Məhkəmə qərarları › İş №2(103)-5635/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5635/2021

22.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5635/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh vəkili X7 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin baş direktoru X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə və Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Azneft” İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı Binəqədi şossesinin kənarında yerləşən 1200 kv.m sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılaraq “Azneft” İB-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X6 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə “Azneft” İB-nin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 1200 kv.m.dən ibarət olan bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o, qanunsuz olaraq bu tələblərə əməl etməmişdir. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikinti işlərinin aparılması mövcud texniki təhlükəsizlik qaydalarının tələblərini kobud şəkildə pozmaqla “Azneft” İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququnun keçirilməsinə maneçilik törədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə və Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” iddiasının rədd edilməsi, hazırki iş üzrə ekspert və mütəxəssis rəyinin alınması ilə bağlı 231,65 (50 manat ekspertza xərci, 181,65 manat mütəxəssis rəyinin tərtib olunması ilə bağlı xərc) manat xərcin iddiaçıdan tutulub Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin hesabına hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin baş direktoru X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə onunla əsaslandırilmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3422/2019 saylı, 22.10.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesinin, Yeni Balaxanı massivində inşa edilmiş iddiaçı Ehtibar Ağaliyevə məxsus tikilinin hüquqi qeydiyyata alınması ilə bağlı layihənin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göstərilən layihənin təsdiq edilməsi torpaq sahəsinə aid mübahisənin mahiyyəti üzrə həll edilməsi hesab edilə bilməz. Belə layihələrin təsdiq edilməsi həmin tikiliyə aid hüquqların qeyd olunması üçün əsaslardan biri olsa da, torpaq sahəsinin hüququ statusu və yüklülüyü müəyyən edilmədən heç bir əhəmiyyətə malik deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin nümayəndəsi, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin və Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh vəkili X10 çıxışında iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh X2 mübahisəli 1200 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş tikilidən istifadəsinin legitimliyi tanınmış, Balaxanı Bələdiyyəsinin qərarı və onlar arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh vəkili Nazim Musayevin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı SOCAR “Azneft” İBnin baş direktoru Şahmar Hüseynov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X6 İcraiyyə Komitəsi) 30/1477 saylı, 31 yanvar 1963-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərarla “Azneft” İB-nin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsinə neftqaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsi ayrılmışdır. (İş.v.7). İş materiallarında olan, Torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 009 saylı, 29 iyul 2016-cı il tarixli Müqavilənin surətindən görünür ki, Balaxanı Bələdiyyəsi tərəfindən Balaxanı qəsəbəsində 2000 kv. metr olan torpaq sahəsi X2 istifadəsinə verilmişdir. Müqaviləyə torpaq sahəsinin Balaxanı Bələdiyyəsi tərəfindən təsdiq edilmiş plan-axemi əlavə edilmişdir.(İş.v.8-12). İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 avqust 2019-cu il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli məktubunda göstərilən kordinatlar (406672.17, 4480368.67) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən kordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, eləcə də, Balaxanı Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. (İş.v.73-74). İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2021-ci il tarixli, 10/3208 nömrəli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli məktubunda göstərilən kordinatlar (406672.17, 4480368.67) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən kordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, eləcə də, Balaxanı Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. (İş.v.93-94). İş materiallarında olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3422/2019 saylı, 22.10.2019-cu il tarixli Qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni Balaxanı massivində inşa edilmiş iddiaçı X3 məxsus 1 mərtəbəli qeyriyaşayış obyektinin layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. (İş.v.102-106). Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfın müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarı). Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3422/2019 saylı, 22.10.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3422/2019 saylı, 22.10.2019-cu il tarixli qərarı ilə cavabdeh Ehtibar Ağaliyevin mübahisəli 1200 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş tikilidən istifadəsinin legitimliyi tanınmış, Balaxanı Bələdiyyəsinin qərarı və onlar arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş, həmin torpaq sahəsində cavabdeh Ehtibar Ağaliyevə məxsus 1 mərtəbəli qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi vəzifəri Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Ehtibar Ağaliyev tərəfindən mübahisəli torpaq sahəsinin özbaşına zəbt edilməsinə dair iddiaçının dəlillərinin əsassız olduğunu qeyd edərək, hazırki iddia Beləliklə, məhkəmə kollegiyası iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə etməmiş, iddiaçı SOCAR “Azneft” İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı SOCAR “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyinin baş direktoru X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar