Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5618/2025 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin nümayəndəsi X11, cavabdeh cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün İddiaçıblikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin nümayəndəsi ilə birgə ünvanda olmuşlar. Sözügedən mübahisəli sahəyə vizual olaraq baxış keçirilmişdir. Vizual baxış zamanı müəyyən edilmişdir ki, sahənin 7.6 m məsafəsindən diametri d=500.0 mm-lik olan yerüstü neft boru xətti keçir. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşdiyi, həmçinin tək koordinatlı sahə yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir.
2. SOCAR Təhlükəsizlik Idarəsinin ** saylı komandasının qarovul rəisi X3, mühafizəçilər X8 və X4 iştirakları ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 11:40- da 13 ** saylı postların ərazisində (ünvan 1 3) Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə, vətəndaş cavabdeh2 tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin həyətyanı sahəsinin mövcud hasarının üzərində 15 metr uzunluğunda, 1 mişar daşı hündürlüyündə əlavə hörgü işlərinin aparılacağı həmçinin mövcud darvazanın üzərində beton kəmər töküləcəyi və mövcud darvazasını çıxardaraq jalyuzlə əvəz ediləcəyi bildirmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu, həmin şəxsə izah edilərək görülən işin dayandırılması, eləcədə aparıImaması tələb edisə də o, görülən işi dayandırmayacağını və davam etdirəcəyini bildirmişdir. Bu barədə ərazi üzrə icra nümayəndəsi Rövşən adlı şəxsə saat 11:36-da məlumat verilmiş və həmin şəxsə tikinti işlərinin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi cavabdeh cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 3 ünvanında cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və dəmir darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCARın “Neft Kəmərləri” Idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 3 ünvanında cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və kölgəlik faktları aşkar edilmişdir. İddiaçıblikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, İddiaçıblikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ##.##.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “Neft Kəmərləri” Idarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; İddiaçıblikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “İddiaçıblikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. İddiaçıblikası Prezidentinin ##.##.2002-ci il tarixli *** saylı Fərmanında, eləcə də İddiaçıblikası Nazirlər Kabinetinin ##.##.2004-cü il tarixli *** saylı Qərarında X1 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin İddiaçıblikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə İddiaçıblikasının Cinayət Məcəlləsinin 222- 2-ci maddəsi ilə müvafiq icazə alınmadan X15nin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmişd dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Socar-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasının daxilində, yəni ünvan 1 3 ünvanında cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir, həmin evin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti Başçısı tərəfindən verilmiş *** nömrəli, ## #### 1999-cu il tarixli sərəncamı ilə M.A.Zəkəriyevə ayrılmış və sonuncu ## ######## 2001-ci il tarixdə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunda təsdiq edilməklə cavabdeh cavabdeh1 etibarnamə verərək həmin torpaq sahəsi üzərində bütün səlahiyyətləri ona etibar etmiş və bunun müqabilində cavabdeh cavabdeh1 4000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, həmin sahənin bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşdiyi, həmçinin tək koordinatlı sahənin yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə fərdi yaşayış evinin tikintisini aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti Başçısı tərəfindən verilmiş *** nömrəli, ## #### 1999-cu il tarixli sərəncama əsasən əldə etmişdir. Nəzərə alaraq ki, həmin sərəncam qüvvədədir, həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar, həmçinin mübahisənin predmeti olan fərdi yaşayış evinin tikintisi ilə bağlı uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh uzun illər ərzində həmin torpaq sahəsindən və fərdi yaşayış evindən maneəsiz və fasiləsiz istifadə edir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı gözlənti hüququ olduğundan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni İddiaçıblikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinə, 127-ci maddəsinin II-ci bəndi; “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsi; İddiaçıblikası Mülki Məcəlləsinin 14, 146.1, 180, 139-1.1.4, 157.8, 158.4-ci; İddiaçıblikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçıblikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı və Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrində istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Belə ki, bu sahədə mövcud münasibətləri tənzimləyən sahəvi qanunlar nəzərə alınmalı və tətbiq edilməlidir. İddiaçıblikasının Torpaq Məcəlləsinin 22.1.-ci maddəsinə əsasən Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmçinin həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd edilən Tikili yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm “Neft Kəmərləri Idarəsinin” qanuni maraqlarına toxunur, həmdə İddiaçıblikası Qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozur. 2) Eyni zamanda, Ali Məhkəmənin ##.##.2021–ci il tarixli 2-(102) ****/**** nömrəli qərarında “Neft Kəmərləri Idarəsi”nin subyektiv hüququna dair aşağıdakı mövqeyi bildirmişdir. Qərarda qeyd edilir:Iddiaçı “Neft Kəmərləri” Idarəsinin iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, tikilinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini nəzərdə tutan Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsi ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi də qüvvədədir. Həmin normada tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, X15 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinin tələbinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Iddianı rədd edən məhkəmə tikililərin mövcud olduğu torpaq sahəsinin Bələdiyyə qərarı ilə cavabdehin mülkiyyətinə verilməsi, həmin torpaq sahəsi üzrəində inşa edilmiş tikilidən cavabdehin istifadə etməsinin legitimliyinin tanınması, həmin tikililərə cavabdehin mülkiyyət hüququnun tanınması imkanının mövcud olması, cavabdehə və ailəsinə həmin sahədən istifadə ilə bağlı müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən irad bildirilməməsi, həmin torpaq sahəsi və tikiliyə gözlənilən hüququnun olması ilə əsaslandırmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft xəttinin yerləşməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. Işə baxan məhkəmə Mülki Məcəllənin 180-ci maddəsinin dispozisiyana stinad etsələr də, mübahisəli tikiliyə Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsi və * saylı Protokolunun 1-ci maddəsi nöqtəyi nəzərdən yanaşaraq, onun kompensasiya verilmədən sökülməsinin cavabdehin bu maddələrlə təmin olunan hüquqlarına müdaxilənin qeyri mütənasib hesab etmişlər. Qeyd edilməlidir ki, Avropa Insan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə ## ###### 2021-ci il tarixli qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır. Bununla belə, apellyasiya məhkəməsi tikilinin yerüstü neft kəmərindən qısa məsafədə yerləşməklə, hər hansı fövqəladə vəziyyət halında orada olan şəxslər üçün də təhlükəli olması nəzərə alınmaqla, iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olubolmaması məsələsinə hüquq qiymət verməmişdir. Mütənasiblik müəyyən edilərkən, evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır. Avropa Məhkəməsi qərarlarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft kəmərinin mühafizə zolağını təşkil edən torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X11 izahatında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında rəylə razı olduğunu, tikinti aparılması üçün razılığın olmasını təsdiq edən sənədin olmadığını bildirdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, 2000-ci ildə həmin əmlakı Mehdi adlı şəxsdən almışdır. Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti başçısının sərəncamı ilə ona torpaq ayrılmışdı və həmin torpaq sahəsi üzərində ev tikmişdi. Indiyə qədər Neft şirkəti ilə arasında heç bir mübahisə olmayıb, gördükləri işlərlə bağlı onlara heç nə deyilməyib. O, ölkə xaricində olanda oğlu şifahi icazə alaraq darvazanı dəyişdirib, hasarın üzərində 2 sıra daş qoyulub. Əlavə işlər görülməyib. Həmin kəmərin ətrafında, hətta üzərində belə tikililər mövcuddur ki, onlar pulla alınmış icazə əsasında tikilib.
15. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. İddiaçıblikasının Mülki Məcəlləsi:
Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
17. İddiaçıblikası Torpaq Məcəlləsi: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ. 1.Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, X15nin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması. 1.İddiaçıblikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
18. İddiaçıblikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.3. Iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri
19.İddiaçıblikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 20.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair İddiaçıblikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün İddiaçıblikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin nümayəndəsi ilə birgə ünvanda olmuşlar. Sözügedən mübahisəli sahəyə vizual olaraq baxış keçirilmişdir. Vizual baxış zamanı müəyyən edilmişdir ki, sahənin 7.6 m məsafəsindən diametri d=500.0 mm-lik olan yerüstü neft boru xətti keçir. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşdiyi, həmçinin tək koordinatlı sahə yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir.
23. SOCAR Təhlükəsizlik Idarəsinin ** saylı komandasının qarovul rəisi X3, mühafizəçilər X8 və X4 iştirakları ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 11:40- da **-** saylı postların ərazisində (ünvan 1 3) Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə, vətəndaş cavabdeh2 tərəfindən (əlaqə nömrəsi *** ***-**-**) köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin həyətyanı sahəsinin mövcud hasarının üzərində 15 metr uzunluğunda, 1 mişar daşı hündürlüyündə əlavə hörgü işlərinin aparılacağı həmçinin mövcud darvazanın üzərində beton kəmər töküləcəyi və mövcud darvazasını çıxardaraq jalyuzlə əvəz ediləcəyi bildirmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu, həmin şəxsə izah edilərək görülən işin dayandırılması, eləcədə aparıImaması tələb edisə də o, görülən işi dayandırmayacağını və davam etdirəcəyini bildirmişdir. Bu barədə ərazi üzrə icra nümayəndəsi Rövşən adlı (əlaqə nömrəsi *** ***-**-**) şəxsə saat 11:36-da məlumat verilmiş və həmin şəxsə tikinti işlərinin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edilmişdir.
24. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus tikilililərin sökülməsini xahiş etmişdir.
25. Iddianı rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsini və həmin sahədə fərdi yaşayış evinin tikintisini aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti Başçısı tərəfindən verilmiş *** nömrəli, ## #### 1999-cu il tarixli sərəncama əsasən əldə etmişdir. Nəzərə alaraq ki, həmin sərəncam qüvvədədir, həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar, həmçinin mübahisənin predmeti olan fərdi yaşayış evinin tikintisi ilə bağlı uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh uzun illər ərzində həmin torpaq sahəsindən və fərdi yaşayış evindən maneəsiz və fasiləsiz istifadə edir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı gözlənti hüququ olduğundan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
26. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, Socar-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasının daxilində, yəni ünvan 1 3 ünvanında cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir, həmin evin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti Başçısı tərəfindən verilmiş *** nömrəli, ## #### 1999-cu il tarixli sərəncamı ilə M.A.Zəkəriyevə ayrılmış və sonuncu ## ######## 2001-ci il tarixdə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunda təsdiq edilməklə cavabdeh cavabdeh1 etibarnamə verərək həmin torpaq sahəsi üzərində bütün səlahiyyətləri ona etibar etmiş və bunun müqabilində cavabdeh cavabdeh1 4000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır.
27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin fakitki hallarını düzgün müəyyən etməmiş, nəticədə iddianı rədd edərkən düzgün olamayan nəticəyə gəlmişdir.
28. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş AR Apellyasiya Məhkməsinin Mülki Işlər üzrə Məhkmə Kollegiyasının 1MK-3781/2002 nörməli, ## #### 2003-cü il tarixli qətnanəsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli qətnaməsi ləğv edilərək X12, X6 və qeyrilərinə qarşı etibarnamənin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı sayılaraq bağlanmış hesab edilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmiş, X6 milli manatla məzənnədə 4 min ABŞ dolları məbləğində pulun alınıb X10 verilməsi qət edilmişdir.
29. Həmin qətnamədən görünür ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqəri rayon İ.H.B-nin *** saylı, ## #### 1999-cu il tarixli sərəncamı ilə cavabdeh M.A.Zəkəriyevə Biləcəri qəsəbəsində yaşayış evi tikmək üçün 600 kv metr torpaq sahəsi ayrılmış, sonuncu Bakı şəhəri ** saylı Dövlət notariat kontorunda təsdiq edilmiş baş etibarnamə əsasında həmin torpaq sahəsini iddiaçı F.T.Əhmədova etibar edərək ondan 4 min ABŞ dolları məbləğində pulu qəbul etmiş, ## ######## 2001-ci il tarixdə isə o, Bakı şəhəri ** saylı Dövlət notariat kontorunda təsdiq edilməklə cavabdeh cavabdeh1 eyni torpaq sahəsinə dair başqa bir baş etibarnamə verərək bütün səlahiyyətlərini ona etibar etmiş və bunun müqabilində cavabdeh S,İ.Musayevdən 4 min ABŞ dolları məbləğində pul almışdır.
30. Həmin iş üzrə məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflərin mübahisələndirdiyi torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki tikilinin cavabdeh M.A.Zəkəriyevə yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, iş üzrə toplanmış sübutlardan görünür ki, sərəncamda qeyd edilən 600 kv metr torpaq sahəsi Biləcəri qəsəbəsindən ** saylı, 9 mərtəbəli yaşayış binasının şimalında, qazanxananın qərbində yerləşir, ## ###### 1999-cu il tarixdə cavabadeh M.A.Zəkəriyev Bakı şəhəri ** saylı Dövlət notariat kontorunda təsdiq edilmiş baş etibarnamə əsasında həmin torpaq sahəsi üzərindəki bütün hüquqlarını A.S.Hacımuradova etibar etmiş, ## #### 2002-ci il tarixdə torpaq sahəsi mülkiyyət hüququ üzrə M.A.Zəkəriyevin adına qeydə alınmış və sonuncu Bakı şəhəri ** saylı Dövlət notariat kontorunda təsdiq edilmiş ## ####### 2002-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsini 490 min manata A.S.Hacımuradova satmış, ## ###### 2002-ci il tarixdə sonuncu torpaq sahəsinə mülkiyyət hüququ üzrə şəhadətnamə almışdır. Digər tərəfdən məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli torpaq sahəsi Biləcəri bələdiyyəsinin mülkiyyətindədir, həmin torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmamışdır və mübahisəli yaşayış evi lazımi icazə alınmadan tikilmişdir.
31. Qeyd edilən mülki iş üzrə apellyasiya məhkəməsi birinci instasniya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, ... birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli torpaq sahəsinin cavabdeh M.A.Zəkəriyevin adına qeydə alınmamasına, həmin torpaq sahəsindəki tikilinin özbaşına aparılmasına, sonuncunun faktiki olaraq sərəncamda göstərilən torpaq sahəsini deyil, zəbt edib orada özbaşına tikinti apardığı mübahisəli torpaq sahəsini, əvvəlcə iddiaçı F.T.Əhədova, sonradan isə cavabdeh1 satmasına əhəmiyyət verməmiş, iş üzrə araşdırma aparmadan yalnız sonuncunun adına verilmiş etibarnaməni ləğv etməklə kifayətlənmişdir.
32. Beləliklə, AR Apellyasiya Məhkməsinin Mülki Işlər üzrə Məhkmə Kollegiyasının 1MK- 3781/2002 nörməli, ## #### 2003-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının *** saylı, ## #### 1999-cu il tarixli sərəncamı ilə M.A.Zəkəriyevə ayrılmış 600 kv.m torpaq sahəsi tamamilə başqa ünvanda (Biləcəri qəsəbəsi, ** saylı yaşayış binasının şimalında) yerləşmiş, həmin şəxs tərəfindən özgəninkiləşdirilmiş və mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə heç bir əlaqəsi olmamışdır. Məhz həmin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə mübahisəli torpaq sahəsindəki tikilinin özbaşına aparıldığı və mülkiyyətçi tərəfindən həmin ərazinin zəbt edildiyi faktı hüquqi qiymətini almışdır.
33. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi iddianı rədd edərkən tərəflər arasında gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair "gözlənti hüququ"nun olduğunu zənn etmiş və cavabdehlərin həmin torpaq sahəsinə sahibliyini ## #### 1999-cu il tarixli, *** saylı sərəncama bağlamaqla hüquqi cəhətdən əsassız olan hallara istinad etmişdir.
34. Halbuki, ünvan 1 3 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evinin Bakı şəhəri Binəqəri rayon İ.H.B-nin *** saylı, ## #### 1999-cu il tarixli sərəncamı ilə M.A.Zəkəriyevə Biləcəri qəsəbəsində yaşayış evi tikmək üçün ayrılmış 600 kv metr torpaq sahəsi ilə əlaqəsinin olmadığı əvvəlki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin istifadəsində olan torpaq sahəsini və həmin sahədə fərdi yaşayış evinin tikintisini aparmaq hüququnu Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısı tərəfindən verilmiş *** nömrəli, ## #### 1999-cu il tarixli sərəncama əsasən əldə etməsi və bu səbəbdən tikilinin özbaşına hesab edilməməsi barədə gəldiyi nəticə tamamilə yanlışdır. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə almayaraq, sübutlara obyektiv qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
36. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
37. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, 01- 528/25 nörməli rəyinə əsasən;
1. ünvan 1 3 ünvanında yerləşən iddiaçının iddia etdiyi fərdi yaşayış evinin ölçüləri şimal tərəfdən 12,0 m, şərq tərəfdən 13,0 m, cəbub tərəfdən 12,0 m, qərb tərəfdən isə 13,0 m, hasarın küçə tərəfdən uzunluğu isə 24,81 m təşkil edir.
2. ünvan 1 3 ünvanında son dövrdə cavabdehin bildirdiyinə əsasən hasarın çöl tərəfdə yerləşən hissəsində 2 mişar daşı (0.40 m) hündürlüyündə hasarın qaldırılması və darvazanın dəyişdirilməsi müəyyən edilmişdir.
3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində mövcud olan neft boru kəməri fərdi yaşayış evi, darvaza və hasardan təxminən 8.0 metr kənarda yolun əks istiqamətində yerləşdiyini, boru kəmərinin yerüstü olduğunu, eyni zamanda küçəyə paralel olaraq hasarın kənarı ilə dirəklər üzərində quraşdırılmış elektrik xəttinin çəkildiyini nəzərə aralaraq neft kəmərinin və elektrik xəttinin istismarına (təmirinə) maneçilik törətmir. 38.İddiaçıblikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X20 və X16 Agentliyinin 3-18-3/2- 5183/2026 nörməli, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilir ki, Agentliyin əməkdaşları tərəfindən yerində baxış zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 3 ünvanında cavabdeh cavabdeh2 tərəfindən fərdi yaşayış evinin SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin Qaradağ Istehsalat Bölümünə məxsus “Şirvan – Böyükşor” (Ø500 mm-lik, yerüstü) magistral neft kəmərinin 118.8-ci km-də, 1-ci sırada kəmərə paralel hissəsində, kəmərin mühafizə zonasında, təxminən 8 metr məsafədə yerləşməsi barədə Qərardadda qeyd olunan məlumatlar öz təsdiqini tapmışdır. -İddiaçıblikası Fövqəladə Hallar Nazirliyinin ## ##### 2023-cü il tarixli **/**-*** nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1.1-ci yarımbəndinə uyğun olaraq, magistral neft kəmərlərinin və obyektlərinin təhlükəsiz istismarı üçün şərait yaratmaq və onların zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə marşrut boyunca - boru kəməri oxunun hər tərəfindən minimum 50 metrlik məsafədən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 6.2.1-ci yarımbəndinə əsasən mühafizə zonasında İddiaçıblikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan bina və qurğuların tikintisi qadağandır. -Yuxarıda qeyd olunları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı Qərardadındakı suala cavab olaraq, cavabdeh cavabdeh2 fərdi yaşayış evi, hasar və dəmir darvaza sahəsinin “Şirvan – Böyükşor” (Ø500 mm-lik, yerüstü) magistral neft kəmərinə paralel hissədə mühafizə zonasında yerləşməsinin kəmərin istismarı, təmiri, o cümlədən qəza vəziyyətində istismarçı təşkilat tərəfindən müdaxilələrin həyata keçirilməsi baxımından hər hansı texniki və ya digər məhdudiyyət törədib-törətmədiyi məsələsinə istismarçı təşkilat tərəfindən rəy bildirilməsini məqsədəuyğun hesab edirik.
39. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli, *-*-*/*-*****/**** nömrəli məktubuna cavab olaraq İddiaçıblikası Energetika Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “neft kəmərinin mühafizə zonasında özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə ##.##.2026-cı il tarixli, *-*-*/*-*****/**** nömrəli məktuba Energetika Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, sözügedən məsələyə dair istismarçı təşkilatın (SOCAR) rəyini (əlavə olunur) təqdim edilir.
40. SOCAR-ın qeyd olunan rəyinə əsasən ünvan 1 3 ünvanında yerləşən torpaq sahəsi SOCARın “Neft Kəmərləri” Idarəsinin balansında və istismarında olan Şirvan– Bakı (Şirvan – Böyükşor) DŞ- 500 mm-lik yerüstü magistral neft boru kəmərinin (## ###### 1964-cü il tarixində istismara verilmiş və hazırda istismar olunan kəmərin layihə təzyiqi 4,5 MPa, işçi təzyiqi isə 2,5 MP, uzunluğu 134,324 km təşkil edir) 118,8-ci km-də, kəmərin oxundan 8 metr məsafədə, mühafizə zonası daxilində yerləşir.
41. İddiaçıblikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Istismar olunan X1 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1ci bəndinə əsasən, X1 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə INBK-mn marşrutu boyunca- boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir.
42. Digər tərəfdən, Texniki təhlükəsizlik haqqında İddiaçıblikası Qanununa və İddiaçıblikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli qərarına əsasən, neft və qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potehsial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu baxımdan həmin ərazidə məskunlaşma cavabdeh tərəf üçün də təhlükəlidir.
43. Nəzərə alınmalıdır ki, həmin tikililər və fərdi yaşayış evi yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən, evdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır.
44. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində mübahisə predmeti olan tikilinin inşası üçün lazımi icazələr almamış, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozmuşdur. Həmin tikililərin saxlanması birinci növbədə orada yaşayan şəxslərin, sonra isə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmin tikililər özbaşına tikili olmaqla Mülki Məcəllənin 180-cı maddəsinin tələbi baxımından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
45. Buna görə də kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 3 ünvanında inşa edilmiş fərdi yaşayış evi, hasar və dəmir darvaza cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən sökülərək ərazidən çıxarılmalıdır.
46. Kollegiya qeyd edir ki, cavabdehlər məcburi köçkün olduqlarından iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsində iddia təmin edilməməlidir. 47.Beləliklə, məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 1 3 ünvanında inşa edilmiş fərdi yaşayış evi, hasar və dəmir darvaza cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən sökülərək ərazidən çıxarılmalı, iddia ərizəsinin verilməsinə və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 48.Göstərilənlərə əsasən və İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 3 ünvanında inşa edilmiş fərdi yaşayış evi, hasar və dəmir darvaza cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən sökülərək ərazidən çıxarılsın. Iddia ərizəsinin verilməsinə və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə İddiaçıblikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Leyla Əliyeva