Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5614/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Bayram Məlikovun, cavabdehin nümayəndəsi Fərid Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh tərəfindən hesablanmış 1.949,99 manat borc ünvan 1 ünvanı üzrə **********00112 saylı abunə hesabından silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnam ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı məişət abonenti, cavabdeh isə enerjitəchizatı müəssisəsidir. Onların arasındakı mübahisə fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, sayğacın hesablayıcı mexanizmində müdaxilə izlərinin olması aşkar edilmiş, aşkar edilmiş faktla bağlı 19.02.2020-ci il tarixli, NDM 016554 nömrəli akt tərtib olunmuş, itirilmiş enerjinin dəyəri 1.949,99 manat müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmişdir. Lakin həmin akt iş materiallarında yoxdur, cavabdeh onu məhkəməyə təqdim etməyib. İddiaçının elektrik enerjisindən istifadə qaydalarını pozduğu sübut olunmur. Nazirlər Kabinetinin 02.02.2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Həmin bənddə daha sonra qeyd olunmuşdur ki, akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Beləliklə, cavabdehin 1.949,99 manat ödəmək vəzifəsi əmələ gəlməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 14-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin borcun silinməsini qət edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5614/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5614/2021
30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver