Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5625/2025 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi) Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullyayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 İsa qızının iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli 003-DFM-1024- ** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd 1308 manat dəyərində “Beko 26526” adlı paltaryuyan, 1 ədəd 1427 manat dəyərində “Shivaki 55 Led smart”adlı televizor, 1 ədəd 2900 manat dəyərində Boyalı m/m 6m adlı mal, 1 ədəd 705 manat dəyərində Minsk dəhliz adlı mal, 1 ədəd 1184 manat dəyərində Samsung Ankost NV68R5340RB adlı soba, 1 ədəd 202 manat dəyərində Bergamo 3553 adlı qazanlı mikser, 1 ədəd 120 manat dəyərində Quicks 4995 adlı toster və 1 ədəd 108 manat dəyərində Tava dəsti 2230 adlı mal olmaqla, ümumilikdə 7954 manat dəyərində müqavilənin predmeti olan əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyaların ümumilikdə qiyməti 7954 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 662 manat müəyyənləşdirilmişdir.
3. ##.##.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşyalar alıcı tərəfindən təhvil alnmışdır.
4. ##.##.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2023-cü il tarixli ***-DFM-****-** nömrəli müqavilə üzrə 4845,84 manat əsas, 2067,55 manat cərimə borcu vardır. 5. İddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli 003-DFM- 0042- ** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd 1825 manat dəyərində Elit adlı yataq dəsti, 6 ədəd ümumi dəyəri 516 manat olan Neon adlı stullar, 1 ədəd 157 manat dəyərində Monika adlı masa olmaqla, ümumilikdə 2498 manat dəyərində müqavilənin predmeti olan əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 6. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyaların ümumilikdə qiyməti 2498 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 208 manat müəyyənləşdirilmişdir.
7. ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşyalar alıcı tərəfindən təhvil alnmışdır.
8. ##.##.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2024-cü il tarixli ***-DFM-****-** nömrəli müqavilə üzrə 1836,62 manat əsas, 500,91 manat cərimə borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6682,46 manat əsas, 2569,54 manat dəbbə pulu və 112,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 9364,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən əsasən iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi, cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə iddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. Cavabdeh malları təhvil-təslim aktları əsasında tam həcmdə, komplekt, yeni, istifadə yararlı, müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və müqavilələrin 8.3-cü yarımbəndində müəyyən olunan 14 təqvim günü ərzində malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Alıcı tərəfindən iki müqavilə üzrə vaxtı çatmış öhdəlik yeddi ardıcıl dəfə icra edilməmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 6682,46 manat əsas, 100 manat cərimə borcu və 87,83 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6870,29 manat məbləğdə pulun Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Aytəkin Əsədzadə)
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfin iddiaçının əşyaların dəyərini şişirdərək satması barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh kontragenti seçməkdə sərbəst olmuş, əşyaları alacağı şirkəti özü seçmiş, əşyaların qiyməti barədə könüllü razılıq əldə edərək müqavilə bağlamışdır. Eyni zamanda qalıq borcun məbləği, öhdəliyini gecikdirməməsi barədə istinad etdiyi hallara dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Borcun əsası olan müqavilələr, təhvil-təslim aktları və maliyyə arayışlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh məişət avadanlıqları almış, əşyaların qiyməti iki müqavilə üzrə müvafiq olaraq 7954 manat və 2498 manat, aylıq ödəniş 662 manat və 208 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq iki müqavilə üzrə ümumilikdə 6682,46 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə 2067,55 manat və 500,91 manat cərimə borcları hesablanmışdır. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd etmişdir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə müqavilələr üzrə hesablanmış cəmi 2569,54 manat cərimə məbləğinin azaldılaraq müqavilələr üzrə müvafiq olaraq 70 manat və 30 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı, 442ci, 567-ci, 600-cü, 601-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçıya borclu olduğu pul vəsaitinin ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə öhdəliklərinin pozulmasını əsas tutur, lakin müqavilənin müddəti bitməmiş iddiaçının müqavilə öhdəliklərinin tərəfindən pozulmasını təsdiqləməsi Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsinin hansı normaları ilə nizamlanması barədə məhkəmə araşdırma aparmamışdır. 003 –DFM -1024 -** saylı müqavilə üzrə iddiaçıya ödəməli olduğu 7954, 00 manatın 5960 manatı tərəfindən ödənilmiş və bu barədə ödəniş qəbzləri şikayətinə əlavə olunur. Təqdim olunan sübutlarla təsdiq olunur ki, yuxarıda qeyd etdiyim kimi iddiaçıya hər iki müqavilə üzrə 10452 manat ümumi borcunun 7833 manatını ödəmiş, hər iki müqavilə üzrə cəmi 2619 manat iddiaçıya borcu qalmış və son ödənişlər nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olaraq göstərilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır və həmin şikayətin əsassızlığına dəlalət edən bütün sənədlər mülki işin birinci instansiya məhkəməsində araşdırılması zamanı onlar tərəfindən məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətində qeyd edilən dəbbə pulunun qanunsuz tutulmasına dair iddialar da əsassızdır. Belə ki, müqavilələr üzrə bütün tutulmalar və hesablaşmalar müqavilənin şərtləri və mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla icra edilmişdir. İddianın əsassızlığına dair hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən şikayətdə göstərilənləri formal mülahizələr hesab edirlər.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. İddiaçı qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etmir, səbəbi barədə məlumat daxil olmamışdır. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
26. Borcun əsası olan müqavilələr, təhvil-təslim aktları və maliyyə arayışlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh məişət avadanlıqları almış, əşyaların qiyməti iki müqavilə üzrə müvafiq olaraq 7954 manat və 2498 manat, aylıq ödəniş 662 manat və 208 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
27. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının ## #### 2026-cı il tarixli **/**** nömrəli rəyinə əsasən, ##.##.2024-cü il tarixli, 003-DFM-0042-24 nisyə alqı-satqı müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, X1 ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqı-satqı müqaviləsi üzrə satıcıya ödənilməli olan borcu 626,00 manat (2.498,00 - 1.872,00 = 626) məbləğində müəyyən olunur. ##.##.2023-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqı-satqı müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, X1 ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqısatqı müqaviləsi üzrə satıcıya ödənilməli olan orcu 1.993,00 manat (7.954,00- 5.961,0=1.993,00) məbləğində müəyyən olunur.
28. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə icra edilməmiş borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən aparılmış ödənişlərin və yaranmış borcun məbləğlərini nəzərə alıb, belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmuşdır. Bu səbəbdən işə baxan məhkəmə cavabdehdən tutulmalı cərimə məbləğini də ağlabatan və ədalətli həddədək azaldaraq 100 manat müəyyən etməkdə haqlı olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e- *(***)-****/**** nömrəli qətnaməsi borc məbləğlərinə dair hissələrdə dəyişdirilsin, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 626,00 manat və ##.##.2023-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1.993,00 manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 300 manat məbləğində pulun 100 manat məbləği cavabdeh Cavabdeh, 200 manat məbləği isə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.
32. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın mübahisələndirilən qiyməti 4251 manat (6870-2619=4251) təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi borc məbləğinə dair hissələrdə dəyişdirilsin. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 626,00 manat və ##.##.2023-cü il tarixli, ***-DFM-****-** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1.993,00 manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 300 manat məbləğində pulun 100 manat məbləği cavabdeh Cavabdeh, 200 manat məbləği isə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.