Məhkəmə qərarları › İş №2(103)-5632/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5632/2025

09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5632/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(*03)-5632/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X* ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil Nasir oğlu, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 22*5/2025 nömrəli 0* iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2862/20*9 saylı 27.06.20*9-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Füzuli rayonundan məcburi köçkünlər olan X3, X5 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5, mənzil *45 ünvanında yerləşən mənzildən çıxarılmışlar.

2. 06.02.2025-ci il tarixli *3/*3/2-2/*8-Ə-207*-5/2025 saylı "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, qeyd olunan ünvana aid **0*0*600*50*45 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün elektrik enerjisinə görə ayrılmış limitə əsasən hər ay ailə tərkibinə uyğun olaraq, 3*.0*.2025ci il tarixinədək borcdan azadlığı müəyyən edilmişdir. Lakin mənzildə elektrik enerjisi limitdən artıq istehlak edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinə görə 05.0*.2025-ci il tarixinədək *436*,34 manat borc yaranmışdır. Bu borc sayğacda göstərilənlər əsasında yaranmışdır. Bundan əlavə 450,68 manat borc da ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. "xxxx" ASC tərəfindən bu borcun silinməsi mümkün deyildir.

3. "xxxx" ASC tərəfindən verilmiş abunənin aylıq borc haqqında çıxarışından görünür ki, Sərkarov Şakir oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *45, mənzil *5 ünvanında yerləşən mənzildə elektrik enerjisindən isifadə etməsi nəticəsində 23.0*.2005-ci il tarixdən xx.xx.2025-ci ilədək cəmi *4224.5* manat qalıq borcu qalmışdır.

4. 02.03.202*-ci il tarixli qeydiyyat nömrəsi **2*0*56*3 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *45, mənzil *5 X2 xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Bakı Elektrik Şəbəkəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilə yazılmış borcun silinməsini və yeni işıq sayğacı ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5, mənzil *45 ünvanında yerləşən mənzil *994-cü il sentyabr ayında ünvan 3kərov Şakir və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. 20*9-cu ildə Suraxanı Rayon Məhkəməsi onların mənzildən çıxarılmaları barədə qərar çıxarmışdır. Onlar həmin qərardan apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 5 ildən sonra, *5 yanvar 2025-ci il tarixdə mənzili boşaltdılar. Həmin kənd 3* il bundan öncə işğaldan azad olunub. Mənzilə işıq sayğacı quraşdırmaq üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin cavabdeh həmin mənzilin *436*,34 manat borcu olduğunu, borcun silinməsinin mümkün olmadığını bildirmişdir. İddiaçıya məxsus mənzilə necə ola bilər ki, başqa şəxsin adına sayğac quraşdırılsın və bu qədər borc yığılsın. Sayğac mənzili zəbt etmiş Sərkərov Şakirin adına verilib, o isə uzun illər öncə dünyasını dəyişib.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-22*5/2025 nömrəli *2 iyun 2025-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-22*5/2025 nömrəli 0* iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və yeni işıq sayğacı ilə təmin olunması” tələbinə dair iş üzrə icraata “yeni işıq sayğacı ilə təmin olunması” hissəsində xitam verilməsi qərara alınmışdır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-22*5/2025 nömrəli 0* iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək tələbinin əsası kimi sözügedən dövrlərdə mənzilin onun faktiki sahiblik və istifadəsində olmamasına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, bu elektrik enerjisindən istifadəyə görə yaranmış borcun silinməsinə əsas ola bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.*, 425.*, 442, Mənzil Məcəlləsinin *35.*, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli *8 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın *.*, 4.*, 8.*, 8.4, Mülki Prosessual Məcəllənin *4.2, 77.*, 88, *07, **9.* və 2*6-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçılə "xxxx" ASC arasında enerjidən istifadəyə dair hər hansı bir müqavilə mövcud deyil. Həmin mənzildə enerjidən istifadəyə dair müqavilə "xxxx" ASC iləməcburi köçkün Şakir Sərkərov arasında bağlanmışdır. Mhkəmə 3* il ərzində iddiaçının ondan asılı olmayan səbəbdən həmin mənzildə yaşamamasını nəzərə almamış, şəxsin həmin mənzildə elektrik enerjisindən istifadə edən şəxs kimi istehlakçı kimi qiymətləndirmişdir. Göstərilən mənzildə elektrik enerjisindən istifadə barədə "xxxx" ASC ilə Şakir Sərkərov arasında müqavilə bağlanmış və onun adına **0*0*600*50*45 saylı Abunə kodu qeydə alınmışdır. "xxxx" ASC tərəfindən 3* il ərzində limitdən artıq istifadə olunan enerji sərfiyyatına görə məcburi köçkün ailəsindən ödənişin tələb olunmaması tamamilə qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

16. Apellyasiya icraatı zamanı iddiaçının oğlu olan mənzilin mülkiyyətçisi X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. O, izahatında iddianın təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 20.Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli *8 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"

22. *.*. elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

23. 4.*. enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

24. 8.*. dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin hallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzil iddiaçının oğlu X4 məxsusdur. Uzun illər məcburi köçkünlər olan Hökümə Hümbətova, Leyla Sərkarlı və Nigar Sərkarlı iddiaçının həmin mənzildə məskunlaşmışlar.

34. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2862/20*9 nömrəli 27 iyun 20*9-cu il tarixli qətnaməsi ilə Füzuli rayonundan məcburi köçkünlər olan Hökümə Hümbətova, Leyla Sərkarlı və Nigar Sərkarlının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzildən çıxarılması qət edilmiş, həmin şəxlər *5.0*.2025-ci il tarixində oradan çıxarılmışlar.

35. Hazırda iddiaçı sözügedən mənzilin Hökümə Hümbətova, Leyla Sərkarlı və Nigar Sərkarlının faktiki sahiblik və istifadəsində olduğu dövrdə elektrik enerjisindən istifadə nəticəsində yaranmış olan *436*,34 manat məbləğində borcun silinməsini istəyir. Mənzilin mülkiyyətçisi olan iddiaçının oğlu da iddianın təmin olunmasında maraqlıdır və təmin olunmasını xahiş edir.

36. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzildə elektrik enerjisindən istifadə nəticəsində 05.0*.2025-ci il tarixə, yəni məcburi köçkünlərin evdən çıxarıldığı vaxtadək *436*,34 manat məbləğində borc yaranmışdır.

37. *45 saylı mənzildə elektrik enerjisindən istifadə **0*0*600*50*45 saylı kod ilə Sərkarov Şakirin abunəçiliyi əsasında həyata keçirilmişdir.

38. Kollegiya hesab edir ki, həmin borc iddiaçı və oğluna aid deyil və onlar həmin borcun silinməsini tələb edə bilməzlər, çünki iddianın təmin olunması həmin borcun yaranmasında təqsirli olan şəxslərin məsuliyyətdən azad olunmasına gətirib çıxara bilər ki, bu da cavabdeh təşkilatın ziyana məruz qalması ilə nəticələnər.

39. Odur ki, hazırki halda iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ müəyyən edilmir.

40. Eyni zamanda izah olunur ki, yaranmış borcun iddiaçı və ya onun oğlundan tələb edilməsi də mümkün deyil, çünki həmin elektrik enerjisi onlar tərəfindən istehlak olunmamışdır.

41. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayəti əsassızdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-22*5/2025 nömrəli iş üzrə 0* iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar