Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5634/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə və qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-2101/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə və qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 2101/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətini cavabdehin nümayəndəsi kimi Aysel Süleymanova imzalamış, sonuncuya belə bir səlahiyyət xx xxxxxx 2019-cu il tarixli etibarnaməyə əsasən sədr vəzifəsini icra edən Vüqar Əhmədov tərəfindən verilmişdir. Halbuki, Vüqar Əhmədova müvafiq səlahiyyətin verilməsini özündə əks etdirən sənəd (etibarnamə, əmr və s.) iş materiallarına əlavə edilməmişdir. MPM-in 69.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 73.4-cü maddəsinin tələbinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni zamanda, apellyasiya şikayətinə etibarnamənin kserosurəti əlavə olunmaqla, kargüzarlıq qaydalarına uyğun təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərdən qaçırmış, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilməsi məsələsini yoxlamamışdır. Halbuki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci mad). Məhkəmə aktlarından şikayət verildiyi halda, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş şikayət üzrə qeyd edilən halların yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə və qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-2101/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5634/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5634/2020
18.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver