qeyd olunan hadisə ilə əlaqədar tərəflərindən Bakı şəhər Sabunçu RPİ-nə sorğu məktubu ünvanlanmışdır. Sorğulara cavab olaraq bildirilmişdir ki, yuxanda qeyd olunan avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53TŞ-09- 064 saylı kameralara baxılmış və hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün videogörüntülər nəticəsində hadisənin təfərrüatları və hadisəni müəyyən etmək mümkün olmamışdır. Baş vermiş hadisəni müəyyən etmək mümkün olmadığından Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.1-ci və 935.1.8-ci maddələrinə əsasən "xxxx" ASC-nin 03 noyabr 2023-cü il tarixində baş vermiş hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır. ‘Paşa Sığorta” ASC belə qəzaların təkrar olunmamasını arzu edir və gələcəkdə baş verə biləcək sığorta hadisələri ilə əlaqədar ortaya çıxacaq zərərlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə təminat verir. İş materiallarında olan "xxxx" ASC-yə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC4232/22 saylı sığorta müqaviləsinə müvafiq olaraq 5 iş günü ərzində qanunla nəzərdə tutulmuş sığorta ödənişinin ödənilməsinin həyata keçirilməsini, əks halda aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli mülahizədən görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış İ-MİC-4232/22 nömrəli sığorta müqaviləsinə əsasən ** BB *** dövlət qeydiyyat nişanlı Porsche Taycan 4S markalı avtonəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə sığortalanmışdır. Həmin müqavilə üzrə sığorta müddətini “xx.xx.2022 00:00-xx.xx.2023 23:59” aralığı təşkil edirdi. xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" ASC-yə müraciət edərək xx.xx.2023-cü il tarixli hadisə nəticəsində avtonəqliyyat vasitəsinin zərərə məruz qaldığını bildirmişdir. Müştərinin müraciəti dərhal qeydiyyata alınmış, sığorta araşdırmasına başlanılmışdır. Sığorta araşdırması çərçivəsində İddiaçı hadisənin təfərrüatlarına dair yazılı izahat (xx.xx.2023-cü il tarixində) alınmış və İddiaçı müşayiəti ilə hadisənin iddia olunan baş vermə yerinə baxış keçirilmişdir. Eyni zamanda iddia olunan hadisə üzrə səlahiyyətli dövlət orqanı - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə yazılı sorğu ünvanlanmışdır. Sabunçu rayon Polis İdarəsindən sorğuya cavab gəlməmiş sığorta araşdırma nəticəsində əldə olunmuş məlumatların kompleks təhlili iddia olunan hadisənin baş vermə yerinə, tarixinə, şəraitinə, eyni zamanda mümkünlüyünə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən İddiaçı ikinci dəfə yazılı izahat (xx.xx.2023-cü il tarixində) alınmışdır. Birinci və ikinci izahatların bir-birinə tamamilə zidd olması şübhələri bir daha təsdiq etmişdir. Bunun davamı olaraq Sabunçu rayon Polis İdarəsindən arayış daxil olmuşdur. Sözügedən xx.xx.2023-cü il tarixli 3-xx-xx-2723 nömrəli arayışda dövlət yol polisi tərəfindən İddiaçı müraciətinə əsasən aidiyyəti kameralara baxıldığı, lakin hadisənin təfərrüatlarını və ümumiyyətlə hadisəni müəyyən etməyin mümkün olmadığı öz təsbitini tapmışdır. Yəni qanunvericiliyin tələbi nəzərə alınaraq hadisə barədə zamanlı məlumat verilmədiyinə görə nə sığortaçı, nə də ki, səlahiyyətli dövlət orqanı iddia olunan hadisənin baş verib-vermədiyini, əgər baş veribsə, hansı şəraitdə baş verdiyini müəyyənləşdirə bilməmişdir. Hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından tam məhrum olduğuna görə və sığorta hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmadığına görə xx.xx.2023-cü il tarixli 7039/C nömrəli məktubla İddiaçı sığorta ödənişinin verilməsindən imtina qərar bildirilmişdir. Hal-hazırki situasiyada isə İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli izahatları ilə qarşılıqlı surətdə təhlil etdikdə uyğunsuzluqları, ziddiyyətləri açıq-aşkar başa düşmək mümkündür Bununla yanaşı iddiaçının iddia ərizəsində işin faktiki hallarını belə öz xeyrinə qəsdən təhrif etdiyi görünür. İddiaçı “Əfəndilər’' MMC-nin təqdim etdiyi aktın məzmununu təhrif edərək iddia ərizəsində qeyd edir: “Müayinə nəticəsində mənə xx.xx.2023-cü il tarixində müvafiq akt verilmiş və həmin aktda qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin xarici müayinəsi zamanı onun alt hissəsində batareyasının yerləşdiyi nahiyədə zədə aşkarlanmışdır. Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması qeyd edilmişdir.” Halbuki, bilavasitə aktın məzmunu ilə tanış olduqda görmək mümkündür ki, “Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması” deyil, “Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranmasının ehtimal olunduğu" qeyd olunmuşdur. İddiaçı səlahiyyətli dövlət orqanının-Sabunçu rayon Polis İdarəsinin təqdim etdiyi arayışın məzmununu iddia ərizəsində təhrif edərək qeyd edir: həmin məktuba qoşma şəklində Sabunçu RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış əlavə edilmişdir ki, arayışın məzmununda N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxıldığı, hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə videogörüntülərin olmaması hadisənin təfərrüatlarını incələmək mümkün olmadığı qeyd edilmişdir.” Halbuki, bilavasitə arayışın məzmunu ilə tanış olduqda görmək mümkündür ki, “lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə videogörüntülərin olmaması səbəbilə hadisənin təfərrüatlarını incələmək mümkün olmadığı” deyil, “Hadisə baş verməsindən bir neçə gün sonra verildiyi üçün videogörüntülər nəticəsində hadisənin təfərrüatlarını və hadisəni müəyyən etmək mümkün olmamışdır” qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh "xxxx" ASC qanunvericilik və müqavilə üzrə bütün vəzifələrini, öhdəliklərini tam və düzgün yerinə yetirmiş, xx.xx.2023-cü il tarixli 7039/C nömrəli sığorta ödənişinin verilməsindən imtina etməyə tam haqlı olmuşdur. Bunun əksinə İddiaçı qanunvericilik və müqavilə üzrə vəzifələrini yerinə yetirməməklə kifayətlənməmiş, sığorta hadisəsi hesab olunmayan iddia olunan hadisəni hər vasitə ilə, hətta yanlış məlumatlar verməklə “sığorta hadisəsi” kateqoriyasına aid etməyə çalışmışdır. Qevd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu iddiası tamamilə rədd olunmalıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli mülahizədən görünür ki, İddiaçı iddia olunan hadisəyə və iddia olunan baş vermə tarixinə dair verdiyi məlumatların yanlış olduğunu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlarının, eyni zamanda xx.xx.2024-cü il tarixli iddia ərizəsinin bir-birinə uyğunsuz olduğu, bir-birinə zidd ilə göstərmişdilər. İddiaçı yanlış məlumatlar verdiyi digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli izahatında "Ayın 3-ü hadisə baş verdikdən sonra yaşayış məntəqəsinə çatmışam və heç kim tərəfindən idarə olunmayıb" qeyd etmişdir. Sığorta araşdırması çərçivəsində səlahiyyətli dövlət orqanı - dövlət yol polisindən əldə olunan MMX görüntülərinə əsasən məlum olmuşdur ki, İddiaçı "xxxx" ASC-yə ilə yalan məlumat vermiş, əslində xx.xx.2023-cü il tarixində də sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olmuşdur: “xx.xx.2023 02:59:18 H.Əliyev prospekti Ask Arena yaxınlığı X4 Limanı ist əsas yol xx.xx.2023 03:05:01 Sabunçu Rayonu Zabrat qəs. Socar YDM qarşısı Zabrat qəs ist, xx.xx.2023 03:05:46 Zabrat qəsəbəsi Babək küç-24, xx.xx.2023 03:07:36 Şəhər Şosesi Zabrat xx.xx.2023 03:09:49 Zabrat-Kürdəxanı şossesi (Luxoil YDM) Kürdəxanı ist, xx.xx.2023 03:15:03 Sabunçu-Zabrat-Pirşağı yolu Kürdəxanı qəsəbəsi Əjdər Məlikov küçəsi (Zeytun market yaxınlığı) Pirşağı ist, xx.xx.2023 03:18:00 Bilgəh-Nardaran- Pirşağı yolu 13.5-ci km Bilgəh ist, 03:19:14 Bilgəh-Nardaran-Pirşağı yolu 11.5-ci km Pirşağı ist”. İddiaçı iddia etdiyi xx.xx.2023-cü il tarixli hadisədən sonra xx.xx.2023-cü il tarixində şəhərin ən müxtəlif istiqamətlərində hərəkətini rahatlıqla necə davam etdirə bilmişdir? İ-MİC-422/22 saylı sığorta şəhadətnaməsi üzrə sığorta müddətinin xx.xx.2023 23:59 tarixində başa çatdığını nəzərə alınsa, iddiaçının iddia olunan hadisəni hər vasitə ilə məhz son günün təsir dairəsinə aid etməyə çalışması ilə bağlı cəhdləri başa düşüləndir, məqsəd bəllidir, sığorta ödənişindən faydalanmaq. İddiaçı xx.xx.2023-cü il tarixində «Sistema oxlacdeniə neispravna. Posetitğ STO» məzmununda qeydin olduğu fotoşəkli “Toğrul İmanov” adlı şəxsə whatsapp üzərindən göndərir. Paralel olaraq iddiaçı məhz xx.xx.2023cü il tarixində "xxxx" ASC-nin Telesatış üzrə mütəxəssisi Bəstixanım Nəbiyeva ilə avtonəqliyyat vasitəsinin könüllü sığortasının yenilənməsi istiqamətində yazışmalar aparır. İddiaçı avtonəqliyyat vasitəsinin zədələnməsindən məlumatlı idisə, iddia olunan hadisə ilə bağlı niyə məhz bir neçə gün keçdikdən sonra - xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə xəbər vermişdir? xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında "xxxx" ASC olaraq mütləq həqiqətin müəyyən olunması məqsədi ilə məhkəmə qarşısında ** BB *** dövlət qeydiyyat nişanlı Porsche Taycan 4S markalı avtonəqliyyat vasitəsinin rəsmi diaqnostikasının həyata keçirilməsi və iddiaçının istinad etdiyi “batareya xətası”nın yaranma tarixinin, saatının aydınlaşdırılması təşəbbüsü ilə çıxış etdilər. İddiaçı isə bu təşəbbüsün mümkünsüzlüyünə dair müəyyən səbəblər səsləndirdi. Bundan başqa, iddiaçının iddia etdiyi xx.xx.2023-cü il tarixində ərazidə hadisənin baş verdiyini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Sığorta müddəti xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2024-cü il saat 23:59-a kimi təyin edilmişdir. Hazırda iddiaçı sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair aralarında “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC 4232/22 saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixində öz şəxsi avtomobili ilə Sabunçu rayonu ərazisində evinə gedərkən birdən avtomobildən səs gəldiyini eşitdi, lakin həmin səsə əhəmiyyət vermədi, çünki nəqliyyat vasitəsi olduğu kimi getməkdə davam edirdi və iddiaçı hər hansı problemlə qarşılaşmadı. Sonradan gəlib evə çatanda hər ehtimala qarşı avtomobili dövrə vuraraq yoxladı. Zahiri görünüşdə hər hansı dəyişikliyin olmadığından əmin olduqdan sonra evə girdi. Lakin, səhəri günü nəqliyyat vasitəsini işə salarkən ekran monitorda mənası ona məlum olmayan işıqlı işarənin olduğunu gördü. 2 gün boyunca həmin işığın monitordan getmədiyini gördükdən sonra nəqliyyat vasitəsini servisə aparmaq və orada bu işarənin mənasını araşdırmaq qərarına gəldi. Beləliklə, servisə həmin işarəyə baxdıqdan sonra servis işçiləri ona bildirdilər ki, bu batareyanın zədələnməsini bildirən işarədir. Belə olduqda avtomoilin alt hissəsinə baxış keçirilməsi məqsədə müvafiq hesab olundu. Beləliklə, baxışdan sonra məlum olmuşdur ki, nəqliyyat vasitəsinin batareyası zədələnib və dərhal dəyişilməlidir. İddiaçı bu zədənin hansı şəraitdə baş verməsini sorğuladıqda zədəyə baxış keçirən usta ona bildirdi ki, bu küt əşyanın təsirindən törənə mexaniki zədə ilə bağlıdır. Bu zaman o, dünənki tarixdə avtomobildə eşitdiyi həmin səsi xatırladı. Olanlar və zədənin xarakterini təhlil etdikdən sonra belə qənaətə gəldilər ki, nəqliyyat vasitəsi hərəkətdə olan zaman hansısa küt əşya maşının altına keçərək orada batareyanı zədələyib. Hadisə ilə bağlı "xxxx" ASC yə müraciət etdi və cavabdehin əməkdaşları tərəfindən əlaqədar tədbirlər-tərəfindən izahatların verilməsi və s. görüldü. Daha sonra sığorta şirkəti ona tərəfindən bildirildi ki, baş vermiş hadisə sığorta hadisəsi deyildir, ona görə də ona sığorta ödənişi ödənə bilməz. Həmin bu mövqe ona xx.xx.2023-cü il tarixli 7039C saylı yazılı rəsmi cavab məktubu ilə ünvanlandı. Məktubun məzmunu ilə tanış olduqda orada Azərbaycan Respublikası Mülki Məcəllənin 935.1.1-ci və 935.1.8-ci maddələrinə istinad etməklə baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirmədiyinə və bu səbəblə də ona imtina cavabının verildiyini qeyd edilmişdir. Həmin məktuba qoşma şəklində Sabunçu RPİtərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış da əlavə edilmişdir ki, arayışın məzmununda N 51, 52, 53 TŞ-09-064 saylı kameralarıa baxıldığı, lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə video görüntülərin olmaması səbəbilə hadisənin təfərrüatlarını incələmək mümkün olmadığı qeyd edilmişdir. Hesab edir ki, imtina məktubuna Sabunçu RPİ-nin “hadisə barədə kamera görüntlərinin aşkarlanmaması”na dair məktubun əlavə edilməsi heç də o demək deyildir ki, sığorta hadisəsi baş verməmiş və bunun nəticəsində avtomobili zərər görməmişdir. Halbuki, sözügedən hadisədən sonra tərəfindən xx.xx.2023-cü il tarixində nəqliyyat vasitəsini "xxxx" MMC-nin servis mərkəzinə aparaq müayinə etdirdi. Müayinə nəticəsində ona xx.xx.2023-cü il tarixində müvafiq akt verilmiş və həmin aktda qeyd edilmişdir ki, Nəqliyyat vasitəsinin xarici müayinəsi zamanı onun alt hissəsində batareyasının yerləşdiyi nahiyədə zədə aşkarlanmışdır. Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması qeyd edilmişdir. Beləliklə, bu müayinə aktı ilə bir daha təsdiq edilir ki, zədə həqiqətən mövcud olmuş və həqiqətən də zədənin yaranmasında kənar alət təsiri olmuşdur. Bu isə o deməkdir ki, sığorta hadisəsinin mövcud olması istisna edilmir. Hesab edir ki, sırf kamera görüntüləri olmaması səbəbilə ona müvafiq imtinanın verilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, hadisənin baş verdiyi ərazinin TŞ kameralarının əhatə dairəsindən kənarda qalması səbəbi ilə hadisənin görüntülərinin olmaması da məntiqlidir. Lakin hadisənin videogörüntülərinin olmaması həmin hadisənin baş vermədiyini və lazımi qaydada araşdırılmamasına dəlalət edə bilməz. Bundan əlavə, hadisənin onun tərəfindən törədilməsinə istinad edən sübutların olmadığı halda, həmin hadisə sığorta hadisəsi hesab olunmalı və ona müvafiq sığorta ödənişi verilməli idi. Ona təqdim edilən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi” nə əsasən müvafiq sığorta təminatı– nəqliyyat vasitəsinin məhv olması və zədələnməsinə sığorta təminatı verilmiş və qeyd edilən sığorta risklərinin siyahısında atılmış və düşmüş əşya qeyd edilmişdir. Beləliklə, tərəfindən ən son çıxış yolu kimi müvafiq pretenziya məktubunu cavabdeh şirkətə göndərdi. Lakin, həmin məktub da öz nəticəsini verməmişdir. Halbuki, belə hesab edir ki, nə qədər ki, baş vermiş hadisə ilə əlaqədar qeyd edilənlərə dair əks hallar sübuta yetirilməmişdir, ona “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC 4232/22 saylı sığorta müqaviləsinə görə müvafiq ödəniş həyata keçirilməli idi. Sığorta normativlərinə görə əgər əmlaka dəyən ziyan əmlakın dəyərinin 65-70% ini keçirsə, bu əmlakın tam məhvi kimi götürülür. Nəzərə alınsa ki, sözügedən avtomobil elektrik mühərriki ilə işləyən avtomobildir, bu zaman aydın məsələdir ki, onun batareyası əsas və ən bahalı ehtiyyat hissəsi hesab olunur. Belə ki, Porsche markasının Azərbaycan Respublikası üzrə rəsmi təmsilçisi və servis xidmətçisi olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən həmin avtomobilin batereyasının dəyəri 140.375 AZN təşkil edirdi ki, bu ehtiyyat hissəsinin dəyişilməyindənsə, avtomobilin bütünlüklə satışını həyata keçirmək sığortaya daha sərf edən çıxış yolu idi. Ona görə də sığorta tərəfindən iddiaçıya belə bir təklif irəli sürüldü ki, iddia avtomobilin satışını həyata keçirsin və ya bu satış sığortanın özü tərəfindən həyata keçirilsin və avtomobilin dəyərini təşkil edən 202.000 AZN dəyərindən həmin ehtiyyat hissəsinin dəyəri çıxılmaqla yerdə qalan məbləğin sığorta tərəfindən ödənişi həyata keçirilsin. Beləliklə, "xxxx" ASC bu yolla iddiaçını aldadaraq onu arxayın salır və sonda belə bir hiylə işlədir ki, bu hadisə ümumiyyətlə sığorta hadisəsi hesab edilmir, o əsasla ki, hadisə kamera görüntüsünə düşməyib. Beləliklə, sığorta tərəfindən iddiaçı aldadılmaya məruz qalmışdır. Göstərilənlərə əsasən, **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İ-MİC-4232/22 saylı“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə müvafiq sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İ-MİC-4232/22 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə 83.600 manat məbləğində olan sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kasko müqaviləsi üzrə sığorta ödənişinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair mülki iş vardır. Həmin iş üzrə iddiaçı tərəf olaraq məhkəmənin nəzərinə çatdırılır ki, tərəflər arasında imzalanmış ilk müqavilə üzrə kasko növündə olan sığorta predmetini təşkil edən nəqliyyat vasitəsinin dəyəri 202.000 AZN həcmində qiymətləndirilmiş, uzatma, ikinci sığorta müqaviləsinə əsasən isə avtomobilin artıq 1 il ərzində istifadə edilməsini nəzərə alaraq 183.600 AZN dəyərində qiymətləndirilməsi keçirilmişdir. 03 noyabr 2023-cü il tarixində baş vermiş sığorta hadisəsinə əsasən nəqliyyat vasitəsində olan nasazlığa münasibətdə iddiaçı onun 100.000 AZN məbləğində satılmasına məcburən razı olmuşdur. Belə olan halda iddiaçının hazırda cavabdehdən tələbi yerdə qalan məbləğin sığorta tərəfindən qarşılanaraq ona ödənilməsi ilə əlaqədardır. Belə ki, 183.600 AZN dəyəri olan nəqliyyat vasitəsinin 100.000 AZN dəyərində satılmasını nəzərə alaraq hazırda iddiaçının tələbi 83.600 AZN-ə münasibətdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(006)- 1550/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçıya məxsus avtomobil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixə, saat 23:59-a qədər, daha sonra isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. Hazırki iş üzrə iddiaçı sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini iddia etsə də, həmin faktı təsdiq edə bilən sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi hadisənin baş verməsindən bir neçə gün sonra iddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı həmin şirkətə müraciət etmiş, məsələnin araşdırılması ilə bağlı sığorta şirkəti Sabunçu rayon Polis İdarəsinə sorğu ilə müraciət etmiş və cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün hadisəni müəyyən etmək mümkün olmamışdır. Əksinə, məhkəmə iclası zamanı cavabdeh tərəf məhkəməyə xx.xx.2023-cü il tarixli fotoşəkillər təqdim etmiş və iddiaçı eyni zamanda həmin şəkillərə münasibətdə etiraf etmişdir ki, digər xx.xx.2023-cü il tarixə aid fotoşəkilləri isə özü düzəltmişdir (bu halda xx.xx.2023-cü il tarixə aid fotoşəkillər sübut kimi qəbul edə bilməz). Bundan başqa, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. Bundan əlavə isə iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələbi qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilə bilmədiyinə görə, yəni sığorta hadisəsi faktı məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia əsassız hesab edilməklə rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia rədd edilməklə göstərilmişdir ki, “iddiaçı sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini iddia etsə də, həmin faktı təsdiq edə bilən sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir”. Məhkəmə bu arqumentini Sabunçu rayon Polis İdarəsinə edilmiş sorğu müraciətinə verilmiş cavab məktubunda xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09- 064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün hadisəni müəyyən etmək mümkün olmaması ilə əsaslandırmışdır. Bu mövqe sığortanın mövqeyidir ki, bununla razı deyil. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, “iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir”. Məhkəmə bu arqumentini isə onunla əsaslandırmışdır ki, ikinci arqumentdə qeyd edilən hal onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. Bu arqumentə dair fikrini məhkəmə belə tamamlamışdır ki, “iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir”. O zaman sual olunur ki, hadisənin 3 noyabrda deyil, 4 noyabrda baş verməsini nə təsdiq edir. İddiaçının cavabdehin nümayəndəsi olan Bəsti Nağıyeva ilə aparılan danışıq və onun nəticəsi olaraq təklifi qəbul etməsi, yeni müqavilə üçün ödənişin keçirilməsi müqavilənin yenidən bağlanması anlamına gəlmiş olur. Buradan isə bu fakt da öz təsdiqini tapır ki, əgər iddiaçının sığorta ödənişindən faydalanmaq niyyəti çirkin və öncədən düşünülmüş olmuş olsaydı daha hadisənin 3 noyabr tarixində deyil, elə yeni tarixlərin birində baş verdiyini deyərdi. İddiaçı bildirə bilərdi ki, elə hadisə bazar günü olub və ya ayın 6-sı olub. Yəni bu hal özü-özlüyündə təsdiq edir ki, həqiqətən də hadisə 03 noyabr tarixində iddiaçı işdən evə qayıdan zaman baş vermişdir. Hesab edir ki, cavabdeh bağlamış olduğu müqaviləyə münasibətdə öz vəzifə öhdəliklərini yerinə yetirməli idi. İş üzrə ümumiyyətlə məhkəmə tərəfindən sübutlar araşdırılmamışdır. Belə ki, Sabunçu RPİ-tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmununda qeyd edilmişdir ki, “N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxıldığı, lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə video görüntülərin olmaması səbəbilə hadisənin təfərrüatlarını incələmək mümkün olmamışdır”. Birincisi, videogörüntülərinin olmaması hadisənin olmamasına dəlalət edə bilməz. Yəni belə olarsa bu absurddan başqa bir şey deyil. “Sovetskinin” qaranlıq məhlələrində kameraların olmaması orada hər gün cinayət hadisənin olmaması anlamına gəlmir. Bakı küçələrinin TŞ ilə təchiz edilməməsi nə vətəndaşın günahıdır nə də sığorta şirkətinin, amma sırf görüntülər yoxdur deyə (və ya belə qələmə verilirsə) deyə bilmək olar ki, hadisə olmayıb. Ortada tamamilə aldığı zədə səbəbilə sıradan çıxmış bir avtomobil mövcuddur. Digər məqam, məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi mənbəyi məlum olmayan görüntlülərin mötəbərliyinin təsdiq edilməsi məqsədilə sorğu edilmiş bir cavab məktubu vardır, məhkəmə həmin məktuba münasibət bildirməmişdir. Belə ki, DİN 28 iyun 2024-cü il tarixli cavab məktubu ilə verilmiş məhkəmə sorğusuna cavab olaraq qeyd etmişdir ki, arxivlərin saxlanılması müddəti bitdiyindən istənilən məlumatların təqdim edilməsi mümkünsüzdür. Halbuki bu məktub birbaşa ona dəlalət edir ki, əgər TŞ kameralarının saxlaması 1 ay müddətindədirsə bu zaman hadisənin üzərindən 5-6 ay keçdikdən sonra həmin görüntülərin olması mümkün deyildir. Ona görə də cavabdehə müvafiq kağızların hansı mənbədən əldə edilməsi barədə müvafiq sübutu təqdim etməsi xahiş edilən zaman onlar həmin sənədləri təqdim edə bilməmişlər. O zaman necə olur ki, məhkəmə əldə edilmə mənbəyi şübhəli, qeyri-prosessual olan sübutları qəbul edir və üstəlik onlara istiand da edir. Həmin sübutlar tərəfindən verilmiş şifahi vəsatət əsasında ümumiyyətlə iş materiallarında çıxarılmalı idi. Məhkəmə tərəfindən cavabdehin sığorta ödənişindən imtina əsasının araşdırılması əvəzinə təminatın qüvvədə olub-olmaması məsələsinə vurğu vurulmuşdur. Halbuki, hazırki iddia ərizəsinin verilməsi sığortaçı cavabdehin məhz sığorta hadisəsi faktının baş verməməsi səbəbilə əlaqədar olmuşdur. Sığorta təminatının qüvvədə olması məsələsində isə məhkəmə cavabdehin əldə etməsi mənbəyi məlum olmayan fotoşəkillərinə münasibətdə DYP-yə vermiş olduğu sorğunun cavabını qətnaməsində qeyd etməmişdir. Halbuki, tərəfindən məhkəmə iclası zamanı da fikir səsləndirilmişdi ki, həmin fotoşəkillərin mötəbərliyi şübhə altındadır. DYP tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, istənilən məlumatların arxivdə saxlanılması müddəti bitdiyi üçün onların təqdim edilməsi mümkünsüzdür. Bununla yanaşı hazırki iş üzrə işin faktiki hallarına dair cavabdeh sığorta şirkətinin ittihamı xatırladan mövqeyi ondan ibarətdir ki, “İddiaçı iddia etdiyi xx.xx.2023-cü il tarixli hadisədən sonra xx.xx.2023-cü il tarixində şəhərin ən müxtəlif istiqamətlərində hərəkətini rahatlıqla necə davam etdirə bilmişdir? Cavabı - elektrik avtomobilləri yeni ixtira olunub ölkəyə yeni gəlir, onun mülkiyyətçisinin hər hansı nasazlıq işığını tanıya bilməməsi normaldır. Bir də avtomobil gedirsə niyə də sürməməlidir. İ-MİC-422/22 saylı sığorta şəhadətnaməsi üzrə sığorta müddətinin xx.xx.2023 23:59 tarixində başa çatdığını nəzərə alınsa, iddiaçının iddia olunan hadisəni hər vasitə ilə məhz son günün təsir dairəsinə aid etməyə çalışması ilə bağlı cəhdləri başa düşüləndir, məqsəd bəllidir, sığorta ödənişindən faydalanmaq. Cavab-sığorta müddəti 03 noyabrda başa çatsa da iddiaçı onu yenidən uzadıb, bu isə o deməkdir ki, o müqavilə münasibətlərinin davam etdirilməsini arzulamışdır. İddiaçının niyyəti çirkin olsaydı o hadisəni heç 03 noyabr deyil, 5, 6 noyabr tarixində olmasını bildirərdi. Hadisə həqiqətən də 03 tarixində olmuşdur ki, iddiaçı onun barəsində olduğu kimi xəbər vermişdir. O ki, qaldı sığorta ödənişindən faydalanmaq, bəli, iddiaçının hazırki iddianı qaldırmasında məqsəd əlbəttə ki, sığorta ödənişindən faydalanmaqdır. Çünki, sığorta bunun üçündür. İddiaçı avtonəqliyyat vasitəsinin zədələnməsindən məlumatlı idisə, iddia olunan hadisə ilə bağlı niyə məhz bir neçə gün keçdikdən sonra - xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə xəbər vermişdir? Cavabı - sığortanın bu sualının cavabı sübutlarla cavablandırılmışdır. Birincisi, iddiaçı avtomobilin zədələnməsini yalnız və yalnız onu servisə aparan məqamda bilmişdir. Yəni 6 noyabr həftənin birinci günü idi və iddiaçı sürücüyə göstəriş vermişdir ki, evakuasiya avtomobili çağıraraq maşını servisə aparsın. Hadisə baş verib 3 noyabrda 4 və 5 tarixləri şənbə və bazar gününə təsadüf etdiyi üçün servis işləmirdi, həm də 4 noyabr tarixində iddiaçı bütün günü Sumqayıt şəhərində yerləşən zavodda olmuşdur. Beləliklə, iş həftəsi başlayan kimi avtomobildəki nasazlıq işığının sönmədiyini gördükdən sonra artıq məcbur qalıb onu servisə göstərməli olmuşdur. Bu barədə sübut edici foto şəkillər də mövcuddur. İddiaçının Toğrul İmanov adlı şəxsə həmin nasazlıq işarəsi olan foto şəkli göstərməsi halı da kifayət qədər normal haldır, sığorta iddiaçının bu hərəkətində anormallığı nədə görməsi ona aydın olmamışdır. Amma məhz bu nasazlıq işarəsinin elə T.İmanova göndərilməsi və altından da ona bu işarənin yanmasının səbəbinin bəlkə onun bilib-bilməməsini soruşması tamamilə ağlabatandır və hamı belə vəziyyətdə yəni bilmədikləri işarə yananda onun səbəbini dostdantanışdan maraqlanılır. Əksinə iddiaçının bu hərəkəti elə onu təsdiq edir ki, o avtomobilində nasazlığın olduğunu anlamayıb ki, onu soruşdurub. Yəni nəticə etibarilə cavabdehin o dəlilinə münasibətdə qeyd edilir ki, iddiaçı avtmobildə nasazlığı bilməmişdir, ona görə də sığorta əməkdaşına müqavilənin yenidən uzadılması təklifinə cavab olaraq razılaşmışdır, həmçinin, hadisədən bir neçə gün məsələsinə də aydınlıq gətirilir ki, iddiaçı bilməmişdir, həm də həftə sonu olmuşdur, yeni həftənin ilk iş günü səhər saatlarında isə artıq avtomobili servisə aparmışdır. Bundan əlavə sığorta heç bir şəkildə onu əsas gətirə bilməz ki, nə üçün iddiaçı hadisə olan kimi təmirə getmədi. Belə ki, tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsinin şərtlərinə görə belə bir öhdəlik vardır ki, “sığorta hadisəsi zamanı avtonəqliyyat vasitələri müvafiq avtonəqliyyat vasitələrinə xidmət edən rəsmi avtoservis mərkəzlərində təmir olunacaqdır”. "xxxx" MMC-isə “Porshce” markasının rəsmi dilleridir. Yəni Azərbaycandakı rəsmi nümayəndəsi, servis xidməti göstərənidir. Ona görə də iddiaçı məcbur idi ki, şənbə və bazarı gözləsin ki, yeni həftənin də ilk iş günü maşınla maraqlansın onu servisə göndərsin. Beləliklə, cavabdeh sığortanın məlum ritorik sualları tamamilə sığorta pulu fondunun müdafiəsi xarakterini daşıyır ki, bu da anlaşılandır. Digər tərəfdən məhkəmənin öz mövqeyini əsaslandırdığı zamanı xx.xx.2024-cü il tarixində iddiaçının avtomobilinin hansısa istiqamətlərdə hərəkət etməsinə dair təqdim edilmiş mənbəyi məlum olmayan sənədlərə istinad etməsi birbaşa prosessual məcəllənin “mötəbər sübut” anlayışını kölgədə qoyur. Belə ki, iddiaçı tərəf olaraq o qara kağızlara münasibətdə eynisini 03 noyabr tarixinə olanın “photoshop” proqramı vasitəsilə düzəldib təqdim etdi ki, bu kağızları hamı düzəldə bilər. Bu kağızlarla əlaqədar çox maraqlı məqamlar ortaya çıxmışdır ki, təəssüflər olsun ki, birinci instansiya məhkməsi onlara əhəmiyyət verməmişdir: kağızların əldə edilməsi mənbəyi naməlumdur. Onların mötəbərliyini təsdiq etmək məqsədilə məhkəmə tərəfindən DİN-ə məhkəmə sorğusu verilir və həmin sorğuya cavab olaraq polis tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda yazılır ki, sorğu edilən video materialların arxivdə saxlanması müddəti bitdiyi üçün onların təqdim edilməsi mümkünsüzdür. Məhkəmə qəntaməsində iş üzrə materiallara əlavə edilmiş sənədlərin sıralamasında bu məktubun adını çəkmir, halbuki bu məktub bu kağızların elə həqiqətən də kağız statusunda qaldığına dəlalət edir. Necə olur ki, məhkəmə bir-birinə zidd olan sübuta eyni zamanda istinad edir. Yəni kağızlara istinad edərək avtomobilin hərəkət marşrutunu təsvir edir, eyni zamanda da avtomobilin batareya zaryadkasına qoyulması saatlarına istinad edir. İndi sual olunur, necə olur ki, “saat xx.xx.2023 03:18:00 Bilgəh-Nardaran-Pirşağı yolu 13.5-ci km Bilgəh ist, 03:19:14 Bilgəh-Nardaran-Pirşağı yolu 11.5-ci km Pirşağı ist” (Qətnamə 8-ci vərəqə 1-ci abzas) ünvanında görüntülənən avtomobil eyni saatda batareyasına taxılmış olur. Bu əlbəttə ki, mümkünsüz bir haldır. Bu avtomobil ya hərəkətdə olmalıdır ya taxılı, ikisi də eyni zamanda mümkün deyil. Digər bir tərəfdən maraqlı məqamlardan biri də odur ki, tutaq ki, kağızlar polis tərəfindən təqdim edilib, əgər bu görüntüləri polis hadisənin üzərindən 8 ay keçəndən sonra təqdim edə bilirsə o zaman hansı səbəbə görə Sabunçu polisi hadisənin üzərindən faktiki olaraq 3-4 gün keçən görüntüləri əldə edə bilmirlər. Belə çıxır ki, sərf elədiyi üçün Sabunçu polisi mövcud görüntüləri vermir və ya verməkdən çəkinir, lakin gecənin bir qaranlığında iddiaçının avtomobilinin şəhərin bu başından digər başına olan hərəkət marşrutunu çıxarmaqda əziyyət belə çəkmirlər. Əgər bu görüntülər real görüntülərdirsə, bu zaman iddiaçı onların müvafiq müşayət edici məktubunu nə səbəbə təqdim edə bilmir. Həmin görüntülərin müşayət edici məktubu nə qədər ki, təqdim edilməmişdir və əgər məhkəmə bunları mötəbər hesab edirsə o zaman hazırki mülki işin içindən müvafiq cinayət işi ayrılmasını və araşdırılması üçün prokurorluq orqanına göndərilməsini xahiş edir. Belə ki, qanunun tələbinə görə heç kəs qanuni əsaslar olmadan şəxsi həyatı izlənə bilməz, şəxs güdülməyə məruz qala bilməz. Yəni kağızların məktubsuz və əldə edilməsi mənbəyi və əsasları təqdim edilmədən onlar sübut kimi qiymətləndilirsə bu zaman burada cinayət tərkibi vardır və hörmətli cavabdeh şirkətin nümayəndləri həmin işdə əlbirlik nümayiş etdirmişlər və yəqin ki, bu birinci hal deyildir. Birinci instansiya məhkəməsinin arqumentindən biri bu olmuşdur ki, “iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir”. Məhkəmə bu arqumentini isə onunla əsaslandırmışdır ki, ikinci arqumentdə qeyd edilən hal onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. Bu arqumentə dair fikrini məhkəmə belə tamamlamışdır ki, “iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir”. Yaxşı o zaman sual olunur ki, hadisənin 3 noyabrda deyil, 4 noyabrda baş verməsini nə təsdiq edir. Məhkəmənin əsaslandırmasında olan fikirlər kifayət qədər ziddiyəttli olmaqla işin əsas predmetindən yayınır. Belə ki, cavabdeh sığorta şirkətinin sığorta ödənişini verməkdə gətirdiyi bəhanə o idi ki, nə qədər ki, kamera görüntüsü yoxdur, cavabdeh sığorta faktının baş verdiyini inkar edirdi. İddiaçı da bu əsaslardan narazı qaldığı üçün müraicət etmişdir məhkəməyə. Məhkəmə baxışında isə artıq sığorta şirkəti həqiqətən də nəqliyyat vasitəsində əsaslı zədələrin olmasına dair təkzibedilməz faktların qarşısında qalır, sığorta şirkəti kobud ifadə tərzi olsa da yeni bəhanələr gətirir, bu dəfə də deyir ki, hadisə 03 tarixində yox, 04 noyabr tarixində baş verib. Yeni ssenari isə odur ki, 04 noyabr tarixində isə sığorta təminatı qüvvədə olmayıb. Əslində ziddiyyətli və qərəzli fikirlər İddiaçı izahatında deyil, elə sığortanın öz bitməyən bəhanələrində ifadə olunmuşdur. Bunun sübuta belə ehtiyacı yoxdur. Sığortanın mövqe dəyişdirdiyi təkzibedilməz formada ortalıqdadır. Məhkəmənin də sığorta ilə eyni mövqeyi paylaşmasına münasibətdə isə birincisi, sual olunur ki, hadisənin 03 tarixdə deyil, məhz 04 tarixdə baş verməsinə dair nə sübutlar aşkarlandı ki, məhkəmə bu qənaətə gəlmiş oldu. İkincisi isə istər cavabdeh sığorta şirkəti, istərsə də məhkəmə məhz bu mövqeyi ilə bir daha sığorta faktının olmasını təsdiq etmiş olur. Deməli, sığortanın imtina əsası öz təsdiqini tapmamışdır. Digər bir tərəfdən iddiaçı cavabdehlə olan sığorta münasibətlərini davam etmək arzusunda olmuşdur, yeni müqavilə bağlamışdır. Hətta onun ödənişini belə həyata keçirmişdir. Təminatın 1 gün sonra verilməsi hadisənin 03 noyabr tarixində olmamasına dəlalət edə bilməz. Hadisənin 3-tarixində deyil, 4-ü tarixində olması sığortanın yeni yaratdığı bir ssenaridir ki, sığorta ödənişinin ödənilməsindən maksimum yayınsın. 03 tarixində də 04 tarixində də bu avtomobil hərəkətə yararlı olub, çünki, avtomobilin altındakı zədə nəticəsində əmələ gələn deşik xırdadır və antifrizin ordan axaraq 1 sutkaya bitməsi mümkünsüzdür. Çünki, avtomobil servisə gedən zaman ordan olan axıntı davam etməkdə idi. O antifriz birbaşa batareyanın işləməsini təmin edən maddədir, soyutma xarakteri daşıyır ki, batareya qızmasın. O əllə doldurulan bir maddə deyil ki, 2 saata axsın bitsin avtomobil də hərəkətə düşməsin. Yəni işin predmetinin yönünü dəyişmək və məhkəməni əsas məqamlardan yayındırmaq üçün sığortanın ortalığa qoyduğu bir haldır. Əgər elə idisə nə səbəbə imtina əsasında avtomobilin sığorta təminatı altında olmamasını deyil, hadisənin olmamasını rəhbər tutaraq imtina verirdilər. Onların yeni bəhanəsi ilə əlaqədar mövqe isə ondan ibarətdir ki, tərəflər istənilən halda və tarixdə müqavilə münasibətlərində olublar. Yəni bu əsasla iddianın rədd edilməsi düzgün hesab edilmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş üçüncü şəxs öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 nömrəli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixə, saat 23:59-a qədər sığortalanmış və iddiaçı iddia etdiyi sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini göstərir və bunu həmin tarixdə öz şəxsi avtomobili ilə Sabunçu rayonu ərazisində evinə gedərkən nəqliyyat vasitəsinin hərəkətdə olan zaman hansısa küt əşyanın maşının altına keçərək, yəni küt əşyanın təsirindən törənən mexaniki zədə əsasında batareyasının zədələnməsi ilə əsaslandırır. İddiaçının iddiasında göstərdiyi hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından tam məhrum olduğuna görə və sığorta hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmadığına görə xx.xx.2023-cü il tarixli 7039/C nömrəli məktubla İddiaçı sığorta ödənişinin verilməsindən imtina qərarı verilmişdir. İddiaçı sığorta tərəfindən aldadılmaya məruz qalmasını göstərərək **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İ-MİC-4232/22 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə 83.600 manat məbləğində olan sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsini iddia etmişdir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi sığorta hadisəsinin baş verməsinin öz təsdiqini tapmaması və hadisənin xx.xx.2023-cü il tarixdə deyil, sonrakı günlərdə baş verməsi ilə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta hadisəsi ilə həmin faktı təsdiq edə bilən sübutlarını məhkəməyə təqdim etməməsi və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməməsinə dair nəticəsi işin araşdırılmış halları ilə tam uzlaşır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının iddia etdiyi hadisənin baş verməsindən bir neçə gün sonra sığorta ödənişinin ödənilməsi ilə bağlı həmin şirkətə müraciət etmiş, məsələnin araşdırılması ilə bağlı sığorta şirkəti tərəfindən Sabunçu rayon Polis İdarəsinə sorğu ilə müraciət olunmuş və cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün hadisəni müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf məhkəməyə xx.xx.2023-cü il tarixli foto-şəkillər təqdim etmiş və iddiaçı eyni zamanda həmin şəkillərə münasibətdə etiraf etmişdir ki, digər xx.xx.2023 cü il tarixə aid fotoşəkilləri isə özü düzəltmişdir ki, məhkəmədə haqlı olaraq qeyd etmişdir ki, bu halda xx.xx.2023-cü il tarixə aid fotoşəkillər sübut kimi qəbul edə bilməz. Həmçinin də İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, o, iddia etdiyi hadisə barədə izahatı alınmış və onun müşayiəti ilə hadisənin iddia olunan baş vermə yerinə baxış keçirilmişdir. Cavabdeh tərəfin izahatlarından görünür ki, sorğuya cavab gəlməmiş sığorta araşdırma nəticəsində əldə olunmuş məlumatların kompleks təhlili iddia olunan hadisənin baş vermə yerinə, tarixinə, şəraitinə, eyni zamanda mümkünlüyünə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən İddiaçı ikinci dəfə yazılı izahat (xx.xx.2023-cü il tarixində) alınmışdır. Birinci və ikinci izahatların bir-birinə tamamilə zidd olması şübhələri bir daha təsdiq etmişdir. Bundan başqa, iddiaçı tərəfin təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinin təsdiqinin olmaması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, istər sığorta şirkəti, istərsə də birinci instansiya məhkəməsinin bu barədə qənaəti yanlış olmasını ehtimal edilsə belə, ən əsası iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə iddiaçı işdən evə qayıdan zaman, yəni sığorta hadisəsinin məhz müqavilənin qüvvədə olma müddəti ərzində baş verməsinə dair tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin məzmununda göstərilənlər kimi iddiaçının mülahizələrindən ibarətdir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin nümayəndəsi olan Bəsti Nağıyeva ilə aparılan danışıq və onun nəticəsi olaraq təklifi qəbul etməsi, yeni müqavilə üçün ödənişin keçirilməsi müqavilənin yenidən bağlanması anlamına gəlmiş olmasını bildirsə də, Mülki Məcəllədə sığorta müqaviləsinə dair başlıca tələblərdən biri kimi sığorta müqaviləsinin yazılı olaraq bağlanması təsbit edilmişdir ki, hazırda işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixə, saat 23:59-a qədər, daha sonra isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. Yəni xx.xx.2024-cü il tarixdə iddiaçının avtomobili sığortalanmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının sığorta müddətinin 03 noyabr 2023-cü il tarixdə başa çatsa da onu yenidən uzatmasının müqavilə münasibətlərinin davam etdirilməsini arzulaması faktının mövcudluğu hazırki iddianın predmeti və əsaslılığı ilə heç bir bağlılığı yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin videogörüntülərinin olmaması hadisənin olmamasına dəlalət edə bilməməsi kimi dəlili ilə bağlı hesab edir ki, əvvəla həqiqətən də sığorta hadisəsi iddia edilən hadisənin baş verməsinə dair videogörüntülərin olmaması sığorta hadisəsinin olmasının təsdiqi deyil. Bundan əlavə, sığorta hadisəsi iddia edilən hadisənin baş verdiyi halda xx.xx.2023-cü il tarixində də sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olmasına dair apellyatorun irəli sürdüyü arqumentlər də ağlabatan və inandırıcı olmamışdır. Kollegiyanın qənaətinə görə sığorta hadisəsi iddia edilən hadisə baş verdiyi halda iddiaçı bu barədə dərhal sığortalıya məlumat verməli idi. Bu konteksdə iddiaçının sığorta hadisəsi baş verdiyi hal barədə dərhal məlumatlı olmayaraq sığortaya xəbər verməməsi və hadisədən sonra avtomobil hərəkətini davam etdirdiyi üçün onun sürülməsinə davam etməsinin heç də sığorta hadisəsi olmaması kimi qiymətləndirilməsinə dair apellyatorun dəlilləri onun mülahizələri kimi qiymətləndirilir. İddiaçı hadisə ilə bağlı bir neçə gün keçdikdən sonra - xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə xəbər verməsini özü etiraf edir və bunu avtomobilin zədələnməsini yalnız və yalnız onu servisə aparan məqamda bilməsi ilə əsaslandırır. Bu halda kollegiya xüsusilə vurğulayır ki, iddiaçı hadisənin məhz xx.xx.2023-cü ildə olmasını iddia etdiyi halda, xx.xx.2023-cü il tarixdə sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə yəni, “xx.xx.2023 02:59:18 H.Əliyev prospekti Ask Arena yaxınlığı X4 Limanı ist əsas yol xx.xx.2023 03:05:01 Sabunçu Rayonu Zabrat qəs. Socar YDM qarşısı Zabrat qəs ist, xx.xx.2023 03:05:46 Zabrat qəsəbəsi Babək küç-24, xx.xx.2023 03:07:36 Şəhər Şosesi Zabrat xx.xx.2023 03:09:49 Zabrat-Kürdəxanı şossesi (Luxoil YDM) Kürdəxanı ist, xx.xx.2023 03:15:03 Sabunçu-Zabrat-Pirşağı yolu Kürdəxanı qəsəbəsi Əjdər Məlikov küçəsi (Zeytun market yaxınlığı) Pirşağı ist, xx.xx.2023 03:18:00 Bilgəh-Nardaran-Pirşağı yolu 13.5-ci km Bilgəh ist, 03:19:14 Bilgəh-Nardaran-Pirşağı yolu 11.5-ci km Pirşağı ist” istiqamələrində hərəkətdə olması işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçının 4 və 5 tarixləri şənbə və bazar gününə təsadüf etdiyi üçün servis işləmirdi və 4 noyabr tarixində iddiaçı bütün günü Sumqayıt şəhərində yerləşən zavodda olması kimi dəlili göstərilənlərlə tam təkzib edilir. Apellyasiya instansiyası məhkəməsinin iclasında apellyator Sumqayıt şəhərində yerləşən zavoda digər avtomaşınla getməsini göstərsə də, istər bu izahatı, istərsə də apellyasiya şikayətinin dəlilləri iddiaçının özünun iddia ərizəsində qeyd etdiyi hallarda da təkzib edilir. Belə ki, iddiaçı tələbinin əsası kimi aydın olaraq göstərmişdir ki, «Lakin, səhəri günü nəqliyyat vasitəsini işə salarkən ekran monitorda mənası ona məlum olmayan işıqlı işarənin olduğunu gördü. 2 gün boyunca həmin işığın monitordan getmədiyini gördükdən sonra nəqliyyat vasitəsini servisə aparmaq və orada bu işarənin mənasını araşdırmaq qərarına gəldi.» Həmçinin də 6 noyabr 2023-cü il tarixdə həftənin birinci günü olmaqla iddiaçının sürücüyə evakuasiya avtomobili çağıraraq maşını servisə aparmasına dair göstəriş verməsi onun şikayətində avtomobil gedirsə niyə də sürməməsi kimi fikri ilə tam ziddiyət təşkil edir. Apellyasiya şikayətinin DYP tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdə sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olmasına dair fotoşəkillərin mötəbərliyi şübhə altında olmasına dair dəlillərini məhkəmə kollegiyası əsassız sayır və apellyatorun mülahizələri kimi qiymətləndirir. Məhkəmə kollegiyası göstərilən dəlillə bağlı apellyasiya şikayətinin “saat xx.xx.2023 03:18:00 Bilgəh-Nardaran-Pirşağı yolu 13.5-ci km Bilgəh ist, 03:19:14 Bilgəh-Nardaran-Pirşağı yolu 11.5-ci km Pirşağı ist” ünvanında görüntülənən avtomobil eyni saatda batareyasına taxılmış olmasının mümkünsüz bir hal olması dəlili ilə bağlı qeyd edir ki, bu halın da mümkünsüzlüyü qəbul edilsə belə, yenə də sığorta hadisəsinin məhz xx.xx.2024-cü il tarixdə baş verməsi sübut olunmur. Qəbul edilsə ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış və bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir, bu hal yenə də hadisənin məhz onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisənin 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-dən əvvəl xx.xx.2023-cü il tarixə təsadüf edən radələrdə baş verməsini təsdiq etmir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bağlamış olduğu müqaviləyə münasibətdə öz vəzifə öhdəliklərini yerinə yetirməməsi kimi halların olması öz təsdiqini tapmamış və sığorta hadisəsi faktı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(006)- 1550/2024 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev