Məhkəmə qərarları › İş №2(103)-5629/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5629/2023

29.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5629/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2165/2023 nömrəli qətnaməsindən cavabdeh “Azərqaz” İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00000) təbii qazdan istifadə ilə bağlı tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt ləğv edilsin və hesablanmış 1.555,20 manat borc silinsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, həmin aktın əsasında hesablanmış 1.555,20 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh “Azərqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin borc cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanıb. Aktda qeyd olunub ki, “Azərqaz” İB-nin 14-2-2/3-5 4212-1 nömrəli aktına əsasən sayğaca müdaxilə edilib. Bu aktda istinad olunan aktda, yəni 14-2-2/3-5 4212-1 nömrəli xx.xx.2023-cü il tarixli aktda qeyd olunub ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ərafında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi iddiaçıya borc hesablanıb. Lakin iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, sayğac iddiaçının evindən kənarda yerləşdiyinə görə o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 2165/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar