Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5617/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5617/2024 (Açar sözlər: vərəsəlik X21nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X22 və X15 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X7, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı vərəsəlik X21nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair Cavabdeh adına 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-183 reyestr nömrəli X36 X21nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilin 1/2 hissəsinə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, onun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair 1/3 hissədə miras payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 011734 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzil mərhum atası X8 xüsusi mülkiyyətində olmuşdur. X1 xx.xx.2022-ci il tarixdə, atası X16 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Atası birinci növbə vərəsələri, o - İddiaçı, bacısı X10 və qardaşı Cavabdehdur. O, miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatda olmasa da, atasının sağlığında və onun ölümündən sonra orada yaşamış, bununla da, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Qardaşı, hazırkı iş üzrə Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamamış, mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, qardaşı Cavabdeh Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə X36 X21 verilmişdir. Bundan sonra o, vəkillə hüquqi yardım haqqında müqavilə bağlamış və vəkil sorğusu əsasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işinin təsdiq edilmiş surətini əldə edilmişdir. O, miras əmlakda yaşayaraq, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bundan başqa, mirasdan imtina etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən mərhum atasından qalmış miras əmlaka dair onunda vərəsəlik hüququ olduğundan, həmin əmlaka dair onunda miras payı müəyyən edilməlidir.
3. Məhkəmə iclasında şahid X17 bildirmişdir ki, o, Buzovnada qonşuluqda yaşayır. Xatirə özü demişdir ki, o, burada yaşamır. Xatirə Mərdəkanda yaşayır. O, Xatirənin Mərdəkandakı evində olmamışdır. O, Xatirəni anasının yasında görmüşdür.
4. Məhkəmə iclasında şahid X18 bildirmişdir ki, o, Beyləqanda yaşayır. O, bilir ki, Xatirə Mərdəkanda yaşayır. Xatirə əvvəllər bibisinin yanında qalmışdır. Bibisi rəhmətə getdikdən sonra onun evi Xatirəyə qalmışdır. Daha sonra Xatirə Mərdəkanda ev aldı. O, ata evində yaşamayıb. 2016-cı ildə bibisi vəfat etdikdən sonra o, Xatirədən incimiş və onunla əlaqəsini kəsmişdir. Xalidə isə ata evində yaşamış, lakin Xatirə yaşamamışdır. Siyahət onun əmisi olmuş, o, onun Buzovnadaki evində 2016- cı ildə olmuşdur. O, Xatirənin Mərdəkandaki evinə getməmiş, öz ailə üzvlərindən eşitmişdir ki, Xatirənin Mərdəkanda evi var.
5. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Xatirə 123 saylı tam orta məktəbdən onun iş yoldaşıdır. Xatirə 1976-cı ildən Buzovnada yaşayır.
6. Məhkəmə iclasında şahid X19 bildirmişdir ki, Xatirə onun qonşusudur. Xatirə bacısı ilə birlikdə mübahisəli ünvanda yaşayır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş, 2V-183 reystrlə qeydə alınmış (vərəsəlik işinin nömrəsi: V-123/2022) X36 X21 və onun əsasında Cavabdeh verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********44-05101-093059) çıxarışın ləğv edilməsi, X4 miras qalmış ünvan 5 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
8. Sonradan məhkəmənin e-2(003)-1239/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə adıçəkilən qətnamədəki yanlışlığın düzəldilməsi, “əsaslandırıcı” və “qət etdi” hissələrindəki “X4 miras qalmış ünvan 5 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin” cümləsinin “X4 miras qalmış ünvan 5 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilsin” kimi oxunması qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1151, 1159.1.1, 1243, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı vərəsəlik iş açılması və onun miras açıldığı gündən yəni, xx.xx.2022-ci ildən – 23 may 2023-cü ilə qədər vərəsəliyə çağırılması və onun vərəsəliyə öz iradəsi ilə gəlməməsi faktiki hallarla təsdiq edilir. Məhkəmə MM-nin 1243-cü maddəsinə istinad etsə də, istinad etdiyi əsaslandırma, yəni iddiaçının mirası qəbul etməsi, hətta mirası faktiki qəbul etməsi iş materialları ilə nəinki MPM-nin 77.1-ci maddəsinə əsasən sübut edilmir, hətta İddiaçı miras əmlakı nə faktiki qəbul etməməsi, nə də notariat orqanına qəsdən bilərək ərizə verməməsi cavabdeh tərəfin təkzib edilməz sübutları ilə təsdiq edilir. İddiaçı vərəsəliyə çağırılmalı olduğunu xx.xx.2022ci ildən bildiyi halda, ən azı isə xx.xx.2023-cü ilədə Notariat ofisi tərəfindən göndərilən teleqram və həmin tarixli zəng ilə vərəsəliyə çağırıldığını bilmişdir. Buna baxmayaraq notariat ofsinə müraciət etməmişdir. Yalnız 8 ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 1246-cı maddəsini tətbiq edərək iddianı rədd etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
18. Maddə 1133.2. X36 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
20. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir.
21. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
22. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər).
23. Maddə 1159.1.1. X36 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
24. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
25. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir.
26. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
27. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
28. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırda cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
39. Belə ki, iş materiallarındakı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş X36 X21nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi oğlu Cavabdeh ünvan 4 və o, miras əmlakdan ½ hissədə pay almalıdır. X8 vərəsəsi qızı X3 ½ hissədə payı açıq saxlanılmışdır.
40. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 279751 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 968 nömrə ilə qeyd edilmişdir.
41. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 279753 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 237 nömrə ilə qeyd edilmişdir.
42. “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışın surətindən görünür ki, XX.XX.1943-cü il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun son yaşayış yeri ünvan 4 ünvanı olmuşdur.
43. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X16, X11, Cavabdeh və X10 ünvan 4 ünvanında qeydiyyatdadırlar.
44. Cavabdeh Notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X4 irs qalmş mirası qəbul etmiş, X10 və İddiaçı özündən başqa vərəsə kimi qeyd etmişdir.
45. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X16, anası X5r.
46. Hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzil tam pay X8 xüsusi mülkiyyətindədir.
47. Hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzil ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir.
48. X3 Notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı 02 sentyabr 2022-ci il tarixdə vəfat etmiş atası - X12 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin ona çatası hissəsinə dair X36 şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
49. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X16, anası X5r.
50. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X20 xx.xx.1969cu ildə evlənmişlər. Nikahdan sonra ardavada Mustafayeva soyadı verilmişdir.
51. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ünvan 6 ünvanladığı xx.xx.2024cü il tarixli 320 saylı məktubdan görünür ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olan İddiaçı məktəb sənədlərindəki faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2 mənzil 61 qeyd edilmişdir.
52. Vərəsəyə məlumat verilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi ilə bağlı vərəsə İddiaçı Siyahər qızının +**********48 mobil nömrəsi ilə telefon əlaqəsi saxlanılmışdır. Ona xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisində atası X8 adına vərəsəlik işinin açıldığı və vərəsəliyə çağrıldığı barədə məlumat verilmişdir. Eyni zamanda ona hüquq və vəzifələrinin izah olunmasına cəhd edilmişdir. Lakin telefonda özünü İddiaçı kimi təqdim edən şəxs ona hüquq və vəzifələrinin izah olunmasına ehtiyac olmadığını bildirərək telefon əlaqəsini kəsmişdir.
53. Cavabdeh Notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, DƏDRX ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarış əsasında xx.xx.2022-ci il tarixində vəfat etmiş atası X12 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilə X36 X21 almaq istəyir. Bununla ələqədar həmin əmlak üzərində qadağanın olubolmaması ve ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etdilməsini xahiş etmişdir.
54. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
55. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-11036/24 saylı məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Siyasət qızı xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 9, mənzil 61-də, xx.xx.2004-cü il tarixdən hazırki vaxtadək ünvan 7 ünvanında qeydiyyatdadır.
56. 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 58 saylı məktubundan görünür ki, Bakı şəhəri 7 saylı Notariat Ofisində İddiaçı və X10 ilə bağlı hər hansı vərəsəlik işi rəsmiləşdirilməmişdir.
57. Beləliklə ki, işin mübahisəsiz halı odur ki, miras qoyan X16 xx.xx.2022-ci il tarixdə ölmüş və onun qanun üzrə vərəsələri 3 övladı - Cavabdeh, X10 və İddiaçıdır. Qanun üzrə vərəsələrdən olan Cavabdeh notariat kontoruna müraciət edərək onun adına miras əmlakdan ½ hissədə payın müəyyənləşdirilməsini xahiş etmiş və bununla bağlı şəhadətnamə almış, digər vərəsəsi X3 ½ hissədə payı açıq saxlanılmışdır.
58. Hazırda iddiaçı qanun üzrə vərəsələrdən biri kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan - mərhum X8 mülkiyyətində olmuş miras əmlakda onun da payının nəzərə alınmasını və bölgünün ona uyğun olaraq aparılmasını xahiş edir.
59. Cavabdeh mirasın qəbulu ilə bağlı notariat orqanı tərəfindən iddiaçıya məlumat verildiyini, lakin iddiaçının notariat ofisinə gəlməkdən imtina etdiyini və bununla da qanunla müəyyən edilmiş 6 aylıq müddətin ötürüldüyünü bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir.
60. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki mübahisəyə vərəsəliyin qəbulu ilə bağlı müddətləri təsbit edən Mülki Məcəllənin 1246-cı maddəsinin tətbiq edilməsinin mümkünlüyündən öncə həmin qəbul edilmə anlayışının nədə ehtiva olunduğunu və bu cür qəbul edilmənin iddiaçı tərəfindən həyata keçirilib-keçirilmədiyini aydınlaşdırmalı, bundan sonra zərurət qalarsa, həmin müddətlərin gözlənib-gözlənmədiyinə qiymət verməlidir.
61. Belə ki, qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
62. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
63. Kollegiya qeyd edir ki, Cavabdeh atasından miras qalmış əmlakı notariat orqanına rəsmi qaydada müraciət edərək qəbul etsə də, iş materiallarına əsasən digər vərəsələrdən olan iddiaçı X10 isə mübahisəli ünvanda yaşamış, yəni atasından qalan miras mülkünü qəbul etməklə həmin əmlaka sahiblik etmiş və əmlakı idarə etmiş, beləliklə, mirası faktiki olaraq qəbul etmişdir.
64. Belə ki, birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X10 bildirmişdir ki, onlar üç uşaq olmuşlar, atasından bir ev qalmışdır. Onlar həmişə o evdə yaşamışlar. Hazırda da həmin evdə o və Xatirə yaşayır. Bundan əvvəl də həmin evdə onlar validenləri ilə birlikdə yaşamışlar. Valideynləri vəfat etdikdən sonra da həmin evdə o və Xatirə yaşamışdır. Xatirə həmin evdən işə gedib-gəlir. Elşən 1998-1999-cu ildən orada yaşamır.
65. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı mənzil – kommunal təsərrüfatı birliyi 111 saylı mənzil - kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, xx.xx.1969-cü il təvəllüdlü İddiaçı 1976-cı il tarixdən bu günə qədər faktiki olaraq ünvan 8 ünvanında qeydiyyatsız yaşayır.
66. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin yerləşdiyi ünvan 9 ünvanında aparılmış yerli baxış nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı həmin mənzildə yaşadığı otağı, həmin otaqda özünün çarpayısını, dolabını, stolunu və gündəlik istifadə etdiyi paltarlarını, ayaqqabıları və s. əşyaları göstərmişdir. Üçüncü şəxs X10 (iddiaçının bacısı) da bildirmişdir ki, İddiaçı həmişə bu evdə yaşamış, hazırda da bu evdə yaşamaqdadır və hər ikisi ailə qurmamışlar.
67. Bundan əlavə cavabdehin 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin 24 may 2023-cü il tarixli məktubu ilə iddiaçı X9 xx.xx.2022-ci il tarixində iddiaçının atası X8 adına vərəsəlik işi açılması barədə məlumat verilməsi və həmin məktubun xx.xx.2023-cü il tarixdə çatdırılması, lakin iddiaçının notariat ofisinə gəlməkdən imtina etməsi ilə bağlı fikirlərinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, sözügedən məktub iddiaçının qeydiyyatda olduğu ünvan 7 ünvanına göndərilsə də, iş materiallarından görünür ki, iddiaçı həmin ərazidə faktiki yaşamamış, həmin məktubu əldə etməmişdir. Belə ki, iş materiallarında olan H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ünvan 6 ünvanladığı xx.xx.2024-cü il tarixli 320 saylı məktubdan görünür ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olan İddiaçı məktəb sənədlərindəki faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2 mənzil 61 qeyd edilmişdir.
68. Həmçinin iş materiallarında olan “Covid-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair” iltizamnamənin surətindən görünür ki, X6 yaşadığı və müayinənin keçirildiyi ünvan kimi Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2 mənzil 61 qeyd edilmişdir.
69. Bundan əlavə iş materiallarındakı iddiaçının atası X8 adına vərəsəlik işi açılması barədə məlumat verilməsi barədə məktubun teleqram vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 08:40-da iddiaçının qeydiyyatda olduğu ünvan 7 ünvanına çatdırıldığı qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ünvan 6 ünvanladığı xx.xx.2024-cü il tarixli 422 saylı məktubdan görünür ki, həmin məktəbin riyaziyyat müəllimi olan X13 xx.xx.2023-cü il tarixində saat 08:00-da məktəbin inzibati binasında olaraq 9 “c” sinfində riyaziyyat dərsini tədris etmişdir. Bu barədə məlumat sinif jurnalında öz əksini tapmışdır.
70. Həmçinin, məhkəmə kollegiyası cavabdehin başqa ünvanda qeydiyyatda olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
71. Beləliklə, işdə olan bir çox (əksər) sübutlarla müəyyən edilərək kollegiyada əmin mövqe formalaşır ki, iddiaçı X13 mirasın qəbulunu mübahisəli əmlaka faktiki sahiblik etməklə həyata keçirmiş, notariat ofisinin onu vərəsəlik işinin açılması barədə məlumatlandırmasına dair dəlillər isə işdəki digər sübutlarla təkzib olunmuşdur.
72. Bu da onu deməyə əsas verir ki, mərhum Siyahət Mustafayevin hər 3 vərəsəsi, o cümlədən hazırki iş üzrə iddiaçı miras qoyana məxsus olan əmlakın həcminə görə onlardan 1/3 hissədə pay əldə etmək hüququna malikdirlər.
73. Odur ki, yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzil üzrə iddiaçının da digər vərəsələr kimi 1/3 hissədə pay hüququ olduğundan, iddiaçının tələbi haqlıdır və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə üzərində X6 1/3 hissədə pay hüququnun müəyyənləşdirilməsinə dair birinci instansiya məhkəməsinihn mövqeyi haqlı olmuşdur.
74. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
75. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev