Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5617/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh; Cavabdeh İddiaçı və X5 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“vərəsəlik hüququnun tanınması; miras payının müəyyən edilməsi; ləyaqətsiz vərəsə kimi tanınma və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi”) hakimlər X15 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (40 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras payların müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “miras payların müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə tələbi, Cavabdeh İddiaçı və X5 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Müstəqil tələb irəli sürən X12 xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Cavabdeh İddiaçı və X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "mərhum atası X2 qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin, müstəqil tələb irəli sürən X3 Cavabdeh qarşı "mərhum atası X2 qalmış - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbinin, Cavabdeh İddiaçı və X5 qarşı "ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin və üçüncü şəxsin özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2,146.3, 152.1, 180.2, 180.3, 1137, 1139, 1151.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 124.2, 217.4-ci maddələrinə; "M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020- ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edilmişdir ki, ilkin və müstəqil tələb irəli sürən X3 iddia tələbinə münasibətdə qeyd edir ki, qeyd olunan evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. İddiaçı və X1 "Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsi” barədə tələbləri əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, şəxsin qanun və vəsiyyət üzrə vərəsə ola bilməməsi ilə nəticələnən ləyaqətsiz vərəsə hesab edilməsi formal əsaslarla deyil, qanunda göstərilmiş konkret əsaslardan (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmək və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) asılı edilmişdir və hazırkı iş üzrə bu hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır, o, bu hallara dair sübutetmə yükü daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən, qarşılıqlı iddiaçının atası - mirasqoyan X16 da 2017-ci ildə, hazırkı iddiaçının əsasları (döymək, təhqir nalayiq söz və s.) ilə eynilik təşkil edən iddia tələbilə məhkəməyə müraciət etmiş, qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin oluna bilməz. 5.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən ev sahibi X10r; - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1916/2015 saylı 08 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi təmin edilməmiş, hazırki qətnamənin İddiaçı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-4909/2015 nömrəli iş üzrə 27 avqust 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-1916/2015 saylı 08 may 2015-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5780/2015 saylı Qərarı ilə cavabdeh İddiaçı və vəkili Yusifov Ceyhun Müzəffər oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-4909/2014 nömrəli iş üzrə 27 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır; - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdehlər İddiaçı və X5 qarşı "ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10062/2017 saylı 27 sentyabr 2017-ci il təvəllüdlü Qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)- 5256/20l7 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən imtina olunmuşdur; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021ci il tarixli məktuba əsasən xx.xx.2021-ci il tarixli məktubda göstərilmiş iradlar aradan qaldırılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən təqdim olunmuş sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından imtina olunmuşdur; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir; -1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, X18 adına qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1a saylı fərdi yaşayış evi ilə bağlı məlumat mövcuddur; - Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən xx.xx.1931-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni xx.xx.2020-ci il tarixədək ünvan 4 ünvanında yaşamış mərhum X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı oğlu İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır, daşınmaz əmlaka dair X7 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir; - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı "cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması” barədə iddia tələbi rədd edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-3765/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır; Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir; - xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir; xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən, X13 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir; xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 6.İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 396/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin qismən ilkin iddia tələbi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin
146. 2, 152.1, 180 ; Mülki Prosessual Məcəllənin 9.1. 76.1, 77.1, 88, 155.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sözü gedən normaya müvafiq olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan əmlakın dövlət qeydiyyatına alınması qanunla yol veriləndir. Belə ki, bununla bağlı olaraq aidiyyatı qurumlara müraciət olunduğundan əmlakın dövlət qeydiyyatına alınması üçün mütəxəssis göndəriləcəyi onlara bildirilmişdir. Lakin ilkin iddia üzrə cavabdeh və onun ailə üzvləri ölçmə işlərinin aparılmasına maneə yaratdığı üçün əmlak dövlət qeydiyyatına alına bilməmişdir. Məhkəmə isə bundan öncə məhz bu əsasla məhkəməyə müraciət olunduğunu, ilkin iddia üzrə cavabdehin əmlakın aidiyyatı qurumlar tərəfindən qeydiyyata alınmasını hər cür vəchlə maneə olmasını gözardı etmişdir. Məhkəmə subyektiv hüququnun olmaması səbəbindən iddia tələbini təmin etməmişdir. Halhazırda vərəsəlik işinin açılması, miras paylarının bölünməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş sənəddən də aydın olduğu kimi o, mərhum atasından qalmış miras əmlakla bağlı müraciət etmiş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Bundan başqa DƏDRX tərəfindən sözügedən sənədin arxivdə mövcud olması barədə möhürü ilə təsdiq etmişdir. Eyni zamanda Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş sənədə əsasən DƏDRX əməkdaşları tərəfindən sözügedən əmlaka baxış keçirilməsi üçün dəfələrlə mütəxəssislərin getməsi öz əksini tapmışdır, lakin cavabdeh tərəf buna mane olmuşdur. Bir haldakı əraziyə baxış keçirilməsi üçün mövcud sənəd üzrə tikililərin yoxlanılamsı üçün mütəxəssis göndərilmişdirsə deməli ki, sözügedən sənədin vəfat etmiş şəxsin adına müvafiq qeyd aparılmışdır. Məhkəmə tərəfindən isə sözügedən əmlakın dövlət qeydiyyatına alınmasına dair sorğu göndərilmişdir. Təbii ki, hal-hazırda reyestrdən qeydə alınmamışdır, lakin ölmüş şəxsin adına qeydə alınmasına dair müvafiq sorğu mövcud deyildir. Buna baxmayaraq, məhkəmə yanlış qənaətə gələrək vərəsənin hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, mövcud qanuni sənəd əsasında vərəsəlik işinin açılması, vərəsə payların müəyyən edilməsi ilə bağlı olaraq məhkəmə yekun akt qəbul etməli idi. Göründüyü kimi, məhkəmə qanunsuzluğa yol verərək tərəflərin konstitusion hüquqlarını kobud surətdə pozmuşdur. Mərhum atası X11 aid Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcud idi. Həmin sənəd isə əmlakın dövlət qeydiyyatına alınmasına əsas verən sənədlərdən biri kimi qanunda öz təsbitini tapmışdır. Sözügedən Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən miras əmlakın ölçmə işləri, texniki invertalaşdırma işlərinin aparılmasını məqsədilə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin şərait yaradılmaması səbəbindən bugünədək Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhz bu səbəbdən də, o, də qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir. Göründüyü kimi, aidiyyatı orqan əmlakın dövlət qeydiyyatına alınmasından imtina etməmiş, mübahisəli əmlakın dövlət qeydiyyatına alınmasının məhz şəraitin yaradılması səbəbindən baş verdiyini qeyd etmişdir. Məhkəmə isə nədənsə mövcud faktlara düzgün hüquqi qiymət verməyərək yanlış qənaətə gəlmiş, işə birtərəfli mövqedən yanaşmışdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmənin qeyd etdiyi, əsaslandırdığı norma hazırki işdə ümumiyyətlə tətbiq edilə bilməz. Belə ki, məhkəmə işi obyektiv araşdırmış olsaydı, mövcud hüquqmüəyyənedici sənədin olması halında özbaşına tikilidən söhbət getməyəcəyini qəbul edərdi. Məhkəmə isə işə biganə yanaşaraq tərəflərindən təqdim edilən hüquqmüəyyənedici sənədin mövcud olmasına rəğmən miras əmlakı özbaşına tikili kimi qiymətləndirmiş, absurd əsaslandırma ilə ilkin iddia tələbini rədd etmişdir. MM 139-1-ci maddəsinə əsasən sözü gedən miras əmlakın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas verən siyah qanunvericiliklə öz əksini tapmışdır. Belə ki, mövcud hüquqmüəyyənedici sənədə nəzər yetirilsə, DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən arxivdə saxlanılan nüsxə ilə eynidir möhürünü də görə bilərik. Belə olan halda, sözügedən əmlak necə özbaşına kimi qiymətləndirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və maddəsi, faktlar əsasında həyata keçirilir. Sözügedən norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisə tam, hərtərəli araşdırılmaqla həyata keçirilməli olduğu halda, ilkin iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasını sübuta yetirdiyi halda məhkəmə bu kimi halları göz ardı edərək birtərəfli mövqedən yanaşaraq ilkin iddia tələbinin rədd edilməsi ilə ədalətsiz yekun məhkəmə aktı qəbul etmişdir. Mövcud olan bütün sübutlar iddianın təmin edilməsinə əsas verdiyi halda, məhkəmə tərəflərin bərabərliyi prinsipini pozaraq qarşı tərəfin hüququnun üstün tutmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma hər bir tərəfin məhkəmədən tələb etdiyi iddiasının sübuta yetirilməsini şərtləndirir. Məhkəmə tərəfin yalnızca şifahi mülhazəsinə əsaslanaraq akt qəbul edə bilməz. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan mövcud sübutlara düzgün hüquqi qiymət vermədən ilkin iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur norması düzgün tətbiq olunmamışdır. İddiaçının ilkin iddia tələbinin tamamilə əsaslı olmasına dair bütün dəlillər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sübuta yetirilsə də, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qanuni sübutlara baxmayaraq, məhkəmə işi araşdırmadan, heç bir hüquqi addım atmadan məhkəmə aktı qəbul edilərək ilkin iddia tələbinin təmin olunmaması ilə iddiaçının hüquqlarına toxunulmuşdur. İlkin iddia üzrə iddiaçı tərəf iddia tələbinin təmin edilməsinə əsas olan halları tam şəkildə təqdim edilmiş sənədlər əsasında sübuta yetirmişdir. DƏDRX-nin tərəfə ünvanladığı cavabdan da aydın olduğu kimi əmlakın ölçmə işləri, texniki invertalaşdırma işlərinin aparılması üçün şərait yaradılmaması səbəbindən bugünədək Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1- ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qeyd edilən normaya müvafiq olaraq cavabdeh qarşılıqlı iddia ərizəsini iddia ərizəsini aldıqdan 20 gün ərzində məhkəməyə təqdim etməlidir. İlkin iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət olunsa da, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qarşılıqlı iddia təqdim edilməmiş, müddət ötürülmüşdür. Belə ki, cavabdeh şəxs bundan öncə təyin olunmuş məhkəmə iclaslarında birbaşa olaraq iştirak etmiş, ilkin iddia tələbinə münasibət bildirmişdir. Sözügedən iddia tərəflərindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə, hazırlıq iclası təyin edilmiş tərəf iştirak etmişdir, xx.xx.2022-ci il tarixli məhkəmnin hazırlıq iclasında cavabdeh iclasında iştirak etmiş iddiayaya münasibət bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə isə 30 gün sonra qarşılıqlı iddia ilə müraciət edir. Odur ki, iddia tələbindən məlumatlı olmuş, lakin ona məlum olan vaxtdan 20 gün ərzində qarşılıqlı iddia ərizəsi verməmişdir. Məhz bu səbəbə görə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməli idi, xx.xx.2022- ci il tarixdə təyin edilmiş məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi zamanı münasibət bildirərək etiraz etmişdir. Hələ bu azmış kimi, məhkəmə qarşılıqlı iddia ərizəsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsinə rəğmən onun ödənilməli olması ilə tərəfi istiqamətləndirmiş, yenidən təqdim edilən qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir. Bununla da, məhkəmə öz mövqeyini açıq-aşkar nümayiş etdirərək, sanki qarşı tərəfin hüquqlarını qoruyurmuşcasına addımlar ataraq hüquq pozuntusuna yol vermış, qanunun tələblərini kobud surətdə pozmuşdur. Bununla da, məhkəmənin tərəfli mövqedə olması faktı sübuta yetirilir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə dair məlumatların verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə dair X8 adı ilə bağlı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Bakı şəhəri, 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanın 1.11-ci bəndində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mövcuddur və qeyd olunan sənədlər əsasında hüquqların dövlət reyestrində qeydiyyatının aparılması mümkündür. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onlar tərəfindən təqdim edilmiş texniki pasport əsasında edilmiş sorğuya cavab məktubu ilə apellyasiya şikayətlərinin əsaslı, birinci instansiya məhkəməsi qətnaməsinin əsassız olduğunun təsdiqləndiyini, mübahisəli əmlaka iddiaçının mülkiyyət hüquqlarının olduğunu və vərəsəlik hüquqlarının cavabdeh tərəfindən kobud şəkildə pozulmaqda olduğunu qeyd etməklə, notarius vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etdiklərini, lakin cavabdeh tərəfindən qərəzli şəkildə həmin qurumun əmakdaşına əmlaka baxış keçirilməsi üçün şərait yaradılmadığını, bu səbəbdən notarius tərəfindən onlara vərəsəlik hüquqlarının müəyyən edilməsindən imtina ilə bağlı cavab verildiyini bildirmişdir. Qeyd etmişdir ki, iddia tələblərinin birinci hissəsi miras payının müəyyən edilməsidir və tələblərinin bu hissəsi birbaşa cavabdehlə bağlı olduğundan notariat kontorunu cavabdeh kimi yox, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd etmişlər, məhz cavabdeh iddiaçının hüquqlarını realizə etməsinə imkan yaratmır, ona məxsus miras əmlakdan istifadə etməklə hüquqlarını pozur. 9.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mübahisəli əmlakda 2016-ci ilə qədər ailə və atası ilə birlikdə yaşadığını, atasının xəstələndiyi dövrdən sui-istifadə edərək cavabdehin ailəsi ilə həmin evə yerləşdiklərini, 2016-cı ildə oradan məcbur çıxarıldığını, həmin həyətdə miras əmlakdan başqa özünə məxsus tikilinin də olduğunu, cavabdehin və oğlanlarının onu nə miras əmlaka, nə də öz əmlaklarına daxil olmağa və istifadə etməyə imkan vermədiklərini, Qəhrəmanova Qətibənin mübahisəli əmlakda yaşamadığını, lakin mərhum atasına qulluq etmə üçün gəlib-getdiyini bildirmişdir. 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X17 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının hüquqi sənəd təqdim etmədikləri üçün əmlaka baxış keçirilməsinə şərait yaratmaqdıqlarını qeyd etmiş, bundan başqa hər iki vərəsənin notarial qaydada qeydiyyata alınması barədə sənəddə ünvan olaraq ünvan 5ırma barədə sənəddə Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvan kimi də ünvan 7hisəli əmlakda 1992-ci ildən yaşamadığını bildirmişdir. 11.Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 40 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqdan tam yoxlanılmalıdır. Belə ki, hər üç iddia eyni miras əmlak üzrə vərəsəlik hüquqları ilə biləvasitə bağlı olduğundan şikayətə münasibətdə bir iddia tələbinin ayrıca araşdırılıraq hissəvi qiymət verilməsi prosessual cəhətdən mümkün deyildir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırılmasında ilkin və müstəqil iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur, qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edilmişdir ki, şəxsin qanun və vəsiyyət üzrə vərəsə ola bilməməsi ilə nəticələnən ləyaqətsiz vərəsə hesab edilməsi barədə hallara dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamış, qarşılıqlı iddiaçının atası - mirasqoyan X16 da 2017-ci ildə, hazırkı iddiaçının əsasları (döymək, təhqir nalayiq söz və s.) ilə eynilik təşkil edən iddia tələbilə məhkəməyə müraciət etmiş, qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Halbuki, məhkəmə icraatı zamanı əmlakın dövlət qeydiyyatına alınmasına əsas olan texniki inventarizasiya pasportu təqdim edilmiş və miras qoyanın sağlığında ləyaqətsiz vərəsə hesab edilməsinə dair tələbin təmin edilməməsi üzrə məhkəmə aktında müəyyən edilən halların hazırki münasibətlərə sübutedici meyar kimi şamil edilməsi aidiyyəti olmamışdır. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv təfsirə yol verərək mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmiş və aid olmayan sübutlarla əsasaslandırılmış, habelə məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlməmişdir. 14.Diqqətə çatdırılmalıdır ki, ilkin və müstəqil tələbin verilməsinə əsas kimi şərait yaradılmaması səbəbindən Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılmasının mümkün olmadığı və məhz bu səbəbdən qanun üzrə vərəsə qismində atasından qalmış miras əmlakı qəbul edə bilməməsi qeyd edilmişdir. Halbuki, bu əsasla, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona invertarlaşdırma işlərinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması” barədə iddia tələbi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)- 901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-3765/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmış, notariusun vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair hər hansı sübut təqdim edilməmişdır. Bundan əlavə, cavabdehə qarşı yönələn bu tələblərin mahiyyəti açıqlanmamış, notariat orqanı isə cavabdeh qismində cəlb edilməmişdir. Qarşılıqılı iddianın isə verilməsinə əsas yaradan qanunvericiliyin dispozitiv şərti, yəni “miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət”lərin mövcudluğunu sübut etmək yükü qeyd edilən iddianı vermiş tərəfə izah edilməmiş, tərəfin istinad etdiyi başqa hüquq münasibətləri üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə istinad edilmişdir. Tələblər qiymətləndirilərkən nəzərə alınmamışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ümumilikdə, səlahiyyətlər həddində apellyasiya icraatında qeyd edilən prosessual çatışmazlıqların aradan qaldırılması mümkün olmamışdır. 15.Qeyd edilən əsaslarla qəbul edilmiş qətnamə tam ləğv edilməli və iddiaların rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ilkin və müstəqil tələb mərhum X2 qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə olsa da, mirasın (qanun və ya faktik əsasla) qəbulunun əsasları, birinci növbə vərəsələrin dairəsini müəyyən edən sübutlar təqdim edilməmişdir. Habelə notariat orqanına qanun üzrə vərəsə kimi müraciət edildiyi təqdirdə imtinanın əsasları barədə sübutlar təqdim edilmədiyi prosessual vəziyyətdə şəhadətnamənin verilməsi vəzifəsinin verilməsi tələbinin cavabdehə aidiyyəti, o cümlədən notariat orqanın hərəkət (hərəkətsizliyi) və şəhadətnamənin verilməsindən imtinanın səbəblərini sübut edən xüsusatlar müzakirəyə təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, miras payların müəyyən edilməsi üçün ilkin olaraq vərəsəlik hüquqları və mirasın hansı əsasla qəbul edilməsi sübuta yetirilməlidir ki, bunların müəyyən edilməsinə dair sübutlar (vəsatətlər) təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı isə tərəflərin özlərinin izahatlarından və iş materiallarından məlum olmuşdur ki, mirasın faktiki qəbulunu cavabdeh həyata keçirmiş və mübahisəli yaşayış sahəsinin ərazisində başqa - qeydiyyata alınmayan əlavə tikililər vardır. İlk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi bildirilsə də, imtina məhkəməyə təqdim edilməmiş və onun səbəbləri məhkəməyə məlum olmamışdır. 16.Beləliklə, ilk və müstəqil tələb üzrə tələbin faktiki əsasları üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan, hüquqi əsasları üzrə isə dəlilllər və onları təkzibedilməz edən sübutlar təqdim edilmədiyindən, habelə tələbin yönəldiyi şəxslərin dairəsi müəyyən edilmədiyindən iddialar rədd edilməlidir. Qarşılıqlı iddia üzrə isə tələbin faktiki əsasları münasibətləri tənzimləyən maddi hüquq normalarına uyğunluq təşkil etmədiyindən, yəni “miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət” (hallar) məhkəmə tərəfindən müəyyən edilmədiyindən rədd edilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 1159.1. Qanun üzrə vərəsəlik zamanı: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 18.Notariat haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 5 5 . Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. 5 7 . Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 5 8 . Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. 5 9 . Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 19.Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə əsasən: 101. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.
102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir:vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 107. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilmişdir.Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşdursa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.
21. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilsə də, nəticə etibarı ilə iddia rədd edildiyindən dövlət rüsumlarının ödənilməsi ilə əlaqədar məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı (40 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə tələbi, Cavabdeh İddiaçı və X5 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.