Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5645/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilmə” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
3. Daha sonra Maraqlı şəxs tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1412/2023 saylı qərardadı ilə Maraqlı şəxs nümayəndəsi X2 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
4. Daha sonra sözügedən qətnamədən məhkəməyə Maraqlı şəxs tərəfindən yenidən apellyasiya şikayəti daxil olmuş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qərardadına əsasən Maraqlı şəxs nümayəndəsi X2 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti növbəti dəfə geri qaytarılmışdır.
5. Sonradan Maraqlı şəxs məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1412/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(006)-1412/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4199/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş, Maraqlı şəxs apellyasiya şikayəti ilə bağlı qərardadda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1412/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-1412/2023 saylı qətnaməsinin Maraqlı şəxs maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq normaları:
9. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
10. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
11. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
13. İşin hallarından göründüyü kimi, İddiaçınin həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə iddia tələbi birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi Maraqlı şəxs maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasında İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamədə iddiaçıya sığorta ödənişinin hazırki iş üzrə cavabdehdən yox, Maraqlı şəxsndən tutulması qənaətinə gəlinmişdir. Odur ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi təqdirdə iddiaçının tələbi Maraqlı şəxsnə yönələcəkdir. Bu isə onu deməyə əsas verir ki, Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-1412/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ tanınmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355- 1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Maddə 357.2)
16. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin Maraqlı şəxs qeyd edilən mülki iş üzrə tərəf olmamışdır. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar Maraqlı şəxs üçün preyudisial əhəmiyyət daşımır.
18. İddiaçı eyni tələblə bağlı Maraqlı şəxsnə qarşı iddia irəli sürərsə belə həmin iddia tələbi ümumi qaydada baxılaraq iddianın Dövlət Sosial Müdafiə Fondu” X6rşı əsaslı olması sübut olunmalıdır. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsi Maraqlı şəxs marağına toxunmur.
19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev