Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5652/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərracın yekununun nəticələri haqqında protokolun etibarsız hesab olunması tələbin barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli qətnamədən Cavabdeh və iş üzrə üçüncü şəxs olan X3 verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil1, iş üzrə üçüncü şəxs olan X3 özünün və onun vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4839/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi əsasında icra hərəkətlərini yerinə yetirən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və mülkiyyətində olan **-BX-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” markalı özüboşaldan yük maşının həmin icra sənədi üzrə tələbkar, hazırkı iş üzrə üçüncü şəxs olan Sevinc Şərifovanın mülkiyyətinə verilməsinə dair 57/01 saylı "xxxx" protokolun və hərracın yekunu nəticəsi ilə MMC ilə Sevinc Şərifova arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yalnız yük maşının Sevinc Şərifovanın mülkiyyətinə verilməsinə dair 57/01 saylı "xxxx" protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Şəhəri üzrə İcra İdarəsi və X4 Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb olunmuşlar.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2(060)-4839/2022 saylı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə (hazırkı iş üzrə iddiaçının arvadı – həmin iş üzrə borclu) X1 cəmi 11.253 manat məbləğində pulun tutularaq (həmin iş üzrə tələbkar) Sevinc Şərifovaya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi icra sənədinin 10 gün müddətində könüllü icra edilməsini Rəsmiyyə Hilalovaya təklif etsə də, Rəsmiyyə Hilalovanın maddi vəziyyəti ağır olduğundan o, qətnaməni icra edə bilməmiş və bu səbəbdən İcra İdarəsi məcburi tədbirlərə keçmişdir. İcra İdarəsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən maşın Rəsmiyyə Hilalovanın ərinin – hazırkı iş üzrə iddiaçının mülkiyyətindədir və həmin maşın iddiaçı ilə Rəsmiyyə Hilalovanın birgə nikahları dövründə əldə olunmuşdur. Bunu müəyyən etmiş İcra İdarəsi icra vərəqəsinin icrası ilə əlaqədar “icra sənədinin icrası ilə əlaqədar maşının üzərinə həbs qoyulması barədə” təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 8(060)- 499/2023 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, maşınının üzərinə həbs qoyulmuşdur. Bundan sonra İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında maşın "xxxx" MMC- tərəfindən qiymətləndirilmiş və maşına 6.000 manat qiymət qoyulmuşdur. Daha sonra İcra İdarəsi maşının açıq hərracdan satılması ilə bağlı cavabdeh MMCyə xx.xx.2023-cü il tarixli, 102/6G saylı sifarişi məktubu göndərmiş və MMC tərəfindən təşkil olunmuş və xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri ilə maşın 5.420 manata tələbkar Sevinc Şərifovaya borcun ödənilməsi məqsədi ilə təklif olunmuş, sonuncu da maşını qəbul etmişdir. Bununla bağlı həmin tarixdə "xxxx" 57/01 saylı protokol tərtib edilmiş, hərracın yekunu nəticəsində MMC ilə Sevinc Şərifova arasında maşına dair “Alğısatqı müqaviləsi” bağlanmışdır. İddiaçı hesab edir ki, maşının hərraca çıxarılması və hərracdan satılması qanunsuz olmuşdur. İcra vərəqəsi əsasında icra hərəkətlərini yerinə yetirmiş icra məmuru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinin və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36 və 37-ci maddələrinin tələblərini kobud şəkildə pozulmuşdur. Belə ki, icra icraatı zamanı icra məmuru tərəfindən toplanmış materiallardan görünür ki, birgə nikah dövründə əldə olunmuş əmlaka – maşına dair iddiaçı ilə iddiaçının arvadı Rəsmiyyə Hilalovanın paylarının tanınması barədə məhkəmə qətnaməsi olmadığı halda Rəsmiyyə Hilalovanın borclu kimi qeyd olduğu icra vərəqəsi iddiaçının mülkiyyətində olan avtomobilin hesabına icra olunmuşdur. Bundan başqa hərracın vaxtı və yeri barədə iddiaçıya məlumat verilməmişdir.
b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakları və verdikləri izahatlar barədə məlumat
5. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizənin və “iddia tələbinin həcminin azaldılması barədə” ərizənin məzmununa uyğun izahat vermişlər.
6. Cavabdeh MMC-nin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, MMC, maşının satılması ilə bağlı təşkil olunmuş hərrac barədə iş üzrə tərəflərə bildirişlər göndərmiş və qanunun tələblərinə uyğun olaraq hərrac keçirmişdir. Hərracın keçirilməsi zamanı heç bir pozuntu olmamışdır. Buna görə hesab edir ki, iddia təmin edilməməlidir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sevinc Şərifova iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, maşının satılması ilə bağlı keçirilmiş hərracda udmuşdur. Hərracın keçirilməsi zamanı heç bir pozuntu olmamışdır. Buna görə o da hesab edir ki, iddia təmin edilməməlidir.
8. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhəri üzrə İcra İdarəsi məhkəmə baxışının iclasının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar olsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi işə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, mübahisəli avtomobilin açıq hərracdan satılması ilə bağlı cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 57/01 nömrəli protokol etibarsız hesab edilməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişin göndərilməməsi, hərracın ondan xəbərsiz keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır. İcra hərəkətləri və hərrac ər-arvadın birgə əmlakına yönəldilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydalarının pozulması ilə həyata keçirilmişdir. d) apellyasiya şikayətləri barədə məlumat
11. Cavabdeh MMC və iş üzrə üçüncü şəxs olan Sevinc Şərifova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
12. Cavabdeh MMC-nin nümayəndəsinin və üçüncü şəxs Sevinc Şərifovanın Rayon Məhkəməsinə verdikləri izahatların məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətlərində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh MMC apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, iddiaçının ünvanının ünvan 1 olaraq onların yaşadıqları mənzilin nömrəsi 54 deyil, 59 kimi göstərilmiş, lakin buna baxmayaraq, yuxarıda istinad edilmiş bildiriş ünvan sahibinə düzgün çatdırılmış, İddiaçı isə özünə və arvadı Rəsmiyyə Hilalovaya ünvanlanmış bildirişləri almaqdan rəsmi şəkildə imtina etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. Apellyasiya baxışında iştirak etmiş üçüncü şəxs Sevinc Şərifova və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin, habelə iddiaya etirazın məzmununa uyğun izahat verdilər.
14. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyun izahat verdilər.
15. Apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh MMC və üçüncü şəxs olan İcra İdarəsi məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
16. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə iş üzrə yeni qəbul edilməlidir.
17. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, 2(060)-4839/2022 saylı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə (hazırkı iş üzrə iddiaçının arvadı – həmin iş üzrə borclu) X1 cəmi 11.253 manat məbləğində pulun tutularaq (həmin iş üzrə tələbkar) Sevinc Şərifovaya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi icra sənədinin 10 gün müddətində könüllü icra edilməsini Rəsmiyyə Hilalovaya təklif etsə də, Rəsmiyyə Hilalovanın maddi vəziyyəti ağır olduğundan o, qətnaməni icra edə bilməmiş və bu səbəbdən İcra İdarəsi məcburi tədbirlərə keçmişdir. İcra İdarəsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən maşın Rəsmiyyə Hilalovanın ərinin – hazırkı iş üzrə iddiaçının mülkiyyətindədir və həmin maşın iddiaçı ilə Rəsmiyyə Hilalovanın birgə nikahları dövründə əldə olunmuşdur. Bunu müəyyən etmiş İcra İdarəsi icra vərəqəsinin icrası ilə əlaqədar “icra sənədinin icrası ilə əlaqədar maşının üzərinə həbs qoyulması barədə” təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 8(060)- 499/2023 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, maşınının üzərinə həbs qoyulmuşdur. Bundan sonra İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında maşın "xxxx" MMC- tərəfindən qiymətləndirilmiş və maşına 6.000 manat qiymət qoyulmuşdur.
18. İcra İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə hazırkı iş üzrə cavabdeh MMC-yə ünvanladığı sifariş məktublarından görünür ki, yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə borclu olan Rəsmiyyə Hilalovanın ərinə hazırkı iş üzrə iddiaçıya məxsus (mübahisəli) avtomobilin ilkin satış qiyməti 6.000 manat məbləğində qiymətləndirilmiş və avtomobilin açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir.
19. Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin avtomobilin satışı ilə bağlı açıq hərracın keçirilməsi ilkin satış qiyməti 6.000 manat müəyyən edilməklə, xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək təyin edilmişdir. X5 və hazırkı iş üzrə iddiaçıya onların yaşayış yeri üzrə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, mənzil 59 ünvanına göndərilmişdir.
20. “FM Express” Məktub və bağlama daşınması Xidmətinin talonlarından görünür ki, Rəsmiyyə Hilalova və iddiaçıya ünvanlanmış həmin məktublar “Hilalov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
21. Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, mübahisəli avtomobilin satışı ilə bağlı açıq hərracın keçirilməsi ilkin satış qiymətindən 10% aşağı 5.400 manat müəyyən edilməklə, xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək təyin edilmişdir. X5 və hazırkı iş üzrə iddiaçıya onların yaşayış yeri üzrə yuxarıda qeyd edilən ünvanına göndərilmişdir.
22. “FM Express” Məktub və bağlama daşınması Xidmətinin talonlarından görünür ki, Rəsmiyyə Hilalova və iddiaçıya ünvanlanmış həmin məktublar “Feyziyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
23. “Birja Yenilikləri” qəzetin xx.xx.2023-cü il tarixli 374(374) və xx.xx.2023-cü il tarixli 381(381) saylarından görünür ki, yuxarıda qeyd edilən avtomobilə dair açıq hərracın keçirilməsi barədə elan qəzetdə dərc edilmişdir.
24. "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 57/01 nömrəli protokolundan görünür ki, yuxarıda qeyd edilən icra vərəqəsi və İcra İdarəsinin 102/6G saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (tələbkar) Sevinc Şərifova hərrac predmeti olan avtomobili 5.420 manata əldə etmişdir.
25. Göstərilənlərə əsasən müəyyən edilir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4839/2022 saylı icra vərəqəsinin icrası proseduruna başlanılmış, mübahisəli avtomobil cavabdeh MMC-nin “hərracın yekunları” barədə xx.xx.2023-cü il tarixli protokoluna əsasən 5.420 manata Sevinc Şərifova tərəfindən alınmışdır.
26. İddiaçı, hərracın ona xəbər verilmədən keçirildiyinə, o cümlədən əmlakın hərraca dəyərindən dəfələrlə aşağı qiymətə çıxarıldığına istinad edərək hazırkı iddia tələbini irəli sürmüşdür.
27. Rayon Məhkəməsi hesab etmişdir ki, avtomobilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişin göndərilməməsi, hərracın ondan xəbərsiz keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır.
28. Rayon Məhkəməsi bu qənaətini onunla əsaslandırmışdır ki, MMC tərəfindən, İcra İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə və avtomobilin hərracdan satılmasına baxmayaraq, hərrac barədə bildirişlər borclu və avtomobilin sahibinə yanlış ünvana, yəni ünvan 2i, 17-ci mikrorayon, ev 44, mənzil 59 ünvanına göndərilmişdir. Həmin bildirişlər keçirilmiş hərrac barədə tərəflərə məlumat verildiyini təsdiq edən sübut hesab edilə bilməz.
29. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək bildirir ki, qeyd edilən həmin avtomobil ipoteka predmeti olmadığı üçün icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə mübahisə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir.
30. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2.). Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir (maddə 415.5.). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.).
32. İş materiallarında olan SmsGateway Detallı Hesabatından görünür ki, ********** kodu ilə “Külək-Hərrac” **********82 nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 12:25:46-da “Məhkəmə işi üzrə “KAMAZ-5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.000 manat olmaqla xx.xx.2023-cü il saat 11:00-17:00-dək ünvan 4 ünvanında hərracı keçirilir, əlaqə telefonu (0125667)” məzmunda sms göndərilmiş, həmin sms xx.xx.2023-cü il tarixdə saat 12:53:19-da aidiyyəti üzrə çatdırılmışdır.
33. Kuryer xidmətləri üçün ƏİV seriyalı 368317 saylı mədaxil qəbzinin talonundan görünür ki, cavabdeh MMC tərəfindən iddiaçının ünvanına – ünvan 5ş “Camal” adlı kuryer tərəfindən qəbul edilərək İddiaçı təqdim edilmiş, lakin o, bildirişi almaqdan imtina etmiş və bu barədə bildirişdə müvafiq qeyd aparıb imza etmişdir.
34. ƏİV seriyalı 368323 saylı mədaxil qəbzinin talonundan görünür ki, MMC tərəfindən iddiaçıya həmin ünvan üzrə göndərilmiş bildiriş “Camal” adlı kuryer tərəfindən qəbul edilərək İddiaçı təqdim edilmiş, lakin o, həmin bildirişi almaqdan imtina etmiş və bu barədə bildirişdə müvafiq qeyd aparıb imza etmişdir.
35. Cavabdeh MMC apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının ünvanının ünvan 1 olaraq onların yaşadıqları mənzilin nömrəsi 54 deyil, 59 kimi göstərilmiş, lakin buna baxmayaraq, yuxarıda istinad edilmiş bildiriş ünvan sahibinə düzgün çatdırılmış, İddiaçı isə özünə və arvadı Rəsmiyyə Hilalovaya ünvanlanmış bildirişləri almaqdan rəsmi şəkildə imtina etmişdir.
36. Cavabdeh MMC tərəfindən Sumqayıt Şəhəri üzrə İcra idarəsinə, Sevinc Şərifovaya, Rəsmiyyə Hilalovaya və iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 01/1809 saylı bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra idarəsinin 102/6G saylı, xx.xx.2023cü il tarixli sifariş məktubu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4839/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən “KAMAZ-5511” markalı, 50-BX049 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.000 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2023-cü il tarixə Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək (növbəlilik əsasında) hərracı təyin olunmuşdur.
37. MMC tərəfindən İcra İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 4/1944 saylı məktubda qeyd edilmişdir: “xx.xx.2023-cü il tarixdə tərəflərindən keçirilmiş hərracda İddiaçı məxsus “KAMAZ-5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18.000 manat olmaqla cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi Vəkil1 sahib olmuşdur. Mövcud qanunvericiliyə əsasən qeyd olunan əmlakın dəyəri sizin depozit hesabınıza ödənilməlidir. Əmlakın dəyərinin sizin depozit hesabınıza ödənilməsi barədə bizə rəsmi məlumat verməyinizi xahiş edirik”.
38. Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən cavabdeh MMC-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçı və onun etibarnamə əsasında nümayəndəsi Vəkil1 tərəfindən həmin avtomobilin hərrac vasitəsilə alınması müqabilində İcra idarəsinin depozit hesabına heç bir məbləğdə ödəniş etməmişlər. Odur ki, yenidən keçiriləcək hərracın yekun nəticəsi barədə İcra İdarəsinə rəsmi məlumat verilməsi xahiş olunur.
39. Göründüyü kimi bu hal onu təsdiq edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracdan xəbərdar olmuş, həmin hərracda etibarnamə əsasında nümayəndəsi Vəkil1 vasitəsilə iştirak etmişdir.
40. MMC tərəfindən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, Sevinc Şərifovaya, Rəsmiyyə Hilalovaya və iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01/2070 saylı bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 102/6G saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4839/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən “KAMAZ-5511” markalı, 50-BX049 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətindən 10% aşağı olmaqla 5.400 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2023-cü il tarixə Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək (növbəlilik əsasında) hərracı təyin olunmuşdur.
41. Məhkəmə bildirir ki, “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydalarının” 1.15.11-ci bəndinə əsasən, qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu hər hansı üzrlü səbəb olmadan imzalamaqdan, yaxud əmlakın dəyərini ödəməkdən imtina etdikdə verdiyi beh qaytarılmır. Həmin şəxs tələbkar olduqda isə o, növbəti hərracda iştirak etmək hüququnu itirir. Bu hallarda əmlakı hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu əmlakı almağa yazılırazılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır.
42. Lakin buna baxmayaraq, cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ikinci hərrac keçirilərkən də Rəsmiyyə Hilalovaya və iddiaçıya bildiriş göndərmiş, “Birja yenilikləri” qəzetində elan vermişdir.
43. Rayon Məhkəməsinin ikinci hərrac barədə əslində bu hərracda iştirak hüququnu itirmiş Rəsmiyyə Hilalovaya və iddiaçıya bildiriş göndərilməməsi və onların həmin hərrac barədə məlumatsız olmaları, tərəflərin lazımi qaydada hərracın keçirilməsi barədə məlumatlandırılmaması barədə gəldiyi qənaəti əsassızdır.
44. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, icra hərəkətləri və hərrac tələbin ər-arvadın birgə əmlakına yönəldilməsi qaydalarının pozulması ilə keçirilmişdir. Belə ki, qanunvericiliyə əsasən tələb borclunun ümumi birgə mülkiyyətinə yönəldikdə, tələb yalnız onun həmin ümumi birgə mülkiyyətdə olan payına yönəldilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tələb yönəlmiş əmlak borclu və iddiaçının ümumi birgə mülkiyyətində olmuşdur. Qanunvericiliyin bu əsasını və işin materiallarını tədqiq edib məhkəmə belə bir nəticəyə gəlmişdir ki, tələb üzrə yönəlmə borclunun ümumi birgə mülkiyyətdə olan payına müvafiq surətdə həyata keçirilməli, yəni tərəflərin payı naturada ayrılmalı, əgər bu mümkün deyilsə və qalan iştirakçılar buna etiraz edirsə, borclu öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmalı yaxud onu məhkəmə qaydasında açıq hərracda sataraq tələbin ödənilməsini təmin etməlidir. Lakin tələbin ödənilməsi üzrə hərəkətlər icra olunarkən qanunvericiliyin bu tələbi nəzərə alınmamış, hərrac borclunun ümumi birgə mülkiyyətdə olan payına mütənasib olaraq deyil, iddiaçının da ümumi birgə mülkiyyət üzrə payı olmaqla, tam həcmdə keçirilmiş və iddiaçının ümumi birgə mülkiyyətə olan pay hissəsində hüquqları qanuna zidd şəkildə pozulmuşdur. “İcra haqqında” Qanunun 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Ailə Məcəlləsinin tələblərinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.2.). Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər (maddə 41.1.). Mülki Məcəllənin tələblərinə əsasən, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər (maddə 224.1.). Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir (maddə 224.2.). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın (maddə 225.5.).
45. Məhkəmə Rayon Məhkəməsinin bu yanaşması ilə razılaşmır, çünki Rayon Məhkəməsi bu qənaətə gələrkən hərraca çıxarılan əmlakın avtomaşın olduğunu, avtomaşındakı payın alğı-satqısının pay üzrə hərracda realizəsinin qeyri-mümkün olduğunu nəzərə almamış və nəticədə iş üzrə səhv qənaətə gəlmişdir.
46. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli avtomobilin satılması üçün təşkil edilmiş hər 2 hərrac barədə iddiaçıya məlumat verilmişdir. Bu hal baş verməmiş olsa idi belə həmin halın “iddiaçının hərraclardan xəbərsiz olması” anlamına gətirib çıxarmır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, avtomobil ilə bağlı keçirilmiş hərracların yeri və vaxtı barədə “Birja yenilikləri” qəzetində əvvəlcədən elan vermişdir. Bu hala Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarından təsbit edilmiş hüquqi mövqedən yanaşdıqda müəyyən edilir ki, hərracın keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsində dərc edildiyindən, iddiaçının hərracın keçirilməsi barədə məlumatsız olması barədə bildirdiyi dəlil əsassızdır. g) apellyasiya baxışının nəticəsi
47. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə işin hallarına və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
48. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
49. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayətləri təmin edildiyindən və iddia tələbi tamamilə rədd edildiyindən cavabdeh MMC və iş üzrə üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
50. İddia tələbi rədd edildiyindən isə iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
51. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərracın yekununun nəticələri haqqında protokolun etibarsız hesab olunması tələbin barədə” təmin edilməsin. İddia ərizəsinin məhkəmə verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh və iş üzrə üçüncü şəxs olan X3 ödədikləri dövlət rüsumları İddiaçı aid edilsin. Bu məqsədlə İddiaçı 50 (əlli) manat məbləğində pul Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh xeyrinə, 38 (otuz səkkiz) manat məbləğində pul isə X3 xeyrinə tutulsun. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh və iş üzrə üçüncü şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.