Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-565/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 Cavabdeh İB-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Enerji X4 cəlb edilməklə) əsassız hesablanmış borcun silinməsi və hesabdan silinmiş pul vəsaitinin iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-136/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Sayğacın istismara yararlığı haqqında” xx.xx.2013-cü il tarixli ŞT-2587-2-DY saylı akta əsasən, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasına məxsus “Elster” markalı 75123660 zavod nömrəsi olan sayğaca baxış keçirilərkən sayğacın yararlı olması müəyyən edilmişdir.
2. Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli SS- 29/1640- 01025-10 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” aktdan görünür ki, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün sümük vərəm xəstəlikləri sanatoriyasına məxsus “Elster” markalı 75123660 zavod nömrəsi olan sayğac xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmışdır, xx.xx.2022-ci il tarixdə sayğacın yoxlanılması haqqında akt tərtib edilmişdir. Sayğacın əvvəlki dövlət yoxlaması kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Həmin akt üzə sayğacın korrektor hissəsinin xx.xx.2019-cu il tarixdən söndüyü qeyd edilmişdir. Aktın nəticə hissəsinə əsasən sayğacın xətasının normaya uyğun olmaması müəyyən edilmişdir.
3. Cavabdeh İB-nin “təbii X11nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X1 baxış keçirilərək akt tərtib edilmişdir və dəymiş ziyan hesablanmışdır.
4. “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 abonentin saldosundan müəyyən olunur ki, “qalıq və aktlar” bölməsində abonenə 2022-ci ilin iyun ayında 16.728,50 manat, 2022-ci ilin iyul ayında 2.790,75 borc hesablanmışdır. Həmin borc ödənişlər hesabına abonentdən tutulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X18 Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X4 cəlb edilməklə) – “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X17 abonent koduna əsassız olaraq hesablanmış 19.023,41 manat məbləğində borcun silinməsi və artıq ödənilmiş 19.023,41 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən sayğacın obyektdə ilkin quraşdırılması barədə İQ-1300964 nömrəli, 08 yanvar 2014-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən G-250 EK-220 markalı Elster tipli zavod nömrəsi 75123660 olan sayğac sanatoriyanın qaz ölçü qovşağında (qazanxanada) quraşdırılmışdır. Podratçı "xxxx" MMC tərəfindən sanatoriyanın qazanxanasının qazlaşdırılması barədə 2019-cu və 2020-ci illərdə texniki icra sənədləri tərtib edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktına əsasən sanatoriyanın qaz xətti mənbəyə qoşulmuşdur. Sanatoriya tərəfindən 130-A nömrəli, xx.xx.2021-ci il tarixli məktubla Cavabdehnə müraciət olunaraq 7 saylı X7 adında olan 75123660 nömrəli qaz sayğacının yoxlanılması və sanatoriyanın balansına keçirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün X10 Hüquqi Şəxsi (istehlakçı) ilə Cavabdeh (paylayıcı) arasında AMX-1459/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır. İddiaçı tərəfindən sayğac quraşdırılana qədər və sayğac quraşdırıldıqdan sonra hər ay istehlak olunmuş təbii qazın dəyəri Cavabdehnə ödənilir. 2022-ci ilin may ayında cavabdeh tərəfindən sayğaca baxış keçirilmiş və iddiaçıya bildirilmişdir ki, sayğacda nasazlıq var və yoxlamaya aparılmalıdır. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS 29/1640-01025-10 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G250 markalı 75123660 nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Cavabdeh X5 Departamenti tərəfindən tərtib edilmiş Q-02431 nömrəli, xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus qaz sayğacının sıradan çıxmış hissələri yenisi ilə əvəz edilməlidir. xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən aktda qeyd olunan hissələr yeniləri ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yazılmış (fikslənmiş) fakturaların cəmi (263.952 m3 - mexaniki sayğac göstərici 263.871 m3, elektron sayğac göstəricisi 80 m3) üzrə xx.xx.2022-ci il tarixə 19.023,41 manat borc hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, xətdən çıxarılmış qaz sayğacı Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılarkən sayğacda aşkarlanan nasazlığın hansı səbəbdən yaranması və onun yaranmasında iddiaçının təqsirinin olub-olmaması araşdırılmamışdır. Cavabdeh X5 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən sayğac istismara yararlı hesab edilmişdir. Həmin arayışda növbəti yoxlama müddəti xx.xx.2025-ci il göstərilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən sayğac yenidən quraşdırılmışdır. İddiaçı və cavabdeh mülki hüquq münasibətlərindən çıxış edərək AMX-1459/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlamış və bu zaman “Paylayıcı”nın “İstehlakçı”ya verdiyi qazın dəyərinin yalnız sayğac göstəricilərinə əsasən tam hesablanması barədə müqavilə şərti müəyyənləşdirmişlər (2.1.8). Lakin, xx.xx.2022-ci il tarixli aktda korrektorun xx.xx.2019-cu il tarixdə söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 263871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə mövcud olmamış, həmin vaxt sanatoriyanın tikinti işləri davam etmiş, sanatoriyanın qaz xətti mənbəyə qoşulmamışdır. Digər tərəfdən, Cavabdeh X5 Departamenti tərəfindən tərtib edilmiş sayğacın istismara yaralılığı haqqında xx.xx.2013-cü il və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, sayğac hər üç ildən bir yoxlanmalıdır. Cavabdeh tərəfindən xx.xx.2016-cı il və sonrakı illərdə sayğac dövlət yoxlamasına aparılmamışdır. xx.xx.2022-ci il tarixli aktda qeyd edildiyi kimi korrektor xx.xx.2019-cu il tarixdə sönmüşdürsə və bunun nəticəsində arxivlərin pozularaq mexaniki hissədən keçən 263871 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdırsa, xx.xx.2020-ci il tarixdə sanatoriyanın qaz xətti mənbəyə qoşulan zaman bu hal müəyyən edilməli idi. Cavabdeh tərəfindən qaz sayğacında sayğacın iddiaçının istifadəsinə verilməsindən əvvəlki dövrdə yaranmış nasazlığa görə borcun hesablanması qanunsuzdur. Bundan başqa, xx.xx.2022-ci il tarixli hesabfakturadan görünür ki, qazdan istifadəyə görə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Bu müddət ərzində sayğacda hər hansı nasazlıq aşkar edilməmiş və bu barədə cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Əgər qaz paylayıcısı tərəfindən qazın dəyəri düzgün hesablanmamışdırsa, paylayıcı qazın dəyərini sonradan hesablayaraq istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (müqavilənin 3.5-ci bəndi). Bundan əlavə, xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, borc xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmışdır. Lakin borcun hansı səbəbdən məhz bu dövrə görə hesablanması və qaz sayğacı tərəfindən 263.952 m3 qazın az hesablanmasının hansı qaydada müəyyən edilməsi hesab-fakturada və xx.xx.2022-ci il tarixli aktda göstərilməmiş və əsaslandırılmamışdır. İddiaçıya məxsus qaz sayğacı sanatoriyanın ərazisindən kənarda yerləşir və iddiaçının nümayəndəsi tərəfindən sayğacın quraşdırıldığı əraziyə daxil olmaq mümkün deyildir. Digər tərəfdən, sayğacın daxilində olan nasazlığın iddiaçı tərəfindən müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, istehlak edilmiş təbii qaza görə borc ödənilmədiyi təqdirdə, qazın verilməsinin dayandırılması ehtimalı böyük olduğundan, həmçinin sanatoriyada yetkinlik yaşına çatmayanlar sümük vərəmi xəstəliyindən müalicə olunduqlarından, 2023-cü il üçün sanatoriyanın hesabına pul vəsaiti köçürülənədək, 2022-ci ilə görə ayrılmış vəsaitdən artıq qalan 24.929 manat növbəti il üçün iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında Cavabdehnə ödənilmişdir. Ümumilikdə 2022-ci ilin dekabr ayında Cavabdehnə 35.137 manat pul ödənilmişdir. Həmin puldan 19.023,41 manat pul borcdan silinmiş, əlavə olaraq iddiaçıya 2022-ci ilin dekabr ayının sonuna 990,41 manat borc hesablanmışdır.
7. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, Cavabdeh İB tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X13 abonent koduna 2022-ci ilin iyun ayında hesablanmış 16.728,50 manat və 2022-ci ilin iyul ayında hesablanmış 2.790,75 manat olmaqla, cəmi 19.519,25 manat borcun əsassız hesab edilməsi və həmin borcun əvəzi olaraq iddiaçının hesabından silinmiş 19.519,25 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3674/2023 nömrəli qərardadı ilə iş üzrə “dəymiş ziyanın bərpasına dair” hesabatların düzgün olub-olmadığının müəyyən edilməsi Azərbaycan Respublikası Enerji X3 həvalə olunmuşdur.
9. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən təbii X11nın pozulması haqqında müvafiq aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır. Rəydə qeyd edilmişdir ki, baxış zamanı “Professor Gindes adına Respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası”nın qaz xətti üzərində G-250 markalı 75123660 nömrəli rotor tipli “Elster” qaz sayğacının, qazanxanada 2 ədəd 2035 kvt gücündə su qızıdırcı qazan qaz qurğularının quraşdırıldığı və istismar edildiyi müəyən olunmuşdur. Aidiyyəti səndlərdən məlum olur ki, müəssisənin qaz xətti üzərində istismarda olmuş G-250 markalı 75123660 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılaraq növbədən kənar dövlət yoxlamasına göndərilmiş və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Aktda sayğacın elektron hissəsinin söndüyü qeyd edilmişdir. Növbədən kənar dövlət yoxlanılmasına göndərilmiş qaz sayğacının Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli SS-29/1640-01025-10 nömrəli laboratoriya rəyində sayğaca ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, impuls ötürücüsünün normal olduğu, sayğaca hava vurulduğu, sayğacdan hava keçmədiyi, rotorların kipləndiyi, sayğacın yuyulub təmizləndiyi, mexaniki hissənin işlək olduğu, sayğaca ehtiyat batareya quraşdırıldıqdan sonra korrektorun xx.xx.2019-cu il tarixində söndüyü, Pbaza = 1.01325 bar, Tbaza = 20°C, göstəricilər Vbt =81 m3 , Vb=81 m3 olduğu, batareyanın yoxlanıldığı, gərginliyin 0 V olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 263871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, impuls ötürücüsünün yoxlanıldığı, yoxlama zamanı verilən impulsların qeydə alındığı, impuls ötürücüsünün işlədiyi, korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldığı, gözləmə rejimində cərəyan şiddəti yoxlanıldığı, sızmanın olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixində ******* nömrəli “Təbii X11nın pozulması haqqında” akt tərtib edilməklə 66914 m3 həcmində 16.728,50 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına əlavə edilmişdir. Hesabat ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq sayğacın mexaniki hissəsindən keçən qaz həcminin 263.871 m3 , əmsal 1.5 qəbul edilməklə aparılmış və istehlakçının hesabına 66.914 m3 həcmdə (16728,5 manat dəyərində) qaz daxil edilmişdir. Abonent saldosu araşdırılarkən müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının elektron hissəsinin işləmədiyi müddət ərzində (2021-ci ilin may, noyabr, dekabr aylarında həmçinin 2022-ci ilin yanvar, fevral, mart, iyun və iyul aylarında) sayğacın mexaniki göstəricisinə əsasən qaz paylayıcı tərəfindən müvafiq hesabat aparılaraq istehlakçının hesabına daxil edilmişdir. Bundan başqa, abonent saldosunun təhlili zamanı 07.2022-ci il tarixində Cavabdeh İB tərəfindən 11.163 m3 həcmində 2790,75 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına daxil edildiyi və bu barədə aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilmədiyi məlum olmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X11”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bildirilir ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən təbii qazdan ististifadə qaydalarının pozulması haqqında müvafiq aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3674/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Abonent haqqında məlumat”dan göründüyü kimi 2022-ci ilin iyun ayı və 2022-ci ilin iyul ayı tarixlərinə iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” X18 mülkiyyətində olan ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10000) üzrə istifadə edilmiş 78.077 m3 qaza görə ümumilikdə 19.519,25 (1 m3 = 0,25 qəpik) manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarında öz əskini tapır. O cümlədən: 2022-ci ilin iyun ayı üzrə 16.728,50 manat, 2022-ci ilin iyul ayı üzrə 2.790,75 manat. İş materiallarında olan sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 136/2024 nömrəli qətnaməsi ilə (hakim AA.Abdullayeva) iddia təmin edilmiş, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X16 (abonent kodu: **********10000) 2022-ci ilin iyun ayı üçün hesablanmış 16.728,50 manat və 2022-ci ilin iyul ayı üçün hesablanmış 2.790,75 manat olmaqla, cəmi hesablanmış və borc kimi tutulmuş 19.519,25 manat məbləğinin iddiaçıya geri qaytarılması, 148,58 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza tədqiqatının əvəzinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, sayğacın korrektor hissəsinin xx.xx.2019-cu il tarixdən nasaz olmasına baxmayaraq, xx.xx.2013-cü il tarixli yoxlama zamanı sayğac yararlı hesab edilmiş, daha sonra isə həmin nasazlıq da qeyd edilməklə xx.xx.2022-ci il tarixli akta əsasən sayğacın düzgün işləməməsi vurğulanmışdır. Məhkəmə hesab etmişdir ki, sayğacın korrektorunun xx.xx.2019-cu il tarixdən nasaz olması halında, iddiaçıya 2022ci ilin iyun və iyul aylarında cəmi 19.519,25 manat borcun hesablanması əsassız olmuşdur.
14. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə (2022-ci ilin iyun ayına hesablanmış 16.728,50 manat borcla bağlı) göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçıya 2022-ci ilin iyul ayı üçün əlavə hesablanmış 2.790,75 manat borcun hesablanmasına dair müvafiq sənədlər də məhkəməyə təqdim ediləmişdir.
15. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 2022-ci ilin iyun ayına 16.728,50 manat, 2022-ci ilin iyul ayı üçün 2.790,75 manat məbləğində borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassız olmuşdur. Buna görə də iddia təmin edilərək, iddiaçıya cavabdeh təşkilat tərəfindən həmin dövr üçün hesablanmış və daha sonra abonentdən tutulmuş cəmi 19.519,5 manat məbləği istehlakçıya qaytarılmalıdır.
16. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8ci bəndinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X11”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8, 6.5-1, 6.5-2, 6.5-3-cü bəndlərinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 107, 119.1, 119.2, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar nəzərə alınmamışdır. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 nümayəndəsi X6 izahatında bildirdiyinə görə, sayğac elə bir yerdə quraşdırılmışdır ki, oraya cavabdehin nümayəndələrindən kənar digər şəxslərin girişi qeyri-mümkündür. Ora qapalı bir sahədir və cavabdehin mülkiyyətindədir. Ora günün 24 saatı cavabdehin nümayəndəsi nəzarət edir, sutkalıq sayğac göstəricilərini kitaba qeyd edir və növbəti nəzarət edən nümayəndəyə təqdim edir. Hazırki iş üzrə cavabdeh tərəf bildirir ki, sayğacın ekranı sönmüş və belə bir hal yaranmışdır. Ancaq mexaniki hissə işləmişdir. Hesabat sayğacın müxaniki göstəricilərinə əsasən əvvəlki aylarda aparılmışdır. Növbəti dəfə sayğacın sönməsinə görə cavabdeh tərəfindən sayğac növbəti yoxlamaya aparılmış və yaranmış hal müəyyən olunmuşdur. Bu cür hesabatın aparılması əsassızdır. Nümayəndə həmçinin suallara cavab olaraq bildirdi ki, istifadə olunmuş qazın əvəzi cavabdeh tərəfindən tələb olunub. Cavabdeh mexaniki göstəricilərə görə hesabat aparmış, lakin sonradan hesabatın aparılmasını doğru hesab etməyərək, elektron hesabat aparmışdır və təkrar saldoya qeyd etmişdir. Saldoda mexaniki göstərici əsasında olan göstəricilər fərqləndirilmişdir. Cavabdeh sayğacı təmirə aparmalı olduğu halda təmir etməmiş, əksinə elektron hesabatla təkrar hesablama aparmışdır. Cavabdeh mexaniki göstəricilər əsasında iddiaçıdan pulu artıq tutmuşdur.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X11 ilə tənzimlənir. X11 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X11”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşdən görünür ki, ünvan 2 ünvanında yerləşən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” PHŞ-nin istifadəsində olan qazanxanada quraşdırılmış qaz sayğacının düzgün işləməməsi səbəbi göstərilməklə Cavabdeh İB tərəfindən 2022-ci ilin iyun və iyul ayları üzrə hesablanmış ümumilikdə 19.519,25 manat borc iddiaçının hesabına daxil edilmiş, iddiaçı tərəfindən həmin məbləğ ödənilmişdir.
31. İş üzrə alınmış Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, Cavabdeh İB tərəfindən qaz sayğacının dövlət yoxlanılmasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixində ******* nömrəli “Təbii X11nın pozulması haqqında” akt tərtib edilməklə 66914 m3 həcmində 16.728,50 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına əlavə edilmişdir. Hesabat ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq sayğacın mexaniki hissəsindən keçən qaz həcminin 263.871 m3, əmsal 1.5 qəbul edilməklə aparılmış və istehlakçının hesabına 66.914 m3 həcmdə (16.728,5 manat dəyərində) qaz daxil edilmişdir. Abonent saldosu araşdırılarkən müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının elektron hissəsinin işləmədiyi müddət ərzində (2021-ci ilin may, noyabr, dekabr aylarında həmçinin 2022-ci ilin yanvar, fevral, mart, iyun və iyul aylarında) sayğacın mexaniki göstəricisinə əsasən qaz paylayıcı tərəfindən müvafiq hesabat aparılaraq istehlakçının hesabına daxil edilmişdir. Bundan başqa, abonent saldosunun təhlili zamanı 07.2022-ci il tarixində Cavabdeh İB tərəfindən 11.163 m3 həcmində 2.790,75 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına daxil edildiyi və bu barədə aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilmədiyi məlum olmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X11”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bildirilir ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən təbii qazdan ististifadə qaydalarının pozulması haqqında müvafiq aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır.
32. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 nümayəndəsi məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının sayğacı elə bir yerdə quraşdırılmışdır ki, oraya cavabdehin nümayəndələrindən kənar digər şəxslərin girişi qeyri-mümkündür. Ora qapalı bir sahədir və cavabdehin mülkiyyətindədir. Ora günün 24 saatı cavabdehin nümayəndəsi nəzarət edir, sutkalıq sayğac göstəricilərini kitaba qeyd edir və növbəti nəzarət edən nümayəndəyə təqdim edir. Sayğacın mexaniki hissəsi işləmiş, hesabat sayğacın mexaniki göstəricilərinə əsasən əvvəlki aylarda aparılmış, lakin sonradan hesabatın aparılmasını doğru hesab etməyərək, elektron hesabat aparmış və təkrar saldoya qeyd etmişdir. Cavabdeh mexaniki göstəricilər əsasında iddiaçıdan pulu artıq tutmuşdur.
33. Göründüyü kimi, cavabeh tərəfindən əvvəlki aylar üzrə istehlak olunmuş və sayğacın mexaniki göstəricilərinə əsasən hesabatı aparılmış qazın dəyəri iddiaçı tərəfindən ödənilmiş, bundan sonra cavabdeh tərəfindən sayğacın elektron göstəricilərinə əsasən təkrarən hesabat aparılmış və 19.519,25 manat məbləğində borc iddiaçının abenont hesabına daxil edilmişdir.
34. İddiaçının bildirdiyinə görə, istehlak edilmiş təbii qaza görə borc ödənilmədiyi təqdirdə, qazın verilməsinin dayandırılması ehtimalı böyük olduğundan, həmçinin sanatoriyada yetkinlik yaşına çatmayanlar sümük vərəmi xəstəliyindən müalicə olunduqlarından, 2023-cü il üçün sanatoriyanın hesabına pul vəsaiti köçürülənədək, 2022ci ilə görə ayrılmış vəsaitdən artıq qalan 24.929 manat növbəti il üçün iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında Cavabdehnə ödənilmişdir. İddiaçının saldo məlumatlarına əsasən həmin məbləğ həqiqətən də cavabdehin hesabına ödənilmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-136/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: