Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-563/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X10 və Cavabdeh iştirakları ilə, iddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-59/2021 saylı işi üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "Azneft” İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-59/2021 saylı işi üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə təmin (iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməklə) edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1; Torpaq Məcəlləsinin 111; Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin «Azneft» İB-nin istismarında və sahibliyində olduğu öz əksini tapmışdır. Lakin, cavabdeh heç bir hüquqa əsaslanmadan «Azneft» İBnin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur.
2. İşin icraatı zamanı: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestr Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/1098 saylı rəyi ilə iddiaçının iddia etdiyi və naturada göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi ‘‘Azneft” İB-nin "Bibiheybət” NQÇİ-nin ərazisində yerləşdiyi müəyyən edilmişdir (səh.72, 78)
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-59/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1, 152.1; Torpaq Məcəlləsinin 49; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1 və 217.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Səbail Rayon Məhkəməsi qəbul etdiyi qətnamə ilə mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Səbail Rayon Məhkəməsinin hakimi qəbul olunmuş qətnamədə qeyd edir ki, məhkəmə iclasında araşdırılmış siibütları və materialları tədqiq edərərk Lomonosov küçəsi 5 B ünvanında yerləşən torpaq sahəsi “Azneft” İB-nin istismarında və sahibliyindədir. Cavabdeh heç bir hüquqa əsaslanmadan “Azneft” İB-nin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikili tikmişdir.Səbail Rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 799 nömrəli sərəncamı və onun əsasında bağlanılmış topraq alqı-satqısına dair akta (müqaviləyə) əsasən Səbail Rayon Bələdiyyəsi tərəfindən Səbail rayonu, Gülbala Əliyev küçəsində (Lomonosov küç ö/t 5 B) 200 kv.m topraq sahəsi X2. Buna uyğun olaraq torpaq sahəsinin cizgisi tərtib edilmişdir. (Qeyd olunan sərəncam və toprağın alqı-satqı aktı apellyasiya şikayətinə əlavə olunacaq). X11 isə öz növbəsində 30 oktyabr 2007-ci ildə həmn ərazidə yerləşən torpaq sahəsini özəlləşdirmək, şəhadətnamə almaq və üzrəində digər əmlak hüquqlarının həyata keçirə bilməsi üçün X5 etibarnamə vermişdir. Etibarnamənin 30 illik müddətinə verilməklə müddəti 30 oktyabr 2037-ci ildə bitir. X9 etibarnamə ilə torpaq sahəsini istifadə etməyə başladıqdan sonra Səbail Bələdiyyəsinin ********** nömrəli vergi hesabına mütəmadi torpaq vergisi üçün ödənişlər etmişdir (qəbzlər şikayətə əlavə olunacaq). Lakin Səbail Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən Səbail Rayon Bələdiyyəsinin sərəncamı və torpaq sahəsinin alqı-satqı aktına heç bir hüquqi qiymət verməmiş, ümumiyyətlə onları araşdırmamışdır. Halbuki qətnamə qəbul olunarkən iş üzrə bütün sübutlar hərətərəfli şəkildə araşdırılmalı idi. Həmçinin bu sübutlarla müəyyən olunur ki, İddiaçıt Birliyi iddia tərtib olunarkən cavabdehi düzgün seçməmiş hüquq və maraqlarına toxunan şəxs qismində X8 (Səbail Bələdiyyəsinin sərəncamına əsasən torpaq sahəsinin sahibi və istifadəçisi) cavabdeh qismində göstərməli olduğu halda, məni yəni Cavabdeh göstərmişdir. Torpaq sahəsinin etibarnamə üzrə istifadəçisi X9 da iş üzrə maraqlarına toxunan 3-cü şəxs qismində məhəkəmyə cəlb olunmamışdır. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ümumiyyətlə həmin ərazidə tikilini mənim tikdiyim hansı sübutlarla müəyyən olunur? Belə ki İddiaçıt Birliyi ancaq özü tərtib etdiyi aktda tikilini onun tikdiyi naməlum səbəblərdən qeyd etmişdir, halbuki torpaq sahəsi başqa şəxslərin mülkiyyət və istifadəsindədir. Səbail X1 adına ayrılmış 30 dekabr 2004-ci il tarixli sərəncamı və buna əsasən bağlanılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi heç bir dövlət qurumu və təşkilatı tərəfindən mübahisələndirilməyərək, halhazırda da qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən miivafıq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Bələdiyyə ərazisində olan 200 kv.m torpaq sahəsinin R.Ə.Qasımovun adına sərmiləşdirilmişdir; - Torpaqların alqı-satqısına dair akta əsasən 200 kv.m torpaq sahəsi R.Ə.Qasımov tərəfindən alınmışdır (səh.100, 101)
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edildiyi bildirilmişdir.
7. Cavabdeh apellyasiya şiikayətini müdafiə edərək, evi aldıqları vaxtdan torpaq vergisi ödədiyini bildirmişdir. 8.İddiaçının nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, Bələdiyyə sərəncamının hüquqi əsasının olmadığını, evin ətrafında quyuların mövcud olduğunu bildirmişdir. 9.Səbail rayon Bələdiyyəsi, X11 və X9 üçüncü şəxs qismndə cəlb edilmiş, lakin məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən onların iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir
Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən: Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində: -qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; -yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; - bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; -ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; -öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; - hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; - öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi;- öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; - qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
12. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 46, 47, 50, 56, 67; Mülki Məcəllənin 139-180, 239-249, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən (şübhələrdən kənar sübutlarla təsdiq edilmədiyindən) və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, birinci instansiya məhkəməsində tərtib edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, torpaq üzərində iddiaçının istifadəsində olan torpaq sahəsinin yüklülüyü birinci instansiya məhkəməsində icraat zamanı müzakirə edilməyib və iddiaçı bu istiqamətdə araşdırma aparmadan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə iddia rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsin yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür. 13.Qeyd edilənlərdən əlavə, iddianın yönəldiyi tələb üzrə cavabdehlik məsələsi də müzakirə edilməlidir. Belə ki, ehtimal edilən torpağın üzərində hazırki cavabdehin hüquqları yalnız təmsilçilik səciyyəsi daşıya bilər. Mübahisələndirilməyən bələdiyyə sənədi üzrə isə hüquqlar isə sonuncuya və R.Ə.Qasımova aid ola bilər ki, onların məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi, torpağ üzrə istifadə, sahiblik və sərəncam hüquqlarının şübhələrdən kənar sübutedici vasitələrlə sübuta yetirilməsi, habelə prosessual hədlər baxımından tələbin və onun yönəldiyi şəxslərin dəyişməsi mümkünlüyü müəyyən olunmamışdır.
14. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün kollegiya hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci iddiaçıdan tutulmalıdır.
15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)- 59/2021 saylı işi üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı “Azneft” İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.